Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3560/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə,Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, LPO İddiaçıətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05. 2018-citarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: S.B.M irəliyev; 2(004)-6969/17)iddia tələbi təmin edilmiş, Cavabdeh 06.11.2014-cü il tarixli, 401 saylı kredit müqaviləsinə əsasən 14560 manat əsas borc, 3958,51 manat faiz borcu olmaqla cəmi 18518,51 (on səkkiz min beş yüz on səkkiz manat əlli bir qəpik) manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, Tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Bakı şəhəri, ****************** saylı mənzilə yönəldilməsi, Həmin mənzilin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitindən borc alanın "xxxx" ASC-yə olan borcunun ödənilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, ****************** saylı mənzilin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmi şdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.V.İsmayılov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov; 2(103)-665/18) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Yasamal rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilərək ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ****************** saylı mənzilin qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, mənzilin ilkin satış qiyməti 115000 (yüz on beş min) manat və indiki bazar qiyməti 145 min manatın müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fondu Cavabdeh qarşı "ipotek a predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 06.11.2014-cü il tarixli, ****** saylı kredit müqaviləsi üzrə 14560 manat əsas borc, 3958,51 manat faiz borcu olmaqla cəmi 18518,51 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan Bakı şəhəri, ****************** saylı mənzilə yönəldilərək açıq hərracda satılması, ev satıldıqdan sonra 1 ay ərzində boşaldılmasıbаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06.11,2014-cü il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 22% hesablanmaq şərti ilə 20000 manat məbləğində k redit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini məqsədi ilə tərəflər arasında bağlanmış 06.11,2014-cü il tarixli, ***** saylı poteka müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ****************** saylı mənzili ipoteka saxlayanın xeyrinə yüklü etmiş və yüklülük dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ümumi şərtlərinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etməyi öhdəsinə götürsə də, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq öhdəliklərini lazımınca icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Nəticə də/ cavabdehin 12.06.2017-ci il tarixə banka 14560 manat əsas borc, 3958,51 manat faiz borcu olmaqla cəmi 18518,51 manat borcu yaranmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən təmin olunması hissəsinin ləğv edilərək 395851 manat faiz borcunun azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında iddiaçı, LPO İddiaçıətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh oğlu Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmə di. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş fak tiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən,o, cümlədən iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərardadının surətindən görünür ki, "xxxx" ASC-nin məcburi ləğv edilməsi qərara alınmış, Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən "xxxx" ASC-nin ləğvedicisi təyin edil mişdir. "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 06.11,2014-cü il tarixli, 401 saylı kredit müqaviləsinə əsasən cavabdehə mənzilin təmiri məqsədi üçün 36 ay müddətinə, illik 22% hesablanmaq şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06.11,2014-cü ıl tarixli, 401 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı məqsədilə cavabdehə məxsus olan Bakı şəhəri, ****************** saylı mənzil ipoteka qoyulmuşdur. İoteka müqaviləsinin 3.2.7-ci bəndinə əsasən ipoteka qoyan ipoteka predmetinə tutma yönəldildikdə özü, ailə üzvləri və orada yaşayan digər şəxslərlə birlikdə evi 10 gün müddətində tərk etməyi öhdəsinə götürmüşdür. RX seriyalı ******* nsaylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ***************** * saylı mənzil Cavabdeh xüsusi mülikyyətindədir. 14.07.2017-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizənin surətindən görünür ki, cavabdehə ipoteka predmetinə tutma yönəldilməsi barədə bilsiriş göndərilmiş, bildiriş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsində 14.07.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyatdan keçirilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 06.11,2014-cü il tarixli,**** saylı kredit müqaviləsi üzrə 12.06.2017-ci il tarixə banka 14560 manat əsas borc, 3958,51 manat faiz borcu olmaqla cəmi 18518,51 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdiri lmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi n əticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. - 295-ci maddəsinə əsasən girov axlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra e tmədikdə və ya azımınca icra etmədikdə yönəldilə bilər. - 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə ııtulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu:əçmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. - 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın atılmasını tələb edə bilər. «İpоtekа hаqqındа» Аzərbаycаn Respublikаsının Qаnununun: - 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşı nmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. - 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. - 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. - 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tə rk etməlidirlər. - 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Apellyasiya instansiyasıiş üzrə toplanmış sübutları araşdırıb düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı kredit məbləğinin tutulması hissəsində düzgün nəticəyə gəlsə də, ipotekaya qoyulmuş əmlakın qiymətini düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki prossesual Məcəlləsini n 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbu l edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 16 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3560/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3560/2019
26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver