Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3558/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiаçı İddiaçı cаvаbdehlər Cavabdeh1 оğlu və Cavabdeh2 оğlunа qаrşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh1 оğlunun və vəkili Vəkil2, Cavabdeh2 оğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1140/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 оğlu tərəfindən verilmiş kassasiya şikayətinə da ir işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdeh1 оğlunа qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, iddianın təmin edilərək, onun oğlu X ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir.
2. Sonradan Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir.
3. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiаçı İddiaçı cаvаbdeh Cavabdeh1 оğlu ilə 14 oktyabr 2011-ci il tarixdə nikahlarını Şabran rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Tərəflər аilə qurаrkən iddiaçı, cavabdehlərin və onların аilə üzvlərinin rаzılığı ilə həmin vaxt rəsmi qaydada heç bir qeydiyyatı o lmayan cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində olan ünvan 2 ünvanında yerləşən evə köçmüş, müəyyən müddət həmin evdə yaşamış və sonradan işləri ilə əlaqədar yaşamaq üçün Cavabdeh1 оğlu ilə birlikdəTürkiyə Respublikasına getmişlər. Türkiyə Respublikasında yaşadıqları dövrdə, yəni 27 may 2012-ci il tarixdə onların Bayram adlı uşaqları anadan olmuşdur. Sonradan aralarındakı münasibət pozulduğundan boşanmışlar.
4. Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 oktyabr 2018-ci tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları 27 may 2012-ci il təvəllüdlü X İddiaçı yanında saxlanılmış və Cavabdeh1 110 manat məbləğində alimentin tutularaq 27 may 2012-ci il təvəllüdlü X saxlanılmasından ötrü X verilməsi qət edilmişdir.
5. Abşeron rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin 27 mart 2019-cu il tarixli, 1026 saylı arayışından görünür ki, Cavabdeh2 2007-ci ildən özü tikdiyi xxx küçəsi xxx ünvanında yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır.
6. İddiaçı bildirir ki, iş üzrə cavabdeh X5 ilə aralarında 14 oktyabr 2011-ci il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmışdır. Birgə nikahdan onların 27 may 2012-ci ildə övladları X dünyaya gəlmişdir. Münasibətləri uyğun gəlmədiyinə görə o, aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə aralarında olan rəsmi nikahın ləğv edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iş üzrə cavabdeh olan Cavabdeh1 ilə aralarında olan rəsmi nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş övladları X saxlanılması üçün ona verilmiş və X saxlanılması üçün iş üzrə Cavabdeh1 hər ay 110 (yüz on) manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra o, Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minumumu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli0 qətnaməsinə əsasən uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılaraq 164 (yüz altmış dörd) manat müəyyən edilmişdir. O, iş üzrə cavabdeh X5 ilə ailə həyatı qurduğu vaxtdan, yəni 2011-ci ilin iyul ayından cavabdeh X2 məxsus olan ünvan 3 ünvanda yaşamış və hal-hazırda da onun cehiz əşyaları həmin evdədir. Onlar b ir müddət həmin evdə yaşadıqdan sonra iş üzrə cavabdeh X5 ilə birlikdə işləmək üçün Türkiyə Respublikasına getmişlər. O, 2017-ci ilin sentyabr ayında uşağı Bayramın məktəb yaşı çatması ilə əlaqədar Azərbaycan Redpublikasına qayıtmışdır. İş üzrə cavabdeh X5 isə Türkiyədə işləməkdə davam etmişdir. O, Azərbaycan Redpublikasına qayıdan vaxt mübahisə predmeti olan həmin evdə qaynanası X, qaynı X, qaynının yoldaşı X və onların uşaqları yaşayırdılar. İş üzrə cavabdeh X1 ailə üzvləri teztez onu təhqir etmiş, hətta onu döyməkdən belə çəkinməmişlər. 2018-ci ilin iyun ayında isə iş üzrə cavabdeh X1 ailə üzvləri onu döyərək məcburi olaraq yaşadığı ünvan 3 ünvandan çıxarmışlar. O, həmin vaxtdan uşağı ilə birlikdə Xırdalan şəhərində kirayə ev tutaraq yaşayır. İş üzrə cavabdeh X1 ailə üzvləri tərəfindən döyülməsi və evdən qovulması barədə bir neçə dəfə cavabdeh X2 məlumat vermişdir. Lakin hər dəfə cavabdeh X5 ona ailəsinin necə deyirsə elə də olmalı olduğunu bildirmişdir. Göstərilənləri, 2011-ci ilin iyul ayında daimi yaşamaq üçün ünvan 3 ünvana köçdüyünü və həmin vaxtdan da orada yaşamasını, cehiz əşyalarının hal-hazırda da həmin evdə olmasını, habelə 2018-ci ilin iyun ayından iş üzrə cavabdeh X1 ailə üzvləri tərəfindən döyülərək evdən qovulmasını nəzərə alaraq belə hesab edir ki, onun sözügedən ünvandakı evdən istifadə hüququ vardır və o, uşağı ilə bərabər həmin evə köçürülməlidir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh1 bildirir ki, İddiaçı ilə 14 oktyabr 2011-ci il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Əslində, nikahları qız toyu zamanı rəsmiləşdirilmiş və qız toyundan bir həftə sonra onların Xırdalan şəhərində oğlan toyları olmuşdur. Toydan sonra iddiaçı X4 rayonu, xxxx ünvanına gəlin köçmüşdür. İddiaçı cehizi isə toydan 1-2 gün əvvəl həmin evə gətirilmişdir. O, İddiaçı ilə ailə qurduqdan iki ay sonra yaşamaq üçün Türkiyə Republikasına getmişlər. O, 7 ilə yaxın, yəni 2018-ci ilə qədər Türkiyə Respublikasında yaşamış və 2019-cu ilin mart ayında Azərbaycan Respublikasına qayıtmışdır. Həmin müddət ərzində İddiaçı Azərbaycan Respublikasına gedib-gəlmişdir. Türkiyə Respublikasında yaşayarkən onların 27 may 2012-ci il tarixdə Bayram adlı uşaqları anadan olmuşdur. İddiaçı isə 2018-ci ildə yenə də atasını görmək adı ilə uşağı ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş və bir gün mübahisə pre dmeti olan evdə yaşadıqdan sonra öz atası evinə getmişdir. Həmin ev onun qardaşı Cavabdeh2 оğlunun evidir. Qardaşı Cavabdeh2 оğlu həmin evi 2007-ci ildə inşa etdirmişdir. Lakin, həmin evin hüquqi sənədi yoxdur. O, özü də qardaşının evində yaşayır. 30 noyabr 2019-cu il tarixdə İddiaçı öz əmlaklarını həmin evdən çıxararaq aparmışdır. Həmçinin, sonradan onun xəbəri olmadan İddiaçı Şabran Rayon Məhkəməsinə aralarında bağlanmış nikahın pozulması tələbi ilə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan uşaqları X saxlanılması üçün İddiaçı himayəsinə verilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 110 manat məbləğində alimentin tutularaq İddiaçı verilmə si qət edilmişdir. Sonradan İddiaçı iddiası əsasında Şabran Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən uşağının saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılaraq 164 manat müəyyən edilmişdir. Hesab edir ki, İddiaçı iddiası əsassızdır.
8. Cavabdeh2 bildirir ki, onun qardaşı Cavabdeh1 İddiaçı ilə 2011-ci ildə nikah bağlamaqla ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların 27 may 2012-ci ildə Bayram adlı uşaqları anadan olmuşdur. Lakin, sonradan münasibətləri uyğun gəlmədiyindən onlar ayrılmışlar və aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı onun qardaşı ilə ailə qurarkən onun 2007-ci ildə inşa etdirdiyi evə gəlin köçmüşdür. Onlar iki ay həmin evdə yaşadıqdan sonra Türkiyə Respublikasına getmişlər. İddiaçı 2018ci ildə Tür kiyə Respublikasından qayıtdıqdan sonra həmin evdə bir neçə gün yaşamışdır. Həmin ev bir mərtəbəli iki otaqlı evdir. Həmin evdə onunla birlikdə yeddi nəfər ailə üzvü yaşayır. Evin və evin yerləşdiyi torpaq sahəsinin hüquqi sənədi yoxdur. Həmin evin qardaşı Cavabdeh1 keçmiş arvadı olan İddiaçı heç bir aidiyyəti yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Şəki Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(075)-210/2020 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddiа qismən təmin edilmiş, İddiaçı 27 may 2012-ci il təvəllüdlü uşağı X ilə birlikdə ünvan 2 ünvanında yerləşən evə köçürülməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 14 oktyabr 2011-cı ildə yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir.
11. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini nəzərə alaraq hesab etmişdir, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunveri ciliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. 12. 01 oktyabr 2009-cu il tarixən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qayda sında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
13. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.
14. Beləliklə İddiaçı həmin dövrdə mübahisəli evin kirayəçisi olmuş, yəni həmin evin özü tərəfindən 2007-ci ildə inşa etdiyini bildirdiyi Cavabdeh2 öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, onun bütün cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. İddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir.
15. Azə rbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz nəhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hü ququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
16. Hazırki iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur.
17. Həmçinin özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
18. Avropa İnsan Hüquqları Məhkəməsi "Gi llounun işi’ nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır.
19. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə idd iaçı İsaqova X4 rayonu, xxxx saylı evdə yaşamaqda davam etmə niyyəti olduğundan, cehiz əmlaklarını mübahisəli evə yerləşdirərək orada məskunlaşması, ümumi təsərrüfat aparıb uşaq dünyaya gətirməsi, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması və başqa yerdə yaşayış yerinin olmaması əsası ilə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməsi və pozulmuş hüquqlarının bərpa edilməli olması barədə gəlinmiş nəticə əsaslıdır. Buna görə də iddiaçı həmin mənzilə köçürülməsi tələb etməkdə haqlıdır və onun iddiası həmin hissədə təmin edilməlidir. Lakin tikili özbaşına tikili olduğundan iddia tələbi istifadə hüququnun tanınması hissəsində əsassızdır və təmin edilm əməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermişlər.
21. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1140/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov - sədrlik edən və məruzəçi, M.Əsədli və A.Mahmudov) iş üzrə Şəki Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(075)-210/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmış, cavabdehlər Cavabdeh1 оğlu və Cavabdeh2 оğlu tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmişdir.
22. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmiş və onun qəbul etdiyi qətnаmə fаktlаr nöqteyi-nəzəri ndən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgündür.
23. Həmçinin işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi münbahisə predmeti olan evin Cavabdeh2 məxsus olmasını, iddiaçının 2-ci dəfə ailə qurmasını və yaşayış yerinin olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Cavabdeh1 və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
28. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən MPM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilməmişdir.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM -in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hü quq Mənzil Məcəlləi
34. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (maddə 30.1)
35. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını h əyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (maddə 30.4)
36. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin ya şayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. (maddə 30.5) Mülki Prosessual Məcəllə
37. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. (maddə 13.4)
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
41. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
42. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
43. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
45. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
47. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsi nin qətnaməsi qanuni və əsaslı deyildir. (41)
48. İş materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 14 oktyabr 2011-cı ildə yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir.
49. Məhkəmələr mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini nəzərə alaraq hesab etmişlər ki, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir.
50. Ona görə də mübahisəyə Mənzil Məcəlləsinin 68-69-cu maddələrinin müddəalarını tətbiq etmişlər.
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə analogiya üzrə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi barədə düzgün nəticəyə gəlsə də, analogiya üzrə həmin Məcəllənin 68-69-cu maddələrini deyil, 30-cu maddənin müddəalarını tətbiq etməli idi.
52. Belə ki, məzm unundan göründüyü kimi Mənzil Məcəlləsinin 68-69-cu maddələri dövlət və ya bələdiyyə mənzil fonduna aid mənzillərdə kirayəçinin, onun ailə üzvlərinin və digər şəxslərin istifadə hüququ əldə etməsini və bununla bağlı məsələləri tənzimlədiyi halda həmin Məcəllənin 30-cu maddəsi xüsusi mülkiyyətdə olan mənzillərdə istifadə hüququnun əldə edilməsi və bununla bağlı məsələləri tənzimləyir.
53. Nəzərə alınmalıdır ki, özbaşına fərdi yaşayış evlərinin inşa edilməsi dövlət orqanlarının və ya bələdiyyələrin deyil, ayrı-ayrı şəxslərin öz vəsaiti hesabına aparılır. Eyni zamanda son nəticədə bu tikililərə Mülki Məcəllənin 180.3-cü maddəsində nəzərdə tutulmuş hallarda onu inşa etmiş şəxsin mülkiyyət hüququ tanına bilər.
54. Göstərilənlərə əsasən mübahisə predmeti olan tikili qanunsuz tikili olduğundan və qanunvericilikdə qanunsuz tikiliyə istifadə hüququnu tanınmasını və həmin tikiliyə köçürülməni tənzimləyən normalar mövcud olmadığından hazırkı mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir.
55. Bundan başqa işin halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan ev iddiaçı həmin evə köçməmişdən əvvəl inşa edilmişdir və iddiaçının sabiq əri Cavabdeh1 həmin evin qardaşı Cavabdeh2 оğlu tərəfindən inşa edildiyini bildirir. Belə olan vəziyyətdə mübahisə predmeti olan evin kim tərəfindən inşa edilməsinin müəyyənləşdirilməsi hazırkı mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallardan biri olmasına baxmayaraq nə birinci instansiya nə də apelyasiya instansiyası bu halı araşdırmamış və həmin hala h üquqi qiymət verməmişdir.
56. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli evin iddiaçının keçmiş əri Cavabdeh1 оğlu tərəfindən inşa edildiyi müəyyənləşdirilərsə yalnız bu halda analogiya üzrə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarına əsasən iddiaçının həmin evə istifadə hüququ müəyyən müddətə saxlanıla bilər.
57. Həmçinin qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzilə istifadə hüququ əldə etmiş şəxsin mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda və buna əsaslar olduğu halda həmin şəxsin mənzildən istifadə hüququ yalnız müəyyən müddət çərçivəsində saxlanıla bilər. Ona görə də mübahisə predmeti olan evə iddiaçının istifadə hüququ yaranarsa həmin maddəyə əsasən iddiaçı həmin evə daimi deyil müəyyən müddətə köçürülməlidir.
58. Beləliklə işi n yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
59. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
60. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1140/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.