Məhkəmə qərarları › İş №2(102)-3561/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3561/2022

13.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3561/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:çıxarışın ləğv edilməsi) 13.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2(107)249/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cav abdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, Reyestr Xidməti tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 12 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 12 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********69 qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.Q.Səlimov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Balakən rayon AİK-nın 19 may 1998-ci il tarixli, 07 saylı qərarı ilə X, X, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə Balakən rayonu, Meşəşambul kəndi ərazisindən 1.31 ha kənd təsərrüfatı təyinatl ı torpaq sahəsi verilib və JN 133 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. Balakən rayon məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə Balakən rayonu, Meşəşambul kəndində yerləşən X, X, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 hər birinin payı ¼ hissədə olmaqla, 0,3275 ha müəyyən edilib. Həmçinin, qanuni qüvvəyə minmiş Balakən rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə TX və Cavabdeh2 iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh2, X və Xn ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu, Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X və Cavabdeh2 2/4 his sədə paylarının ekspert rəyinə uyğun naturada ayrılması və onların paylarına verilmiş torpaq sahəsindən İddiaçı və AX çıxarılması qət edilib. Balakən rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli icra sənədi icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilib və məhkəmənin sözügedən icra sənədinin icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Reyestr Xidmətinə 04 iyun 2021-ci il tarixli məktub göndərilib. Bundan sonra Reyestr Xidməti tərəfindən Cavabdeh1 və Cavabdeh2 adlarına sözügedən torpaq sahəsinə dair 12 iyul 2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 qeydiyyat nömrəli və 12 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışlar verilib. Göründ üyü kimi sözügedən torpaq sahəsi iddiaçıların adlarına qanuni qüvvəyə miqnmiş Balakən rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsinə və Balakən rayon İcra və X1 Xidmətinə göndərdiyi 04 iyun 2021-ci il tarixli məktubuna əsasən qeydə alınıb. Bundan sonra, İddiaçı Balakən rayon İcra və X1 Xidmətinə göndərdiyi 04 iyun 2021-ci il tarixli məktubu, Balakən rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məcburi icrasının 16 iyul 2021-ci il tarixə saat 15:30-a təyin edilməsinə dair icra hərəkətlərini, habelə icra işi üzrə icraata xitam verilməsinə dair icra məmurunun 17 iyul 2021-ci il tarixli qərarını məhkəmə qaydasında mübahisələndirib və Balakən rayon məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməyib və sö zügedən sənədlər və icra hərəkətləri qanuni hesab edilib. Ona görə də iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Daşınmaz əmlakın reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-8.0.9, 8.0.9.1, 8.0.9.1.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Balakən rayon məhkəməsinin 0 3 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “Daşınmaz əmlakın reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-8.0.9, 8.0.9.1, 8.0.9.1.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3-ci maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər- arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətl əndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahış olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə sinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Balakən rayon AİK-nın 19 may 1998-ci il tarixli, 07 saylı qərarı ilə X X, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə Balakən rayonu, Meşəşambul kəndi ərazisindən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib və JN 133 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. Balakən rayon məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə Balakən rayonu, Meşəşambul kəndində yerləşən X, X, Cavabdeh1 və Cavab deh2 ümumi birgə mülkiyyətində olan 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 hər birinin payı ¼ hissədə olmaqla, 0,3275 ha müəyyən edilib. Həmçinin, qanuni qüvvəyə minmiş Balakən rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə X və Cavabdeh2 iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh2, X və X ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu, Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən TX və Cavabdeh2 2/4 hissədə paylarının ekspert rəyinə uyğun naturada ayrılması və onların paylarına verilmiş torpaq sahəsindən İddiaçı və X çıxarılması qət edilib. Bundan sonra, Balakən rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli icra sənədi icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilib və məhk əmənin sözügedən icra sənədinin icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Reyestr Xidmətinə 04 iyun 2021-ci il tarixli məktub göndərilib. Daha sonra, Reyestr Xidməti tərəfindən Cavabdeh1 və Cavabdeh2 adlarına sözügedən torpaq sahəsinə dair 12 iyul 2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 qeydiyyat nömrəli və 12 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışlar verilib. “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci m addəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3-ci maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər- arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmas ına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsi iddiaçıların adlarına qanuni qüvvəyə miqnmiş Balakən rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsinə və Balakən rayon İcra və X1 Xidmətinə göndərdiyi 04 iyun 2021-ci il tarixli məktubuna əsasən qeydə alınıb. Bundan sonra, İddiaçı Balakən rayon İcra və X1 Xidmətinə göndərdiyi 04 iyun 2021-ci il tarixli məktubu, Balakən rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məcburi icrasının 16 iyul 2021-ci il tarixə saat 15:30-a təyin edilməsinə dair icra hərəkətlərini, habelə icra işi üzrə icraata xitam verilməsinə dair icra məmurunun 17 iyul 2021-ci il tarixli qərarını məhkəmə qaydasında mübahisələndirib və Balakən rayon məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməyib və sözügedən sənədlər və icra hərəkətləri qanuni hesab edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiy nəticə və hüquqi əsaslandırma ilə razılışır və hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normadlarının tələblərini pozduğunu, işin halları üzrə səhv nəticəyə gəldiyini, mübahisəli torpaq sahəsinin icra məmurunun məktubuna əsasən cavabdehlərin adlarına qeydə alındığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəl lənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2(107)-249/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar