Məhkəmə qərarları › İş №2(102)-3565/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3565/2021

01.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3565/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Ucuzəli oğluna və 3-cü şəxs İmişli rayonu Xoşçobanlı Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3565/21 (Açar sözlər: maneənin aradan qaldırılması) Bakı şəhəri, 01 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Ucuzəli oğlunun, vəkili Vəkil və 3-cü şəxs İmişli rayonu Xoşçobanlı Bələdiyyəsinin sədri X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 2(106)-450/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Ucuzəli oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh Ucuzəli oğluna qarşı “həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması və yoldan istifadə etməsinə mane olan qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ucuzəli oğlunun qanunsuz bağladığı, İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən həyətinə gələn yolun açılması və cavabdehin həmin yolla bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ər izə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ucuzəli oğlu tərəindən tutulmuş xüsusi mülkiyyətində olan İmişli rayonu Xoşçobanlı kəndində yerləşən 1.30 ha həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması, cavabdeh tərəfindən qoyulmuş həmin yoldakı dəmir darvazanın onun hesabına sökülməsi və həmin yoldan istifadə etməsinə maneə olan qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Xoşçobanlı kəndində yaşayır. Yaşadığı müddət ərzində həyətinə traktor və digər kənd təsərrüfatı texnikası daxil olması üçün yol olmuşdur. Cavabdeh Ucuzəli oğlu onun qonşusudur. O, qeyriqanuni şəkildə mübahisə predmeti olan həyətinə gedən giriş-çıxış yolunu bağlamış və onun istifadə etməsinə maneəçilik törədir. O, Cavabdeh Ucuzəli oğlundan həmin yolun açılmasını tələb etmiş, lakin müraciətlərinin heç bir müsbət nəticəsi olmamışdır. O, hal-hazırda həyətinə gedən həmin yoldan öz istədiyi kimi istifadə edə bilmir. Məhz bu səbəbdən də Cavabdeh Ucuzəli oğluna qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 oktyabr 2019cu il tarixli 2(036)-2357/2019 nömrəli qərardadı ilə (hakim Tərlan Nüsrətov) AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidməti iş üzrə mütəxəssis rəyi verilməsi üçün prosesdə iştirak etməyə cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinin AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin mütəxəssislərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin 30 saylı, 19 fevral 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən və mübahisə predmeti olan həmin torpaq sahəsinin (yolun) ərazisi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən və mübahisə predmeti olan həmin torpaq sahəsinə (yola) Cavabdeh Ucuzəli oğlu tərəfindən müdaxilə faktı vardır və həmin torpaq sahəsi (yol) onun tərəfindən tutulmuşdur. Cavabdeh Ucuzəli oğlu tərəfindən mübahisə predmeti olan torpaq sa həsinin (yolun) başlanğıc hissəsində dəmir təbəqə vasitəsi ilə darvaza qoyulmuşdur. Birinci instansiya məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(036)-82/2020 saylı qərardadı ilə (hakim Tərlan Nüsrətov) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsinə dair 10/655 №-li, 17 iyul 2020-ci il tarixli ekspert rəyindən görünür ki, İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən və mübahisə predmeti olan həmin torpaq sahəsinin (yolun) ərazisi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən və mübahisə predmeti olan həmin torpaq sahəsinə (yola) Cavabdeh Ucuzəli oğlu tərəfindən müdaxilə faktı vardır və həmin torpaq sahəsi (yol) onun tərəfindən tutulmuşdur. Cavabdeh Ucuzəli oğlu tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin (yolun) başlanğıc hissəsində dəmir təbəqə vasitəsi ilə darvaza qoyulmuşdur. Birinci instansiya məhkəməsinin 06 avqust 2020-ci il tarixli 2(036)-82/2020 nömrəli qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan mülkiyyətində olan İmişli rayonu, Xoşçobanlı kəndinə yerləşən 1.30 ha həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması, Cavabdeh Ucuzəli oğlu tərəfindən yolun başlanğıc hissəsində qoyulmuş dəmir darvazanın cavabdehin hesabına sökülməsi və həmin yoldan istifadə etməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulması, Cavabdeh Ucuzəli oğlundan mülki iş üzrə ilkin məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 AZN məbləğində pul vəsaitinin tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığı üçün onun həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh Ucuzəli oğluna qarşı “həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması və yoldan istifadə etməsinə mane olan qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən torpaq sahələri ü zərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinə dair mülkiyyət və digər hüquqların müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda, torpaq sahələri üzərində qeydiyyatdan keçmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilir. Ümumiyyətlə, məhkəmə Cavabdeh Ucuzəli oğlunun İddiaçı mülkiyyətində olan İmişli rayonu, Xoşçobanlı kəndində yerləşən 1.30 ha həyətyanı torpaq sahəsindən maneəsiz istifadə etməsinə yönələn hərəkətlərini hüququndan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə “mütəxəssis və ekspert rəyləri”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “torpaq s ahəsinə cavabdeh tərəfindən müdaxilə faktı”məsələsi texniki və xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız mütəxəssis və ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilməklə təsdiq olunması mümkündür. Mütəxəssis və ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, mütəxəssis və ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda, İddiaçı “mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfin müdaxiləsi” faktına istinad etdiyi məhz həmin halları əsaslandıra bilmiş, bununla bağlı mötəb ər sübutlarəldə edilmiş və həmin hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Bununla yanaşı, mütəxəssis və eskpert rəyləri iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, birbirinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh Ucuzəli oğlu iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh Ucuzəli oğlu izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 24.3, 29.1, 29.3, Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 6.1.4, 14.1, 14.2.4, 14.3, 152.1, 157.1, 157.4, 178.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.2, 5.3, 49.1, 49.2, 66.1, 66.2, 67.1, 67.4, 68-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) 2(106)-450/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, İmişli Rayon Məhkəməs inin 06 avqust 2020-ci il tarixli 2(036)-85/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Ucuzəli oğlu (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmetı olan torpaq sahəsi (iddiaçının deməsinə görə yol) ona məxsus həyətyanı torpaq sahəsinin ərazisini təşkil edir, sonuncu darvazanı da özünə məxsus torpaq sahəsində qoymuşdur. Həm iddiaçının, həm onun həyətyanı torpaq sahələrinə gedən ümumi yol onların və digər şəxslərin istifadəsindədir, həmin yolun ərazisi də bələdiyyə mülkiyyətindədir. Ümumi yoldan istifadə edilməsinə onun tərəfindən heç bir maneə yoxdur, həmçinin onun tərəfindən də hər hansı maneə yaradılmamışdır. Həm iddiaçı, həm onun ümumi yola ayrıca çıxış darvazası vardır. İddiaçının açılmasını iddia etdiyi yol onun həyətindən keçir, həmin yolu o, ümumi yoldan öz həyətinə giriş hissəsindən həyətinin içərisinə doğru çəkmişdir, həmin mübahisəli yol onun həyətinin içərisindədir. Onu n həyəti də dörd tərəfdən mişar daşları ilə hörülmüşdür. İddiaçının həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun ümumi yoldan həyətinə girişinə yaxın məsafədə yerləşsə də, həyətyanı sahəsindəki təsərrüfat üçün ayrılmış hissə giriş darvazasından uzaq məsafədə yerləşir. İddiaçı da təsərrüfat üçün ayrılmış sahəsinə yaxın məsafədən girişi təmin etmək üçün onun öz torpaq sahəsindən yol verilməsini istəyir. Onun özünə məxsus torpaq sahəsindən ümumi yola qoyduğu darvazanın isə iddiaçının torpaq sahəsinə aidiyyəti yoxdur və ümumi yoldan istifadəyə heç bir maneçilik törətmir. Belə olan halda, mübahisəli yola heç bir aidiyyəti olmayan, iddiaçının öz həyətinə giriş-çıxışına heç bir maneə törətməyən darvazanın sökülməsi də qanunsuzdur. O, yaranmış mübahisə ilə əlaqədar İmişli RİHB-nin Mu rğuzallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etmiş, İmişli rayon Xoşçobanlı Bələdiyyəsinin sədrinin İmişli RİHB-nin Murğuzallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və onun iştirakı ilə tərtib edilmiş 27 sentyabr 2019-cu il tarixli aktdan görünür ki, əraziyə baxış keçirilmiş, baxış keçirilən zaman məlum olmuşdur ki, həqiqətən İddiaçı həyətinə gedən yolu pozmuş, sonra isə digər tərəfdən onun və digər vətəndaşların evlərinə gedən yolun kənarında qaz borusunu qeyri-qanuni torpağa basdıraraq yeni yol salmışdır. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini işə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş ilkin məhkəmə tikinti-texniki ekspertizasının 10/655 nömrəli 17 iyul 2020-ci tarixli ekspert rəyi ilə əsaslandırmağa çalışmışdır. İş materialları ndan və ekspert rəyindən görünür ki. mübahisəli torpaq sahəsinin (yolun) ərazisi İmişli rayon Xoşçobanlı Bələdiyyəsinə məxsusdur. Göründüyü kimi torpaq (yol) sahəsi xüsusi mülkiyyətdə deyil, bələdiyyə mülkiyyətindədir və həmin yol iddiaçının, cavabdehin, həmçinin digər şəxslərin ümumi istifadəsindədir. Lakin məhkəmə tərəfindən bələdiyyənin iştirakı təmin edilməmiş, işə birtərəfli qaydada baxılmışdır. Belə olan halda iddiaçının onun tərəfindən ümumi istifadədə olan torpaq (yol) sahəsini bağlamasını iddia etməsi inandırıcı və məntiqə uyğun deyildir, çünki həmin yoldan cavabdeh özü də istifadə edir. Bundan başqa, iddiaçı yolun məhz onun həyətinə getdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə heyəti tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilmə miş, cavabdeh tərəfindən konkret olaraq hansı maneələrin yaradılması, cavabdehin həyətyanı torpaq sahəsinə qoyduğu darvazanın ümumi istifadədə olan yolun giriş-çıxışına maneçilik törədibtörətməməsi, darvazaya giriş-çıxışın yolun hansı hissəsinə düşməsi məhkəmə baxışı zamanı araşdırılmamış, təkrar ekspertiza təyin edilməmiş, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx“ MMC-nin mütəxəssis rəyi əsasında iş üzrə iddiaçının maraqlarına uyğun verilmiş ekspert rəyini əsas götürmüşdür. Həmin ekspert rəyində mübahisəli yolun bələdiyyənin mülkiyyətində olduğu və həmin yolun onun tərəfindən tutulduğu qeyd edilir, halbuki, qeyd etdiyi kimi ümumi yola heç bir müdaxilə yoxdur, iddiaçının i ddia etdiyi yol onun öz torpaq sahəsinin hüdudları daxilində çəkdiyi yoldur. Apelyasiya instansiyası məhkəməsi birtərəfli qaydada qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində işin hallarını qeyd etmiş və göstərmişdir ki, kasasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh tərəfindən maneənin yaradılması təyin edilmiş və əldə edilmiş ekspert və mütəxəssis rəyləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən mülki işdəki sübutlar müqayisəli şəkildə tədqiq edilmiş və işin faktiki hallarına uyğun olan qərar qəbul edilmişdir. Ona görə də kasasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Ucuzəli oğlu və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. 3-cü şəxs İmişli rayonu Xoşçobanlı Bələdiyyəsinin sədri X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmaz dır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.1 və 29.2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna ol araq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətində onun özünə məxsus torpaq sahəsindən ümumi yola qoyduğu darvazanın iddiaçının torpaq sahəsinə aidiyyətinin olmadığını, ümumi yoldan istifadəyə heç bir maneəçilik yaratmadığını, iddiaçının öz həyətinə giriş-çıxışa mane törədilmədiyini göstərsə də, onun qeyd etdikləri əldə edilmiş mütəxəssis və ekspert rəyi ilə inkar olunur. Cavabdeh həmin rəylərinə əsassız olmasına, məhkəmənin təkrar ekspertiza təyin etməli olduğuna əsaslansa da, rəylərin əsassızlığı barədə hər hansı sübutu məhkəmə araşdırması zamanı işə mahiyyəti üzrə baxmış məhkəmələrə təqdim edə bilməmiş, təkrar ekspertiza keçirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş halın mövcudluğunu da əsaslandıra bilməmişdir. Rəylərin qeyri-mötəbərliyi müəyyən edilmədiyi üçün apelyasiya kollegiyasının mülkiyyətin qorunması ilə əlaqədar maddi hüquq normalarına istinad edib qətnaməsini əsaslandırması qanunidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şik ayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ucuzəli tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-450/2020 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar