Məhkəmə qərarları › İş №2(102)-3573/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3573/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3573/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər:müqavilə üzrə öhdəlyin icra olunması 22.01.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(103)3598/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları:

1. Bakı şəhəri, Nəsimi rayo nu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək, yerinə çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cavabdeh MMC istifadəsinə verilmişdir.

2. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 28 fevral 2017-ci il tarixli, 01 saylı “Qəzalı vəziyyətdə olan binanın sökülüb yenidən qurulması barədə” müqaviləyə əsasən, Cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülərək yenidən tikintisi üçün AR Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaq sahəsinin daimi istifadəyə və icrəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil edir.

3. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən köçürülən sakinlərə aid tikinti sahəsinin inşası başa çatdığı müddət ərzində hər ayın birinci həftəsi ərzində 1 otaqlı mənzillər üçün ayda 250 manat, 2 otaqlı mənzillər üçün ayda 300 manat, 3 otaqlı mənzillər üçün ayda 350 manat, 4 otaqlı mənzillər üçün ayda 400 manat, 5 otaqlı mənzillər üçün ayda 450 manat ödənilməsi nəzərdə tutulmuşdur.

4. Həmin Müqavilənin 3.7 və 3.8-ci bəndlərinə əsasən hazırki müqavilə üzrə tikiləcək sahənin layihə sənədləri müvafiq qaydada təsdiq edildikdən və tikintinin başlanması üçün tələb olunan icazələr alındıqdan sonra tikintinin 1-ci mərhələsini 18 aya, 2-ci mərhələsini 36 ay müddətinə tam başa çatdırıb istismara qəbul üçün təqdim edəcək və əgər binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda və ya başqa yararlı mənzil sahələri ilə təmin edərsə, bu halda 3.7-ci bənddə nəzərdə tutulan xx.xx.2021-ci il tarixədək məhdudiyyət qoyulması Cəmiyyətin öhdəliklərinə aid edilmişdir.

5. Podratçı Cavabdeh MMC ilə əmlak mülkiyyətçisi X2 arasında 28 dekabr 2018-ci il tarixdə bağlanmış “Qəzalı vəziyyətdə olan binanı n mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsi barədə” müqaviləyə əsasən, AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 086 saylı qərarı ilə Bakı şəhəri, Nəsimi rayonunun sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayonu ərazisində yerləşən qəzalı binanın sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işlərinin təşkili sahəsində Nəsimi rayon İcra Hakimiyyətinin bu işlərə sifarişçi kimi rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi Cavabdeh MMC ilə podrat münasibətləri müəyyən edilmiş və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əsgərova küçəsində yerləşən 1 mərtəb əli 189 saylı evdə dövlət reyestrindən Çıxarış üzrə 1 otaqlı, ümumi sahəsi 34 kv.m, faktiki sahəsi 44.98 kv.m olan mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək tikiləcək yeni binanın “A” bloku, 7-ci mərtəbəsində yerləşən sahəsi 96 kv.m olan təmirsiz mənzilin inşasını təmin edəcəyini və inşa edilmiş bu mənzili İddiaçı Cəbrayıl qızının mülkiyyətinə verməyi, sonuncu isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün podratçıya müqavilə imza edildikdən sonra 7 gün müddətində Akt əsasında sənədlərlə təhvil verməyi və sonradan bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər.

6. Həmin Müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, tərəflərin qarşılıqlı razılaşmasına əsasən sifarişçi tərəfindən mülkiyyətçiyə reyestrdən çıxarış üzrə məxsus olan ümumi sahəsi 34 kv.m, faktiki sahəsi 44.98 kv.m sahənin əvəzinə 96 kv.m təmirsiz yaşayış sahəsi təklif olunduğundan, mülkiyyətçi ona aid hissədə tikinti başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün 250 manat kirayə haqqından və mövcud binadakı mənzildən mülkiyyətçinin müvəqqəti yaşayış yerinə köçürülməsi üçün ödənilməli olan birdəfəlik 300 manat vəsaitdən imtina edir.

7. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə təmirli mənzili təhvil vermək podratçının hüquq və vəzifələrinə aid edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bu ndan sonra- iddiaçı) Cavabdeh MMC (bundan sonra- cavabdeh) qarşı “müqavilə üzrə öhdəliklərin icra olunması, mənzilin təhvil verilməsi və pul vəsaitinin tutulması” barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə aralarında bağlanmış 07 dekabr 2024cü il tarixli müqaviləyə əsasən ona verilməsi nəzərdə tutulan mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması, 2021-cü ilin oktyabr ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən onun xeyrinə hər ay 800 manat, həmin məbləğə hesablanmış illik 5 faiz, əlavə olaraq vəsaitin tam məbləğinə AR Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faizin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tə rəflər arasında bağlanılmış 07 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ona məxsus ümumi sahəsi 34 kv.m, faktiki sahəsi 44,98 kv.m olan 1 otaqlı mənzili (ünvan: ünvan 1, cavabdeh isə həmin mənzilin müqabilində iddiaçıya yeni inşa edilən binanın “A” bloku 7-ci mərtəbəsində yerləşən sahəsi 96 kv.m olan təmirsiz mənzili (mənzilə giriş qapısı, pəncərə qoyulması və divarların suvanması şərtilə) iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürüb. Müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq nəzərdə tutulmuş mənzili iddiaçıya verməli idi. Binanın bünövrəsi 2019-cu ilin mart ayında qoyulub. Yəni müqavilə şərtlərinə görə bina uzağı 2021-ci ilin oktyabr ayında hazır olmalı, cavabdeh müqavilədə nə zərdə tutulmuş mənzili təhvil verməli idi. Lakin binada hələ də işlər gedir, o hazır deyil. Bu ilin avqustunda iddiaçı Azərbaycan Respublikasına gələrkən cavabdeh təşkilat onun üçün nəzərdə tutulmuş mənzili göstərib. Lakin binanın nə lifti, nə də başqa ümumi kommunikasiya qurğuları hazır olmayıb, mənzilin quru divarlarından savayı heç nəyi olmayıb. Beləliklə, cavabdeh daşınmaz əmlak barəsində üzərinə götürdüyü öhdəliyin icrasını artıq 36 aydır ki, yubadır. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil iddiaçıya vaxtında, yəni 2021-ci ilin oktyabrında veriləcəyi təqdirdə o, həmin mənzili kirayə verə bilərdi. Müqavilə üzrə 18 ay müddətində kirayəyə görə kompensasiyanın verilməməsinin nəzərdə tutulması məhz onunla bağlı idi ki, iddiaçı mənzilin müqavilə ilə nəzərdə tutulmuş müddətdə hazır olacağı v ə onun mülkiyyətinə veriləcəyinə inanmışdı. "xxxx" MMC qiymətləndirmə barədə arayışına əsasən cavabdehin inşa etdiyi çoxmənzilli yaşayış binasının ərazisində yerləşən 2-otaqlı mənzillərin aylıq icarə haqqı 800 manat təşkil edir. Beləliklə, cavabdehin qanuna və müqaviləyə zidd davranışı nəticəsində iddiaçı bu günədək artıq 28.800 manat qazancdan məhrum olub. Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, iddiaçının hüquqları pozulub. Göstərilənlərə əsasən, cavabdehin üzərinə iddiaçı ilə aralarında bağlanmış 07 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması, 2021-cü ilin oktyabr ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən onan xeyrin ə hər ay 800 manat, həmin məbləğə hesablanmış illik 5 faiz, əlavə olaraq vəsaitin tam məbləğinə AR Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faizin tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya mənzili 2024-cü ilin fevral-mart aylarında təhvil vermiş və mənzildə təmir işlərinə başlanmışdır. Təmir işləri ilə bağlı 800 manat ödəniş edilmişdir. Divar sökülüb yenidən tikilmişdir. İddiaçının Böyük Britaniyada yaşadığını nəzərə alaraq təhvil-təslim aktı bağlanmamışdır. Sonda iddia tələbinin təmin edilməməsini xahiş etmiş, əlavə suallara cavab olaraq iddiaçının İngiltərədən gələndən sonra mənzilə baxış keçirildiyini, divarın söküldüyünü, zal ilə mətbəxin birləşdirilməsini istədiyini, iddiaçıya bu işin mümkün olacağı təqdirdə edə biləcəklərini, təmir işlərinin 800 manat təşkil etdiyini və 2023-cü ilin yay aylarında onların həmin məbləği ödədiklərini və hal-hazırda həmin binada yaşayışın olduğunu bildirmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2(006)743/2025 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən mənzilin iddiaçıya təhvil verilməli olduğu 2022-ci ilin iyul ayından mənzilin ona təhvil verildiyi vaxtadək, yəni 2024cü ilin sentyabr ayınadək əldən çıxmış faydanın əvəzi kimi cəmi 9.100 manat, ödənilmiş dövlət rüsumuna görə 101 manat, göstərilmiş hüquqi xidmətə görə 1.150 manatın cavabdehdən tut ularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

