Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3564/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: əmrin ləğvi, işə bərpa tələbi ) Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8526/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2018-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris mərkəzində mütəxəssis vəzifəsində çalışmışdır.
2. Həmin Mərkəz Azərbaycan R espublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli 480 nömrəli fərmanına əsasən ləğv edilməsi ilə bağlı görülən tədbirlərlə əlaqədar öz xahişi əsasında tutduğu vəzifəsindən azad edilmiş, 30 mart 2020-ci il tarixdə onunla yeni yaradılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxs arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq ümumi şöbəsinə mütəxəssis vəzifəsinə işə götürülmüş, cavabdeh təşkilatın 30 iyun 2020-ci il tarixli əmri ilə isə əmək müqaviləsinin müddətinin bitməsi əsas göstərilməklə tutduğu vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya"nın ümumi şöbənin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 9.085,20 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 13.085,20 manat məbləğində pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikasının Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın ümumi şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində 2 ilə yaxın müddət ərzində müxtəlif vəzifələrdə işləmişdir. Sonradan həmin Mərkəz ölkə başçısının müvafiq fərmanı ilə ləğv edilmiş və eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi yaradılmışdır. İşlədiyi Mərkəz ləğv edildiyindən o, öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmiş və sonradan onunla yeni yaradılmış Milli Observatoriya arasında xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Bundan sonra 3 ayın tamamında onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verilmişdir. Halbuki, onun kimi işçi ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi və o, nəticə etibarı ilə təxminən 15 gün öz əmək funksiyalarını yerinə yetirmiş və heç bir əsas olmadan tutduğu vəzifədən azad edilmişdir. Bu zaman ona əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsinin nümayəndəsi və vəkili X1 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinə hər hansı aidiyyəti yoxdur, Observatoriya onun bazasında yaradılmamış və onun varisi deyil. Həmin Mərkəz ləğv ediləndə də iddiaçı öz ərizəsi ilə orada tutduğu vəzifədən azad e dilmişdir. Bundan sonra onunla cavabdeh arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır və həmin müddət tamam olduqdan sonra cavabdeh bu əsasla tutduğu vəzifədən azad edilmişdir. İddiaçı müddətli əmək müqaviləsinin bağlanmasına məcbur edilməmiş, müddət bitdikdə isə cavabdeh öz hüququndan istifadə etmişdir. Ümumilikdə əvvəllər qeyd edilən Mərkəzdə çalışan 29 nəfər işçi ilə 3 aylıq əmək müqaviləsi bağlanmış, həmin müddət tamam olduqdan sonra onlardan 17-i ilə yeni müddətli əmək müqavilələrinin bağlanması məqsədəmüvafiq hesab edilmiş, digər 12 nəfərlə, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilmişdir. Nəticə etibarı ilə cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun hərəkət edilmişdir. Göstərilənlərin nəzərə alın masını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdıyev) 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 nömrəli qəardadı ilə sonra İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”na qarşı «əmrin ləğvi, ümumi şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi» tələbinə dair mülki iş üzrə icraata «əmək müqaviləsinin müddətsiz hesab edilməsi» hissəsində xitam verilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdıyev) 05 aprel 2021-ci il t arixli, 2(001)-1727/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzr ə Milli Observatoriya" publik hüquqi şəxsi tərəfindən ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən hansı meyarlara və hansı tələblərə uyğun gəlmədiyi üçün iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda cavabdeh əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verməsi hüququnu reallaşdırmaqla yanaşı qismən olsa da iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol vermiş olmuşdur. İddiaçının əmək funksiyası öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir və bu səbəbdən xx.xx.2020-ci il tarixli, **********9 saylı əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir.
10. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yerini yara dılan publik hüquqi şəxs iddianın əvvəl işlədiyi mərkəzin hüquq varisi olmasa da, eyni istiqamətlər üzrə fəaliyyət göstərir. Hüquqi nəticə etibarı ilə Mərkəz ləğv edildikdən sonra eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılmış və iki ilə yaxın müddətdə mərkəzdə işləmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə mütəxəssis vəzifəsinə işə qəbul edilməklə yeni iş üzrə də əvvəlki (eyni) əmək funksiyasını həyata keçirmişdir.
11. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçının əmək funksiyası isə davam edən əmək bazarı münasibətlərinə müxtəlif mövzular barədə elmitədqiqat işləri, əmək bazarında təhlil və proqnozlaşdırma ilə bağlı davamlı araşdırma aparmaqdan ibarət olmuş və bu baxımdan öz xüsusiyyətinə, icrası şərtlərin ə, müddətin və xarakterinə görə daimi kimi qiymətləndirilir. Başqa sözlə iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənn «a-ə», «g» və «ğ» bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin «f» bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinspinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavil ə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinn 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.
12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 45, 47, 68 və 300-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aid olduğundan onunla əmək müqaviləsi müddətli bağlana bilməzdi. Əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmiş, təsadüfi deyildir ki, iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı məhkəmə icraatında mübahisələndirməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və C.Yusifov) 2(103)-8526/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi göstərir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olan halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən “f” bəndinə istinad edərək hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavlənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə (3 aya) münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşəgötürənin müddətə (3 aya) münasibətdə iradəsi var, çünki motiv müəyyən olunur. Belə ki, işəgötürənin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, işəgötürən əmək müqaviləsini ona görə müddətli (3 ay) bağlayıb ki, işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığını yoxlasın. Lakin işçinin motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, müddətə (3 aya) münasibətdə onun motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən s übut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Müqavilədə işçinin imzasının olması isə müddətə (3 aya) münasibətdə iradə ifadəsi sayıla bilməz.
17. Daha sonra məhkəmə kollegiyası qeyd edib ki, müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmadığına görə hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər 2 tərəfin razılığı nəzərdə tutulur. İşçinin razılığı olmadığına görə qalır 1 razılıq - işəgötürənin razılığı. İşəgötürənin razılığı isə “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Belə ki, işəgötürənin nümayəndəsi bildirir ki, əmək müqaviləsi ona görə müddətli bağlanıb ki, işçinin tutduğu vəzifəyə uyğun olub-olmadığı müəyyən edilsin. Lakin bunun üçün Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsini 3 aylıq sınaq müddəti ilə bağlamaq imkanı müəyyən edilib, “f” bəndindən bu məqsədlə istifadə oluna bilməz. Əgər işəgötürən müqavilənin müddətli bağlanmasına işçinin həqiqi razılığını almaq istəyirdisə, əvvəlcə müddətlə bağlı öz məqsədini ona bildirməli idi. Çünki “f” bəndindən görünür ki, istənilən razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prisipinə əməl edilməklə əldə olunmuş razılıq müqavilənin müddətli bağlanmasına əsas verir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etmişdir ki, əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı yoxdur, işəgötürənin razılığı isə 47-ci maddənin “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Ona görə də əmək müqaviləs inin müddətə dair şərti (2.1-ci bənd) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Odur ki, əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45 və 70-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi (Vəkil2) kassasiya şikayəti ve rərək qətnamənin ləğv edilib, işin apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlili kimi göstərilmişdir ki, məhkəmə əsassız olaraq hesab etmişdir ki, işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aid olduğundan onunla əmək müqaviləsi müddətli bağlana bilməzdi. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin kontekstində yanaşdıqda müəyyən olunur ki, hətta işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aid olduğu halda belə tərəflər əmək müqaviləsini qarşılıqlı razılıq əsasında müddətli bağlaya bilərlər. İddiaçı əmək müqaviləsinin qeyd olunan məsələləri tənzimləyən 2.1-ci maddəsini mübahisələndirməmişdir. Məhkəmə isə faktiki ol araq Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tətbiqinə qanunsuz və əsassız olaraq moratorium və qanunvericilikdə nəzərdə tutulmamış xüsusi şərtlər müəyyən etmişdir. Həmçinin apellyasiya şikayətinə göstərilməyinə və tələb olunmağına baxmayaraq məhkəmə tərəfindən iddia tələbinə iddia müddəti tətbiq edilməmişdir. Əmək müqaviləsindəki imza-xətt nümunəsinin iddiaçının həqiqi iradəsini ifadə etmədiyini təsdiq edən hər hansı konkret sübut da mövcud omlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8625/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən s axlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsaslandırılmamış, şikayətdə cavabdeh işin faktiki hallarını öz mövqeyinə uyğun şəkildə təhrif edərək göstərmiş, kassasiya şikayətində işin faktiki hallarını sadalamaqla kifayətlənmişdir. Prosessual məsələlər
24. Cavabdeh tərəfindən şifahi icraat qaydasında baxılması barədə vəsatət daxil olmuşdur. Məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 45, 1-ci hissə Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəfl ərin razılaşdığı müddətə bağlanılır.
26. Maddə 45, 4-cü hissə Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
27. Maddə
47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: https://www.e-qanun.az/framework/46943 a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruri yyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;https://www.e-qanun.az/framework/46943 ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;https://www.e-qanun.az/framework/46943 d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafi q yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;https://www.eqanun.az/framework/46943 e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;https://www.e-qanun.az/framework/46943 ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
28. Maddə 300, 1-ci hissə Əgər, işəgötü rən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsi
29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1 Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsin də yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır.
38. Həmin Məcəllənin 56-cı maddəsinin 1-2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tu tulan əsasla xitam verilə bilər.
39. Göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
40. Məlum olduğu kimi, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağla nması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
41. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmadığına görə hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İşçinin razılığı olmadığına görə qalır 1 razılıq - işəgötürənin razılığı. İşəgötürənin razılığı isə “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib.
42. Məlum olduğu kimi, işçinin iki ildən artıq müddət ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının şəxsin öz iradəsi əsasında a tılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
43. Ona görə də ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmələr, işin konkret hallarına ƏMnin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət vermişdir.
44. Kassasiya şikayətinin digər dəlili isə apellyasiya şikayətində göstərilməsinə baxmayaraq apellyasiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi edilməməsi ilə bağlıdır.
45. Qeyd edil məlidir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə birinci instansiya məhkəməsinə təqdim edilməli və onun tətbiqinin mümkünlüyü məhz həmin məhkəmədə müzakirə edilməlidir. İş materialları ilə cavabdeh tərəfin birinci instansiya məhkəməsində belə müraciətinin olması müəyyən olunmur. Cavabdeh tərəfin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmiş, onun iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməsi üçün kifayət qədər imkanı olmuş, lakin bu imkandan istifadə etməmişdr. Apellyasiya instansiya məhkəməsində belə ərizənin verilməsi halında ərizənin tətbiq edilməsini yolverilən hesab edilə bilməz. Çünki iddia müddətinin tətbiqi barədə ərizə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi halda tətbiq edilir
46. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
48. Bu səbəbdən, kassasiya şik ayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
49. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(103)-8526/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.