Məhkəmə qərarları › İş №2(102)-3561/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3561/2024

25.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3561/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4050/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2024- cü il tarixdə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020ci il tarixli aktdan görünür ki, MSK29/1710-02864 saylı rəyə əsasən sayğacda xx.xx.2018ci il tarixdə ALARM-1 rejimi aşkar olunmuşdur. Abonentin saldosuna görə həmin akt üzrə iddiaçıya 324 manat borc hesablanmışdır.

2. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-ci il tarixli akta əsasən İddiaçı Raul oğluna məxsus sayğac mənfiyə işlədiyindən sayğac yenisi ilə əvəzləşdirilmiş və itirilmiş qazın həcmi isə sayğac göstəricisinə uyğun olaraq 25313,1 kub metr olduğu qeyd edilmişdir.

3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli aktd an görünür ki, 14-2-2/3-5-5039/Q-002 nömrəli rəyə əsasən 1805AZ**********84 zavod nömrəli sayğacın klapanı sınmışdır. Abonentin saldosuna görə iddiaçıya qalıq və həmin akt üzrə 5184 manat borc hesablanmışdır.

4. Abonentin saldosuna əsasən, abonentə 2023-cü ilin iyun ayında sərfiyyata görə 2246,79 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh İB-nə qarşı “borcun hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bag massivi ünvanında yerləşən 5147X saylı bağ evinə (abonent kodu: **********07361) əsassız olaraq borc kimi yazılmış 7575,59 manatın cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağ, massivindəki 5147X saylı bağ, hazırda İddiaçı və onun ailəsinin istifadəsindədir. Onlar həmin bağ sahəsində yalnız yay aylarında istirahət edirlər. Digər aylarda isə bağda yalnız mühafizəçi qalır və qaz sərfiyyatı az olur. İddiaçı tərəfindən cavabdehə qazla bağlı borc vaxtında və tam şəkildə ödənilmişdir. xx.xx.2023-cü il tarixində verilmiş bildiriş xəbərdarlığa görə Cavabdeh İB-nə olan yekun borc (ƏDV-li) 7575.59 manat təşkil edir. Lakin bildirişin verildiyi tarixdən öncə qeyd edilən ünvanda daimi yaşayış olmamış və həmin müddət ərzində isə qazdan qeyd edilən yekun borcu yarana biləcəyi həcmdə istifadə edilməmişdir. 28 aprel 2023-cu il tarixdə Cavabdeh nümayən dələri yaxınlaşaraq, sayğacın mənfi ilə işlədiyini və bu səbəbdən sayğacın yenisi ilə dəyişdirilməli olduğunu bildirmişlər. Sayğac (plomb) yenisi ilə əvəzlənmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)1297/2024 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia tələbi təmin edilmişdir.

8. Məhkəmənin mövqeyinə görə, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının hesabına yazılmış 324 manat, 5184 manat və 2246,79 manat olan hər üç borc məbləği Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacda yaranan nasazlıq ilə əlaqədardır.

9. Məhkəmə qanunvericiliyin “isteh lakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, 2020-ci ilin mart ayında yazılmış 324 manat borc, 2023-cü ilin may ayında yazılmış 5184 manat və 2023-cü ilin iyun ayında 2.246,79 manat borcun, cəmi 7754,79 manat borcun iddia tələbi üzrə 7575,59 manat olan hissəsi silinməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8 və 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən istehlakçının istifadəsində olan qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilən zaman sayğaca müdaxilə faktları aşkar edilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" aktlar tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmışdır. Bunun da nəticəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlar tərtib edilmiş, həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq olunmuşdur (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da 5.508 (324+5184) manat dəymiş ziyan məbləği hesablanmışdır. Bundan əlavə, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi ünvanında yerləşən 5147X bağ sahəsində istifadədə olan elektron (əvvəlcədən ödənişli) qaz sayğacına xx.xx.2023-cü il tarixində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan sayğacda texniki nasazlıq baş vermiş və bunun da nəticəsində sayğacın kla panı bağlanmadığı üçün (sayğac mənfiyə işlədiyi üçün) istehlakçı tərəfindən ödəniş aparılmadan təbii qazdan istifadə olunmuşdur. Bu səbəbdən də həmin tarixdə istehlakçının sayğacı yenisi ilə əvəz edilmiş və bununla bağlı ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir (iş materiallarına əlavə edilib). Tərtib edilmiş aktda sayğacın məfiyə işlədiyi, həmin tarixə elektron və mexaniki göstəricisinin 25313 kub metr olduğu, sayğacın 9286 kub metr mənfiyə işlədiyi qeyd olunmuş və aktı istehlakçının nümayəndəsi imzalamışdır. Həmçinin aktda qeyd olunan məlumatlarla elektron bazada olan məlumatlar qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, əvəzlənən sayğac üzrə istehlakçı tərəfindən cəmi 16027 kub metr qaz sərfiyyatının dəyəri ödəni lmişdir. Qeyd olunan göstəricilər arasındakı fərq də elə xx.xx.2023-cü il tarixli aktda qeyd olunduğu kimi 9286 kub metr (25313-16027=9286) təşkil etmişdir ki, həmin sərfiyyatın da dəyəri istehlakçı tərəfindən ödənilməmişdir. Həmin vaxt qüvvədə olan tariflərə əsasən sayğacın mənfiyə işləməsi nəticəsində istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 9286 kub metr sərfiyyatın 267 kub metr hissəsi 0,12 qəpiklə (267x0,12=32,04 manat), 1300 kub metr hissəsi 0,20 qəpiklə (1300x0,20=260) qalan 7719 kub metr (9286-267-1300=7719) hissəsi isə 0,25 qəpiklə (7719x0,25=1929,75 manat) hesablanmış və cəmi dəyəri ödənilməyən sərfiyyata görə 2221,79 manat (32,04+260+1929,75=2221,79) borc hesablanmışdır. Sayğaca müdaxilə ilə bağlıCavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz sayğacına müdaxilə etməsinə dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Qanunvericiliyə görə sayğacın mənfiyə işləməsi nəticəsində istifadə edilmiş qaz sərfinin məbləği istehlakçı tərəfindən ödənilməlidir. Belə ki, həmin məbləğ sırf sayğac göstəricisi əsasında hesablanmışdır. Lakin məhkəmə göstərilənləri nəzərə almamışdır.

13. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Ləhiç bağ massivindəki 5147X saylı bağ hazırda İddiaçı və onun ailəsinin istifadəsindədir. Onlar, həmin bağ sahəsində yalnız yay aylarında istirahət edirlər. Digər aylarda isə bağda yalnız mühafizəçi qalır və qaz sərfiyyatı az olur. İddiaçı tərəfindən cavabdehə qazla bağlı borc vaxtında və tam şəkildə ödənilmişdir. xx.xx.2023-cü il tarixində verilmiş bildirişdə göstərilmişdir ki, Cavabdehə olan yekun borc (ƏDV-li) 7575,59 manat təşkil edir. Lakin bildirişin verildiyi tarixdən öncə qeyd edilən ünvanda daimi yaşayış olmamış və həmin müddət ərzində isə qazdan qeyd edilən yekun borcu yarana biləcəyi həcmdə istifadə edilməmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh nümayəndələri yaxınlaşaraq, sayğacın mənfi ilə işlədiyin i və bu səbəbdən sayğacın yenisi ilə dəyişdirilməli olduğunu bildiriblər. Sayğacın (plombun) yenisi ilə əvəzlənmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cu il tarixli, ******* nömrəli Akt tərtib edilmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, sayğacın quraşdırıldığı bağ evində qış aylarında yaşayış yoxdur. Cavabdeh əvvəlki aylara münasibətdə hesablamanı bəzi aylar üçün 0,12 manat, bəzi aylar üçün isə 0,2 və 0,25 manat olmaqla qeyd etmişdir. Məhkəmədən hesablanma zamanı bunu nəzərə almasını xahiş etmişdir. Sayğacın sazlığını təmin etmək cavabdehin öhdəliyidir. Əvvəlki illərə nəzər salınsa, iddiaçı tərəfindən vaxtında mütəmadi olaraq ödənişlərin icra edildiyi görünür. Məsələnin kökü cavabdeh tərə findən sayğacın düzgün təmin edilməməsidir. Sayğac dəyişdirilsə də, hazırda həmin sayğacda problem var. Məhz ödənişlərin dayandırılmasının səbəbi bu məsələlərə aydınlıq gətirilməsidir. Əvvəlki aktlarda limit keçsə də, 0,12 manatdan hesablansa da, hazırda bu cür hesablanılmamışdır. Ev bağ evidir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4050/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(008)-1297/2024 nömrəli qətnaməsinin qismən - qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilə rək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu **********07361) sərfiyyata görə hesablanmış 1.022,59 manat məbləğində borcun silinməsi, qətnamənin mübahisələndirilən qalan hissədə (xx.xx.2020-ci il tarixli akt üzrə 324 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 5184 manat borcun silinməsi ilə bağlı hissədə) dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehə aid edilməsi qət edilmişdir.

16. Apellyasiya məhkəməsi cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlara münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələ rini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə xx.xx.2020-ci il tarixli akt üzrə 324 manat, xx.xx.2023-cü il tarixli akt üzrə isə 5.184 manat məbləğində borc hesablamışdır.

17. Məhkəmə kollegiyası cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla bağlı onu da qeyd etmişdir ki, qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamə tləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələbnamə ilə tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir. Bununla belə, işdə olan “Gasrep” adlı sənəddən (iş v.56) göründüyü kimi, iddiaçı əvvəlk i illər üzrə mütəmadi olaraq təbii qazdan istifadəyə görə hər ay ödənişlər etmiş, lakin 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər (cavabdeh tərəfindən sərfiyyata görə 2246,79 manat hesablanana qədər) qazdan istifadəyə görə ödənişlər etməmişdir.

18. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qeyd olunan 2246,79 manat məbləğində sərfiyyata görə hesablanmış borcun bütövlükdə silinməsi barədə birinci instansiya məhkəməsi səhv qənaətə gəlmişdir.

19. İşdə olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan (iş v.66-67) görünür ki, “Sayğacın xətaları təyin edilə bilməmişdir, sayğacın mümbranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil, kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilməm işdir. Sayğac istismara yararsızdır. Sayğac istismara yararsız olduğundan cavabdeh tərəfindən onun göstəriciləri sərfiyyata görə borcun hesablanması üçün əsas götürülə bilməz və mötəbər sayıla bilməz.

20. Bununla belə, işdən müəyyən edilir ki, iddiaçı əvvəlki illər üzrə göstərilən aylarda (2021-ci ilin noyabr ayından 2022-cü ilin iyun ayına qədər) qazdan istifadəyə görə ümumilikdə 1045 manat məbləğində ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər sərfiyyata görə məhz həmin məbləğ nəzərə alınmalıdır.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1096.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6, 13.8 və 13.8-1-c i maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3 və 4.8-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməd ən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

29. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

30. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğac larının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

32. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göst əricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

33. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qan unsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehl akçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir.

36. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini iddianın rədd olunması mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materi allarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsinə etirazda və apellyasiya şikayətlərdə irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

47. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4050/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar