Məhkəmə qərarları › İş №2(102)-3570/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3570/2020

20.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3570/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil xxx oğlunun, Cavabdehin vəkili X6 iştirakları ilə, iddiaçı xxx qızının Cavabdeh ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-689/2020 nömrəli qətnaməsindən iddiaçı X4 və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın Müşahidə Şurasının iclasının xx xxxx 2018-ci il tarixli qərarının (Protokol 25/18) və onun əsasında verilən Cavabdeh ASC-nin xx xxxxxxx 2018-ci il tarixli, 154-K nömrəli əmrinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-nin İnsan Resursları Departamentinin Kadr inzibatçılığı şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə orta əmək haqqının, xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan iş günlərinin əmək haqqının və 300 manat vəkil xərclərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)8852/2018 nömrəli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddiaçı xxx qızının Cavabdeh ASC-yə qarşı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(103)-4025/2019 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovunsədrliyi və məruzəsi ilə, hakimlər A.Q.Hüseynovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(102)6005/2019 nömrəli qərarı ilə (hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, A.Ə.İsgəndərovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti təmin edilm iş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-4025/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-689/2020 nömrəli qətnaməsi ilə (hakim İ.K.Xəlilov sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Cəmilovadan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X4 və vəkili xxx oğlu kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-689/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması, yaxud işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiyaşikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərarında göstərilən hallar tam araşdırılmamış, araşdırma birtərəfli aparılmışdır. Müəssisədə faktiki olaraq işçilərin sayının və ya ştatının ixtisarı aparılmamış, iddiaçının daha yüksək ixtisaslı və peşəkar işçi, habelə himayəsində yetkinlik yaşına çatmayan uşaqlar olduğu halda, onun işdə saxlanılmaq üçün üstünlük hüququ pozu lmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin Cavabdeh ASC-nin vəkili X8 izahatında və cavabdehin adından tərtib edilmiş kassasiya şikayətinə etirzda, şikayətin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki,Cavabdeh ASC-nin Müşahidə Şurasının xx xxxx 2018-c i il tarixli iclasının 25/18 saylı protokolu ilə ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələnin müzakirəsindən sonra X10 ştat cədvəlində “Kadr inzibatçılığı şöbəsi” bölməsində “kiçik mütəxəssis” və “aparıcı mütəxəssis”, “İnsan resurslarının idarə olunması şöbəsi” bölməsində “kiçik mütəxəssis” və “aparıcı mütəxəssis” ştatlarının ixtisar edilməsi, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilmələri və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təminatların həyata keçirilməsi üçün qanunla nəzərdə tutulan tədbirlərin görülməsini qərara almışdır. İşəgötürən tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2018-ci il tarixli bildirişxəbərdarlıqla sonuncu işçilərin sayı və ştatının ixtisar edilməsi barədə xx xxxx 2018-ci il tarixli Müşahidə Şurasının qərarı əsasında tutduğu “İnsan resursları departamentinin Kadr inzibatçılığı şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsi üzrə ştatının ixtisar edilməsi barədə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində tələb olunan müddətlər gözlənilməklə, 9 həftə əvvəldən rəsmi xəbərdarlıq edilmiş, Bankda ixtisasına uyğun vakansiya olmadığına görə xx xxxxxxxx 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayının azaldılması) onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi, Xəbərdarlıq müddəti ərzində əmək qanunvericiliyinə görə iş axtarmağa imkan yaradılması məqsədi ilə hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edilməsi və işə gəlməməyə haqqının olma sı bildirilmiş, həmçinin, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli məbləğini birdəfəlik ödəməklə, əmək müqaviləsinə yuxarıda göstərilən əsasla dərhal xitam verilməsinə razılıq verməsi təklif edilmişdir. Cavabdeh ASC-nin xx xxxxxxxx 2018-ci il tarixli əmri ilə bankın İnsan resursları departamentinin Kadr inzibatçılığı şöbəsinin aparıcı mütəxəssisi İddiaçı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən (ştatların ixtisar edilməsi) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə saat 08:01-də İddiaçı 10 saylı poliklinikaya səbəbi soyuqdəymə göstərilməklə sahə həkimini evə çağırış etmişdir. Sahə həkimi Hüseynova Sevinc həmin çağırışda olmuş, vətən daş İddiaçı müayinə edərək “Praktiki sağlam” hesab etmiş və xəstəlik vərəqəsi verməmişdir. Lakin, xx xxxxxxxx 2018-ci ildə İddiaçı təkrarən 27 saylı Poliklinika müraciət etmiş, həmin Poliklinika tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək kəskin bronxit və fəsadları diaqnozu ilə ambulator müalicə almış və işə başlama tarixi xx xxxxxxxx 2018-ci il tarixi müəyyən edilmişdir. K.Y.Fərəcova adına X1 Yoluxucu Xəstəliklər şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı diareya sindromu diaqnozu ilə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək yataq rejimində müalicə almışdır və i şə başlama tarixi xx xxxxxxx 2018-ci il tarixi müəyyən edilmişdir. Bülleten müvafiq qaydada təsdiq olunmamışdır. Cavabdeh ASC-nin xx xxxxxxx 2018-ci il tarixli məktubu ilə İddiaçı xx xxxxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair Əmrin əmək qabiliyyətini müvəqqəti itirilməsi barədə xəstəlik vərəqinin olması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olan məlumat əsasında ləğv edilməsi barədə məlumatlandırılmış, xx xxxxxxx 2018-ci il tarixindən etibarən Cavabdeh ASC-nin İnsan Resursları departamentində vəzifəsinin icrasına başlaması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı xxx oğlunun cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, tərəflər arasındakı xx xxxxx xxx 2013-cü il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxx 2014-cü il təvəllüdlü X3 və X5 analarının yanında saxlanılması qət edilmişdir. Məhkəmə iclasında İddiaçı uşaqların saxlanılma xərcləri ilə bağlı iddiaçı ilə aralarında razılaşma olduğunu bildirmişdir. Nəhayət Cavabdeh ASC-nin xx xxxxxxx 2018-ci il tarixli əmri ilə İnsan Resursları Departamentinin Kadr İnzibatçılığı şöbəsinin aparıcı mütəxəssisi İddiaçı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Maliyyə departamentinə tapşırılmışdır ki, əmək qanunvericiliyinə uyğun olaraq işçiyə son haqq-hesabın ödənilməsini təmin ets in. Elektron sistemdə düzəliş edilməsi üçün İR departamenti tərəfindən DSMF yanında Əmək müfəttişliyinə müraciət olunması və müraciətin nəticəsində aparılan düzəliş barədə Əmək kitabçasında düzəliş edilməsi əmr olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi zamanı işçinin əmək qabiliyyətli olmaması nəzərə alınmış, buna görə də birinci əmr ləğv olunmuş, onunla əmək münasibətlərinə əmək qabiliyyətli hesab edildiyi gündən xitam verilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdə əmək qabiliyyətini itirmiş olması barədə dəlilini əsassız hesab etmişdir. Hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə mübahisələndirilən qətnamədə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cü maddəsinin 1-ci hissəsinin tələbləri uşağı təkbaşına böyüdən işçilərə münasibətdədir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı uşaqların saxlanılma xərcləri ilə bağlı iddiaçı ilə aralarında razılaşma olduğunu bildirmişdir. Belə ki, həmin normaya əsasən, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmayan uşağını təkbaşına böyüdən işçi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən olunmuş işdə qalmaya üstünlük hüququnun iddia olunan pozuntusu ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd ol unan hüquq normasına görə, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işçilərin işdə saxlanılması imkanının araşdırılması vəzifəsini nəzərdə tutulur. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli işçilərin qiymətləndirilməsi barədə aktdan görünür ki, 150 ballıq qiymətləndirmə üzrə orta uğur balı ən azı 50 faiz (75 bal) olmasına baxmayaraq, iddiaçı cəmi 22 (təxmini 15 faiz) bal toplamışdır. Bundan başqa, iş yerində iki dəfə atestasiya keçirilmiş, birinci atestasiya zamanı hamilə olması ilə əlaqədar iştirak edə bilmədiyini bildirmiş, digər atestasiya zamanı iştirak edə bilməməsi səbəbləri məlum deyil. İşəgötürən iddiaçının iş təcrübəsinin, peşəkarlıq səviyyəsinin müəyyən etmək məqsədi ilə müəyyən tədbirlər görmüş, lakin onun iş təcrübəsinin, peşəkarlıq səv iyyəsinin yüksək olduğunu təsdiq edən heç bir hal aşkar olunmamışdır. Bundan başqa, işçinin ali təhsilli olması, ixtisası üzrə 7 illik iş stajına malik olması özlüyündə peşəkarlıq səviyyəsinin yüksək olması demək deyil. Bu hallar yalnız müvafiq prosedur yoxlamalarının nəticələrində öz təsdiqini tapmalıdır. Həmçinin, iddiaçının tutduğu vəzifə ixtisar olunduğu üçün onun şirkətdə işləyən digər işçilərdən daha peşəkar olması ilə bağlı dəyərləndirmə aparılmasına zərurət yoxdur. Çünki ixtisar məhz iddiaçının vəzifəsinə şamil edilmişdir. Müşahidə Şurasının xx xxxx 2018ci il tarixli, 25/18 saylı protokol-qərarının əsaslılığı, cavabdeh təşkilatda işlərin həcminin azalıb-azalmaması, işçilərin sayını və ya ştatların ixtisarını zəruri edən halların olub-olmamasının araşdırılmamasına dair dəlillə bağlı apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 11ci maddəsinin “ə” bəndinə, 70-ci maddəsinin “b” bəndinə və 71-ci maddəsinin 1-ci hissəsinə istinad edərək göstərmişdir ki, işəgötürən əmək qanunvericiliyinə əsasən ona verilmiş hüquqdan istifadə edərək, işçilərin sayının ixtisarını, ştatları, struktur bölmələrini ləğv etmişdir. Məhkəmə qeyd etmişdir ki, X7 Xidmətinin xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, ştat cədvəlində dəyişiklik edilməsi barədə qərar qəbul edildikdən sonra işçilər ilə bağlanmış çoxsaylı əmək müqavilələrinə xitam verilmişdir. Həmçinin göstərmişdir ki, müəssədə yalnız kadr inzibatçılığı şöbəsi bölməsində kiçik mütəxəssis və aparıcı mütəxəssis, insan resurslarının idarə olunması şöbəsi bölməsində isə kiçik mütəxəssis və aparıcı mütəxəssis ştatları ixtisa r olunduğundan, yeni işçilərin isə məhz həmin vəzifələrə götürülməsi təsdiq olunmadığından müəssəyə yeni işçilərin götürülməsi faktı özlüyündə ixtisarın həqiqi olmaması nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasmm Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında xitam verilməsi tam qanuni əsaslarla həyata keçirilmiş və bu zaman əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməmişdir. Müəssədə həmkarlar ittifaqı təşkilatı mövcud olmadığı üçün əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən həmkarlar ittifaqının razılığının alınmasına zərurət olmamışdır. Beləliklə, məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmış, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş, habelə iş üzrə Ali Məhkəməsinin əvvəlki qərarında irəli sürdüyü göstərişlərə əməl olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək əlavə olaraq qeyd edir ki, əmək hüquq münasibətləri mülki hüquq münasibətlərinin tərkib hissəsidir. Belə ki, Mülki Məcəlləsinin 2.3-cü maddəsində göstərilmişdir ki, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüqu qi aktlar ilə tənzimlənir. Mülki qanunvericiliyə əsasən hüquqdan sui-istifadəyə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-cü maddələrinə görə isə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi ilə razılaşaraq qey d edir ki, iddiaçı özünün işdən çıxarılmasını əngəlləmək üçün ixtisarla bağlı bildiriş-xəbərdarlıq edildikdən dərhal sonra əmək qabiliyyətinin olmaması vərəqələri almaqla, nikahın pozulması barədə məhkəmədə iddia qaldırmaqla, məhkəmə qətnaməsi çıxan günədək xəstəliklə bağlı bülletenin uzatmaqla qanunla verilmiş hüquqlardan sui-istifadə etmişdir Beləliklə də, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı xxx qızı və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətitəmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-689/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar