Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3575/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1091/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137 A, mənzil 80 (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137, M5, 4 saylı mənzilə tam mülkiyyət hüququ üzrə İddiaçı adına 03 iyun 2021-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 3260\2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə, Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin 2(007)2650\2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X10 Cavabdeh1 verilmiş etibarnamənin, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137 A, 80 saylı mənzilə dair X3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin mənzilə dair ******* s aylı çıxarışın hüquqi qüvvəsinin bərpa edilməsinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamədən X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il il 2(103)-14917\2019 saylı qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş Bakı şəhəri 6 saylı notariat ofisinin 4Ə-557 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi və həmin mənzilə dair xx.xx.2019-cu il tarixli X4 adına verilmiş çıxarış etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
3. Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin 2(007)-416\2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünü r ki, iddiaçı X5 cavabdeh X12 qarşı ünvan 2, 80 saylı mənzildə onun tərəfindən aparılan 50.000,00 ABŞ dolları dəyərində təmir xərclərinin və ev əşyalarının əvəzi ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsi ilə cavabdehdən alınaraq ona verilməsinə dair iddia tələbi təmin edilməmişdir
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7164/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X5 Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin 2(007)-416\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qüvvədə saxlanılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “mənzildən istifadə hüququnun mövcud olmam asının müəyyən edilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 80 saylı (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137, M5, mənzil 4-də) mənzildən istifadə hüququqlarının mövcud olmaması müəyyən edilməklə, mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini, cavabdehlər Cavabdeh1, X13 və azyaşlı uşaqları X4 qeyd olunan mənzildən çıxarılmalarının mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsinin qeyd olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137 A, mənzil 80 (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137, M5, mənzil 4-də) onun anası X12 09 may 2014-cü il tarixdə cənab X23 tərəfindən bağışlanmış və həmin mənzilə dair 18 yanvar 2019-cu il tarixdə adına çıxarış almış və həmin mənzilə köçüb yaşamışdır. Bir müddət sonra hazırki iş üzrə cavabdehlər Cavabdeh1, X13 və azyaşlı uşaqları ilə birlikdə özlərinə məxsus mənzili təmir etdirmək bəhanəsi ilə müvəqqəti olaraq anasına məxsus mənzilə köçüb yaşamağa başlamışlar, aralarında narazılıq yarandığından, anası hazırki iş üzrə cavabdehlərə onlara bağışladığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 31B, mənzil 22-yə qayıdıb orada yaşamalarını istəmiş, lakin cavabdehlər mülkiyyətlərində olan həmin evə qayıtmamışlar. X1 məlum olmuşdur ki, Cavabdeh1 onu aldadaraq aldığı baş etibarnamə əsasında hazırki mənzili oğlu X6 bağışlamış və həmin mənzilə dair 13 iyun 2019-cu il tarixdə X4 adına çıxarış almış, həmin çıxarışla da Cavabdeh1, X13 və azyaşlı uşaqları X8 mübahisəli mənzilə qeydiyyata düşmüşlər. Qeyd olunan etibarnamə, bağışlama müqaviləsi və X4 adına alınmış çıxarışın ləğvi barədə iddia qaldırılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia əsassız olaraq təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq bağışlama müqaviləsi və X2 adına verilmiş çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsininqətnaməsi qüvvədə saxlanılmışdır. Belə liklə, mübahisəli mənzilə dair anasının adına, yəni X12 verilmiş 18 yanvar 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* №li çıxarışın hüquqi qüvvəsi bərpa edilmişdir. X15 da bağışlama müqaviləsinə əsasən həmin mənzili İddiaçı bağışlamış və o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №-li çıxarışla həmin mənzilə mülkiyyət hüququna dair xx.xx.2021- ci il tarixdə çıxarış almışdır. Lakin qardaşı Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 31B, mənzil 22-də evi olmasına baxmayaraq, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan mənzildən çıxmır, həmçinin əsassız bağışlama müqaviləsinə əsasən oğlunun adına alınmış artıq ləğv olunaraq hüquqi qüvvəsi olmayan çıxarış əsasında həyat yoldaşı X13 və azyaşlı uşaqları X8 ilə birlikdə qeydiyyata düşməsinə baxmayaraq qeydiyyatdan da çıxmamaqla bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmuşlar. Belə ki, İddiaçı Azərbaycan Respublikasında mənzili olmadığı üçün uzun illər Rusiya Federasiyasında yaşamış, buna görə də anası onun Azərbaycana gəlib yaşayış yeri olması üçün iddiaçıya özünə məxsus evini bağışlamış, lakin həmin mənzili zəbt etməklə qanunsuz yollarla qeydiyyata düşmüş Cavabdeh1, X13 və azyaşlı uşaqları X8 ilə birlikdə mənzildən çıxmadıqlarından İddiaçı ailəsi ilə birlikdə ona məxsus mənzilə köçüb yaşaya bilmir və bu onun bir mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozmuşdur.
7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və X14 iddia tələbini qəbul etmədiklərini, evi öz vəsaitləri hesabına təmir etdirdiklərini, buna baxmayaraq evi təmi r pulunun onlara qaytarılmamasını, anasını evdən çıxartmamalarını, anasının istənilən vaxt gəlib evində yaşaya bilməsini bildirdilər. Həmçinin onlar evin üzərində həbs olduğu halda ona dair yeni çıxarışın verilməsinin qanunsuz olmasını bildirmişlər. Onlar həmçinin bildirdilər ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 31B, 22 saylı mənzil onlara məxsusdur.
8. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin (hakim X11) 2(007)-3579/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddia təmin edilmiş, Cavabdeh1, X13 və onlarla birlikdə azyaşlı uşaqları X8 ünvan 2 ünvanında yerləşən 80 (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137, M5, mənzil 4-də) saylı mənzildən istifadə hüququqlarının mövcud olmaması müəyyən edilməklə, həmin mənzildən çıxarılması q ət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, ünvan 2, 80 sayı mənzil (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137, M5, 4 saylı mənzil) iddiaçının və Cavabdeh1 anası X12 09 may 2014-cü il tarixdə cənab X23 tərəfindən veteran olduğu üçün bağışlanmış və o, həmin mənzilə köçüb yaşamışdır. Həmin mənzili Cavabdeh1 anasından aldığı etibarnamə əsasında öz oğluna bağışlamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisəli mənzilə dair cavabdehlərin övladı X3 adına verilmiş çıxarış etibarsız hesab edilmişdir. Mübahisəli mənzil X15 tərəfindən İddiaçı bağışlanmış və hazırda mənzil onun adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, X13 və onların azyaşlı övladları X9 həmin mənzildə yaşadıqları üçün iddiaçı və anası həmin mənzildən istifadə edə bilmirlər. Cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 31B, 22 saylı özlərinə məxsus mənzilləri olmasına baxmayaraq onlar mübahisəli mənzildə qeydiyyatda qalmaqdadırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin (bundan sonra MM) 152.1, 157.2, 157.4, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 9-cu maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Şəhər Nizami Rayon Məhkəməsini n 2(007)-3579/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh1 anasına məxsus mənzildən istifadə hüququnun olmasını, uzun müddət orada yaşamasını, həmin mənzildə ailəsi ilə birlikdə yaşamağa ehtiyacının olmasını nəzərə almamışdır. Bundan əlavə, cavabdeh Nümayəndə şəxsi vəsaiti hesabına mübahisəli mənzilin təmirinə 50000 ABŞ dolları məbləğində xərc çəkmişdir. Buna görə də hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuş, işə baxılan zaman işin faktiki halları araşdırılmamış, maddi və prossesual hüquq normaları pozulmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının (hakim X22 (sədrlik edən və məruzəçi), 2(103)-1091/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan mənzilə dair cavabdehlərin hər hansı hüquqları olmadığından, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh1 anasına məxsus mənzildən istifadə hüququnun olması, uzun müddət orada yaşamaqla həmin mənzildə ailəsi ilə birlikdə yaşamağa ehtiyacının olması barədə apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, mənzil Cavabdeh1 qardaşı olan İddiaçı məxsusdur və həmin mənzilə dair onun hər hansı hüququ, o cümlədən istifadə hüququ yoxdur. Apellyasiya şikayəti əsassız olduğundan və formal mülahizələrə əsaslandığından, təmin edilməməlidir.
15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin (bundan sonra MM) 152.1, 157.2, 157.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən cavabdeh (Vəkil2) kassasiya şikayəti vermişdir.
17. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi onun ünvan 2, mənzil 80 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsindən istifadə hüquqlarının olmaması ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmiş, bununla da istifadə hüquqlarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, istifadə hüququmun olub-olmamasının müəyyən edilməsi üçün onun ünvan 2, mənzil 80 (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış sahəsində hansı tarixdən, hansı müddətə yaşamağı və hansı tarixdə qeydiyyata düşməyimə hüquqi qiymət verilməli idi. O, bildirmişdir ki, mübahisəli mənzil qardaşı, iş üzrə İddiaçı mülkiyyətinə 03 iyun 2021-ci il tarixdə keçmişdir. Həmin mənzil iddiaçının mülkiyyətinə keçən zaman artıq omun mənzildən istifadə hüquqları yaranmışdı. Belə ki, mübahisəli mənzil 09 may 2014-cü ildə anam X10 adına qeydiyyatdan keçmişdir. X25 57 il mənimlə birlikdə yaşamış, sözügedən mənzil anasının adına qeydiyyatdan keçdikdən sonra da o evdə birlikdə yaşamışlar. Beləliklə, o mülkiyyətçi Tacirə Qazıyevanın ailə üzvü olduğundan ona məxsus olan yaşayış sahəsindən 2014-cü il tarixdən etibarən istifadə hüquqları yaranmışdır. Lakin işə baxan apellyasiya instansiyası onun evin əvvəlki mülkiyyətçisi Tacirə Qazyevanın ailə üzvü olmağını, 2014-cü il tarixdən mənzildə yaşayaraq mülkiyyətçiyə məxsus olan evdən istifadə hüquqlarının yarandığını və mənzildə pasport qeydiyyatında olduğunu nəzərə almamışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur.
18. Kassator əlavə olaraq bildirmişdir ki, məhkəmə onun mübahisəli mənzildən heç bir hüququnun olmadığını qeyd edərkən İddiaçı mülkiyyət hüquqlarının olduğunu xüsusilə vurğ ulamışdır. Lakin iddiaçının mülkiyyət hüquqlarının yaranmasından 7 il öncə onun mənzildən yaşamaq və istifadə hüquqlarının yarandığını nəzərə almamışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi sübutlara qeyri-obyektiv,qərəzli baxmışdır.
19. Bundan başqa, kassator qeyd etmişdir ki, o və həyat yoldaşı Almaz Abdullayeva mübahisəli mənzildə pasport qeydiyyatında olduqları halda onların notarial qaydada təsdiq edilmiş razılığı olmadan bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Göründüyü kimi, mübahisəli mənzil hal-hazırda iddiaçının mükiyyətində olsa da, onun adına qeydiyyatdan keçən zamanı qanuvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur
20. Kassator əlavə olaraq bildirmişdir ki, o şəxsi vəsaiti hesabına mübahisəli mənzildə təmir işləri həyata keçirərək 50.000. 00 ABŞ dolları məbləğində xərc çəkmişdir. Lakin işə baxan məhkəmə qeyd edikən xüsusatları nəzərə almamış, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmadan qətnamə qəbul edərək qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
21. Kassator öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 43, MM-in 152.3, MPM-in 88-ci maddələrinə istinad etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.2. Mülkiyyətç i özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin q ətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki iddiaçıların mülkiyyətində olan mənzilə dair cavabdehlərin hər hansı hüquqları olmadığından, apellyasiya instansiya məhkəməsi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh1 anasına məxsus mənzildən istifadə hüququn un olması, uzun müddət orada yaşamaqla həmin mənzildə ailəsi ilə birlikdə yaşamağa ehtiyacının olması barədə apellyasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsi əsassız hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, mənzil Cavabdeh1 qardaşı olan İddiaçı məxsusdur və həmin mənzilə dair onun hər hansı hüququ, o cümlədən istifadə hüququ yoxdur.
37. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1091/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.