Məhkəmə qərarları › İş №2(102)-3564/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3564/2020

01.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3564/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14783/2019 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh və vəkili Əliyev X1 şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (yeni Musa Bayramov) küçəsi, ev 29 A ünvanda yerləşən 4 yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət yaşayış evinə isitifadə hüququnun tanınması və həmin evə azyaşlı övladı - xx.xx.2006-cı il təvəllüdlü X10 ilə birgə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5709/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İmran Burcayev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14783/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)5709/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (hazırda Musa Bayramov) 29 A saylı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və onun, uşağı – xx.xx.2006-cı il təvəllüdlü X10 ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi) Fuad Talışınski, Rəfail Eyvazov) Cavabdeh və vəkili Əliyev X2 şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14783/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə mad di və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, iddiaçının köçürülməsini tələb etdiyi 1/14 hissədə evin digər 1/2 hissəsinin mülkiyyətçisi X6r. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıişdə iş tirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətiqismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14783/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız şikayət həddində, yəni borc məbləğinə aid iddia tələbinin təmin olunması hissəsində yoxladığı üçün kassasiya instansiyası da apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bu hissədə yoxlayır. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi də şikayətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara istinad etməsi işin faktiki hallarını araşdırma qəbul edilməməlidir. İddia tələbi iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (yeni Musa Bayramov) küçəsi, ev 29 A ünvanda yerləşən 4 yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət yaşayış evinə isitifadə hüququnun tanınması və azyaşlı övladı ilə birgə onun həmin köçürülməsi barədə olmuşdur. İddiaçının apelyasiya şikayəti üzrə işə baxan apelyasiya instansiyası məhkəməsi də iddianı təmin edib. Apelyasiya məhkəməsi iddianı təmin edərkən iş materialarına əsasən işin faktiki halları kimi onu müəyyən edib k, mübahisə pr edmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov (hazırda Musa Bayramov) 29 A saylı fərdi yaşayış evinin ½ hissəsi daşınmaz əmlakın dövlət reyestrində 10 saylı DNK-nın xx.xx.1972-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına, digər ½ hissəsi isə X3 adına qeydə alınmışdır. Cavabdeh həmin evdə qeydiyyatda olmaqla yaşayır. Vəfadər Səmədov xx.xx.2002-ci il tarixdə ölmüşdür. Cavabdeh atasından miras qalmış pul vəsaitindən anasının xeyrinə imtina etməsi barədə ərizə vermiş, xx.xx.2003-cü ildə V.Səmədovun arvadı Dünyaxanım Şahverdiyeva miras əmlak olan pul vəsaitinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Dünyaxanım Şahverdiyeva xx.xx.2006-cı ildə ölmüşdür. Mübahisəli evdə yaşamağa davam edən Cavabdeh xx.xx.2006-cı il tarixdə İddiaçı ilə nikaha g irmiş və sonuncunu həmin evə gəlin köçürmüşdür. Tərəflərin nikahından xx.xx.2006-cı ildə Vəfadar Səmədov adlı uşaqları doğulmuş və bir neçə il ərzində mübahisəli evdə birgə yaşamışlar. 2019-cu ildə tərəflərin ailə münasibəti pozulmuş, iddiaçı uşağı ilə birlikdə mübahisəli evdən iradəsi əleyhinə çıxmaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, Vəfadar Səmədov anası İddiaçı himayəsində saxlanılmışdır. İddiaçı xx.xx.2019-cu ildə hazırkı iddianı qaldırmışdır. xx.xx.2019-cu ildə Dünyaxanım Şahverdiyevanın vərəsələri – övladları Cavabdeh, Süleyman Səmədov, Səməd Səmədov, Maarif Səmədov, Zenfira Mirzəyeva və Şəhrəbanı Quliyeva Bakı şəhəri 39 saylı notariat ofisindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbə si, R.Axundov (hazırda Musa Bayramov) 29 A saylı fərdi yaşayış evinin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar (1/7 hissə açıq qalmaqla). xx.xx.2019-cu ildə həmin evə adları çəkilən şəxslərin hər birinin 1/14 payla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.Cavabdeh qeydə alınan paylı mülkiyyət hüququ anası Dünyaxanım Şahverdiyevdən aldığı miras payıdır. Qeydiyyatın tarixindən asılı olmayaraq bu hüquq, Dünyaxanım Şahverdiyevanın öldüyü xx.xx.2006-cı il tarixdən yaranmış sayılır. Apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq İddiaçı mübahisəli evə köçdüyü vaxt, yəni 2006-cı ilin iyun ayında Cavabdeh evin ümumi paylı mülkiyyətçisi olması, onlar arasında etibarlı ailə münasibətlərinin yaranması nəticəsinə gəlib id dianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 1255, 228.5-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair xx xxx 2008ci il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin özünün də müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçının istifadə hüququnun tanıdılması və köçürülmək istəməsi evin ½ hissəsi X7 məxsusdur. Evin digər ½ hissəsi 1/14 payla Cavabdehla yanaşı, həm də Süleyman Səmədov, Səməd Səmədov, Maarif Səmədov, Zenfira Mirzəyeva və Şəhrəbanı Quliyevaya məxsusdur. Buna baxmayaraq, apelyasiya məhkəməsi evin ½ hissəsinin mülkiyyətçisi olan X5 evin hansı hissəsindən faktiki olaraq is tifadə etməsini, ümumiyyətlə, həmin evin faktiki olaraq ½ hissəsindən (X5 mülkiyyətində olan ½ hissəsindən) təcrid şəkildə istifadə edilib-edilməməsini müəyyən etmədən, iddiaçını bütövlükdə mübahisəli mənzilə köçürmüş, bununla da evin ½ hissəsinin mülkiyyətçisi olan X5 mənafeyinə toxunan qətnamə qəbul etmişdir. Həmçinin mübahisəli evin ½ hissəsində hər birinin 1/14 payı olan Süleyman Səmədov, Səməd Səmədov, Maarif Səmədov, Zenfira Mirzəyeva və Şəhrəbanı Quliyeva da iş üzrə hər hansı prosessual qisimdə işə cəlb edilməmişlər. Baxmayaraq ki, mübahisəli evdə onların da mülkiyyət hüququ var, belə olan halda hazırki qətnamə onların da mənafeyinə toxunur. Məhkəmə kollegiyası qeyd edilən halları prosessual pozuntu kimi qiymətləndirir. Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə görə məhkəmə i şdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq MPM-in 418.4.6-cı maddəsində göstərilən əsaslarla ləğv edilməli, mülki iş yenidən apaşdırılması üçün həmin məhkəməyə qaytarılmalı, işə yenidən baxan məhkəmə evin cavabdehdən başqa digər mülkiyyətçilərini işə cəlb etməklə mübahisə predmeti olan evin ½ hissəsinin mülkiyyətçisi olan X5 evin hansı hissəsindən faktiki olaraq istifadə etməsini, ümumiyyətlə, həmin evin faktiki olaraq ½ hissəsindən, yəni X5 mülkiyyətində olan ½ hissəsindən təcrid şəkildə istifadə edilib-edilməməsinin mümkünlüyünü araşdırmalı və bunun nəticəsi olaraq qanunu və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)14783/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına g

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar