Məhkəmə qərarları › İş №2(102)-3570/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3570/2023

25.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3570/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: attestasiyanın nəticələrinə görə əmək müqaviləsinə xitam verilməsi, əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)3403/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inziba ti binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdehndə Xarici dillər kafedrasının müəllimi vəzifəsində işləmişdir.

2. ADNSU-da xarici dilləri tədris edən müəllimlərin attestasiyası keçirilmiş və 14 aprel 2022-ci il tarixli protokola əsasən İddiaçı tutduğu vəzifəyə uyğun hesab olunmamışdır.

3. Cavabdeh 04 may 2022-cı il tarixli, 4-462 saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün tutduğu “Xarici dillər” kafedrasının müəllimi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Biri nci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Universitetdə xarici dilləri tədris edən müəllimlərin bilik və bacarıqlarının müəyyən edilməsi məqsədi ilə 13 aprel 2022-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun əsasında rektor M.Babanlı tərəfindən imzalanmış əmək müqavilələrinə xitam verilməsi barədə 04 may 2022-ci il tarixli, 4-462 saylı əmrin ləğv edilərək iddiaçının cavabdeh müəssisədə əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən Xarici dillər kafedrasında əvvəlcə baş laborant, 2001-ci ildən müəllim vəzifəsin də çalışmış, tələbələrin və müəllim kollektivinin hörmətini qazanmış, mütəmadi olaraq Azərbaycan Müəllimlər İnstitutunda təkmilləşdirmə və başqa kursları keçmişdir. 2022-ci ilin əvvəllərində Universitetdə attestasiya olacağı ilə bağlı məlumat verilmişdir. Lakin attestasiya yalnız xarici dillər kafedrasına şamil edilmişdir. Attestasiya komissiyasının üzvləri haqqında heç bir məlumat verilməmişdir. Aprel ayında attestasiya zamanı sədr daxil olmaqla 9 nəfər komissiya üzvü olmuş və onlardan cəmi 3 nəfəri iddiaçının ixtisasına uyğun gələn üzvlər olmuşdur. Digər üzvlərin isə ingilis dili üzrə təhsili və ya peşəkarlığı olmamışdır. Bu da attestasiyanın düzgün keçirilməməsi və Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na zidd olm ası anlamına gəlir. Bundan başqa, 13 aprel 2022-ci ildə keçirilən attestasiya zamanı iddiaçıya subyektiv suallar verilmiş, bilik və savadını yoxlamaq üçün verilən suallar olmamışdır. Attestasiyadan sonra iddiaçıya şifahi formada öz ərizəsi ilə işdən çıxarılması təklif edilmiş, iddiaçı buna etirazını bildirdikdə, bunun rektorun göstərişi olduğu deyilmişdir. İddiaçının apellyasiya vermək hüququ olmasına baxmayaraq, bu hüquq ona verilməmişdir. Attestasiya qaydalarına uyğun olaraq iddiaçıya attestasiya nəticələrini rəsmi qaydada təqdim etməli, iddiaçı həmin nəticələr ilə tanış olmalı və imza atmalı idi. Lakin ona şifahi qərarı açıqlanaraq, yola salınmışdır. 05 may 2022-ci il tarixdə iddiaçı və digər müəllimlər kadrlar şöbəsinə dəvət edilmiş, kadrlar şöbəsinin rəisi onların 04 may tarixdə işdən azad olunduqlarını bildirmişdir. Lakin, onlar ilkin olaraq 29 aprel 2022-ci il tarixdə imzalanan 4-448 saylı əmrlə işdən azad edilmiş, iddiaçı buna baxmayaraq, 29 aprel və 04 may tarixlərində iş yerində olmuş, dərs keçmişdir. Sonra əmr dəyişdirilərək 04 may 2022-ci il tarixi ilə iddiaçıya təqdim edilmişdir. İddiaçıya nə attestasiya nəticələri, nə əmr, nə də əmək kitabçası təqdim edilməmişdir.

6. Birinci instansiya məhkəməsində Cavabdeh ərizə təqdim edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(006)4337/2022 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ADNSU-da keçirilmiş xarici dill əri tədris edən müəllimlərin attestasiyasının qaydalarını, məqsədlərini və həyata keçirilmə prinsiplərini özündə əks etdirən qaydalar ADNSU-nun Elmi Şurasının iclasında qəbul edilərək təsdiq edilmişdir. Sözügedən qaydalar Əmək Məcəlləsi və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 saylı qərarına uyğun tərtib edilmişdir. Həmin qaydalara müvafiq olaraq ADNSU rektorunun əmri ilə attestasiyanın keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət attestasiya komissiyası yaradılmışdır. Həmin attestasiya komissiyasının üzvləri attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, i xtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar vermişdir. Xarici dilləri tədris edən müəllimlərin tutduqları vəzifələrə uyğun olub-olmamasını müəyyən etmək məqsədilə komissiya üç əsas meyar - sahə üzrə bilik və bacarıqlar, kommunikativ bacarıqlar və təqdimat bacarıqları əsasında attestasiyanı keçirmişdir. Yəni, komissiyanın əsas məqsədi təkcə iddiaçının ingilis dili biliyinin müəyyən edilməsi deyil, həmçinin müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olub-olmamağını müəyyən etmək olmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, yalnız ADNSU-nun rektoru işəgötürən qismində çıxış edir. Əmək müqavilələri, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsində işəgötürən qismində məhz ADNSU-nun rektoru tərəfindən imzalanır. İddiaçının bilavasitə rəhbəri “Xarici dillər” kafedrasının müdiridir, işəgötürəni isə rektordur. Tədris işləri üzrə prorektorun attestasiya komissiyasının tərkibində iştirakında hər hansı pozuntu yoxdur. Çünki bu vəzifədə çalışan şəxs nə işəgötürən, nə də ki, müəllimin bilavasitə rəhbəri deyildir.

10. Məhkəmə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsinin ərizəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı 04 may 2022-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə 05 may 2022-ci il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, 20 may 2022-ci il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olmuş, 24 iyun 2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuş, hazırki iddia ərizəsi ilə məhkəməyə 07 iyul 2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürməmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsi, 12-ci maddəsinin “c” bəndi, 65-ci maddəsi, 67ci maddəsinin 1 və 2-ci hissələri, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsi, 296-cı maddəsinin 2-ci hissəsi, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1 və 76.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(006)-4337/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edil məsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3403/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(006)4337/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan attestasiya komissiyasının rəsmi sənədlərini mübahisələndirmədən, iddiaçı onun nəticələrinin qanunsuz hesab edərək ləğv edilməsini tələb etmişdir. Qeyd edilməlidir ki, özü-özlüyündə attestasiyanın nəticələri müxtəlif təfsir edilə bilər və tələbdə hansı rəsmi sənədin mübahisələndirilməsi göstərilmədən mülki prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə öz təşəbbüsü ilə (tələb həddindən kənar) hər hansı sənədin müzakirəsini apara bilməz. İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi, fərdi əmək mübahisələrinin ayrıca predmeti olaraq, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli ilə nizama salınır. Bu baxımdan iddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq t əfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir.

15. İddiaçı apellyasiya şikayətində özü qeyd etmişdir ki, “Universitet tərəfindən hazırlanan Attestasiya qaydalarının 2.4 bəndində qeyd edilmişdir ki, attestasiya zamanı işçinin tədris fəaliyyətinin nəticələri və əmək məhsuldarlığının şəxsi göstəriciləri, tədrisin inkişafına şəxsi töhfəsi, şəxsi peşəkarlıq səviyyəsinin yüksəldilməsi, elmi dərəcə və elmi adların mövcudluğu qiymətləndirilir. Lakin iş materiallarından iddiaçının uzun illər pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, qeyd edilən meyarlara uyğun hər hansı sübut müzakirəyə təqdim edilməmişdir. Hər hansı ekspertiza keçirilməsi üçün əsaslar mövcud olmadığından, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilməmi şdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3403/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cu maddəsinin 2 və 3-cü hissələri, 65-ci maddəsinin 5 və 6-cı hissələri, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.3, 2.4, 2.7-ci bəndləri, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şi kayətinin dəlilləri üzrə araşdırma aparmamış, işə tam və obyektiv baxmamış, sübutları düzgün qiymətləndirməmişdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərab ərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafi q iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65-ci maddəsinin 4-cü bəndinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65-ci maddəsinin 5-ci bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənə vi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalar a əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydala rı: 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. 3.3. Attestasiya komissiyasının tövsiyələri müə ssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəmə si işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr iddia tələbinin və müvafiq olaraq apell yasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmış və cavabdeh təşkilatda attestasiya keçirilərkən qanunvericiliyin tələblərinin, o cümlədən attestasiyanın keçirilməsi prosedurların pozulmasını müəyyən etməmişlər.

27. Həmçinin attestasiyanın nəticəsi olaraq iddiaçının barəsində mübahisələndirilən əmr qəbul olunarkən əmək qanunvericiliyin tələblərinin pozulması müəyyən olunmur.

28. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətin in dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il i tarixli, 2(103)-3403/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar