Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3555/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (Maraqlı şəxs1) ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi (Maraqlı şəxs1) ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3114/24 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Maraqlı şəxs1 ilə Ərizəçi xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur.
2. Maraqlı şəxs1 ilə Ərizəçi arasındakı nikah xx.xx.2019-cu il tarixdə birgə ərizələri əsasında Nərimanov rayon Qeydiyyat şöbəsində pozulmuşdur.
3. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim R.Mustafayev) 2(043)104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “ERBİ-H" MMC-nin cavabdehlər DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, X1 və Ərizəçi qarşı “alğı-satqı, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmiş, 23 yanvar 2019-cu il tarixdə 4Ə-26 reyesr nömrəsi ilə Maraqlı şəxs1 ilə Ərizəçi arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, Ərizəçi adına olan Gəncə şəhəri, Kəpəz Rayonu, N.Nərimanov prospekti ünvanında yerləşən ümumi sahəsi 5,2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv/m. olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* olan, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) e-2(005)2126/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs2 MMC-nin cavabdehlər Maraqlı şəxs1, Ərizəçi və X2 qarşı “bağışlama və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddiası təmi n edilmiş, 1) Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 saylı mənzil barəsində Maraqlı şəxs1 ilə X4 arasında 9 saylı notariat ofisində bağlanmış 4Ə-657 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi; 2) Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 111, 16 saylı mənzil barəsində Maraqlı şəxs1 ilə Ərizəçi arasında 1 saylı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu O.Ə.Zərgərov tərəfindən təsdiqlənmiş 4Ə-319 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3) Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38.1 kv.m hissəsi barəsində Maraqlı şəxs1 ilə Ərizəçi bağlanılan 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-264 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müq aviləsi; 4) ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası barəsində Maraqlı şəxs1 ilə Ərizəçi arasında 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-283 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 5) Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evi barəsində Maraqlı şəxs1 ilə Ərizəçi arasında Sumqayıt şəhər 4 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-2022 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilələr əsasında verilmiş çıxarışlar ləğv edilsin və əmlaklar əvvəlki vəziyyətinə (Maraqlı şəxs1 adına) geri qaytarılmışdır.
5. Ərizəçi və Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli barışıq sazişinə əsasən, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: Ərizəçi adın a olan, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti ünvanında yerləşən ümumi sahəsi 5.2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv.m olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisinin 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs1 payı müəyyən edilsin; Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 111, 16 saylı mənzilin 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs1 payı müəyyən edilsin; Bakı şəhəri Nərimanov rayonu, X11 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsinin 38.1 kv.m hisəsinin 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs1 payı müəyyən edilsin; ünvan 3 ünvanda yerləşən qeyri yaşayış binasının 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs1 payı müəyyən edilsin; Sumqayıt şəhər i, Corat qəsəbəsi, Corat bağları ərazisi, 2074 saylı bağ evinin ½ hissəsinə Ərizəçi və digər ½ hissəsinə Maraqlı şəxs1 payı müəyyən edilsin. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi (Maraqlı şəxs1 maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri 16 saylı Mediasiya təşkilatının mediatoru X5 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti ünvanda yerləşən ümumi sahəsi 5,2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv.m. olan 240 çarpayılıq xəstəxananın, Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 111, 16 saylı mənzilin, Bakı şəhəri, Nərimanov rayon u, X11 prospekti, 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38.1 kv.m hissəsinin, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evinin Ərizəçi ilə Maraqlı şəxs1 arasında ½ hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhəri 16 saylı Mediasiya təşkilatında, mediasiya prosesi zamanı əmlaklarda onların hər birinin ½ hissədə payının müəyyən edilməsi ilə bağlı razılığa gəlmiş və bununla bağlı xx.xx.2023-cü il tarixdə barışıq sazişi tərtib edilərək təsdiq olunmuşdur. “Barışıq sazişi”-nin 7-ci bəndinə əsasən tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
8. Birinci instansiya məhkəməsində Maraqlı şəxs1 vəkili v ə nümayəndəsi Vəkil2 Maraqlı şəxs1 vaxt olmadığı üçün barışıq sazişin icrasında iştirak edə bilməmiş, həmçinin ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2126/2022 saylı iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) ərizə təmin olunaraq, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli barışıq sazişi təsdiq edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs1 tərəfindən könüllü qaydada icra edilməmişdir.
11. Bir inci instansiya məhkəməsi qeyd etmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 305.1.17, 355-23.1, 355-25.1, 355-25.2, 355-25.3 və 355-25.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İşdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs2 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 və Ərizəçi gələcəkdə qəbul ediləcək məhkəmə aktlarının icrasına mane olmağı və məhkəmə aktlarının icrasından yayınmağı lap əvvəldən planlaşdırmışlar. Maraqlı şəxs1 bundan əvvəl həmin daşınmaz əmlakları arvadı Ərizəçi bağışlamış, lakin “ERBİ-H" MMC-nin tələbinə əsasən həmin müqavilələr məhkəmə tərəfindən etibarsız sayılmışdır. Onlar nikahlarını 9 fevral 201 9-u il tarixdə pozmuşlar. Maraqlı şəxs2 MMC-yə qarşı külli miqdarda mənimsəmə etdiyi üçün Maraqlı şəxs1 məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş və hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Bağışlama müqavilələri kimi tərəflərin mediasiyada bağladığı barışıq sazişi də formal xarakterli olduğu üçün məhkəmə qaydasında etibarsız hesab edilməli və onun yaratdığı bütün hüquqi nəticələr tamamilə ləğv edilməlidir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3114/2024 nömrəli mülki iş üzrə 10 iyul 2024cü il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişidiri lmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə barışıq sazişinin təsdiqinə mane olan hər hansı hal müəyyən edilməmişdir. Tərəflər barışıq sazişini könüllü, kənar təsir olmadan özləri bağlamış və iradələrini ifadə etmişlər. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs1 tərəfindən könüllü qaydada icra edilməmişdir. Eləcə də, belə bir razılaşma üçüncü şəxslərin marağına toxunmur.
19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin Maraqlı şəxs1 barışıq sazişini bağlamaqda məqsədinin Maraqlı şəxs2 MMC-nin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin icrasından yayınmaq olduğu ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, əslində mübahisələndirilən əmlaklarda tərəflərin paylarının müəyyən olunması Maraqlı şəxs2 MMC-nin istinad etdiyi həmin qətnamənin icrasını daha mümkün hala gətirir. Belə ki, hazırkı iş üzrə barışıq sazişi bağlanmaqla tərəflərin paylarının müəyyən olunması Maraqlı şəxs2 MMC-nin özünü gələcəkdə Ailə Məcəlləsinin 36.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə davasından azad etmişdir. Tərəflər arasında paylar müəyyən ed ilməsə və bu barədə barışıq sazişi bağlanmasa belə Maraqlı şəxs1 öhdəliklərinə görə ödəmə yalnız ümumi əmlakdan ona çatası paya yönəldilə bilər. Maraqlı şəxs1 öhdəliklərinə görə ödəmə həmin əmlaklardan Ərizəçi çatası paya yönəldilə bilməz.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, barışıq sazişinin məzmunundan göründüyü kimi hazırkı işdə ər-arvadın, yəni Ərizəçi və Maraqlı şəxs1 ümumi əmlaklarda payları Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə uyğun olaraq bərabər hesab edilmiş, Ərizəçi payı artırılmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, payların bərabər müəyyən olunduğu belə vəziyyətdə nə bağlanmış barışıq sazişi, nə də onu təsdiq edən hazırkı qətnamə Maraqlı şəxs2 MMC-nin hər hansı marağına toxunmur. Maraqlı şəxs2 MMC-nin mübahisələndirilən əmlaklardakı marağı yalnız ümumi əmlakdan Maraqlı şəxs1 çatası payda özünü göstərə bilər ki, həmin pay da yerində olmaqla özgəninkiləşdirilməmişdir.
22. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd etmişdir ki, barışıq sazişinin predmeti olan daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 adına qeydə alınmışdır və onun mülkiyyət hüququ heç kim, o cümlədən Maraqlı şəxs2 MMC tərəfindən mübahisələndirilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birgə nikah dövründə əldə olunmuş və ər-arvaddan birinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlaklarda payların müəyyən olunması ər-arvadın qanunla qorunan hüququdur və onlar bu hüquqlarından istifadə edərək barışıq sazişi bağlamışlar. Bu barışıq sazişi Maraqlı şəxs2 MMC-nin hüq uqlarını pozmur. Eləcə də, qəbul edilmiş qətnamə ilə Maraqlı şəxs2 MMC-nin hüquq və vəzifələrinə dair hər hansı məsələ həll olunmamışdır.
24. Məhkəmə gəldiyi nəticəni MPM-in 355-23.1, 355-25.1, 355-25.2, 355-25.3, 355-25.4 və 355-26-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Maraqlı şəxs (vəkili X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ERBİH” MMC-nin və onun təsisçilərinin Maraqlı şəxs1 qarşı iddiası təmin edilərək, Maraqlı şəxs1 MMC-də iştirakına xitam verilməklə dövlət reyestrində bu barədə müvafiq dəyişikliklər edilməli və Maraqlı şəxs1 6.184.633,23 manatın tutularaq MMC-yə ödənilməlidir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsə də qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə sonuncu qərar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixdə qəbul etdiyi 2(102)-632/2023 saylı qərardır. Qətnamə icra edilən zaman müəyyən edilmişdir ki, Maraqlı şəxs1 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra adında olan bütün daşınar və daşınmaz əmlakları həyat yoldaşı Ərizəçi bağışlamış və bu əməliyyatlar yekunlaşdıqdan sonra formal olaraq aralarındakı rəsmi nikahı ləğv etdirmişdirlər. Bundan əlavə, Maraqlı şəxs1 Maraqlı şəxs2 MMC-dən qanunsuz olaraq əldə etdiyi pullar hesabına aldığı əmlakları bu əməlləri yerinə yetirdiyi dövrlərdə və əməllərinin üstü açıldıqdan sonrakı dövrdə alğı-satqı yolu ilə başqa şəxslərə də satmışdır. Maraqlı şəxs1 və Ərizəçi bu hərəkətləri məhkəmə aktlarının icrasına mane olmaq və məhkəmə aktlarının icrasından yayınmaq məqsədilə edildiyindən “ERBİ-H" MMC-nin iddiası əsasında həmin bağışlama müqavilələri etibarsız hesab edilmişdir. Həmin məhkəmə qətnamələri Ali Məhkəməyə qədər mübahisələndirilmiş qüvvədə qalmışdır.
27. Eyni zamanda, ERBİ-H MMC-yə qarşı külli miqdarda mənimsəmə etdiyi içün Maraqlı şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək ona qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanl arında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cinayət işi hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.
28. Maraqlı şəxs1 Maraqlı şəxs2nə olan borcundan və məhkəmə icraçılarından yayınmaq üçün yenidən arvadı Ərizəçi ilə etibarsız hesab edilən bağışlama müqavilələrinin predmetini təşkil edən əmlaklarla bağlı mediasiyada barışıq sazişi bağlamışdır. Həmin barışıq sazişi də formal xarakterli olduğu üçün məhkəmə qaydasında etibarsız hesab edilməli və onun yaratdığı bütün hüquqi nəticələr tamamilə ləğv edilməlidir.
29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, ərarvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıl dığı məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər. Ona görə də, cavabdehlər borcun əmlaka yönəldilməsindən yayınmaqdan ötrü belə bir formal saziş bağlamışdırlar. Eyni zamanda Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələblərinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Maraqlı şəxs1 ilə Ərizəçi nikahı xx.xx.2019-cu il tarixdə pozulmuşdur. ERBİ-H MMC-nin tələbi üzrə icra işi 2023-cü ilin aprel ayında icraya yönəldiyi vaxt tərəflər formal barışıq sazişini bağlamışdırlar. b)
30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 41.1. Ər-arvaddan b irinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddə 41.3. Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıldığı məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsi nə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 355-23.1. “Mediasiya haqqın da” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
37. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
38. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səb əblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.
39. Maddə 355-2.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
40. Maddə 355-26. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hes ab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qəbul edilərək ərizə rədd edilməlidir.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir.
51. Belə ki, işin hallarından göründüyü kimi barışıq sazişinin predmeti olan əmlaklar daha öncə də müxtəlif üsullarla (bağışlama, alğı-satqı) Maraqlı şəxs1 tərəfindən Ərizəçi adına keçirilmiş, lakin qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırkı iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs2 MMC-nin iddia tələbləri əsasında həmin əmlaklarla bağlı bağışlama müqavilələri etibarsız hesab edilmiş, əmlaklara dair ərizəçinin adına verilmiş reyestr çıxarışları ləğv edilmiş və əmlak lar əvvəlki vəziyyətinə qaytarılmışdır. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və xx.xx.2023cü ildə qanuni qüvvəyə minmişdir.
52. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs2 MMC-nin təsisçilərindən biri olan Maraqlı şəxs1 fəaliyyətində qanunsuzluqlar və onun müəssisənin əmlakını mənimsəməklə müəssisəyə və onun təsisçilərinə zərər vurması halı aşkar edildikdən sonra tərəflər arasında məhkəmə mübahisələri olmuş və yekun olaraq Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs1 6.184.633,23 manatın pulun tutularaq, Maraqlı şəxs2nə ödənilməsi qət edilmişdir. Məhz bu qərardan sonra Maraqlı şəxs1 tərəfindən onun adında olan əmlaklara dair qısa müddət ərzində alğı-satqı və bağış lama müqavilələri bağlanmışdır. Məhkəmə bağlanmış bağışlama müqavilələrini qətnamə ilə tutulmuş borcun borclunun əmlakın yönəldilməsinə mane olmaq məqsədilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqdlər hesab etmişdir.
53. Maraqlı şəxs1 6.184.633,23 manatın pulun tutulması barədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış, aprel ayında icraya yönəldilmişdir.
54. İşdən görünür ki, Maraqlı şəxs1 bağışlama müqavilələri etibarsız hesab edildikdən sonra həmin əmlaklara dair yenidən arvadı Ərizəçi ilə mediasiya sazişi bağlayaraq həmin əmlakların ½ hissəsinə Ərizəçi payının müəyyən edilməsi barədə razılığa gəlmişdir.
55. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi hazırkı sazişin təsdiq edilməsi barədə qətnamənin Maraqlı şəxs2 MMC-nin hər hansı marağına toxunmaması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
56. Belə ki, mediasiyada bağlanmış barışıq sazişinin təsdiq edilməsi əslində ərarvad arasında əmlak bölgüsünün həyata keçirilməsi məqsədilə deyil, həmin əmlaklara tutma yönəldilməsindən yayınmaq, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasına mane olmaq məqsədi daşımış və nəticədə bu saziş mediasiyada iştirak etməyən Maraqlı şəxs2 MMC-nin hüquqlarına toxunmuşdur. 57. “Mediasiya haqqında” Qanunun 3.3, 33.3 və 34.5-ci maddələrinin tələblərinə əsasən isə saziş mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunduğu hallarda sazişin təsdiqindən imtina edilməl idir.
58. Apellyasiya məhkəməsinin barışıq sazişi bağlanmaqla mübahisələndirilən əmlaklarda tərəflərin paylarının müəyyən olunmasının Maraqlı şəxs2 MMC-ni gələcəkdə Ailə Məcəlləsinin 36.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə davasından azad edəcəyi və paylar bərabər bölündüyü üçün bu barışıq sazişinin Maraqlı şəxs2MMC-nin hər hansı marağına toxunmaması barədə mövqeyi, həmçinin “Tərəflər arasında paylar müəyyən edilməsə və bu barədə barışıq sazişi bağlanmasa belə Maraqlı şəxs1 öhdəliklərinə görə ödəmənin yalnız ümumi əmlakdan ona çatası paya yönəldilə bilər, Maraqlı şəxs1 öhdəliklərinə görə ödəmə həmin əmlaklardan Ərizəçi çatası paya yönəldilə bilməz” kimi mövqeyi aşağıdakılara qeyd edilənlərə görə əsassızıdır:
59. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.
60. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
61. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik mü qaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı)
62. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərdən hər hansı birinin öhdəliklərin bölünməsi ilə bağlı tələbi olmadığı təqdirdə, həmçinin kreditor Maraqlı şəxs2 MMC-nin qətnamə ilə tutulmalı olan borcun ər-arvadın ümumi öhdəliyi hesab edilməsi və tələbin ümumi əmlaka yönəldilməsi barədə müvafiq qaydada tələb irəli sürmək hüququ olduğu halda, hazırkı xüsusi icraat çərçivəsində ərizənin predmetinə aid olmayan məsələ barədə apellyasiya məhkəməsinin müəyyən etdiyi “Maraqlı şəxs1 öhdəliklərinə görə ödəmə hə min əmlaklardan Ərizəçi çatası paya yönəldilə bilməz” mövqeyi tələb həddindən kənara çıxma kimi qiymətləndirilməlidir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).
64. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
65. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2024-cü il tarixli 2(103)3114/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, ərizə rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.