Məhkəmə qərarları › İş №2(102)-3569/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3569/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3569/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2,, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı ilkin, iddiaçılar və Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ № 2(102)-3569/2024 Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh2,, ilkin iddia üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin sökülməsi, mülkiyyət, istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi, yeni mənzil sahəsinin verilməsi və kirayə pulunun ödənilməsi” tələbinə dair ilkin, və Cavabdeh2 İddiaçı MMC-yə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2328/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qə bul edilmiş məhkəmə aktları

1. İddiaçı MMC iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Nərimanov Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini, cavabdeh ünvan 1, mənzil 26-nı mülkiyyətçisi nın və onunla birlikdə yaşayan və həmin ünvanda pasport qeydiyyatında olan ailə üzvləri-Cavabdeh6, Cavabdeh7 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 2 saylı evin, 26-cı mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına ədalətli kompensasiya ödənilməsi şərtilə xitam verilməsi, onları çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində kəskin qəzalı vəziyyətində olan 2 saylı binanın yerində tikilə cək çoxmərtəbəli 9 saylı yaşayış binasının 4-cü mərtəbəsində cavabdeh na məxsus 26 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 46,0 kv metr) 20 faiz əlavə edilməklə 55,2 kv metr ümumi sahəsi olan yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə və cavabdeh-ünvan 1, mənzil 29- un mülkiyyətçisi Cavabdeh2 Həsənqulu oğlunun və onunla birlikdə yaşayan və həmin ünvanda pasport qeydiyyatında olan ailə üzvləri-Cavabdeh5 Saab qızı, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 2 saylı evin, 29-cu mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına ədalətli kompensasiya ödənilməsi şərtilə xitam verilməsi, onları çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində kəskin qəzalı vəziyyətində olan 2 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 9 saylı yaşayış binasının 5-ci mərtəbəsində Cavabdeh2 Həsənqulu oğluna məxsus 29 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 44,0 kv metr) 20faiz əlavə edilməklə 52,8 kv metr ümumi sahəsi olan yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədəlk onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia üzrə cavabdehlər, Cavabdeh2 ilkin iddia üzrə ilkin İddiaçı MMC-yə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3158/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) ilkin iddia qismən təmin edilərək, cavabdeh - ünvan 1, mənzil 26nın mülkiyyətçisi və onunla birlikdə yaşayan və həmin ünvanda pasport qeydiyyatında olan ailə üzvləri-Cavabdeh6, Cavabdeh7, ünvan 1, mənzil 29-un mülkiyyətçisi Cavabdeh2 Həsənqulu oğlu və onunla birlikdə yaşayan və həmin ünvanda pasport qeydiyyatında olan ailə üzvləri Cavabdeh5 Saab qızı, Cavabdeh4 və Cavabdeh3 mənzildən çıxarılmaqla mənzilin boşaldılma sı və sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində kəskin qəzalı vəziyyətində olan 2 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 9 saylı yaşayış binasının 4-cü mərtəbəsində cavabdeh na məxsus 26 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 46,0 kv metr) 20 faiz əlavə edilməklə 55,2 kv metr ümumi sahəsi olan yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilib təhvil verilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqının ödənilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində kəskin qəzalı vəziyyətində olan 2 saylı binanın ye rində tikiləcək çoxmərtəbəli 9 saylı yaşayış binasının 5-ci mərtəbəsində Cavabdeh2 Həsənqulu oğluna məxsus 29 saylı mənzilin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 44,0 kv metr) 20faiz əlavə edilməklə 52.8 kv metr ümumi sahəsi olan yeni və təmirli mənzil verilməsi; habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 manat məbləğində kirayə haqqının ödənilməsi; qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

4. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin “ilkin iddia ərizəsinin qismən təmin edilməsi” və “qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi, qarşılıqlı idd ia ərizəsinin təmin edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 30 iyul 2024-cü il tarixli, 2(103)-2328/2024 saylı qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayeva və G.T.Axundova) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir.

6. İddiaçı "xxxx" MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

7. Ca vabdeh Qanuni nümayəndə qarşılıqlı iddiadan imtina barədə ərizə təqdim edərək, iddiaçı "xxxx" MMC ilə aralarında müqavilə bağlanıldığını, məmnzili könüllü şəkildə təhvil verərək, köçdüklərini qeyd etmişdir. Bu səbəbdən də mülki işə ona münasibətdə xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

8. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

9. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

10. Maddə 191.1. İddiaçın ın iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

11. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq e tdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

12. Maddə 261.0, 261.0.1. və 261.0.4. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

13. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

14. Maddə 417.1.5. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırki işdə cavabdeh Qanuni nümayəndə tərəfindən iddiadan imti na edildiyindən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, İddiaçı MMC-nin nın və onunla birlikdə yaşayan və həmin ünvanda pasport qeydiyyatında olan ailə üzvləri-Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 2 saylı evin, 26-cı mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına ədalətli kompensasiya ödənilməsi şərtilə xitam verilməsi, onlar çıxarılmaqla mənzilin boşaldılması və mənzilin sökülməsi, İddiaçı MMC tərəfindən na yeni və təmirli mənzil verilməklə, habelə yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin kirayə edilmiş mənz ildə yerləşdirilmələri üçün aylıq 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə ilk iddiasının rədd olunması, cavabdeh nın İddiaçı MMCyə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşılıqlı iddiasınnı təmin olunması hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

18. İş materiallarınldan görünür ki, ilk iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşılıqlı iddiadan imtina etmişdir, bu barədə ərizə cavabdeh Qanuni nümayəndə özü tərəfindən imzalanmışdır, ərizə elektron sistem vasitəsilə Ali Məhkəməyə daxil olmuşdur. Qarşılıqlı iddiadan imtina haqqında ərizənin qəbul olunmaması üçün əsaslar yo xdur, iddiadan imtina Qanuni nümayəndə və ailə üzvlərinin, mənafeyinə uyğundur, habelə digər şəxslərin qanuni maraqlarına toxunmur. Qarşılıqlı iddiaçı Qanuni nümayəndə iddiadan imtina etməsinə səbəb qarşılıqlı iddia üzrə cavabdeh və İddiaçı MMC ilə aralarında razılıq əldə olunması, İddiaçı MMC-nin Qanuni nümayəndə və onun ailə üzvlərinə ödəyəcəyi kompensasiyanın, habelə yaşayış binası tikilənədək onların müvəqqəti mənzillə təmin olunması üçün veriləcək kirayə haqqının Qanuni nümayəndə özünün tələb etdiyi şərtlər daxilində olmasıdır.

19. İddiaçı MMC-nin nın və onunla birlikdə yaşayan və həmin ünvanda pasport qeydiyyatında olan ailə üzvləri-Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 2 saylı evin, 26-cı mənzilinə dair mülkiyyət, istifadə və digər hüquqlarına ədal ətli kompensasiya ödənilməsi şərtilə xitam verilməsi, onlar çıxarılmaqla mənzilin boşaldılması və mənzilin sökülməsi, İddiaçı MMC tərəfindən na yeni və təmirli mənzil verilməklə, habelə yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə ilk iddiasına gəldikdə isə bu məsələ ilə bağlı tərəflər razılığa gəlmiş MMC-nin təklif etdiyi kompensasiya və kirayə haqqı cavabdeh Qanuni nümayəndə tərəfindən qəbul olunmuş, bu səbəbdən də sonuncu qarşılıqlı iddiadan imtina etmişdir. Bu baxımdan artıq tərəflər arasında mübahisə qalmamışdır, belə olan halda isə işə məhkəmədə baxılmalı deyildir.

20. Şəhr olunanlara əsasən iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2 024-cü il tarixli 2(103)- 2328/2024 nömrəli qətnaməsi İddiaçı MMCnin ilkin iddia üzrə cavabdehlər Qanuni nümayəndə, Cavabdeh6 və Cavabdeh7 qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin sökülməsi, mülkiyyət, istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi, yeni mənzil sahəsinin verilməsi və kirayə pulunun ödənilməsi” tələbinə dair ilkin iddiasının rədd edilməsi, cavabdeh Qanuni nümayəndə İddiaçı MMC-yə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, hissədə ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Odur ki, göstərilənlərə əsasən v ə MPM-in 261, 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Qanuni nümayəndə iddiadan imtinası qəbul olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)2328/2024 nömrəli qətnaməsi İddiaçı MMC-nin ilk iddia üzrə cavabdehlər Qanuni nümayəndə, Cavabdeh6, Cavabdeh7 qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin sökülməsi, mülkiyyət, istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi, yeni mənzil sahəsinin verilməsi və kirayə pulunun ödənilməsi” tələbinə dair ilkin iddiasının rədd edilməsi, cavabdeh Qanuni nümayəndə İddiaçı MMC-yə qarşı “qanunsuz hərəkətlərin qadağan edilm əsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, ünvan 1, 29 saylı və 26 saylı mənzilə qanunsuz müdaxilə edilməsinin (sökülərək məhv edilməsi, mənzillərin yerləşdiyi binada söküntütikinti işlərinin həyata keçirilməsi, binanın bünövrəsinin zədələnməsi), onun və ailə üzvlərinin bu mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə (binaya daxil olmasının, gediş-gəlişlərinin çətinləşdirilməsi) maneələr törədilməsinin iddiaçıya qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən binada cavabdehə aid hissədə yararsız hala salınmış binanın blokundaki dəhlizin divarlarının, pəncərələrin, pilləkən qəfəslərinin, istilik sisteminin (boruları və s.) iddiaçının hesabına təmir edilərək bərpa olunması hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar