Məhkəmə qərarları › İş №2(102)-3563/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3563/2019

03.06.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3563/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının vəkili X1 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019cu il tarixli 2(103)-1535/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə b axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.04.2007-ci il tarixdən etibarən bankda müxtəlif vəzifələrdə çalışdığını, işlədiyi müddət ərzində barəsində heç bir intizam tənbehi tətbiq olunmadığını, 20.04.2018-ci il tarixdə işdən çıxarılmasına qərar verildiyini, lakin bu barədə ona heç bir rəsmi və ya şifahi xəbərdarlıq edilmədiyini, 05.07.2018-ci il tarixli 205/18 saylı əmrlə isə əmək müqaviləsinın Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv olunduğunu, halbuki həmin əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi nin pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi zaman yol verildiyini, tərəfindən bu cür pozuntular törədilmədiyini və əmrdə də hər hansı əsaslandırma olmadığını, 24.04.2018-ci il tarixdən 28.06.2018-ci il tarixədək səhhətində yaranmış problemlərlə əlaqədar olaraq bülletendə olduğunu, işdən azad olunduqdan sonra müalicə ilə məşğul olduğundan işdən çıxma barədə əmrin ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmaq imkanı olmadığını bildirmiş, buna görə də bankın 05.07.2018-ci il tarixli 205/18 saylı əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 25 sent yabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 16 yanvar 2019-cu il tarixli 2(103)-1535/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4530/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmuş, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 05 iyul 2018-ci il tarixli 205/18 saylı əmri ləğv olunmaqla, İddiaçı “xxxx” ASC-nin “Korporotiv müştərilərin cəlbi və satışa dəstək” şöbəsinin Baş Mütəxəssisi vəzifəsinə bərpa edilməsi, 05 iyul 2018-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş bura xma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC və onun vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiyasının, 25, 60, Azərbaycan Respublikası MPMin 14.1, 77, 88, 217.1, 217.3, 220.4, 372, 380, 385, 386, 389, 390 və Azərbaycan Respublikası ƏM-in 10, 11, 70, 72 və 296-cı maddələrinin, eləcə də sadalanan digər maddi, prosessual normalarının tələblərinə cavab vermir və apellyasiya instansiyası mə hkəməsi tərəfindən işə əlavə edilmiş sübutlara obyektiv baxılıb hüquqi qiymət verilməmişdir. Beləliklə, qeyd olunanlardan, maddi və prosessual hüquq normalarına istinadən təsdiq olunur ki, Cavabdeh ASC-nin mübahisələndirilən İddiaçı ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi barədə 05 iyul 2018-ci il tarixli əmri”ndə və əmrin əsası kimi istinad olunmuş izahatlarda və Cavabdeh ASC-nin “İnsan Resurslarının İdarə Olunması Komissiyasının 20.04.2018-ci il tarixli iclas qərar”ında göstərilən hallar, eləcə də iddiaçının onunla bağlanmış əmək müqaviləsinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının bankların fəaliyyətini tənzimləyən normativ aktlarına əsasən qəbul edilmiş Cavabdeh ASC-nin Müşahidə Şurasının 15.04.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş bankdaxili “Davranış Məcəlləsi”n in “İşçinin vəzifələri” adlanan 5-ci bəndinin tələbləri ilə müəyyən edilmiş müəssisədaxili intizam qaydaları əmək müqaviləsinə xitam verilməsinədək son altı ay ərzində təkrarən pozduğuna görə intizam tənbehləri olaraq xəbərdarlıq alması, aylıq əmək haqqının müəyyən hissəsi məbləğində cərimə edilməsi və əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq iş yerində əmək müqaviləsinə xitam verilməsi növündə intizam tənbehi almasına səbəb olan kobud şəkildə hüquq pozuntusu-insident törətməsi, eləcə də iddiaçının müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin ona verildiyi 05.07.2018-ci il tarixdən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməyib üzrsüz səbəbdən iddia müddətini ötürməsi məhkəmədə iş materiallarına əlavə olunmuş və cavabdeh tərə findən təqdim edilmiş mötəbər sübutlarla və tərəflərin izahatları ilə öz təsdiqini tapmış, iddiaçı isə qeyd olunan bütün bu halları inkar edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və yekun olaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuniliyinin mübahisələndirilməsi və iddia müddətinin itirilməsinin üzrlü sayılması üçün əsaslar mövcud olmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin sə bəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarına görə, İddiaçı 02.04.2007-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, 05.07.2018-ci il tarixinə qədər həmin ASC-də müxtəlif vəzifələrdə işləmiş, 05.07.2018-ci il tarixli 205/18 saylı əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci m addəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında surəti olan 05 iyul 2018-ci il tarixli 205/18 saylı əmrdən və iş materiallarına surətləri əlavə olunmuş izahatlardan, habelə İnsan Resurslarının İdarə Olunması Komissiyasının 20.04.2018-ci il tarixli iclasının qərarından aydın olur ki, 30.03.2018-ci il tarixdə bankın Baş ofisinin inzibati binasında iş vaxtı işçilərin işləməsi üçün nəzərdə tutulmuş ümumi zalda İddiaçı digər əməkdaş X2 yaxınlaşaraq yüksək səs tonu ilə onu təhqir etmiş, etikaya uyğun olmayan və iş mühitinə yaraşmayan nalayiq ifadələr səsləndirmiş, həmin anda X1nın iş masasına yaxın əyləşən, eyni zamanda həmin anda ümumi zalda olub hadisəni görən bütün əməkdaşların konfliktlə bağlı ifadələri alınmış, onlar da İddiaçı X1nı təhqir etdiyini və ona qarşı nalayiq if adələr işlətməsini təsdiqləmiş, bundan sonra X1 baş vermiş mübahisəli halın həlli yolunun tapılması məqsədi ilə ASC-nin İRİ Departamentinə müraciət etmiş, araşdırma zamanı İddiaçı yenə də İRİ Departamentinin Müdirinin yanında etikadan kənar ifadələr işlədərək “İstehlakçıların hüquqlarının müdafiəsi” Şöbəsinin əməkdaşı X4u təhqir etmiş, məhz qeyd olunan hadisə ilə əlaqədar onun əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71 və 72-ci maddələrinə istinad etməklə iddianı təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçinin digər işçi ilə mübahisəsinin, yaxud onu təhqir etməsinin əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün, qeyd olunan bu ha l nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Halbuki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əsas götürülən izahatlardan aydın olur ki, o, iş yoldaşları X2 və X3ın onun barəsində işçilərin yanında səsləndirdikləri fikirləri eşidərək əsəbləşmiş, buna görə X2ya i radını bildirərək onunla sözlü mübahisə etmiş, bu mübahisə bir-neçə dəqiqə davam etməklə onu yalnız müəssisənin müvafiq əməkdaşları görmüş, bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1ci hissəsinə və Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə istinad edib hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə müqavilənin ləğv edilməsinin əsası kimi iddiaçının “müəssisəd axili intizam qaydalarını pozduğu” göstərilsə də, bu pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. Apellyasiya məhkəməsinin qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Həmçinin, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınl aşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2007-ci ildən müəssisədə işləməsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, iş materiallarından, onun işdən çıxarılmasına səbəb olan sözlü mübahisənin digər iştirakçıları olan X4a və X2 ya intizam tənbehi qismində töhmət verildiyi aydın olur; bu isə o deməkdir ki, cavabdeh ASC, sözügedən insidentin iştirakçıları arasında ayrı-seçkiliyə yol verməklə ədalətli balansı təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya etirazının bir dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumentini də əsassız hesab etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375, 382-ci maddələrinə və Ə mək Məcəlləsinin 296-cı maddəsinə, Konstitusiya Məhkəməsinin qərarlarına istinad etməklə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə 05.07.2018-ci il tarixdə xitam verilmişdir. İş materiallarında əmək kitabçasının və son haqq-hesabının ona nə vaxt verilmiş olması barədə məlumat mövcud olmasa da, işin hallarından görünür ki, müvafiq əmrlə əmrin verildiyi gün tanış edilmiş, bundan sonra bir müddət müalicə olunmuş, 17.08.2018-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə, iddiaçının iddia müddətini ötürdüyü qənaətinə gəlinmiş olsa belə, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğu qəbul edilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildi yindən, iddia müddətinin ötürülmüş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əmək və mülki prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri ni yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 10-cu maddəsinin b) yarımbəndinə əsasə n əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifələrindən biridir. Cavabdeh ASC-nin Müşahidə Şurasının 15.04.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş bank daxili “Davranış Məcəlləsi” müəssisədaxili intizam qaydalarını müəyyən edir. İşdən müəyyən edilir ki, İddiaçı özünün əmək vəzifələrini yerinə yetirməmiş, 30.03.2018-ci il tarixdə bankın Baş ofisinin inzibati binasında iş vaxtı işçilərin işləməsi üçün nəzərdə tutulmuş ümumi zalda digər əməkdaş X2 yaxınlaşaraq yüksək səs tonu ilə onu təhqir etmiş, etikaya uyğun olmayan və iş mühitinə yaraşmayan nalayiq ifadələr səsləndirmiş, X1nı təhqir etmiş, bundan sonra X1 baş vermiş mübahisəli halın həlli yolunun tapılması məqsədi ilə ASC-nin İRİ Departamentinə müraciət etmiş, araşdırma zamanı İddiaçı yenə də İR İ Departamentinin Müdirinin yanında etikadan kənar ifadələr işlədərək “İstehlakçıların hüquqlarının müdafiəsi” Şöbəsinin əməkdaşı X4u təhqir etmiş, bununla da o, müəssisədaxili intizam qaydalarını təkrarən pozmuş, əmək kollektivinin ayrıayrı üzvlərini təhqir etməklə, onların hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə işin bu halına düzgün hüquqi qiymət verməmiş, eyni zamanda Əmək Məcəlləsinin 71-ci maddəsini yanlış təfsir etmiş və hesab etmişdir ki, bu maddənin tətbiq edilməsi üçün işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması halı birlikdə mövcud olmalıdır. Halbuki maddənin mətnindəki “və ya” ifadəsi onu göstərir ki, işçinin müvafiq hərəkətləri nəticəsində ya müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı, ya da mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır. Bundan başqa, işçinin Əmək Məcəlləsinin 70-ci maddənin “Ç” bəndi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin müstəqil əsaslarından biri də işçinin Əmək Məcəlləsinin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Cavabdeh i ddiaya etirazının əsaslarından biri ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsinədək son altı ay ərzində təkrarən müəssisədaxili intizam qaydalarını pozduğuna görə intizam tənbehi olaraq xəbərdarlıq almaqla, həmçinin aylıq əmək haqqının müəyyən hissəsi məbləğində cərimə edilməklə, sonda isə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq iş yerində əmək müqaviləsinə xitam verilməsi növündə intizam tənbehi almasına səbəb olan hüquq pozuntusu, yəni iş yerində insident törədərək əmək kollektivinin ayrı-ayrı üzvlərini təhqir etməklə əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehində n nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəmə işə baxarkən Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini nəzərə almamış və işçi tərəfindən 72-ci maddənin ə) bəndində nəzərdə tutulmuş kobud pozuntuya yol verilib-verilmədiyinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə istinad edərək, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmaması, məcburi məzmun və forma tələblərinə riayət edilməməsi barədə qeyd edilənləri məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, əmək müqaviləsinin ləğvi barə də əmrin məzmununu müəyyənləşdirən Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində əmrdə hansı məlumatların əks olunması dəqiq göstərilmişdir. Həmin məlumatlar sırasında apellyasiya instansiya məhkəməsinin göstərilməsini zəruri hesab etdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğunun izah olunması nəzərdə tutulmamışdır. Bundan başqa, işçiyə intizam tənbehi verilərkən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə alınmaması və eləcə də, sözlü mübahisənin digər iştirakçıları olan X4a və X2 ya intizam tənbehi qismində töhmət verildiyi halda, iddiaçının işdən azad edilməsinin işəgötürən tərəfindən sözügedən insidentin iştirakçıları arasında ayrı-seçkiliyə yol verməsi kimi qiymətləndirilməsinə dair apellyasiya instansiya məhkəməsini mövqeyi ilə də məhkəmə kollegiyası razılaşmır və hesab edir ki, məhkəmə kollegiyası bu qənaətə gələrkən baş vermiş insidentlə bağlı əmək kollektivinin üzvlərinin verdiyi izahatlarını, Bankın İRİ Komissiyasının 20.04.2018-ci il tarixli iclasının protokolunu, iddiaçı barəsində əvvəllər tətbiq edilmiş intizam tənbehinə dair əmrləri, həmçinin, mübahisəni başladan və adı çəkilən şəxsləri təhqir edən şəxslə həmin mübahisəyə cəlb edilən və təhqirə məruz qalan şəxslərin təqsirinin dərəcəsinin eyni olmadığını, buna görə də, onlar barəsində görülən intizam tənbehinin də bu təqsirin dərəcəsinə uyğun müəyyən edilməli olduğunu nəzərə alınmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ə mək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3cü hissələrinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 05.07.2018-ci il tarixli əmri elə həmin tarixdə qəbul etmiş, əmək müqaviləsinə xitam verilərkən həmin əmrlə tanış edilmiş, həmin gün ona müvafiq əmrin surət i, əmək kitabçası, eyni zamanda son-haqq hesab işəgötürən tərəfindən təqdim edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 17.08.2018-ci il tarixdə müraciət etmiş və bununla da, Əmək Məcəlləsi ilə müəyyən edilmiş fərdi əmək mübahisəsinin həll edilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. İddia ərizəsində məhkəməyə vaxtında müraciət etməməsinin səbəbi kimi həkim reseptinə əsasən 08.07.2018-ci ildən 08.08.2018-ci ilədək stabil olaraq müalicədə olması ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının iddia müddətini ötürdüyü qənaətinə gəlsə də, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğunu qəbul etmiş, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürül müş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas kimi qəbul edilməsini ədalətsiz hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən bu qənaətə gəlinərkən Əmək Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinin tələblərini pozmuşdur. Belə ki, həmin normaya əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1 aylıq məhkəməyə müraciət etmə müddətini üzrlü səbəbdən buraxması b arədə işdə mötəbər sübutlar yoxdur. İddiaçının 08.07.2018-ci il tarixli həkim reseptində göstərilən dərmanları qəbul etməklə ambulator müalicədə olması onun öz pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa edilməsi üçün iddia qaldırmaq iqtidarında olmadığını müəyyən etməyə əsas vermir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericinin kəsici müddətləri müəyyən etməkdə məqsədi mülki hüquq münasibətləri iştirakçılarını öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaqdan ibarətdir. Həmin müddətin keçməsi ilə tələbetmə hüququ başa çatır. Bunun üçün iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya bax ışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası QƏRARA ALDİ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1535/2019 saylı 16 yanvar 2019cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar