Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3565/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh və vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)1516/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Y.Əhmədov) 28 avqust 2018-ci il tarixli, 2(007)-3114/2018 saylı qətnaməsi ilə iddia təl əbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) 10.01.2019-cu il tarixli, 2(103)-1516/2019 nömrəli qətnaməsi ilə iddiaçı ***nın apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin olunmuş, vurulmuş mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğlərinin (bank xidməti xərci ilə birlikdə) əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat Cavabdeh alınaraq iddiaçı ***na ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh və onun vəkili *** iş üzrə Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı *** Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olduğunu, hazırda da ünvan 1 ünvanda yerləşən mənzildə yaşadığını, cavabdehi *** informasiya agentliyində işləyərkən tanıdığını, birlikdə işlədiklərini, onunla heç bir ünsiyyətinin olmadığını, cavabdehin iş yoldaşları vasitəsilə ona evlilik təklif etdiyini, lakin buna etirazını bildirdiyini, bu səbəblə cavabdehin bir neçə dəfə qarşısını kəsərək onu şantaj edəcəyi ilə hədələdiyini, bununla bağlı müdriyyətə şikayət etdiyini və nəticədə cavabdehin işdən çıxarıldığını, bundan sonra cavabdehin onunla prinsip apardığını, “***” sosial şəbəkəsində onu təhqir etdiyini, ünvanına yaraşmayan xəbərlər yazdığını, sonuncu dəfə isə “***” internet saytında onu biabır edərək ona və ailəsinə yaraşmayan məlumatlarla təhqir etdiyini irəli sürmüş, buna görə də ona dəymiş mənəvi ziyana görə 50 000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıхаrılmаsını хаhiş еtmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o iddiaçı ilə bir yerdə işləmiş və bir birini tanıyırlar. O da doğru dur ki cavabdeh iddiaçıya bir yerdə işləyərkən evlilik təklif etmişdir. Lakin cavabdehin onu təhqir etməyi həqiqətə uyğun deyildir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkilinin dediklərinə uyğun izahat vermişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbayc an Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.01.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı qismən təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “***” saytında “***”da *** başlıqlı yazı dərc olunmuş, həmin yazıda iddiaçı *** barəsində “o, düz yolun yolçusu deyildir”, “***nin mövcud bilik və savadı “***”-nun heç bir şöbəsinə uyğun gəlmir... Lakin şər və böhtan gücünə istənilən şəxsi ləkələyib tutduğu vəzifədən çıxartdıra bilməyi ustalıqla bacarır”, “***nın bildirdiyinə görə bir “kişi” ilə oturub-durur... oturub-durduğu şəxsin də ***nin işə düzəlməsində böyük zəhməti olub”, “***nin oturub-durduğu “kişi” də *** kimi içində şər-böhtan gəzdirən biridir və ailə sahibi olsa da əxlaqsızlığı yaşadanlardandır”, “milli-mənəvi dəyərlərimizi, adətənənələrimizi aşağılayan və şərəfsizliyi yaşadanlar” kimi ifadələrdən istifadə olunmuşdur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şər əf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14.05.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətlənd irilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ai lə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları kütləvi informasiya vasitələri hesab olunur. Apellyasiya instansiyası məhkəməsi ağlabatan mühakimə əsasında, ca vabdehə aid “***” saytında dərc olunan sözügedən yazı nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olduğu qənaətinə gəlmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nətic əsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş verm iş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mənəvi ziyanın məbləği ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zə rərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit olunmuşdur. Şərh olunanların məcmusuna əsaslanmaqla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 300 (üç yüz) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlli üçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi hallara dair, yəni cavabdehin adından internet dərgidə iddiaçıya münasibətdə qeyd edilən məlumatların yayımlanmasına dair sübutlar təqdim edildiyindən, artıq həmin yazıların onun adından deyil başqa şəxs tərəfindən verilməsi üzrə sübutetmə yükü cavabdehin üzərinə düşsə də, o bu yükün öhdəsindən gələ bilməmişdir. Belə olduğu halda kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin yazıların məhz cavabdeh tərəfindən yayılması ilə bağlı düzgün qənaətə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)-1516/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3565/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3565/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver