Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3556/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X1 Xidmət İdarəsinin Mərkəzi Hospitalına və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin şəlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 22 may tarixli, 2(103)241/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X1 Xidmət İdarəsinin Mərkəzi Hospitalına və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim: Ayaz Məmmədov) 2021-ci il 21 aprel tarixli, 2(004)-1713/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin (hakim: Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Talışinski) 2021-ci il 22 iyul tarixli, 2(103)6316/2022 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 25 aprel tarixli, 2(102)-1862/2022 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin (hakim: Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Emin Mehdiyev) 2023-cü il 22 may tarixli, 2(103)-241/2023 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası m əhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
7. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
8. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
9. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
10. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
11. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şi kayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
12. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir.
14. Kassasiya şikayəti və iş materiallarını öyrənərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti İddiaçı və vəkili Vəkil tərəfindən fiziki qaydada imzalansa da, elektron imza ilə iddiaçının özü tərəfin dən imzalanmamışdır.
15. Belə ki, iş materiallarından görünür ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş və elektron imza ilə yalnız vəkil tərəfindən imzalanmışdır.
16. Kassasiya şikayətinə əlavə edilmiş etibarnamə isə iddiaçı tərəfindən vəkilinə deyil, digər bir şəxsə, Nümayəndə verilmiş etibarnamədir.
17. Halbuki, Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Qeyd edilənlərə əsasən, şikayət icraata qəbul oluna bilməz.
18. Mülki Prosessual Məcəll ənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır.
19. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
20. Odur ki, kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmadığı üçün MPM-in 408.1.1-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
21. Şərh olunanl ara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 22 may tarixli, 2(103)-241/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.