12. Məhkəmə, ilk öncə iddianın “28 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil artıq 2024-cü ilin sentyabr ayında iddiaçıya təhvil verilmişdir. Odur ki, hazırki tələb üzrə təhvil verilməsi tələb edilən mənzil artıq iddiaçıya təhvil verildiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir.

13. Məhkəmə, iddia tələbinin “2021-ci ilin oktyabr ayından hesablanmaqla qətnamə tam icra olunanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 1.100 man atın tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə yuxarıda qeyd edilən hüquqi yanaşmaya görə əsaslıdır və qismən təmin edilməlidir.

14. Belə ki, əldən çıxmış faydanın əvəzi kimi aylıq kirayə haqqı kimi tutulmalı məbləğin tələb edilən həddə yox, 350 manat məbləğində müəyyən edilməsi hazırki işin halları baxımından daha real və ağlabatandır (müqavilə üzrə 3 otaqlı mənzillər üçün ayda 350 manat kirayə haqqının müəyyən edilməsi baxımından).

15. Bundan əlavə, məhkəmə 350 manatın tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı iddiaçı mübahisəli (təhvil verilmiş) mənzili təhvil almasında gecikdirilməsi onun 3 otağa münasibətdə gözləntisi olduğundan və bu gecikmə cavabdehin təqsirindən baş verdiyindən, iddiaçıya əvvəlki qaydada razılaşdırılmış müqaviləyə əsa sən nəzərdə tutulmuş məbləğdə pulun verilməsi daha ədalətlidir.

16. Daha sonra, məhkəmə tələbin “həmin vəsaitin tam məbləğinə hesablanmış illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə AR Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faizin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də iddia tələbləri əsassız hesab edilməklə rədd edilməlidir.

17. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3. 385.1, 385.2, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.3, 445.6, 445.7-ci, habelə MPM-in 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin olunmay an hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Əsasları iddia ərizəsinin “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizənin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

20. Cavabdeh də apellyasiya şikayəti verərək, iş üzrə birinci insitansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın qismən təmin edilməsi qənaətinə gəlmiş məhkəmə öhdəliyin yaranmasına əsas olmuş xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə ümumiyyətlə əhəmiyyət verməmişdir. Halbuki, mülki mübahisə həmin müqavilənin şərtləri nəzərə alınmaqla həll edilməli idi.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(103)3598/2025 saylı qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov sədrlik edən, məruzəçi, Fuad Talışinski və Azad İmanov) iddiaçının apellyasiya şikayəti tam, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutla rı araşdıraraq müəyyən etmişdir ki, sözügedən müqavilədə nəzərdə tutulan mənzil cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin sentyabr ayının əvvələrində təhvil verilmişdir.

24. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu əsasla qeyd edilən tələbi təmin etməməkdə haqlı olmuşdur.

25. İddiaçının digər tələbi 2021-ci ilin oktyabr ayından hesablanmaqla məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən onun xeyrinə hər ay 1.100 manatın tutulması barədədir. Birinci instansiya məhkəməsi bu tələbi qismən təmin edərək, mənzilin iddiaçıya təhvil verilməsinin 26 ay müddətinə gecikdirlməsinə görə, hər ay 350 manat olmaqla, əldən çıxmış faydanın əvəzi kimi cəmi 9.100 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsinin bu nəticəsi hə m iddiaçı, həm də, cavabdeh tərəfindən mübahisələndirilmişdir. İddiaçı hesab etmişdir ki, onun bu tələbi tam təmin edilməli, cavabdeh isə hesab etmişdir ki, iddiaçının bu tələbi tam rədd edilməli idi.

26. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, əldən çıxmış faydanın əvəzinin ödənilməsini tələb edən iddiaçı sübut etməlidir ki, o, faydanın əldə olunması onun üçün real olmuş və o, cavabdehin hərəkəti nəticəsində həmin faydanı itirmişdir. Bunun üçün iddiaçı, ona məxsus əvvəlki mənzilin onun tərəfindən əvvəllər kiməsə kirayə verilməsini və yaxud ona təhvil verilməli olan mənzilin, mənzil ona təhvil verilməsi ehtimal olan tarixdən kiməsə kirayəyə verilməli olmasını təsdiq edən müqavilələri məhkəmələrə təqdim etməli idi. Lakin o, bu kimi sübutları məhkəməyə təqdim etməm işdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən tələb tam həcmdə əsassızdır və birinci instansiya məhkəməsinin həmin tələbin qismən təmin edilməsi barədə nəticəsi səhv olduğundan, apellyasiya instansiya məhkəməsi şikayətlərin həmin nəticəyə aid digər dəlillərinin müzakirə olunmasına lüzum görməmişdir.

28. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarına, habelə MPM-in 14.2, 77.1, 115, 119, 376.2, 384 və 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə uyğun analoji şəkildə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu b ərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini n icrasını tələb etmək hüququ vardır.

36. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

39. Maddə 445.2. Aşağıdakı h allar borclunun icranı gecikdirməsi sayılır:

40. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

41. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

42. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

43. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarı

44. Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Əldən çıxmış fayda dedikdə, hüquq pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir başa düşülür. Buna misal kimi, müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində kreditorun əldə edə bilmədiyi gəlirlər əldən çıxmış fayda hesab edilə bilər. Bu zaman, belə əsasla tələb yönəlmiş tərəfin səhlənkarlığı, qüsurlu icrası, icra edilməməsi kimi hərəkətlərinin gəlir əldə etmək üzrə fəaliyyətin dayandırılması, davam etdirilməsinin mümkünsüzlüyü ilə səbəbli əlaqədə olması ilə şərtlənir. Əldən çıxmış faydanın tələb edilmə xüsusisyyəti isə əldə edilə bilinəcək fayda nın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsidir. Bunun üçün adi mülki dövriyyə şəraitində əvvəlki dövrün gəlirlərin hesablanmasının aparılması, qarşı tərəfin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmış xərclərin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

54. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

56. Kassasiya instansiyası məhkəməsi, iddianın- cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydaya görə 9.100 manat; göstərilmiş hüquqi xidmətə görə 1.150 man atın tutulmasının rədd olunması hissəsində istisna olmaqla, qalan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, hüquqi əsaslandırma ilə razılaşır, bu hissədə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, sözügedən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

57. İddianın- cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydaya görə 9.100 manat; göstərilmiş hüquqi xidmətə görə 1.150 manatın tutulmasının rədd olunması hissəsinə gəlincə isə kaasasiya instansiyası məhkəməsi hesab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun deyil.

58. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər arasında hazırkı öhdəliyin əmələ gəlmə əsasını onlar arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli müqavilə təşkil edir. Həmin müqavilənin şərtlərinə görə, iddiaçı sözügedən ünvanda yerləşən mülkiyyətində 1 otaqlı, ümumi sahəsi 34 kv.metr, faktiki sahəsi 44.98 kv.metr olan mənzili söküntü üçün müqavilə imzalandıqdan sonra 7 gün müddətində sənədlərlə birlikdə cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək yeni binanın “A” blokunda 7-ci mərtəbədə yerləşən sahəsi 96 kv.metr olan təmirsiz mənzili (giriş qapısı, pəncərəsi qoyulmaqla, divarları suvanmaqla) iddiaçının mülkiyyətinə verməyi öhdələrinə götürüb.

59. Həmin müqavilənin digər şərtlərinə görə isə iddiaçı, yeni binada ona aid mənzilin tikintisi başa çatanadək müvəqqəti yaşayış üçün 1 otaqlı mənzilə görə təklif olunan 250 manat kirayə haqqından, yaşadığı mənzildən müvəqqəti yaşayış yerinə köçməsi üçün cavabdeh tərəfindən ona ödəniləcək birdəfəlik 300 manatdan imtina edib. Cavabdeh isə yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətində başa çatdırıb müqavilə şərtlərinə əsasən mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürüb.

60. Hazırda iddiaçı, iddia edir ki, cavabdeh yeni yaşayış binasının bünövrəsini qoyduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdırıb 28 dekabr 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan mənzili ona təhvil verməli idi. Yeni, binanın bünövrəsi 2019-cu ilin mart ayında qoyulub və müqavlənin şərtlərinə görə bina uzağı 2021-ci ilin oktyabr ayında hazır olmalı idi. Lakin, cavabdeh həmin müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməyib və onun qanuna, müqavilənin şərtinə zidd bu davranışı nəticəsində hüququ po zulub. Belə ki, mənzilin vaxtında inşa edilib ona təhvil verilməməsi nəticəsində icarə əsasında mənzildən adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olub.

61. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, yeni binanın təməli iddiaçının iddia etdiyi kimi 2019-cu ilin mart ayında deyil, 2021-ci ilin yanvar ayında qoyulub və müqavilədə nəzərdə tutulan mənzil isə iddiaçıya 2024-cü ilin sentyabr ayında təhvil verilib. Belə olan halda, yeni binanın təməli 2021-ci ilin yanvar ayında qoyulduğundan və tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli müqavilənin icrasına məhz həmin tarixdən, yəni 2021-ci ilin yanvar ayından başlanıb. Lakin cavabdeh, 2021-ci ilin yanvar ayından başlayaraq 18 ay müddətində, yəni 2022-ci ilin iyul ayınadək müqavilədə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməməklə müqavilə üzrə öhdəliyini pozub.

62. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, əldən çıxmış faydanın əvəzinin ödənilməsini tələb edən iddiaçı sübut etməlidir ki, faydanın əldə olunması onun üçün real olub, o cavabdehin hərəkəti nəticəsində həmin faydanı itirib. Bunun üçün iddiaçı, ona məxsus əvvəlki mənzilin onun tərəfindən əvvəllər kiməsə kirayə verilməsini və yaxud ona təhvil verilməli olan mənzilin, mənzil ona təhvil verilməsi ehtimal olan tarixdən kiməsə kirayəyə verilməli olmasını təsdiq edən müqavilələri məhkəməyə təqdim etməli idi. Lakin o, bu kimi sübutları məhkəməyə təqdim etməyib. Belə olan halda iddia mübahisələndir ilən hissədə tam əsassızdır və birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməkdə haqlı olmayıb.

63. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, mülki qanunverciliyə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

64. O, da qeyd olunmalıdır ki, t ələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək işə baxan məhkəmənin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə işə baxan məhkəmə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi məhkəmə üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.

65. Hazırkı halda, iddiaçının cavabdehə qarşı tələbi “Zərərin əvəzinin ödənilməsi” ilə bağlıdır və bu tələbin qanuni əsasını isə Mülki Məcəllənin “Zərərin əvəzinin ödənilməsi”ni tənzimləyən 21-ci maddəsi təşkil edir.

66. Sözügedən normanın mənasına görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna mal ik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

67. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

68. Göründüyü kimi, “əldən çıxmış faydanı” özündə ehtiva edən zərərin əvəzinin ödənilməsinin hüquqi əsasını Mülki Məcəllənin 21.2-ci maddəsinin dispozisiya şərtləri təşkil edir.

69. Nəzərə alınmalıdır ki, zərərin əvəzinin ödənilməsi mülki hüquqi məsuliyyətin ən geniş tətbiq edilən formasıdır. O, həm də mülki hüquq və vəzifələrin yaranma əsaslarından biri hesab olunur. Zərərin ödənilməsi pozulmuş mülki hüquqların bərpasının ən universal vasitəsi kimi bütün Mülki Məcəlləyə nüfuz edib. Zərərin ödənilməsi həm də ona görə universal xarakter daşıyır ki, o başqa müdafiə üsulları ilə birlikdə də tətbiq oluna bilər.

70. Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilib və həmin normada zərərin iki növü fərqləndirilir: real zərər və əldən çıxmış fayda.

71. Normanın mənasına görə, real zərərin tərkibinə pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər və əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər daxildir.

72. Əldən çıxmış fayda dedikdə- hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür.

73. Adi mülki dövriyyə şəraiti dedikdə isə- öncədən görülməsi mümkün olmayan halların və ya qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Əldən çıxmış fayda ağlabatan qiymətlər tətbiq edilməklə müəyyən oluna bilər.

74. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında da ifadə olunub.

75. X1 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Əldən çıxmış fayda dedikdə, hüquq pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir başa düşülür. B una misal kimi, müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində kreditorun əldə edə bilmədiyi gəlirlər əldən çıxmış fayda hesab edilə bilər. Bu zaman, belə əsasla tələb yönəlmiş tərəfin səhlənkarlığı, qüsurlu icrası, icra edilməməsi kimi hərəkətlərinin gəlir əldə etmək üzrə fəaliyyətin dayandırılması, davam etdirilməsinin mümkünsüzlüyü ilə səbəbli əlaqədə olması ilə şərtlənir. Əldən çıxmış faydanın tələb edilmə xüsusisyyəti isə əldə edilə bilinəcək faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsidir. Bunun üçün adi mülki dövriyyə şəraitində əvvəlki dövrün gəlirlərinin hesablanmasının aparılması, qarşı tərəfin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmış xərclərin müəyyən edilməsi əhəmiyyət kəsb edir.

76. Bu baxımdan əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən, zərərçəkmiş şəxs qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir.

77. Həmçinin əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərər çəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi) müəyyən edilməlidir.

78. Hazırkı halda cavabdeh, 2021-ci ilin yanvar ayından başlayaraq 18 ay müddətində, yəni 2022-ci ilin iyul ayınadək sözügedən mənzili iddiaçıya təhvil verməməklə və həmin mənzili iddiaçıya yalnız 2024-cü ilin sentyabr ayında təhvil verməklə, əslində 28 dekabr 2018-ci il tarixli müqavilənin şərtlərini açıq-aşkar pozub və iddiaçını icarə əsasında həmin mənzildən adi mülki dövriyyə şəraitində əldə edic əyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum edib. Belə olan halda, iddiaçının sözügedən mənzilin ona təhvil verilməsinin gecikdirilməsi ilə bağlı əldən çıxmış fayda kimi cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

79. Əldən çıxmış faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilməsi barədə kassasiya instansiyası məhkəməsi qeyd edir ki, son illər kirayə mənzilə ehtiyacın olduqca yüksək olduğu Bakı şəhərində iddiaçının yeni binadakı mənzilini kirayəyə verərək, ondan gəlir əldə etməsi ehtimalı çox yüksək olmaqla, realdır.

80. Bu fakt işin halları, habelə "xxxx" MMC-nin işə əlavə edilmiş 17 fevral 2025-ci il tarixli qiymətləndirmə hesabatı ilə də təsdiq olunur. Belə ki, həmin hesabatdan görünür ki, ünvan 2 ünvanda yerləşən 3 otaqlı, faktiki tikinti sahəsi 83.91 kv.metr olan mənzilin (A bloku, 7-ci mərtəbə) 17 fevral 2025-ci il tarixə aylıq kirayə haqqı dəyəri 1.100 manat təşkil edir. 81. “Qəzalı vəziyyətdə olan binanın sökülüb yenidən qurulmasına dair” Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 28 fevral 2017-ci il tarixli Müqavilənin 2.3-cü bəndində də köçürülən sakinlərə aid tikinti sahəsinin inşası başa çatdığı müddət ərzində 3 otaqlı mənzillər üçün aylıq kirayə haqqı 350 manat müəyyən edilmişdir.

82. Kassasiya instansiyası məhkəməsi işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydanın əvəzi kimi aylıq kirayə haqqına görə tutulmalı məbləğin tələb edilən həddə yox, aylıq 350 manat məbləğində müəyyən edilməsi hazırkı işin halları baxımından daha real və ağlabatandır (28 fevral 2017-ci il tarixli müqavilə üzrə 3 otaqlı mənzil üçün aylıq kirayə haqqının 350 manat müəyyən edilməsinə də uyğundur).

83. Bundan başqa, kassasiya instansiyası məhkəməsi aylıq kirayə haqqının 350 manat müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, iddiaçının 3 otaqlı mənzilə gözləntisi olub və həmin mənzilin ona təhvil verilməsində 26 ay gecikmə halının baş verməsi bilavasitə cavabdehin təqsiri üzündən baş verib. Belə olan halda sözügedən müqavilə üzrə öhdəliyini razılaşdırılmış müddətdə icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödməyə borcludur.

84. Eyni zamanda, kassasiya instansiyası məhkəməsi, cavabdehin təqsiri üzündən iddiaçının məruz qaldığı əldən ç ıxmış faydanı müəyyənləşdirərkən, həm də iddiaçının onu əldə etmək üçün gördüyü bütün tədbiri və bu məqsədlə apardığı hazırlıq işlərini də nəzərə alır. Ona görə də sözügedən müqavilə üzrə mübahisəli mənzilin iddiaçıya təhvil verilməli olduğu vaxtdan, yəni 2022-ci ilin iyul ayından həmin mənzilin iddiaçıya təhvil verildiyi vaxtadək, yəni 2024-cü ilin sentyabr ayınadək əldən çıxmış faydaya görə cavabdehdən cəmi- 9.100 manat (2022-ci ilin iyul ayından başlamaqla 2024-cü ilin sentyabr ayınadək, yəni 2 il, 2 ay, cəmi 26 ay x 350 manat =9.100 manat) tutulub iddiaçıya verilməklə iddia bu hissədə təmin olunmalıdır.

85. Məhkəmə xərclərinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (AR MPM-n in 107-ci maddəsi). İşə baxılması ilə əlaqədar məsrəflərə isə nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və sair daxildir (AR MPM-nin 115.0.5; 115.0.6-cı maddələri).

86. Həmin Məcəllənin 121.1-ci məddəsində göstərilir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

87. İşə əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən ona göstərilmiş hüquqi yardıma görə 1.150 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən edildiyindən, c avabdehdən iddiaçının xeyrinə hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə 1.150 manat tutulmalıdır.

88. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

89. Həmin Məcəllənin 417.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, k assasiya instansiyası məhkəməsi Q ə r a r a a ldı İddiaçı Cəbrayıl qızının kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(103)3598/2025 saylı qətnaməsi iddianın - Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən İddiaçı xeyrinə əldən çıxmış faydaya görə 9.100 manat və göstərilmiş hüquqi xidmətə görə 1.150 manatın tutulmasının rədd olunması hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul olunsun. İddia həmin hissədə təmin edilsin, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən İddiaçı xeyrinə əldən çıxmış faydaya görə 9.100 manat, göstərilmiş hüquqi xidmətə görə 1.150 manat tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar