Məhkəmə qərarları › İş №2(102)-3572/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3572/2020

01.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3572/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)12912/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh kassasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evindən çıxarılması və cavabdeh tərəfindən dəymiş 2.000 manat zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evinin birinci və ikinci mərtəbəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1822/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvan ında yerləşən fərdi yaşayış evinin birinci və ikinci mərtəbəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ülviyyə Şükürova) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12912/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1822/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evinin ikinci mərtəbəsindən çıxarılması hissəsində ləğv olunmuş, iddia həmin hissədə rədd edilərək, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Zaur Əliyev, (sədrlik edən və məruzəçi) Fuad Talışınski, Rəfail Eyvazov) İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apelyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, yeni obyektiv qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir. Cavabdehin də kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 təmsil etdiyi şəxsin kassasiya şikayətini müdafiə edərək onun təmin, iddiaç ının kassasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, B akı Apellyasiya Məhkəməsinin 2(103)-4127/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, Cavabdeh kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi də şika yətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallara istinad etməsi işin faktiki hallarını ara şdırma kimi qəbul edilməməlidir. İddia tələbindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evini iş üzrə üçüncü şəxs X1 xx xxxxxx 2019-cu il tarixdə 85000 manata alması, evin hazırda xüsusi mülkiyyət hüquq ilə ona məxsus olması, cavabdehin isə evdən çıxmamasına, bu səbəbdən kirayədə yaşamağa məcbur olub, hər ay 500 manat kirayə haqqı ödəməsinə istinad etmişdir. Tələbin hüquqi əsası kimi iddiaçı Mülki Məcəllənin 21, 152.1, 157.1-ci, Mənzil Məcəlləsinin 13.1.1-ci maddələrini göstərmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandrıb ki, evi satan X2 onun qardaşı oğludur. Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evinin 2-ci mərtəbəsinin mülkiyyətçisidir. Mübahisəli evin ikinci mərtəbəsi onun pulu ilə tik ilib və altı ilə yaxındır ki, orada yaşayır. İsgəndər Qayıbovun ona borcu var, İ.Qayıbov 28000 manat və 4000 ABŞ dolları pul verərsə, evdən çıxar. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən İsgəndər Qayıbovun fərdi yaşayış evinin mülkiyyət hüququ ilə özünə məxsus 36.1 kv.m. hissəsini xx xxxxxx 2019-cu il tarixli müqavilə ilə İddiaçı satmasını, daşınmaz əşya üzərində İddiaçı mülkiyyət hüququnun həmin həcmdə reyestrdə qeydə alınmasını, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli çıxarışda 36.1 kv.m. sahənin mübahisəli evin ikinci mərtəbəsini də əhatə edib-etməməsinin göstərilmədiyini, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının mülkiyyət hüququnun qeydə alındığı f ərdi yaşayış evinin bir mərtəbədən ibarət olmasını, bununla da iddiaçının mübahisəli evin ikinci mərtəbəsini almamasını, ümumi sahəsi 36.1 kv.m. olan birinci mərtəbənin xaricində qalan ikinci mərtəbə üzərində iddiaçının mülkiyyət hüququnun yaranmamasını və iddiaçının ikinci mərtəbə üzərində hər hansı hüququ olmasının sübut edilməməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evinin ikinci mərtəbəsindən çıxarılması hissəsində ləğv edib, iddianı həmin hissədə rədd etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 139.1, 180.1, 180.2-ci və Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, maddi zərərlə bağlı təmin edilməyən iddia tələbi ü zrə iddiaçı apelyasiya şikayəti verməmişdir. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayəti üzrə yalnız təmin olunan hissədə yoxlamışdır. Buna görə də maddi zərərlə bağlı iddia tələbi mübahisə predmeti olmadığı üçün məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini yalnız apelyasiya məhkəməsinin qətnaməsini iddianın rədd edilən hissəsində yoxlayır. Cavabdehin də şikayəti qətnamənin tam ləğv edilməsinə yönəlsə də, şikayətin məzmunundan görünür ki, apelyasiya instansiyasının qətnaməsi iddianın təmin edilən hissəsində mübahisələndirilir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin şikayəti üzrə qətnaməni yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin edilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayəti üzrə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi hissəsində maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün tətbiq etməmişdir. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, İsgəndər Qayıbov mülkiyyətində olan evi xx xxxxxx 2019-cu il tarixli müqavilə ilə İddiaçı 85000 manata satmışdır. Mülkiyyət barədə sənəddə və müqavilədə ev 31,6 kv.metr olmaqla 1 mərtəbəli göstərilsə də, faktiki olaraq ev 2 mərtəbədən ibarətdir. 2-ci mərtəbə daşınmaz əmlakın reyestrində qeydə alınmayıb. Evi alandan sonra da iddiaçının adına verilmiş çıxarışda da evin 36,1 kv.metr olması qeyd edilib. Cavabdeh ilkin olaraq etirazında evin mülkiyyətçisi olan və evi iddiaçıya satmış iş üzrə üçüncü şəxs X2 ilə aralarında olan borc münasibətini n olmasını bildirmiş və evin 2-ci mərtəbəsini boşaltmamaqla bağlı etirazını da məhz cavabdehin hələ də ona borcunu qaytarmaması ilə izah etmiş, hətta cavabdehin 28000 manat və 4000 manat borcunu qaytaracağı halda evi boşaldacağını demişdir. Üçüncü şəxs İ.Qayıbov isə evi tam şəkildə iddiaçıya satdığını, iddiaçı da 85000 manata məhz iki mərtəbəli ev aldığını bildirmişdir. Belə olan halda, yəni cavabdehlə üçüncü şəxs arasında faktiki borc münasibətləri olduğu halda apelyasiya məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 139.1, 180.1 və 180.2-ci maddələrini tətbiq etməklə iddianı qismən rədd etməsi işin hallarına uyğun hesab edilə bilməz. Çünki Cavabdeh üçüncü şəxs X2 ilə borc münasibətlərinin hazırki iddia üzrə iddiaçıya nə dərəcədə aidliyi halını məhkəmə müəyyən etməmişdir. Üçüncü şəxslər arasın da olan borc münasibətlərinin iddiaçının hazırki iddia tələbi ilə əlaqəsi, bunun iddianın rədd edilməsi üçün hansı əhəmiyyət kəsb etməsi araşdırmadan kənarda qalmışdır. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evinin ikinci mərtəbəsindən çıxarılması barədə iddianın təmin edilməməsi hissəsində qanuni və əsaslı sayıla bilməz. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmaması nəticəsinə gələrkən qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu da qətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iddiaçının kassasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməli, iş həmin hissədə yeni baxışa qaytarılmalıdır. Cavabdehin kassasiya şikayəti nə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunan hissəsində qətnaməni dəyişdirmədən saxlayarkən apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşin həmin hissədə apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, MA seriyalı, ******* nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evinin 36.1 kv.metr sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh evin iddiaçıya məxsus həmin hissəsindən qanunsuz istifadə edir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq iddianın təmin olunan hissəsində Mülki Məcəllənin 157.4-cü maddəsini düzgün tətbiq etmişdir. Çünki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 36.1 kv.m. olan birinci mərtəbəsi ilə bağlı Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtləri hazırki işin hallarına uyğun gəlir. Buna görə də iddianın təmin olunan hissəsində qətnaməni dəyişdirmədən saxlayarkən apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə cavabdehin şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər işin faktiki halları ilə əlaqəlidir. İddianın təmin olunan hissəsində də apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin iddianın təmin olunan hissədə gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Cavabdehin kassasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəz ərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4127/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməli, Cavabdeh kassasiy a şikayəti isə təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)12912/2019 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)12912/2019 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlansın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar