Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3560/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı notariat ofisinə (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsi, vərəsəlik mübahisəsinin məhkəmə tərəfindən həll edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-512/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21a saylı evin, 12 saylı mənzili 006350 saylı, xx.xx.2005-ci il tarixli order əsasında X6 verilmişdir. Həmin sərəncama əsasən orderə həm onun, həm də arvadı X8 adı daxil edilmişdir;
3. Bakı şəhər İcra Hakimiyyətinin həmin sərəncamına, orderə və 321 saylı xx.xx.2005ci il tarixli Forma 2 arayışına və X8 razılıq ərizəsinə əsasən xx.xx.2005-ci il tarixdə bu mənzil X4 adına qeydiyyata alınmışdır;
4. X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişd ir;
5. Miras qoyanın vəfatından sonra onun vərəslərinin – X8 (arvadı), X7 (qızı), X5 (oğlu) və İddiaçı (qızı) müvafiq müraciətlərinə əsasən Bakı şəhəri 13 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onlar X4 vərəsələri kimi tanınmış və miras əmlakdan hər birinin bərabər pay hüquqları müəyyən edilmişdir. Eyni tarixli Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil üzrə X8 ½ pay hüququ müəyyən edilmiş, digər ½ miras payı isə yenidən dörd vərəsə arasında bölünərək, hər birinin 1/8 pay hüququ tanınmışdır.
6. Bakı şəhəri 13 saylı notariat ofisinin xüsusi notariusunun təsdiqlədiyi xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X3 miras qalmı ş Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21a saylı evin, 12 saylı mənzilə vərəsə İddiaçı 1/8 pay almalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Bakı şəhəri 13 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X3 miras qalmış əmlaka dair Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 13 saylı notariat ofisinə həvalə edilməsi barədə qə tnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 13 saylı notariat ofisinin notariusu X1 təsdiq etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum atası X3 miras qalmış Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21ada yerləşən 12 saylı mənzilin ½ hissəsi onun, ögey anası və iki qardaşı arasında bölünmüş, ona 1/8 hissə ayrılmışdır. Həmin mənzilin digər 1/2 hissəsinə isə ögey anasının adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həm mülkiyyət hüququ haqqında, həm də vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Belə ki, miras mənzil Bakı Şəhəri İcra Hakimiyyətinin 45 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında mərhum atası əmək fəaliyyətinə görə (atası millət vəkili olub) dövlət tərəfindən hədiyyə olaraq verilmişdir. Belə olduğu halda, həmin mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi deyil, tam miras kütləsi kimi vərəsələr arasında bölünməlidir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Əfsanə Heydərova) xx.xx.2023-cü il tarixli, 2(006)1239/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə ləğv edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21A-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 13 saylı notariat ofisinin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qe yd etmişdir ki, sözügedən mübahisəli əmlak X4 X11 ilə ailə münasibətlərində olduğu müddətdə dövlət tərəfindən X4 xidməti fəaliyyətinə görə (həmin dövr üçün Azərbaycan Respublikası Milli Məclisinin deputatı) hədiyyə edilmişdir. Bu hal isə iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə öz təsdiqini tapmışdır. X11 isə mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alındığını bildirsə də, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisəli əmlak tərəflərin nikah dövründə X6 hədiyyə olaraq verildiyindən, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a, 12 saylı mənzil ər-arvadın birgə mülkiyyəti deyil də, sonuncunun ayrıca mülkiyyətində olmuş və həmin mənzi l miras əmlakı olaraq vərəsələr arasında bərəbər paylarda bölünməlidir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 1133, 1145, 1146, 1159, 1162-ci; Ailə Məcəlləsinin 32.1, 34.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli, “G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2015-ci il tarixli, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitu siyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qanunun tələbinə görə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün müqavilələr, digər əqdlər, yaxud dövlət orqanlarının aktı olmalıdır. Hədiyyə iki tərəfli əqd olmaqla dövlət orqanının aktı hədiyyə hesab oluna bilməz. Qeyd olunan mənzil mərhuma hədiyyə kimi deyil, onun müraciəti əsasında Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə məhz ailəli olduğuna görə mənzil şəraitinin yaxşılaşdırılması üçün verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının 006350 saylı Orderindən də göründüyü kimi qeyd olunan mənzil Mayıs Səfərliyə həyat yoldaşı Mətanət Səfərli ilə yaşamaq üçün verilmişdir. Lakin, birinci instansiya məhkəməsi mübahisəli mənzilin hədiyyə olmasını əsassız olaraq qeyd etmiş və Mətanət Səfərlinin həmin mənzildə payının olmaması nəticəsinə gəlməklə maddi hüquq normalarını pozmuşdur. Birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli araşdırılmalıdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Abdıyev sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Fərrux Qasımov) 2(103)-512/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1239/2023 saylı qətnaməsi “xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 13 saylı notariat ofisinin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə rədd edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, mübahisəli mənzil X6 iki nəfər ailə tərkibi ilə (özü və həyat yoldaşı X11) verilmiş və orderdə hər ikisinin adı qeyd edilmişdir. Bu baxımdan həmin mənzil birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə edilmiş əmlak kimi qiymətləndirilməlidir. Lakin sonradan mənzilin ona verilməsini təsdiq edən sənədlərə, o cümlədən orderə, habelə X8 razılıq ərizəsinə əsasən mənzil X4 adına qeydiyyata alınmışdır. Bu hal, o cümlədən X8 özəlləşməyə razılıq verməsi iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təsdiq olunur. Həmin razılıq ərizəsinin verilməsi özözlüyündə mübahisələndirilən əmlakın ər-arvadın ümumi birgə əmlakı olması faktını aradan qaldırır. Bu səbəbdən məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayət inin bu barədə dəlillərini əsassız hesab edir. Hüquqi nəticə etibarı ilə üçüncü şəxs mənzilin həyat yoldaşı X4 mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bu baxımdan X4 ölümündən sonra ondan miras qalmış əmlakdan onun vərəsələrinin, o cümlədən iddiaçının bərabər həcmdə, yəni hər birinin ¼ hissədə pay almaq hüququ tanınmalıdır. Bu da öz növbəsində iddiaçının həmin əmlakdan 1/8 hissədə pay almaq hüququ barədə xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsini şərtləndirir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ haqqında şəhadətnamənin verildiyi müəyyən edilmir, bu halı təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilmir. Bu da öz növbəsində bu tələbin əsassız olduğuna dəlalət edir və onun təmin edilməsini qeyri-mümkün edir.
17. Məhkəmə kollegiyası iddia tələbinin “miras əmlakdan 1/4 hissədə pay almaq hüququnun tanınması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərin qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona münasibətdə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəhadətnamənin ləğvini mübahisələndirsə də, xx.xx.2021-ci il tarixli “Ər-arvadın ümumi əmlakından paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında" Şəhadətnaməni və eyni tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməni mübahisələndirməmişdir. Bu da öz növbəsində onun miras əmlakdan ¼ hissədə pay almaq hüququnun olmasına baxmayaraq, mövcud vəziyyətdə onu n bu payının tanınmasını hüquqi baxımdan qeyrimümkün edir. Belə ki, hazırda iddiaçının ləğvini tələb etdiyi xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2021-ci il tarixli şəhadətnamələrdən qaynaqlanmışdır. Vərəsələrin, o cümlədən iddiaçının miras əmlakın ¼ hissəsinə payı yalnız bu şəhadətnamələr ləğv edildikdən sonra tanına bilər. Lakin onlar hazırda da qüvvədədir, iddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırkı iddia üzrə mübahisə predmetini təşkil etmir. Bu da öz növbəsində həmin şəhadətnamələrə də hüquqi qiymət verilməsini qeyri-mümkün edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bu tələb təmin edilə bilməz və qətnamə həmin hissədə ləğv edilməlidir. Miras əmlakdan ¼ hissədə pay hüququ əldə etmək üçün məhkəmə qaydasında ayrıca icraat çərçivəsində xx.xx.2021ci il tarixli şəhadətnamələrin ləğvinin mübahisələndirməsi zərurətini yaradır. Başqa sözlə, iddiaçı belə bir hüquqa malikdir.
18. Məhkəmə kollegiyası mövqeyini Ailə Məcəlləsinin 31.2, 32.1, 32.2.2, 34.1-ci; Mülki Məcəllənin 220.2, 225.1, 225.2, 666.1, 1133.1, 1133.2, 1145, 1146, 1159, 1162, 1243-cü maddələrinə; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 372, 382, 384, 385, 392, 393, 403, 405-ci; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1239/2023 saylı qətnaməsinin “xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21a-da yerləşən 12 saylı mənzilin 1/4 hissəsinə dair iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 13 saylı notariat ofisinin üzərinə qoyulması” hissəsində ləğv edilməsi” hissəsində dəyişdirilməsini, həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətini onunla əsas landırmışdır ki, hakim hazırkı işdə konkret olaraq texniki səhvə yol verildiyinə görə, mahiyyətcə tam araşdırılmış işin halını bir kənara qoyaraq iddianı qismən rədd edib. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianı əsaslı hesab etsə də, ləğv edilməsi tələb olunan “mülkiyyət hüququ haqqında şəhadətnamənin” tarixinin iddia ərizəsində düzgün qeyd edilməməsini iddianı rədd etmək üçün əsas saymışdır. Halbuki, vərəsəlik işinin içində mülkiyyət hüququna dair yalnız bir şəhadətnamə olmuş, iddia ərizəsinin mahiyyətindən və məzmunundan da göründüyü mülkiyyət hüququna dair şəhadətnamə dedikdə məhz o nəzərdə tutulmuşdur. Sadəcə, cavabdeh təşkilat aidiyyəti olmadığı üçün iddiaçıya həmin şəhadətnamənin verməkdən imtina etmiş, vərəsəlik işinin eyni gündə açıldığını bildirmiş, beləliklə iddiaçıda b ütün şəhadətnamələrin eyni gündə verildiyinə dair təəsürat yaratmışdır. Məhz buna görə iddia tələbində "eyni tarixli" ifadəsindən istifadə edilmişdir. Lakin, buna baxmayaraq, həm birinci instansiya məhkəməsində, həm apellyasiya instansiyası məhkəməsində dəqiqləşmə aparılmış, iş materiallarında və ümumiyyətlə reallıqda yalnız bir mülkiyyət hüququna dair şəhadətnamənin olması və iddiaçının məhz həmin şəhadətnaməni nəzərdə tutması müəyyən olunmuşdur. Odur ki, hazırkı işdə belə formal əsasla iddianın rədd edilməsi və yeni məhkəmə icraatının başlanmasına rəvac verilməsi prosessual qənaət prinsipinin də pozuntusu hesab olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i:
22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
23. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
24. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
25. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
26. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
27. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
28. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır.
32. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Baxılan işdə iddiaçının tələbi pozulmuş vərəsəlik hüquqlarının bərpası ilə bağlıdır. İddiaçı bildirir ki, notariat orqanının atasından miras qalmış Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21a sa ylı evin, 12 saylı mənzilinə onun vərəsəlik hüquqlarının 1/8 pay nisbətində tanınması qanunvericiliyə uyğun deyil, həmin mənzilə 1/4 həcmdə payı vardır.
37. Mübahisəyə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri bu mövqedə olmuşlar ki, qeyd edilən mənzil miras qoyan Mayıs Səfərlinin fərdi mülkiyyətində idi, onun xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə həmin əşyanın tamamı üzərində miras açılmışdır. Miras qoyanın qanun üzrə birinci növbə vərəsələri dörd nəfər (arvadı Mətanət Səfərli, oğlu İsmayıl Səfərli, qızı Məltəm Səfərli, qızı İddiaçı) olduğundan iddiaçının vərəsəlik payı 1/4-dir.
38. Bununla belə, apellyasiya məhkəməsi iddiaçının tələbini rədd etmiş və mövqeyini belə əsaslandırmışdır ki, “iddiaçı ona münasibətdə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəhadə tnamənin ləğvini mübahisələndirsə də, xx.xx.2021-ci il tarixli “Ər-arvadın ümumi əmlakından paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında" Şəhadətnaməni və eyni tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməni mübahisələndirməmişdir. Bu da öz növbəsində onun miras əmlakdan ¼ hissədə pay almaq hüququnun olmasına baxmayaraq, mövcud vəziyyətdə onun bu payının tanınmasını hüquqi baxımdan qeyri-mümkün edir. Belə ki, hazırda iddiaçının ləğvini tələb etdiyi xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2021-ci il tarixli şəhadətnamələrdən qaynaqlanmışdır. Vərəsələrin, o cümlədən iddiaçının miras əmlakın ¼ hissəsinə payı yalnız bu şəhadətnamələr ləğv edildikdən sonra tanına bilər. Lakin onlar hazırda da qüvvədədir, iddiaçı tərəfindən mübahi sələndirilməmiş və hazırki iddia üzrə mübahisə predmetini təşkil etmir. Bu da öz növbəsində həmin şəhadətnamələrə də hüquqi qiymət verilməsini qeyri-mümkün edir”.
39. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır, ona görə ki, vərəsənin miras payı notariusun verdiyi mülkiyyət və ya vərəsəlik şəhadətnaməsindən qaynaqlanmır. Vərəsələr, mirası mirasqoyanın ölümü ilə qanun əsasında əldə edirlər. Başqa sözlə, vərəsələr miras açıldığı andan onlara çatası miras payına uyğun olaraq, əmlak üzərində mülkiyyət hüququ qazanırlar və bu hüquq qanunla tanınır.
40. Belə ki, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 26-27).
41. Odur ki, notariusun verdiyi vərəsəlik şəhadətnaməsi vərəsələrin miras hüquqlarını yaratmır. Bu baxımdan qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir. Xüsusilə də miras kütləsinə daxil olan daşınmaz əşyalar barəsində vərəsələrin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün vərəsəlik şəhadətnaməsinin alınması zəruridir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsində vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
42. Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır (§ 28).
43. Nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vər əsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.
44. Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır. Vərəsəlik mübahisəsini həll edən məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra tərəflər üçün məcburi, müvafiq orqanda qeydiyyatın aparılması üçün əsas olur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları (o cümlədən mübahisəli daşınmaz əmlaka münasibətdə vərəsələrin hüquqlarını həll etmiş məhkəmə aktı) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, b aşqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir (adı çəkilən Qanun, maddə 8.0.4).
45. Bu səbəbdən notariusun verdiyi vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Çünki, mülkiyyət, o cümlədən vərəsəlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən (bu cür tələblər müxtəlif məzmunda və variantlarda irəli sürülə bilər: məsələn, vərəsəlik payının müəyyən edilməsi və (və ya) əşyanın qaytarılması, əşyaya dair cavabdehin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.) mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətnamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir.
46. Əks yanaşma, eyni mübahisəli münasibətlərlə bağlı lüzum olmadan çoxsaylı mülki işlərin açılmasına və prosessual hüquqlardan sui-istifadə edilməsinə rəvac verər, mübahisəyə məhkəmədə ağlabatan müddətdə baxılması və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olardı.
47. Baxılan işdən o da görünür ki, iddiaçı (tarixini düzgün qeyd etməsə də) mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə tələbini iddia ərizəsinin nəticə hissəsində əks etdirmişdir.
48. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsinin “xx.xx.2021-ci il tarixli “Ər-arvadın ümumi əmlakından paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında" Şəhadətnamənin və eyni tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin iddiaçı tərəfindən mübahisələndirilməməsinə görə” iddianın rədd edilməsi haqqında mövqeyi əsaslı olmamışdır.
49. Kollegiya onu da nəzərə alır ki, apellyasiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi qənaətinə gəlsə də, nəticə hissəsində iddianın bu hissədə həlli ilə bağlı mövqe öz əksini tapmamışdır.
50. Beləliklə, məhkəmə tərkibi yuxarı da qeyd edilənləri birlikdə qiymətləndirərək bu nəticəyə gəlir ki, iş üzrə mübahisəli olan bütün münasibətlərə yekun hüquqi qiymət verilməsi üçün apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-512/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.