Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3557/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair”, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə; Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(01 1)-5657/2019) ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 54 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, 166 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, İddiaçı 1/3 hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması, “Hyundai İX 35” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı və “Opel” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillərə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 97 nömrəli evin həyətində olan qaraja, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 53 saylı mənzilə Cavabdeh1 1/2 hissədə, İddiaçı 1/2 hissədə payları müəyyən edilməkl ə mülkiyyət hüquqlarının tanınması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli, iş № 2(103)-591/2020) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi apelyanta aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməs inə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdehin vəkili X3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv e dilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhk əməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2008-ci il tarixli mənzil bağışlama müqaviləsinə görə, İbrahimova Zərövşən Məmmədhəsən qızı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 54 saylı mənzili oğlu İddiaçı bağışlamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********55 saylı məktubuna görə, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 54 saylı mənzil 18 saylı DNK-nın 4Ə-01-50 reyestı nömrəli xx.xx.2008 -ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********34 saylı məktubundan görünür ki, X1 adına: ünvan 1 ünvanında yerləşən əmlak xx.xx.2011-ci il tarixli, 4Ə/1-119 reyestr nömrəli, 11 saylı DNK-da rəsmiləşdirilən alqı-satqı müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 2 ünvanında yerləşən əmlak xx.xx.2018-ci il tarixli, 4Ə-623 reyestr nömrəli, 52 saylı DNK-da rəsmiləşdirilən alqısatqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbayc an Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportuna görə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 97 saylı evin həyətində qeyriyaşayış binası, qaraj İddiaçı məxsusdur. Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2019-cu il tarixli, 69960-1219 saylı arayışına görə, kompyuter uçot bazasına görə İddiaçı adında xx.xx.2009cu il tarixdən “Opel” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2012-ci il tarixdən “Hyundai İX 35” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüqu q normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 54 saylı mənzilə istifadə hüququnun xitam edilməsi hissəsi, digər mənzilə onun 2/3 hissədə payının müəyyən edilməsi, digər əmlaklara münasibətdə də bərabər deyil, 2/3 hissədə onun, 1/3 hissədə iddiaçının payının tanınması” hissələri yoxlanılmışdır. Məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, işə baxan məhkəmə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 54 saylı mənzilə münasibətdə cavabdehin istifadə hüququna xitam verməkdə və həmin mənzilə onun pay hüququnun tanınması barədə tələbi rədd etməkdə haqlı olmuşdur. Əvvəla, həmin mənzil ər-arvadın birgə əldə etdiyi əmlak hesab oluna bilməz. Mənzilə iddiaçının mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1. maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2. maddəsinə əs asən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 225.4. maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh nə kimi təmir işlərinin aparılması, təmirin hansı vəsait hesabına aparılması ilə bağlı sübutlar təqdim etməmişdir. Bundan başqa, işə baxan məhkəmə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, 166 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, 166 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 53 saylı mənzilə 1/2 hissədə hüquqlarını tanımışdır. Onun və ailəsinin başqa iki yerdə mülkiyyətində yaşayış yeri var. Qeyd olunan hal birmənalı olaraq cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, 54 saylı mənzilə ehtiyacının aradan qalxdığını təsdiq edir. Buna görə də cavabdehlərin həmin mənzilə istifadə hüququna xitam verilməsi əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-c i maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə ( müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kom pensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bundan başqa, qeyd olunan mənzilin ər-arvadın birgə əmlakı hesab olunması tələbi əsassızdır. 1-ci instansiya məhkəməsində apelyant tələbini onunla əsaslandırırdı ki, həmin mənzilin alınmasında birgə iştirak etmişlər. Lakin qeyd olunan dəlil öz təsdiqini tapmamışdır. Apelyasiya şikayətində cavabdeh yeni dəlillər irəli sürərək yaşadıqları müddət ərzində mənzildə əsaslı təmir işləri apardıqları üçün mənzilin birgə əmlak hesab olunaraq bölünməsini tələb edir. Mənzilin iddiaçıya nikahdan əvvəl bağışlanması ilə bağlı notariat formasında yazılı tərtib olunmuş bir müqavilə var. Notariatda təsdiq olunmuş müqavilənin məzmunca həqiqi olması prezumpsiyası mövcuddu r. Sənədin həqiqiliyi qəti müəyyəndirsə qarşı tərəf yalnız sənədin məzmunca yanlış olması barədə etirazları ilə sənədin məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən sala bilməz. Həmin etirazlardan əlavə, o, sənədin məzmun baxımından düzgün olmaması və ya başqa məqsədlə, fərqli qeyd-şərtlərin olmasını sübut etməlidir. Hazırkı işdə cavabdeh notariatda tərtib olunmuş müqavilənin məzmununun düzgün olmamasına istinad etdiyi üçün bununla bağlı sübutlar təqdim etmək onun üzərinə düşür. İşin mübahisəsiz halı bundan ibarətdir ki, mübahisəli mənzil bağışlananda tərəflər nikaha daxil olmamışdılar. Məhkəmə qeyd edir ki, əgər tərəf yazılı sənədin məzmununun düzgün olmamasına istinad edirsə, elə tutarlı sübutlar gətirməlidir ki, yazılı sübutun məzmununun həqiqi olmamasını birmənalı təsdiq etmi ş olsun. Lakin cavabdeh bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Qətnamənin mübahisələndirilən digər hissəsi ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin himayəsində yetkinlik yaşına çatmamış bir uşağın olmasını, boşanmadan sonra hər iki övladının onunla birgə yaşamalarını nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, 166 saylı mənzilə 2/3 hissədə, “Hyundai İX 35” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı və “Opel” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillərə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 97 nömrəli evin həyətində olan qaraja, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 53 saylı mənzilə Cavabdeh1 1/2 hissədə hüququnu tanınmışdır. Hazırkı halda uşaqların mənafeyi digər əmlaklara münasibətdə də birgə əmlakın qey ri-bərabər bölünməsi üçün əsas deyil. İşə baxan məhkəmə uşaqların mənafeyini nəzərə alaraq digər mənzilə münasibətdə onun 2/3 hissədə payını tanımışdır. İşdən görünür ki, uşaqlardan biri artıq yetkinlik yaşına çatmış, digərinin saxlanması üçün isə aliment ödənilir. Qanunverici birgə əmlakın bölünməsi zamanı ər-arvadın bərabər pay almaq hüququ olması ilə bağlı əsaslı prinsip müəyyənləşdirmişdir. Həmin prinsipdən tutarlı əsaslar olduqda, müstəsna hallarda kənarlaşmaq olar. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şiykətinin dəilləri ilə eynilik təşkil etmiş və apelyasiya məhkəməsi həmin dəlillərə işin hallarına uyğun olaraq düzgün qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3557/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3557/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver