Məhkəmə qərarları › İş №2(102)-3558/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3558/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3558/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili X1, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə barədə ilkin, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mülkiyyət və istifadə hüququnun itirilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 202 0-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsinə dair birbaşa qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair ilkin, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mülkiyyət və istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş № 2(001)-5922/2019) ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir. Bak ı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-834/2020) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5922/2019 saylı mülki iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsinə dair birbaşa qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili X5 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol ver məmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün q iymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli evə 4/18 hissədə İddiaçı1, 7/18 hissədə İddiaçı2 xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisə li hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 152.2, 152.3, 152.5, 153.4, 157.4, 215.2 və 215.4-cü maddələrinin tətbiqi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Apelyasiya məhkəməsi kassasiya şikay ətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiyanın dəlillərinə münasibətdə qeyd etmişdir ki, «… Belə ki, iddiaçılar mübahisəli yaşayış evinin paylı mülkiyyətçiləri olduğundan onların həmin yaşayış sahəsində əvvəllər yaşayıb-yaşamadıqlarından asılı olmayaraq oraya köçüb yaşamaqla onun faydalı xassələrindən istifadə etmək hüquqları vardır. Həmçinin iddiaçıların mübahisəli əmlakda payları cüzi olmadığından cavabdehin onlara kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur. Apelyasiya şikayətinə əlavə edilmiş məhkəmə aktından da görünür ki, başqa mübahisə üzrə Cavabdeh iddiası təmin edilərək onun yaşayış evinə 7/18 hissədə payı müəyyən edilmişdir. Yəni sonuncunun mənzildə payı iddiaçıların payından əhəmiyyətli dərəcədə artıq deyil, əksinə İddiaçı2 payı ilə eynidir.» Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar