Məhkəmə qərarları › İş №2(102)-3563/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3563/2022

04.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3563/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə və maraqlı şəxs ADY QSC-nin Yükdaşımaları Departamenti X1rşı “əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2022-ci il i tarixli, 2(103)1957/2022 nömrəli qətnaməsindən cavabde h tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. "xxxx" QSC Yük Daşımaları Departamenti X2 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmri ilə teplovoz maşinisti vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (öz xahişi) ilə işdən azad edilmişdir.

2. Salyanı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı işdən azad edilməsi haqqında ADY QSC-nin Yük daşımaları Departamenti X2 07 oktyabr 2019-cu il tarixli, 35/k saylı əmri ləğv edilmiş, İddiaçı ADY QSC-nin Yük Daşımaları Departamenti X4 teplovoz vəzifəsinə bərpa olunmuş və məcburi iş buraxdığı dövr ərzində ona əmək haqqının ö dənilməsi ADY QSC-nin Yük Daşımaları Departamenti X4 tapşırılmışdır.

3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2020-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin Yük daşımaları Departamenti X2 apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2020-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı cavabdeh "xxxx" QSC-nin Yük Daşımaları departamenti X1rşı iddiası, ADY QSC-nin Yük Daşımaları Departamenti X5 hüquqi şəxs olmadığından təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun QSC-nin Yükdaşımaları Departamenti X2 teplovoz maşinisti vəzifəsindən azad edilməsi barədə "xxxx" QSC tərəfindən 11 oktyabr 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş 07 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, onun ADY QSC-nin Yükdaşımaları Departamenti X4 teplovoz maşinisti vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin 07 oktyabr 2019-cu il tarixli əmri ilə 11 oktyabr 2019-cu il tarixdə elektron qaydada əmək müqaviləsinə xitam vermişdir. İşçinin əmək müqaviləsinin bağlanılma sının və xitam verilməsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması aidiyyəti səlahiyyətli orqan tərəfindən həyata keçirilir. Lakin iddiaçının işdən çıxarılması barədə cavabdehin rəsmi heç bir əmri və mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilməmişdir. X2 əmri imzalamaq səlahiyyəti olmamış və əmr ləğv edilməlidir. Bundan əlavə, QSC-nin Yükdaşımaları departamenti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeydiyyatdadır. İstənilən halda əmr əsassızdır və ləğv edilməlidir. X3 dizel yanacağı ilə bağlı çatışmazlıq aşkar edildiyi üçün araşdırma aparmış və bununla bağlı iddiaçının işində ciddi çatışmazlıq aşkar edilmiş və bu məsələ ilə bağlı Azərbaycan Res publikası ƏM-in 70- ci maddəsinin “ç” bəndi ilə intizam məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. X2 bu əmri imzalamağa səlahiyyəti yox idi və faktı sənədləşdirib dərhal tədbir görülməsi üçün aidiyyəti üzrə işə götürənə göndərməli idi. X5 bu zaman da əmr verməklə əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(006)1820/2021 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan məhkəmə aktları ilə iddiaçının məhkəmədə mübahisələndirdiyi hallar artıq müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəmə sində birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(006)-1820/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-4489/2021 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırılmasını təkrarlamışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. İddiaçı ka ssasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-4489/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(102)-579/2021 nömrəli qərarı ilə (hakim İ.Ə.Şəfiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovdan və V.T.Həsənovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)-4489/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, a pellyasiya instansiyası məhkəməsi işə baxarkən birinci instansiya məhkəməsinin işə MPM-nin 82-ci maddəsini tətbiq etməsi üçün əsasların olub-olmamasını təhlil etməklə apellyasiya şikayətinin dəlilinə qiymət verməmişdir. İşə baxmış məhkəmələr, iddiaçının işə bərpa olunması barədə əvvəl verdiyi iddiası üzrə məhkəmə aktlarına istinad etməklə, iddiaçı tərəfindən təqdim olunmuş sübutları araşdırmamış, əvvəlki məhkəmə aktları ilə müəyyən olunmuş halları MPM-in 82.3-cü maddəsinə əsasən preyudisial hallar kimi qiymət vermişdir. Lakin məhkəmələr iddiaçının əvvəlki iddiası üzrə Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edildiyini, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2020-ci il tarixli qərarında isə hər hansı hüquqi faktın müəyyən edilmədiyini, yalnız maddi və prosessual hüquq normalarının tətbiqinə mövqe bildirildiyini nəzərə almamış, ləğv edilmiş və bununla da hüquqi qüvvəsi olmayan məhkəmə aktında müəyyən olunmuş halları məcburi saymışdır.

15. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktik halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(103)-1957/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, e2(006)-1820/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın təmin edilməsi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yükdaşımaları Departamenti X2 07 oktyabr 2019-cu il tarixli, 35/k saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 69-cu maddəsinin 1, 2, 3, 5 və 7-ci hissələrinə, 76-cı maddəsinə, 83-cü maddəsinin 1 və 2-ci hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinad e dərək hesab etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.

18. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yu xarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi bu maddi hüquq normalarının, eləcə də Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82.3, 88, 217.3, 217.4 və 387.1-ci maddələrinin tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir.

19. İkincisi, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Belə ki, işdən görünür ki, iddiaçı cavabdeh qurumda 2006-cı ildən əmək fəaliyyətinə başlamış, 07 oktyabr 2019-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. İddiaçının mübahisələndirdiyi əmri rəsmi qaydada aldıqdan 1 ay keçməmiş məhkəməyə müraciət etməsi cavabdeh tərəfindən də mübahisələndirilmir. Buna baxmayaraq, qeyd olunan müddət iddia müddəti olduğundan cavabdeh bu barədə, yəni iddia müddətinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət etməmişdir. Bu cür vəziyyətdə məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq edərək iddianı rədd edə bilməzdi.

20. Üçüncüsü, iddiaçının mübahisələndirdiyi əmrin verilməsi üçün həqiqi əsasın onun əmək fu nksiyasının icrası zamanı az miqdarda dizel yanacağını kənar şəxsə satması olmuş olsa da, əmək müqaviləsinin ləğv edilməsi hazırda mübahisələndirilən əsasla rəsmiləşdirilməməli idi. Çünki, qanunvericiliyin tələbinə uyğun olaraq bu fakt araşdırılaraq iddiaçının barəsində yol verdiyi bu əmələ görə başqa intizam tənbehi yaxud xəbərdarlıq da tətbiq edilə bilərdi. Ancaq edilməmiş, demək bu faktı cavabdeh tərəf də gizlətməyə çalışmışdır. Buna baxmayaraq cavabdeh tərəf iddiaçını 15 ilə yaxın müddətdə həmin təşkilatda işləməsini də nəzərə almayaraq onu daha ağır intizam tənbehi ilə işdən azad edəcəyi ilə hədələyərək iradəsinin əleyhinə əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etməyə onu məcbur etmişdir. Əlbəttə ki, bu yolverilməzdir. Çünki, Əmək Məcəlləsinin 69cu maddəsinin 7-ci bəndi işçinin iradə sinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu faktın özü əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün müstəqil əsasdır.

21. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonr a əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair ərizədə məlumat olsa da, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan əsaslar göstərilməmişdir. Ona görə də, iddiaçının hansı tarixdə ərizə yazdığı, hansı tarixdən əmək müqaviləsinin ləğv edilməsini istədiyi, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları barədə Əmək Məcəlləsinin tələbləri nin düzgün yerinə yetirilib-yetirilməməsi də aydınlaşdırılmalı idi. Bu halları sübut etmək yükü isə artıq işəgötürən olaraq cavabdeh tərəfin üzərinə düşürdü. Lakin cavabdeh tərəf bu hallara dair heç bir sübut təqdim etməmişdir.

22. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı “əmək müqaviləsinin ləğv edilməsi” anlayışı ilə “əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi” anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir. İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyala keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırki mübahisən in mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı iradəsinə uyğun öz təşəbbüsü ilə tələb etməmiş, cavabdeh olan işəgötürənin hədəsi ilə məcbur olaraq bu cür ərizə yazmışdır. Buna görə də cavabdeh qurum qanunsuz və əsassız olaraq iddiaçını iradəsi əleyhinə əmək müqaviləsini ləğv edilməsinə çalışmış və buna da nail olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. Cavabdeh "xxxx" QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2022-ci il tarixli, 2(103)-1957/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləs inin 68-ci maddəsinin 1-ci hissəsinin və həmin maddənin 2-ci hissəsinin “a” bəndi, 69-cu maddəsinin 1, 2, 5-ci hissələrinin, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı işdən çıxma ərizəsini rəhbərliyinin təkidi ilə yazmamış, öz iradəsini könüllü ifadə etmişdir. İşəgötürən iddiaçıya humanistlik göstərərək, onu öz xahişi ilə işdən azad etmişdir. Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə əmri rəsmiləşdirərkən qanunvericiliyin tələblərinə tam riayət etmişdir. İddiaçı tərəfindən verilmiş ərizədə işdən çıxmaq istədiyi gün göstərilmiş və işə götürən tərəfindən o, elə həmin gün işdən azad edilmişdir. İddiaçının ərizəni könüllü iradəsindən xaric yazmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin i ddiaçının əsası olmayan izahatına istinad etməsi qanunsuzdur.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-c i hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitə nədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasl andırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qəra rında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 31. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühaki məsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

34. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddianı M ülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etməklə rədd edilməsindən ibarət aşağı instansiya məhkəmələrinin ilk icraatda olan mövqeyinin qanunsuz olması birinci kassasiya icraatı qaydasında qəbul edilmiş qərarda ətraflı təsbit olunmuş və məhkəmə kollegiyası bu məsələ ilə bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir.

35. Eyni zamanda məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilməmiş və bu səbəbdən apellyasiya məhkəməsinin qətnaməsinin həmin hissədə də şərh edilməsinə zərurət yoxdur.

36. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə istinad edərək, iddianı təmin etməsi əsassız olmuşdur. Belə ki, kassasiya məhkəməsi tərəfindən əvvəlki qərarında apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktik halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmasına dair göstərişlər verilsə də, həmin göstərişlər tam və lazımınca yerinə yetirilməmişdir.

37. Mübahisələndirilən qətnamədən müəyyən edilir ki, iddianı təmin edən apellyasiya məhkəməsi mövqeyini bir neçə halla əsaslandırmışdır: - İddiaçının işdən azad olunmasının həqiqi əsası onun əmək funksiyasının icrası zamanı az miqdarda dizel yanacağını kənar şəxsə satması olunmuş, lakin əmr qanunsuz olaraq hazırda mübahisələndirilən əsasla rəsmiləşdirilmişdir. İşəgötürən iddiaçını daha ağır intizam tənbehi ilə işdən azad ediləcəyi ilə hədələyərək, iradəsinin əleyhinə əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etməyə məcbur etmiş və bununla Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi pozulmuşdur. - İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsi ilə nəzərdə tutulmuş xəbərdarlıq müddəti gözlənilməmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi vaxtda intizam pozuntusuna yol verməsi, yəni onda dizel yanacağı çatışmazlığı aşkar edilməsi işin mübahisəsiz halıdır. Həmin hala iddiaçı da iddia ərizəsində istinad edir və apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıdakı qaydada müəyyən olunmuşdur.

39. Lakin göstərilən halla bağlı iddiaçının Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, öz xahişi ilə işdən azad edilməsinin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinin pozuntusuna səbəb olması göstərilən maddənin mahiyyətinə ziddir. İlk olaraq o səbəbdən ki, həmin maddənin dispozisiyasına görə işəgötürən tərəfindən işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etmək üçün zor işlədilməsi, hədə-qorxu gəlməsi, yaxud hər hansı başqa üsulla məcbur edilməsi sübut olunmalıdır ki, hazırki işdə apellyasiya məhkəməsi tərəfindən belə sübutlara istinad olunmamışdır.

40. Digər tərəfdən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, öz xahişi ilə işdən azad edilməsinə dair seçim verilməsi işəgötürənin yox, işçinin mənafeyinə uyğun olduğundan, bu halda işəgötürənin belə bir ərizəni yazmağa iddiaçını məcbur etməsi ağlabatan deyil. Əksinə işəgötürənin işçiyə öz ərizəsi ilə işdən çıxmasına şərait yaratmasını, ona güzəşt edilməsi kimi qiymətləndirilə bilər.

41. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə işəgötürənin iş çi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməli olduğu halda, sonuncunun xahişi nəzərə alınmaqla, Məcəllənin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilməsində əmək qanunvericiliyin pozuntusuna səbəb olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin mövqeyi maddi hüquq normalarının tələblərinə uyğun deyildir.

42. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətinin gözlənilməməsi ilə bağlı mövqeyi də əsaslı hesab oluna bilməz.

43. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində məhz işçi çıxış edir. Sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir.

44. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi da şıyır. Apellyasiya məhkəməsinin qətnaməsində də göstərdiyi kimi, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir.

45. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin maddədə göstərilən hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallar mövcud olduqda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

46. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulmuşdur. Belə ki, işdən çıxma nəticəsində iş yerində işin normal ahənginin pozulmasının qarşısını almaq və əlavə zərərə uğramamaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir ki, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün.

47. Eyni zamanda, işəgötürəni 1 ay əvvəl xəbərdar etmək işçinin vəzifəsi ol duğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ona bu müddəti gözləməmək imtiyazının əsaslarını müəyyən edir. Yəni, müstəsna hallar olmadıqda, 1 aylıq xəbərdarlıq müddətini gözləmək işçinin vəzifəsi sayılır. İşəgötürənin isə, qanunvericiliyin ona verdiyi hüququndan yararlanmaq və ya yararlanmamaq seçimi var. Əgər işçi, həmin hallar olmadığı halda, 1 ay gözləmək istəmədiyini bildirirsə və onun müqaviləni bəlli tarixdən ləğv etməsini işəgötürəndən xahiş edirsə, işçiyə bu şəkildə güzəştə getməsi isə işəgötürən üçün bir problem yaratmırsa, işəgötürən öz hüququndan imtina edərək işçini 1 ay gözləməyə məcbur etməyə də bilər. Lakin, bu o, demək deyildir ki, Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsində göstərilmiş hallar olmadıqda əmək müqaviləsi işçinin ərizəsində göstərilən gün ləğv edilə bilməz. Hər bir halda işçi və işəgötürən qarşılıqlı razılıq əsasında xəbərdarlıq müddətinin tətbiqindən imtina edə bilərlər.

48. Hazırki işdən müəyyən olunur ki, işçi olan iddiaçı işəgötürənə ərizə verərkən, öz xahişi ilə 07 oktyabr 2019-cu il tarixdən, yəni ərizəni imzaladığı tarixdən işdən azad edilməsini xahiş etmiş və işəgötürən də məhz həmin tarixdə əmri rəsmiləşdirmişdir.

49. Belə olan halda isə məhkəmənin qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3 və 7-ci bəndlərinin tətbiqində səhvə yol verilmişdir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından və maddi hüquq normalarının tətbiq ində səhvə yol verildiyindən, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

51. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçı işdən azad olunması barədə ərizə yazarkən həqiqi niyyətini müəyyən etməli, onun iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə hər hansı üsulla məcbur etməyə məruz qalıb-qalmamasını araşdırmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MP M-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2022-ci il i tarixli, 2(103)-1957/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar