Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3576/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X3, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsindənİddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-2492/2018, hakim E.E.Rəhimov)İddi açı cavabdeh «XXX» (Azərbaycan) Limited şirkətinə qarşı “işdən azad olunmanın qanunsuz hesab edilməsi, işə bərpa olunma, məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11104/2018, hakimlər E.M.Həsənov, X.A.Cəmilova, İ.K.Xəlilov)İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdırilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 29 iyun 2018-ci il tarixdə İddiaçı «XXX» (Azərbaycan) Limited şirkətinə qarşı “işdən azad olunmanın qa nunsuz hesab edilməsi, işə bərpa olunma, məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi” tələbinə dairhazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.02.2018-ci il tarixli əmək müqaviləsinə əsasən şirkətin filialında strateji resurslar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edildiyini, şirkətin Azərbaycan-Gürcüstan regionu üzrə direktoru Terene Eaves tərəfindən verilmiş 13 iyun 2018-ci il tarixli 2018-0418 saylı əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinadən 13 iyun 2018-ci il tarixindən etibarən xitam verildiyini, həmin əmrdə işdən azad edilməsinin əsası kimi guya könüllü surətdə verdiyi 14 may 2018-ci il tsrixli ərizənin göstəridiyini, halbuki belə bir ərizə ilə işəgötürənə müraciət etmədiyini, işdən qanunsuz olaraq kə narlaşdırıldığı ərəfədə müdiriyyət təmsilçiləri tərəfindən ona bəzi sənədlərə və kağızlara imza etdirildiyini və ola bilsin ki, bu kağız və sənədlər arasında işdən könüllü surətdə azad edilməsi barədə tərtib edilmiş saxta ərizə də olduğunu, əgər belə bir ərizə varsa bunu onun iradəsini ifadə etməyən, saxta tərtib edilmiş ərizə olduğunu irəli sürmüş, buna görə də 13 iyun 2018-ci il tarixli 20180418 saylı əmrin onun iradəsinə zidd, qanunsuz və əsassız əmr hesab edilməklə ləğv edilməsi, eyni vəzifəyə bərpa olunmaqla, buraxdığı iş müddəti ərzində ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak ed ən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. İşəgötürən əmək münasibətlərinin xitamını Əmək Məcəlləsinin 69.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmin normada göstərilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürənin yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Apellyasiya məhkəməsi isə 1 ay müddətin axımının 14 may 2018-ci il tarixindən başlanmasını hansı ərizə və ya sübutla müəyyən etdiyini əsaslandırmamışdır. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edə rək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı 11 dekabr 2014-cü il tarixdə «XXX» (Azərbaycan) Limited şirkətinə “Miqrasiy a işləri üzrə məsləhətçi” vəzifəsinə qəbul edilmiş, 08 sentyabr 2015-ci il tarixədək həmin vəzifədə çalışmış, 01 aprel 2016-cı il tarixdə “Ofis işləri üzrə köməkçi”, 01.08.2016-cı il tarixdə ”Miqrasiya və Təchizat işləri üzrə koordinator”, 12.02.2018-ci il tarixdə “Strateji Resurslar üzrə Mütəxəssis” vəzifəsinə keçirilmiş, işdən azad edilməsi barədə verdiyi ərizə əsas götürülərək 13.06.2018-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı cavabdeh müəssisənin onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz olmasına istinad edərək həmin əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi tələbi barədə hazırki iddianı irəli sürmüşdür. Azərbaycan Resp ublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsu lla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iclas prototkollarından aydın olur ki, iddiaçı işə birinci instansiya məhkəməsində baxılan zaman işdən azad eidlmə barədə sənədin tərtib edilməsi mərhələsində ona münasibətdə zor işlədilməsi, hədə-qorxu gəlinməsi, yaxud hər hansı başqa üsulla iradəsinə zidd hərəkətləri etməyə məcbur olmasını təsdiq etməmiş, iddia ərizəsində bununla bağlı göstərilən dəlillərin əlavə araşdırılmasını məqsədəuyğun saymadığını bidirmişdir. Deməli, iddiaçı əmək münasibətlərinə könüllü olaraq xitam verilməsi ilə əlaqədar müraciət etdiyini faktiki etiraf etmişdir. İddiaçı tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, o, 13. 06.2018-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edən əmək qanunvericiliyinin tələblərinə görə işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi işçi tərəfindən əsaslandırılmalıdır. İşçi tərəfindən zəruriliyi əsaslandırılmadığı halda işəgötürən işçinin 1 təqvim ayı əmək vəzifələrini yerinə yetirməsini, sonra onunla əmək müqaviləsinə xitam verilməsini tələb edə bilər. Bu halda işçi ilə əmək müqaviləsinə ərizədə göstərilən tarixdə xitam verilməsi işçinin əmək qanunvericiliyi ilə qorunan hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə əmək qanunvericiliyinin tələblərinə uyğun olmaqla, qətnamə maddi və p rosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3576/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3576/2019
30.05.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver