Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3558/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3558/2023 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı şəhəri 15 noyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-828/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X4, X5 və maşinist köməkçisi İddiaçı tərəfindən tərtib edilmiş akta əsasən həqiqətən xx.xx.2022-ci il tarixdə 3TE10M1370 saylı teplovoza baxış keçirərkən teplovozdan 6 ədəd 20 lt-lik konistirlər yanacaqla dolu aşkar etmişlər. X5 və maşinist köməkçisi İddiaçı yanacaqla dolu olan 6 ədəd konistiri satmaq məqsədi ilə teplovozdan götürmüşlər. Akt X4, X5 və maşinist köməkçisi İddiaçı tərəfindən imzaları ilə təsdiq edilmişdir.
2. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahata əsasən xx.xx.2022-ci tarixdə maşinist X3 ilə Biləcəri stansiyasında 3TE10M-1370 saylı teplovozla çeşidləmə işləri görərkən təxminən saat 01:30 radələrində ayaqyoluna getmişdir, qayıtdıqdan sonra görmüşdür ki, hərəkətin təhlükəsizliyi üzrə X4, maşinisti X2 dizel yanacağı satmaq istəyərkən tutmuşdur. Həmin vaxt hadisə yerində olmamışdır.
3. X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahata əsasən xx.xx.2022-ci tarixdə maşinist köməkçisi İddiaçı ilə Biləcəri stansiyasında 3TE10M-1370 saylı teplovozla çeşidləmə işləri görərkən təxminən saat 01:30 radələrində teplovozdan 6 ədəd 20 lt-lik konistir yanacaq oğurlayıb satmaq istəyərkən İnfrastruktur Departamentinin hərəkətin təhlükəsizliyi üzrə X4 tərəfindən tutulmuşdur. 4. "xxxx" QSC-nin İnfrastruktur Departamenti Qatarların idarə edilməsi Xidmətinin xx.xx.2022-ci il tarixli 172470 say lı Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən İnfrastruktur Departamenti Qatarların idarə edilməsi Xidmətinin X1in idarə edilməsi sahəsində magistral üzrə teplovoz maşinist köməkçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 76878 saylı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
5. Təhvil-təslim aktına əsasən əmək kitabçasını və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətini İddiaçı xx.xx.2022-ci il tarixdə təhvil almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" QSC-yə (bundan sonra – QSC və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC-nin İnfrastruktur Depar tamenti Qatarların idarə edilməsi Xidmətinin rəisi Nəriman Nağıyevin iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 10 ildən çoxdur ki, X1 idarə edilməsi sahəsində qüsursuz olaraq maşinist köməkçisi işləmişdir. 8 aprel 2022-ci il tarixdən müdiriyyət onu işə buraxmamışdır. Kadrlar şöbəsindən bunun səbəbini soruşduqda yuxarıdan əmr gələcək demişlər. Sonra ona məlum olmuşdur ki, maşinist Vahid İbadovu salyarka götürməyə görə işə buraxmamışlar, onu də onun gözünə qatmışlar. Müdiriyyət maşinisti məcb ur etmişdir ki, onun əleyhinə izahat versin. Maşinist izahat yazmışdır ki, bu işdə köməkçinin günahı olmamış, lakin rəis Elşən Vəliyev təkid etmişdir ki, onun da xəbəri olduğunu yazsın. İşlədiyi müddətdə heç bir qüsuru olmamış, heç bir cəza almamışdır. Ona görə də müdiriyyətin onunla əmək müqaviləsinə xitam verməsi əsassız və qanunsuz olmuşdur. Müdiriyyət ona xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri göndərmişdir. Əmri xx.xx.2022-ci il tarixdə almışdır.
8. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin X1 idarə edilməsi sahəsinin Teplovoz lokomotiv briqadasının magistral üzrə teplovoz maşinisti V.İbadov və magistral üzrə teplovoz maşini st köməkçisi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində saat 01:27 radələrində Biləcəri stansiyasında xidməti vəzifələrini yerinə yetirmək əvəzinə ümumi çəkisi 120 litr dizel yanacağını idarə etdikləri 3TE10M-1370 saylı teplovozdan 6 ədəd 20 litrlik qablarda qablaşdırılaraq çıxarılması faktı İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Hərəkətin təhlükəsizliyi bölməsinin müfəttişləri tərəfindən müəyyən edilmişdir. Müəyyən olunmuş fakt aktlaşdırılmış, maşinist və maşinist köməkçisindən məsələ ilə bağlı izahatın təqdim edilməsi tələb olunmuş, maşinist izahatında əməlin bilavasitə onlar tərəfindən törədildiyini etiraf etmiş və peşmançılıq keçirdiyini ifadə etmişdir. Sözügedən şəxslərin həmin hərəkətləri QSC-yə maddi ziyan vurulmasına şərait yaratmış, həmçinin işin ara şdırılması zəminində teplovozun uzun müddət hərəkətsiz qalmasına, teplovoz briqadaları arasında növbənin təhvilində gecikmənin yaranmasına və nəticədə formalaşdırılmış iş ahənginin pozulmasına gətirib çıxarmışdır. İddiaçının təqsirli olaraq törətdiyi əməl (dizel yanacağının oğurlanması) tam təsdiq olunduğundan işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur.
9. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmri xx.xx.2022ci il tarixdə aldığını bildirmişdir. İddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarını pozulduğunu bildiyi halda qanunsuz hesab etdiyi əmrin ləğvi barədə məhkəməyə müraciət etməmiş, əmrin qəbul etdiyi gündən 1 ay 28 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı köməkçisi olmuşdur. 1990-cı ildən orada işləmiş, sonuncu vəzifəsi maşinist olmuşdur. Hadisə xx.xx.2022-ci il tarixdə gecə 01:00 radələrində olmuşdur. Biləcəri stansiyasından keçdikdən sonra iddiaçı ayaqyoluna düşmüş, o zaman qatarı saxlamışdır. Həmin vaxt təlimatçı ona yaxınlaşmış və onun qatardan düşməsini bildirmişdir. Təlimatçının göstərişinə əsasən təlimatçı ilə birlikdə 4 ədəd konistir yanacaq vasitəsini vaqona yükləmişlər, o və təlimatçı aşağıdan vaqona konistirləri yükləyirmişlər, iddiaçı isə vaqona yerləşdirirmişdir.. Yüklədikdən sonra təlimatçı onların vaq onuna minmiş və digər stansiyada düşmüşdür. Konistirləri təlimatçının düşdüyü stansiyada boşaltmışlar.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3710/2022 nömrəli iş üzrə 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddiaçının QSC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə iş materialları və şahid ifadəsi ilə təsdiq olunmuşdur ki, iddiaçı, maşinist X3 ilə birlikdə xx.xx.2022-ci il tar ixdə Biləcəri stansiyasında 3TE10M-1370 saylı teplovozdan yanacaqla dolu 6 ədəd 20 lt-lik konistirləri satmaq məqsədi ilə götürmüşdür. Bununla da iddiaçı göstərilən təqsirli hərəkəti nəticəsində cavabdehə maddi ziyan vurmaqla əmək vəzifələrini kobud şəkildə pozmuşdur ki, bu hal da cavabdehə iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etməsi üçün əsas vermişdir.
13. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə hesab etmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsi müddətini (30 gün) və bu müddətin iddia müddətinin axımının dayandırılmasına səbəb olmasını nəzərə aldıqda, iddia müddəti keçməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72-ci maddələrinə istinad edərək əsaslandır mışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, o işlədiyi müddətdə heç vaxt cəza almamış, işlədiyi müddətdə heç bir qüsuru olmamışdır. İşdə onun oğurluq etməyini təsdiq edən mötəbər sübut olmadığı halda, məhkəmə əsassız nəticəyə gəlmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-828/2023 nömrəli mülki iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və m əruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materialları, xx.xx.2022-ci il tarixli akt və şahid ifadəsi ilə iddiaçının maşinist X3 ilə birlikdə xx.xx.2022-ci il tarixdə Biləcəri stansiyasında 3TE10M-1370 saylı teplovozdan yanacaqla dolu 6 ədəd 20 lt-lik konistirləri satmaq məqsədi ilə götürdüyü təsdiq olunur. Bununla da iddiaçı göstərilən təqsirli hərəkəti nəticəsində cavabdehə maddi ziyan vurmaqla əmək vəzifələrini kobud şəkildə pozmuşdur ki, bu hal da cavabdehə iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etməsi üçün əsas verir.
19. İddiaç ının apellyasiya şikayətinin dəlilləri, yəni işdə oğurluq etməsini təsdiq edən mötəbər sübut olmaması barədə dəlili öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassız olmuşdur və təmin edilə bilməz.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onu dinləsə də ifadəsinə heç bir əhəmiyyət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə əmək müqaviləsinə xitam verən cavabdehin hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş, araşdırma aparmamışdır. Məhkəmədə şahidlər maşinist X3, X4 və rəis Elşən Vəliyevin çağırılıb dindirilməsi və onunla üzləşmə aparılması barədə vəsatət versə də, məhkəmə tərəfindən vəsatəti müzakirə edilməmiş və şahidlər çağırılmamışdır.
23. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 14, 88, 380-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
26. Maddə 70. ç) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
27. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
28. Maddə
72. Aşağ ıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidi r.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına, iş üzrə müəyyən edilmiş halların sübut olunmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-828/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.