Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3558/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı2 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-xx/17) ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh və üçüncü şəxs X2 qarşı “icarəyə verilmiş evə yerləşdirilmiş uşaq bağçasında istifadə təyinatlı əşyaların çıxarılaraq iddiaçılara təhvil verilməsi, maddi və mənəvi zərər” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn, iş № 2(103)xx/19) ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməmiş, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apel lyasiya şikayəti isə qismən təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi - ilkin iddianın rədd edilməsi hissəsində qismən ləğv edilərək həmin hissədə iddia təmin edilmiş, uşaq bağçasında istifadə olunan təyinatlı əşyalar – uşaq çarpayıları, stol-stul və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkçələr, nakleykalar, soyuducu, pakrvallar, tavalar, plastmas təmizlik üçün və mətbəx üçün mebel, şotkalar, müxtəlif xırdavatlar, kitabların, eləcə də iddiaçılar tərəfindən vəkilə çəkilmiş xərclərə görə 200 manat məbləğində pulun Cavabdeh alınaraq ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi (ödənilməsi) qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı2 və Cavabdeh ayrı-ayrılıqda kassasiy a şikayətləri vermişlər. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, İddiaçı1 və İddiaçı2 iddialarının, həmçinin iddianın istifadə təyinatlı əşyalar – uşaq çarpayıları, stol-stul və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkçələr, nakleykalar, soyuducu, pakrvallar, tavalar, plastmas təmizlik üçün və mətbəx üçün mebel, şotkalar, müxtəlif xırdavatlar, kitabların cavabdehdən alınaraq iddiaçılara verilməsi hissəsi də daxil olmaqla rədd edilməsi və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçılardan 7 aylıq icarə haqqı pulu olan 3500 manatın 13 adda ibarət ev və mətbəxt əşyasının qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin, yəni 6620 manat pulu n, evin təmizlənməsi, kombi sisteminin yuyulması, xalça yuyulması, usta və fəhlə üçün məsrəflərin, yəni 610 manat pulun, qarajın pultunun dəyəri olan 60 manat pulun, vəkilə müqavilə üzrə ödənilmiş 300 manat pulun və ödənilmiş dövlət rüsumui olan 30 manatın alınaraq Cavabdeh verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin “iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin, ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin; uşaq bağçasında istifadə olunan təyinatlı əşyalar – uşaq çarpayıları, stol-stul və digər mebel əşyaları, pərdələr, pərdələrə tutacaqlar, yastıq, telefon, döşəkçələr, nakleykalar, soyuducu, pakrvallar, tavalar, plastmas təmizlik üçün və mətbəx üçün mebel, şotkalar, müxtəlif xırdavatlar, kitablar Cavabdeh alınaraq ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin; iddiaçılar tərəfindən vəkilə çəkilmiş xərclərə görə 200 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin” hissəsində qüvvədə saxlanılması, Cavabdeh 20.000 manat məbləğində maddi zərər üçün kompensasiyanın, 5.000 manat məbləğində mənəvi zərər üçün kompensasiyanın tutularaq iddiaçı ödənilməsi tələbinin rədd olunması hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı2 və İddiaçı1 Cavabdeh və üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ icarəyə verilmiş evə yerləşdirilmiş uşaq bağçasında istifadə təyinatlı əşyaların çıxarılaraq iddiaçılara təhvil verilməsini, işgüzar nüfuzun zədələnməsi səbəbi ilə Cavabdeh tərəfindən İddiaçı2 5.000 manat mənəvi zərərin ödənilməsini, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıların iddia predmeti olan əşyalardan istifadə imkanından məhrum olması, İddiaçı2 ilə müştəriləri arasında bağlanmış müqavilələrin ləğv olunması, aktiv fəaliyyətdə olan və gəlirli işləyən uşaq bağçasının bağlanması nəticəsində İddiaçı2 dəymiş 20.000 manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və İddiaçı1 ünvan 1 ünvanında yerləşən ümumi sah əsi 254,8 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üzrə İddiaçı1 ilə xx xxx 2016-cı il tarixdə və cavabdeh X6 ilə 25.10.2016-cı il tarixdə bağlanılmış icarə müqaviləsi üzrə yeddi aylıq-3.500 manat məbləğində icarə haqqının və dəymiş zərərin, yəni 13 addan ibarət ev və mətbəx əşyasının qaytarılması, əgər bu mümkün olmazsa onların dəyərinin, yəni 6.620 manat, evin təmizlənməsi, kombi (istilik sistemi) ustası, xalça yuyulması, usta və fəhlə ücün çəkilən məsrəfin, yəni 610 manat, qarajın pultunun dəyəri, yəni 60 manat, vəkil ilə müqavilə üzrə 300 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kass asiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh vəkili N.Quliyev məhkəmə kollegiyasının iclasında hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. O, eyni zamanda İddiaçı2 kassasiya şikayətini qəbul etmədiyini bildirərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gə lməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil N.Quliyevin izahatını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləritəmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İd diaçı2 ilə Cavabdeh arasında bağlanmış 25.10.2016-cı il tarixli icarə müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254,8 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üç il müddətinə ayda 500 manat icarə haqqı ödənilməsi şərti ilə icarəyə verilmişdir. İddiaçı2 icarəyə götürülmüş evdən uşaq bağçası kimi istifadə etmişdir. 2017-ci ilin fevralından həmin ev icarəçi İddiaçı2 faktiki istifadəsində deyil. İddiaçıların tələbi icarəyə verilmiş evə yerləşdirilmiş uşaq bağçasında istifadə təyinatlı əşyaların çıxarılaraq iddiaçılara təhvil verilməsi, cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 20.000 manatın, işgüzar nüfuzun zədələnməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi 5.000 manatın cavabdehdən İddiaçı2 xeyrinə ödənilməsi və s.barədədir. Cavabdeh qarşılıqlı iddiası isə X3 və İddiaçı1 icarə müqavilələri üzrə yeddi aylıq 3.500 manat məbləğində icarə haqqının və dəymiş zərərin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi hər iki tələbi rədd etsə də, apellyasiya instansiyası məhkəməsi ilk iddianın tam rədd edilməsi ilə razılaşmamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrini təhbər tutaraq qətnaməni həmin hissədə qismən ləğv etməklə iddianı qismən - uşaq bağçasında istifadə olunan təyinatlı əşyaların qaytarılması hissəsində təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, onda n istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 25.10.2016-cı il tarixli icarə müqaviləsinin məzmunundan görünür ki, “İcarəyəverən” adlandırılan Cavabdeh ilə “İcarəçi” adlandırılan İddiaçı2 arasında bağlanmış həmin müqaviləyə əsasən İcarəyəverən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254,8 kv.metr, 5 otaqlı fərdi yaşayış evini icarəçinin müvəqqəti isifadəsinə verir, icarəçi isə sahədən istifadə edilməsinə görə aylıq 500 manat məbləğində icarə haqqını İcarəyəverənə ödəməyi öhdəsinə götürür, icarə müddəti 25.10.2019-cu il tarixədək müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmur u Vüqar Alıyev, hal şahidləri X9 və X7, tələbkar İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, borclu Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə tərtib edilmiş 29.06.2017-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirildikdən sonra icra vərəqəsi üzrə aşkar olunan əmlakların üzərinə həbs qoyulmuş, baxış zamanı aşağıdakı əşyalar aşkarlanmamışdır: ətçəkən maşın, beyciklər, nağıl şəkilləri, kitablar, oyuncaqlar, ebaydan müxtəlif sifarişlər, kamera kanalları. Göründüyü kimi, iddiaçı tərəfindən icarəyə götürülmüş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254,8 kv.metr, 5 otaqlı fərdi yaşayış evində uşaq bağçası kimi fəaliyyət göstərən zaman iddiaçı tərəfindən zəruri əşyalar həmin evə yerləşdirilmişdir. Lakin qeyd ol unan əşyaların bir qismi iddiaçıya qaytarılmamışdır. Həmin halın mövcudluğu da 29.06.2017-ci il tarixli aktla öz təsdiqini tapmışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia ərizəsi - uşaq bağçasında istifadə olunan təyinatlı əşyaların (aşkar edilən) Cavabdeh alınaraq ilkin iddiaçılara verilməli olduğu halda birinci instansiya məhkəməsi həmin hissədə də iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Həmin hissədə ilkin iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülk iyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 390.5, 427.3, 442, 445, 448, 697.4, 700.1-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qalan hissəsində, eləcə də qarşılıqlı iddianın rədd edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin iddia ü zrə İddiaçı2 20.000 maddi zərər və 5.000 manat məbləğində mənəvi zərərin ödənilməsinə, ona məxsus olan əşyaların qaytarılmasına dair tələblərinin əsası kimi istinad etdiyi halları - icarə münasibətlərinə cavabdehin təqsirli hərəkətləri üzündən vaxtından əvvəl xitam verilməsini, yəni cavabdeh tərəfindən onun qanunla qorunan hüquqlarının pozulmasını, eləcə də icarə münasibətlərinə faktiki olaraq vaxtından əvvəl xitam verilməsi nəticəsində onun 20.000 manat maddi zərər çəkməsi barədə sübutları məhkəmə təqdim etməmiş, eləcə də həmin halları sübuta yetirə bilməmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin iddiaçı tərəfindən bir tərəfdən cavabdeh tərəfindən qanunla qorunan hüquqlarının pozulması, digər tərəfdən onun mənəvi ziyanla bağlı tələb etdiyi məbləğin hansı qaydada hesablanması və nəyə əsaslanması sübut edilməmiş və həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, şəxsə mənəvi zərər tələbinə dair iddialara baxılarkən ilk növbədə mənəvi zərərə görə kompensasiya tələb edən şəxsin qanunla qorunan hüquqlarının pozulması halının mövcudluğu müəyyən edilməli, ikincisi həmin hüquqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən edilməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olm aması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçə kənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hüquqi yardıma görə vəkilə ödənilmiş 1.000 manat pulun cavabdehdən tutulmasına dair ilkin iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin yalnız iddia təmin edildiyi halda qarşı tərəfdən tutulması nəzərdə tutulmuşdur, hazırda da iddia tələbi qismən təmin edilmişdir və ona görə də iddiaçılar tərəfindən vəkilə çəkilmiş xərclərə görə 200 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Cavabdeh qarşılıqlı iddiası ilə bağlı da birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı da iddia tələblərinin əsası kimi istinad etdikləri halları, yəni İddiaçı2 tərəfindən 3.500 manat məbləğində yeddi aylıq icarə haqqının ödəməməsini, icarəyə verilmiş İddiaçı2 evi tərk edərkən onlara məxsus 13 adda ibarət ev və mətbəx əşyasının özü ilə aparmasını, evin təmizlənməsi, kombi (istilik sistemi) ustası, xalça yuyulması, usta və fəhlə üçün çəkilən məsrəf çəkdiklərini sübuta yetirə bilməmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri nə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətindəki əşyaların qaytarılması barədə dəlilləri istisna olmaqla digər dəlilləri, eləcə də qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız saymış və hesab etmişdir ki, həmin dəlillər təsdiq olunmadığından rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli old uqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Onlar iddialarının qalan hissəsini, cavabdeh isə qarşılıqlı iddianın əsası kimi istinad olunan faktları sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür p rosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəti cə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı s ayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3558/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3558/2019
27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver