Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3576/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), X34 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı X27 vəkili X28, iddiaçılar İddiaçı2, İddiaçı1, X58, X11, İddiaçı6 və İddiaçı5 vəkili X19, iddiaçı Əhmədzadeyi X35 vəkili X15, cavabdeh İddiaçı7 vəkili X39, Cavabdeh MMC-nin nümayəndəsi X12, müstəqil tələb müstəqil tələb irəli sürən üçüncü şəxs X14 vəkili X20, müstəqil tələb irəli sürən üçüncü şəxs X16 nümayəndəsi və vəkili X21, müstəqil tələb irəli sürən üçüncü ş əxs X40 nümayəndəsi və vəkili X41 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh MMC-yə və X17 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təmirinə olan maneələrin aradan qaldırılması” barədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X14 Cavabdeh MMC-yə və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən istifadəyə manelərin cavabdehlərə qadağan edilməsi” barədə, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı5, İddiaçı6 və müstəqil tələb irəli sürən 3-cü şəxs X9 İddiaçı7e və Cavabdeh MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsi və daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi” barədə, X57 Xalıd oğlu, X11, İddiaçı1, X42 və Əhmədzadeyi X35 cavabdehlər İddiaçı7 və Cavabdeh MMC-yə qarşı “mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsi, maliyyə arayışları və müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi” barədə, müstəqil tələb irəli sürən 3-cü şəxs X14 cavabdehlər İddiaçı7 və Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə, müstəqil tələb irəli sürən üçüncü şəxs X40 cavabdehlər X42, İddiaçı7 və Cavabdeh MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, qabaqcadan qeydiyyatın ləğv edilməsi” barədə iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-169/2019 nömrəli qətn aməsindən iddiaçılar İddiaçı2, X22, cavabdeh Mehmet Şemşek və müstəqil tələb irəli sürən üçüncü şəxs X14 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh MMC-yəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanındakı 3 saylı yaşayış binasının, 17-ci mərtəbəsində ümümi sahəsi 155.6 kv.metr olan 3 otaqlı 89 saylı mənzilin təmirinə olan maneələrin cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X29 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşulub cavabdehlər Cavabdeh MMC və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız he sab olunması, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanındakı 3 saylı yaşayış binasının, 17-ci mərtəbəsində ümümi sahəsi 155.6 kv.metr olan 3 otaqlı 89 saylı mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbinin həcmini artıraraq, cavabdehlər Cavabdeh MMC ilə X29 arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanındakı 3 saylı yaşayış binasının, 17-ci mərtəbəsində ümümi sahəsi 155.6 kv.metr olan 3 otaqlı 89 saylı mənzilin ona təhvil verilməsi, mənzilin təmirinə olan maneələrin cavabdehlər tərəf indən aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1366/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 17-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 89 saylı mənzilə dair Cavabdeh MMC ilə X29 arasında xx xxxxx 2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin İddiaçı1 təhvil verilməsi, həmin mənzilin təmirinə olan maneələrin törədilməsinin Cavabdeh MMC-yə və X17 qadağan edilməsi qət edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddiası rədd edilmişdir. (hakim Namidar Mirzəzadə) X57 Xalid oğlu, X11, İddiaçı1, X42 və X50 Talıb qızı cavabdehlər İddia çı7 və Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq və sonradan iddia tələblərini artıraraq, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 22-ci mərtbəsində yerləşən X43 məxsus 2 otaqlı, 115 saylı mənzilə, həmin binanın 12-ci mərtəbəsində yerləşən X6 məxsus 2 otaqlı 55 saylı mənzilə, həmin binanın 17-ci mərtəbəsində yerləşən İddiaçı1 məxsus 3 otaqlı 89 saylı mənzilə, həmin ünvanda yerləşən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində X30 məxsus 3 otaqlı 12 saylı mənzilə, həmin ünvanda yerləşən 2 saylı binanın 5-ci mərtəbəsində Əhmədzadeyi X44 məxsus 2 otaqlı 11 saylı mənzilə qanunsuz müdaxilələrin aradan qaldırılması, qanunsuz olaraq həmin mənzilllərin giriş qapısına cavabdeh İddiaçı7 tərəfindən quraşdırılmış qapıların əvvəlki qapılarla əvəz edilm əsi, həmin mənzillərə dair Cavabdeh MMC ilə İddiaçı7 arasında bağlanmış müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, həmin mənzillərə dair İddiaçı7 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X29 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşulub cavabdehlər Cavabdeh MMC və İddiaçı7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 17-ci mərtəbəsində ümümi sahəsi 155.6 kv.metr olan 3 otaqlı 89 saylı mənzilə dair bağlnamış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-442/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə X57 Xalid oğlu və qeyrilərinin iddiası təmin edilmiş, cavabdehlər İddiaçı7 və Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binasının 22-ci mərtəbəsində yerləşən X43 məxsus 2 otaqlı, 115 saylı mənzilə, 3 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən X6 məxsus 2 otaqlı, 55 saylı mənzilə, 3 saylı yaşayış binasının 17-ci mərtəbəsində İddiaçı1 məxsus 3 otaqlı, 89 saylı mənzilə, 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən X30 məxsus 3 otaqlı, 12 saylı mənzilə, 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən Əhmədzadeyi X45 məxsus 2 otaqlı, 11 saylı mənzilə qanunsuz müdaxilələrin aradan qaldırılması və həmin mənzillərin girişinə quraşdırılmış qapıların cavabdeh İddiaçı7 tərəfindən əvvəlki qapılarla əvəz edilməsi, cavabdehlər Cavabdeh MMC il ə İddiaçı7 arasında ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı, 115 saylı mənzilə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 504/11 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 3 saylı yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan 2 otaqlı 55 saylı mənzilə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 504/8saylı müqavilənin və həmin tarixli maliyyə arayışının,3 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 155.6 kv.m. olan, 3 otaqlı, 89 saylı mənzilə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 504/15 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan, 3 otaqlı, 12 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli, 504 /12 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı, 11 saylı mənzilə dair xx.xx.2007-ci il tarixli, 11/05 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və həmin mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı barədə cavabdeh İddiaçı7 adına xx.xx.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı7 və Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. (Hakim Fərid Yaqubov) İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı5, İddiaçı6 və müstəqil tələb irəli sürən 3-cü şəxs X5 Mehmete və Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq və sonradan iddia tələblərini artıraraq, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 23-cü mərtbəsində yerləşən İddiaçı3 məxsus 2 otaqlı, 121 saylı mənzilə, həmin ünvanda yerləşən 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən İddiaçı2 məxsus 2 otaqlı 31 saylı mənzilə, həmin ünvanda yerləşən 2 saylı binanın8-ci mərtəbəsində İddiaçı5 məxsus 3 otaqlı 27 saylı mənzilə, həmin ünvanda yerləşən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində İddiaçı6 məxsus 2 otaqlı 96 saylı mənzilə, həmin ünvanda yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində X13 məxsus 2 oatqlı 36 saylı mənzilə qanunsuz müdaxilələrin aradan qaldırılması, qanunsuz olaraq həmin mənzilllərin giriş qapısına cavabdeh İddiaçı7 tərəfindən quraşdırılmış qapıların əvvəlki qapılarla əvəz edilməsi, həmin mən zillərə dair Cavabdeh MMC ilə İddiaçı7 arasında bağlanmış müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, həmin mənzillərə dair İddiaçı7 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-526/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı7 və Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanda yerləşən 3 saylı yaşayış binasının 23-cü mərtəbəsində yerləşən İddiaçı3 məxsus 2 otaqlı 121 saylı mənzilə, 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən İddiaçı2 məxsus 2 otaqlı 31 saylı mənzilə, 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində İddiaçı5 Məmrnəd qızına məxsus 3 otaqlı 27 saylı mənzilə və 1 saylı yaşayış binasının 22-ci m ərtəbəsində İddiaçı6 məxsus 2 otaqlı 96 saylı mənzilə qanunsuz müdaxilələrin aradan qaldırılması və həmin mənzillərin girişinə cavabdeh İddiaçı7 tərəfindən quraşdırılmış qapıların əvvəlki qapılarla əvəz edilməsi, cavabdehlər İddiaçı7 ilə Cavabdeh MMC arasında Bakı şəhəri ümumi sahəsi 101,5 kv.m. olan, 2 otaqlı 121 saylı mənzilə dair bağlanılmış xx.xx.2015-cı il tarixli, 504/10 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 31 saylı mənzilə dair bağlanılmış xx.xx.2007-ci il tarixli, 11/07 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 8-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan, 3 otaqlı 27 saylı mənzilə dair bağlanılmış xx.xx.2007-ci il tarixli, 11/01 saylı müqavilənin və həmin tarixli mal iyyə arayışının, 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 96 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli, 504/13 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və həmin mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı barədə cavabdeh İddiaçı7 adına xx.xx.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, iddianın verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı7 və Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanda yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində X23ma məxsus 2 otaqlı 36 saylı mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması və həmin mənzilin gir işinə cavabdeh İddiaçı7 tərəfindən quraşdırılmış qapının əvvəlki qapı ilə əvəz edilməsi, cavabdehlər Cavabdeh MMC ilə İddiaçı7 arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində 1 otaqlı 36 saylı mənzilə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 504/14 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və həmin mənzilə dair hüquqların qabaqcadan qeydiyyatı barədə cavabdeh İddiaçı7 adına xx.xx.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, iddianın verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub müstəqil tələb irəli sürən üçüncü şəxsə ödənilməsi qət olunmuşdur. (hakim Sərdar Mehrəliyev) Xətai Rayon Məhkəməsinin 2(011)-1366/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs Nərgiz Sərkərova apelyasiya şikayəti vermişlər. Xətai Rayon Məhkəməsinin 2(011)-442/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs Nərgiz Sərkərova və cavabdeh İddiaçı7 apelyasiya şikayəti vermişlər. Xətai Rayon Məhkəməsinin 2(011)-526/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı7 apelyasiya şikayəti vermişdir. Hər üç mülki iş üzrə verilən apleyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qərardadı bir icraatda birləşdirilmişdir. Apelyasiya şikayətlərinə baxılan zaman X63 apelyasiya instansiyasında müstəqil tələb irəli sürən şəxs kimi işə qoşulub cavabdehlər X30, Mehmett Şimşekə və Cavabdeh MMC-yə qarşı iddia verə rək, cavabdehlər X42 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, cavabdehlər Mehmett Şimşeklə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, Mehmett Şimşekin adına aparılmış qeydiyyatın, o cümlədən xx xxxxxx 2017-ci il tarixli arayışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən şəxs X63 iddia tələbini artıraraq, əlavə olaraq ünvan 3 ünvanda yerləşən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan 3 otaqlı, 12 saylı mənzilə hüquqlarının tanınması, həmin mənzilə cavabdeh Memet Şimşek tərəfindən qanunsuz müdaxilələrin aradan qaldırılması, həmin mənzilin girişinə quraşdırılmış qapının cavabdeh İddiaçı7 tərəfindən əvvəlki qapıl ilə əvəz edilməsi, əmlak ın ona təhvil verilməsinin cavabdehlər Cavabdeh MMC ilə İddiaçı7 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətlərinə baxılan zaman X36 ərizə verərək, ünvan 3 ünvanda yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 101,5 kv.m mənzilin onun sahibliyinə, istifadəsinə verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qanunu qüvvəyə minmiş qətnamənin olmasını bildrimiş və bu səbəbdən hazırki mübahisə üzrə onun üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. X36 üçüncü şəxs kimi işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-169/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı7 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı2 iddiasının təmin o lunan hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması, müstəqil tələb irəli sürən üçüncü şəxs X40 iddiasının qismən təmin olunması,həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin X24 iddiasının təmin olunan hissəsində ləğv edilməsi, X24 iddiası təmin olunmaması,X42 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilənin, cavabdeh Mehmet Şimşək ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab olunması və ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində cavabdeh Mehmet Şimşəkin adına aparılmış qabaqcadan qeydiyyaın ləğv edilməsi, ünvan 4 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 1 55,6 kv.m-dən ibarət olan, 3 otaqlı 12 saylı mənzilin X53 təhvil verilməsi, qətnamələrin qalan hisədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi) İkram Şirinov, İlham Kərimli) İddiaçı2 (vəkil X46) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-169/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, İddiaçı2 aid hissədə ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X54 (vəkil X55) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-169/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi və X40 iddia tə ləbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X29 (vəkil X47) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-169/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin X17 aid hissədə ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı7 (vəkil X64) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-169/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv, iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı2 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi İddiaçı2 iddiasını rədd edərkən, sonuncuya məxsus mənzilin X2 və istifadəsinə verilməsi barədə qanunu qüvvəyə minmiş qətnamənin olmasına istinad etmişdir. Bu düzgün olmamışdır. Çünki hazırki mübahisənin getdiyi uzun dövr ərzində “xxxxxxx” MMC-nin inşa etdiyi 4 ədəd yaşayış binasına hər hansı formada aidiyyatı olan bütün şəxslər məlumatlı olmuş, buna baxmayaraq, X36 bir dəfə də olsun mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bundan əlavə, İddiaçı2 məxsus mənzilin X16 istifadə və sahibliyinə verilməsi barədə istinad edilən məhkəmə aktından şikayət verilməsi üçün müvafiq sənədləri hazırlayırlar. İddiaçı X3 şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə T.Əhədova aid hissədə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilib. Belə ki, apelyasiya məhkəməsi F.Abbasovun iddiasını təmin edərkən T.Əhədovla bağlanan müqavilənin əslinin olmamasına, mənzilin daxili quruluşu barədə T.Əhədovun məlumatsız olmasına, sakinlərin binanın istismarı üçün pul yığarkən T.Əhədovu görmədikləri barədə izahatına, onunla bağlanmış müqavilənin birinci vərəqənin imzalanmamasına, “xxxxxxx” MMC-nin direktoru olmuş Məzahir Cəfərovun cinayət iş üzrə T.Əhədovun zərərçəkmiş şəxs kimi cəlb edilməməsinə, mənzillə bağlı T.Əhədovun ziddiyətli izahatlar verməsinə istinad etmişdir. Halbuki bu hallar ehtimallara əsaslanır. Mənzil T.Əhədovun adına rəsmiləşsə də, mənzili faktiki olaraq sonuncunun dayısına məxsus olmuşdur. Bu isə məsələnin mahiyyətinə heç bir təsir göstərmir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə N.Sərkərova ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi nəticəsinə gələrkən ekspert rəyinə əsasən sonuncu ilə bağlanmış müqavilədəki imzanın “xxxxxxx” MMC-nin direktoru olmuş Məzahir Cəfərova məxsus olmasının müəyyən edilməsinin qeyri-mümkünlüyünə istinad etmiş, lakin bu hala aydınlıq gətirmək üçün əlavə xətşünaslıq ekspertizasının keçirilməsinə əsassız olaraq zərurət görməmişdir. İşdə olan ekspert rəyləri belə N.Sərkərovanın iddiasının təmin edilməsi üçün əsasdır. Çünki rəydə müqavilədəki imzanın “xxxxxxx” MMC-nin direktoru olmuş Məzahir Cəfərova məxsus olması istisna edilmir. Bu isə N.Sərkərovanının xeyrinə yozulmalı idi. Bundan əlavə, məhkəmə N.Sərkərovanın müqavilə üzrə “xxxxxxx” MMC-yə ödədiyi 93360 manat pulun taleyini həll etməmişdir. Cavabdeh İddiaçı7 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi mübahi sələndirilən müqavilələr əsasında satılmış mənzillərin İddiaçı7 adına qabaqcadan mülkiyyət hüquq ilə qeydə alınmasına əhəmiyyət verməmişdir. Mənzillərin qabaqcadan İddiaçı7 adına qeydə alınması binaları inşa edən “xxxxxxx” MMC-nin razılığı ilə olmuş bu da o deməkdir ki, həmin mənzillərin İddiaçı7 məxsus olmasını MMC təsdiq etmişdir. Bundan başqa, İddiaçı7 mənzillərə görə 2 milyon manat pul ödəmişdir ki, bu da onun mənzillərə tam qanuni əsaslarla sahibləndiyini göstərir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X27 vəkili X55 müdafiə etdiyi şəxsin kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin, cavabdeh İddiaçı7 kassasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2, İddiaçı1, X58, X11, İddiaçı6 və İddiaçı 5 vəkili X46 İddiaçı2 kassasiya şikayətini müdafiə edərək, onun təmin, cavabdeh İddiaçı7 və üçüncü şəxs N.Sərkərovanın kassasiya şikayətlərinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X14vəkili X47 müdafiə etdiyi şəxsin kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin, cavabdeh İddiaçı7 kassasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Mehmet Şemşekin vəkili X8 şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçıların və üçüncü şəxsin kassasiya şikayətlərinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Əhmədzadeyi X35 vəkili X37 cavabdeh İddiaçı7 kassasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X16 nümayəndəsi və vəkili X48 İddiaçı2 və cavabdeh İddiaçı7 kassasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X40 nümayəndəsi və vəkili X65 iddiaçı X27 və cavabdeh İddiaçı7 kassasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh MMC-nin qanuni nümayəndəsi X25məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya insta nsiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyasıişdə iştirak edən şəxsləri dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləritəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qətnaməsini hər bir kassasiya şikayəti üzrə ayrı-ayrılıqda qiymətləndirir. Məhkəmə kollegiyası İddiaçı2 kassasiya şikayəti üzrə qeyd edir ki, İddiaçı2 iddia tələbinin əsası kimi ünvan 3 ünvanında yerləşən 2 saylı binanın 9-cu mərtəbəsində 2 otaqlı 31 saylı mənzili, mənzilin əvvəlki mülkiyyətçisi olan X31 xx xxxxxxxx 2017-ci il tarixdə bağladığı müqavilə əsasında almasına, mənzilin dəyəri kimi 81200 manatı Aidə Abbbasovya ödəməsinə, X38 isə mənzili Cavabdeh MMC ilə bağladığı xx xxx 2007-ci il tarixli müqavilə əsasında əldə etməsinə, buna baxmayaraq cavabdeh İddiaçı7 tərəfindən mənzilinin qapısının dəyişdirilməsinə və onun mənzildən istifadəsinə Mehmet Şemşek və Cavabdeh MMC-nin mane olmasına istinad etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-526/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 iddiası təmin edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən üçüncü şəxs kimi işə qoşulmuş X36 ünvan 3 ünvanında yerləşən 2 saylı binanın 9-cu mərtəbəsində 2 otaqlı 31 saylı mənzilin ona məxsus olması barədə məhkəmə qətnaməsinə istinad edib, birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı2 iddiasının təmin edil ən hissəsində ləğv edilməsini xahiş etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi ünvan 2 ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 101.5 kv.m. olan mənzilin X2 və istifadəsinə verilməsi, onun həmin mənzilə köçürülməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin olmasını, həmin qətnamənin qanuni qüvvəyə minməsini və Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsində 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 2 otaqlı 31 saylı mənzilin Rasim Şahmalıyevə təhvil verilməsinə dair icra işinin olmasını, bununla da hazırkı tələbi irəli sürməyə İddiaçı2 subyektiv hüququnun olmamasını müəyyən edərək, İddiaçı2 iddiasının təmin edilən hissəsində Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli q ətnaməsini ləğv, İddiaçı2 iddiasını rədd etmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı2 iddiası üzrə işin müəyyən etdiyi hallarına uyğun olaraq mübahisəyə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini düzgün tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apelyasiya instansiyası məhkəməsi də müəyyən etmişdir ki, İddiaçı2 iddia etdiyi mənzil qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq X2 və istifadəsinə verilmiş, sonuncunun həmin mənzilə köçürülməs i qət edilmişdir, buna görə də İddiaçı2 hazırki iddia tələbini sürməyə subyektiv hüququ olmamışdır. Bununla da görünür ki, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq İddiaçı2 iddiasının təmin edilən hissəsində Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsini ləğv, İddiaçı2 iddiasını rədd edərkən mübahisəyə qeyd edilən hüquq normasını düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin müəyyən etdiyi hal üzrə hüquqi müəyyənlik prinsipi baxımından, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X16 istifadəsinə verilmiş mənzillə bağlı İddiaçı2 subyektiv hüququnun olmaması barədə gəlinən nəticəni düzgün sayır. Məhkəmə kollegiyası İddiaçı2 kassasiya şikayətinin dəlillərini – hazırki mübahisənin getdiyi uzun müddət ərzində X1 6 bir dəfə də olsun mübahisə ilə bağlı məhkəməyə müraciət etməməsi, İddiaçı2 məxsus mənzilin X16 istifadə və sahibliyinə verilməsi barədə istinad edilən məhkəmə aktından şikayət verilməsi üçün müvafiq sənədləri hazırlaması –əsaslı saymır. Çünki qeyd edilən dəlillər qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası X3 şikayəti üzrə qeyd edir ki, T.Əhədov iddia tələbinin əsası kimi ünvan 3 ünvanında yerləşən 4 saylı binanın 5-ci mərtəbəsində 3 otaqlı 12 saylı mənzili Cavabdeh MMC ilə bağladığı xx xxxxxxx 2007-ci il tarixli müqavilə əsasında əldə etməsinə, mənzilin dəyəri olan 108920 manatı tam ödəməsinə, buna baxmayaraq, cavabdeh İddiaçı7 tərəfindən mənzilinin qapısının dəyişdirilməsinə və onun mənzildən istifadəsinə İddiaçı7 və Cavabdeh MMC-nin mane olmasına istina d etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-442/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə T.Əhədovun iddiası təmin edilmişdir. X63 apelyasiya instansiyasında müstəqil tələb irəli sürən şəxs kimi işə qoşulub cavabdehlər X30, İddiaçı7 və Cavabdeh MMC-yə qarşı iddia və əlavə tələblər verərək, cavabdehlər X42 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, cavabdehlər Mehmett Şimşeklə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, Mehmett Şimşekin adına aparılmış qeydiyyatın, o cümlədən xx xxxxxx 2017-ci il tarixli arayışın ləğv edilməsi, ünvan 3 ünvanda yerləşən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan 3 otaqlı, 12 saylı mənzilə hüquqlarının tanınması, həmin mənzi lə cavabdeh Memet Şimşek tərəfindən qanunsuz müdaxilələrin aradan qaldırılması, həmin mənzilin girişinə quraşdırılmış qapının cavabdeh İddiaçı7 tərəfindən əvvəlki qapıl ilə əvəz edilməsi, əmlakın ona təhvil verilməsinin cavabdehlər Cavabdeh MMC ilə İddiaçı7 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs F.Abbasov tələbinin əsası kimi ona istinad etmişdir ki, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 4 saylı binanın 5-ci mərtəbəsində 3 otaqlı 12 saylı mənzili Cavabdeh MMC ilə bağladığı xx xxxx 2013-cü il tarixli müqavilə əsasında alıb. Mənzilin dəyərini tam ödəyib, bu barədə ona maliyyə arayışı verilib. Sonradan bilib ki, mənzillə bağlı daha iki müqavilə var. Bu müqavilələrdən biri T.Əhədovla bağlanan xx xxxxxxx 2007-ci il tarixli müqavil ə, digəri isə İddiaçı7lə bağlanan xx xxxxxx 2015-ci il tarixli müqavilədir. T.Əhədovla bağlanan xx xxxxxxx 2007-ci il tarixli müqavilənin əsli yoxdur, ancaq kserosurəti var, müqavilənin hər səhifəsi imzalanmayıb, möhür hər səhifəyə vurulmayıb, müqavilə 12 il əvvəl yazılmış kağıza oxşamır. İddiaçı7lə müqavilə isə xx xxxxxx 2015-ci il tarixdə, yəni onunla balanmış müqavilədən sonra bağlanıb. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi X24 Cavabdeh MMC ilə bağladığı xx xxxxxxx 2007-ci il tarixli müqavilənin əslini məhkəməyə təqdim edə bilməməsi, Tapdıq Əhədovun müqavilənin əslinin harada olmasını xatırlamaması, müqavilənin əslinin gah evdə, gah da Korrupsiyaya X7 bildirməklə müqavilə və maliyyə arayışının əslinin təqdim olunması, mənzilin alınması ilə bağlı ziddiyyətli izahatlar verməsi, mənzilə giriş qapısını iki il əvvəl özü quraşdırdığını bildirdiyi halda, mənzilin daxili quruluşundan məlumatsız olmasıni deməklə özü-özünü təkzib etməsi, binanın istismarı üçün pul yığımında sakinlərin Tapdıq Əhədovun deyil, Fuad Abbasovun iştirak etməsini demələri, X26 Cinayət Məcəlləsinin 178.3.2. və 313-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tapdıq Əhədovun zərərçəkən şəxs kimi tanınmaması, istintaq zamanı onun adına heç bir sənəd aşkar olunmaması, həmin cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi barədə xx xxxxxx 2015-ci il tarixli qərarla mübahisəli mənzilin xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən X4 qeyd olunması və Tapdıq Əhədovun adına olan xx xxxxxxx 2007-ci il tarixli müqavilənin surətində birinci vərəqin imzalanmaması, möhürlənməməsi, m aliyyə arayışının formasının Cavabdeh MMC tərəfindən verilmiş iş materiallarında olan bütün digər maliyyə arayışlarından fərqlənməsi, həmin arayışda tarixin qeyd olunmaması və baş mühasib tərəfindən imzalanmamasını, bununıla da Tapdıq Əhədovla bağlanmış müqavilənin etibarlı olmamasını, mənzilin dəyərinin ilk dəfə X63 tərəfindən tam ödənilməsi müəyyən edərək, Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsini X24 iddiasının təmin olunan hissəsində ləğv, X24 iddiasını rədd, X40 iddiasını qismən təmin etmiş, həmin hissədə gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 89.3-cü, Mülki Məcəllənin 152.1, 178.8, 337.1-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarındakı hüquqi mövqe ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq müstəqil tələb irəli sürən üç üncü şəxs F.Abbasovun iddia tələbi üzrə mübahisəyə qeyd edilən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmişdir. Çünki qeyd edilən maddi hüquq və prosessual normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun gəlir. T.Əhədov iddia tələbinin əsası kimi “xxxxxxxxxxxxxxx” MMC ilə xx xxxxxxx 2007-ci il tarixli müqaviləyə istinad etsə də, həmin müqavilənin əslini təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Əks halda, təqdim edilmiş kserosurət bir qayda olaraq sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, F.Abbasovla müqavilə bağlanan zaman Mülki Məcəllənin qüvvədə olan 178.8-ci maddəsinin redaksiyasına görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Apelyasiya məhkəməsi də müəyyən etmişdir ki, F.Abbasov mübahisəli mənzili xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən almış və mənzilin dəyərini tam ödədiyi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarında əks olun hüquqi mövqeyə uyğun olaraq mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası T.Əhədovun kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə əlaqədardır. İşin faktiki hallarına da apelyasiya instansiyası tərəfindən artıq qyimət verilmişdir. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxs X1 şikayəti üzrə qeyd edir ki, N.Sərkərova cavabdehlər İddiaçı1, Cavabdeh MMC və İddiaçı7 qarşı iddia tələbinin əsası kimi ünvan 3 ünvanında yerləşən 3 saylı binanın17-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 89 saylı mənzili Cavabdeh MMC ilə bağladığı xx xxxxx 2008-ci il tarixli müqavilə əsasında əldə etməsinə, mənzilin dəyəri olan 108920 manatı tam ödəməsinə, İddiaçı1 ilə müqavilənin daha sonrakı tarixdə, yəni xx xxxxxxx 2012-ci ildə, İddiaçı7lə isə xx xxxxxx 2015-ci il bağlanmasına, buna baxmayaraq mənzilindən istifadə etməsinə cavabdehlərin mane olmasına istinad etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1366/2018 saylı, xx xxxx 2018-ci il tarixli və 2(011)-442/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnamələri ilə üçüncü şəxs N.Sərkərovanın iddiası təmin edilməmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhk əməsi İddiaçı1 və üçüncü şəxs N.Sərkərovanın iddiası üzrə keçirilmiş məhkəmə texniki ekspertizası, xətşünaslıq ekspertizası və təkrar xətşünaslıq ekspertizasının rəylərinə əsasən X29 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədəki imzanın Cavabdeh MMC-nin adından müqaviləni imzalayan Məzahir Cəfərov tərəfindən icra olunmasının müəyyən edilməsinin mümkün olmaması, həmin müqavilənin əlyazma şəklində tərtib edilməklə yalnız ikinci vərəqinin imzalanıb möhürlənməsini, İddiaçı1 ilə bağlanan müqaqvilədəki imzanın isə Cavabdeh MMC-nin adından müqaviləni imzalayan Məzahir Cəfərov tərəfindən icra olunmasını müəyyən edərək, bununla da mübahisəli mənzilin Nərgiz Sərkərovaya məxsusluğunun təsdiq olunmaması nəticəsinə gəlib, Xətai Rayon Məhkəməsinin 2(011)-1366/2018 saylı, xx x xxx 2018-ci il tarixli və 2(011)-442/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnamələrini N.Sərkərovanın iddiasının təmin edilməyən hissəsində dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası N.Sərkərovanın apelyasiya şikayəti üzrə də işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmiş, işdə olan ekspert rəylərini Mülki Prosessual Məcllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X29 ünvan 3 ünvanında yerləşən 3 saylı binanın 17ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 89 saylı mənzilin xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən ona satılmasını bildirsə də, məhkəmələr həmin müqavilədəki “satıcı” qrafasındakı imzanın Cavabdeh MMC-nin adından müqavil əni imzalayan Məzahir Cəfərov tərəfindən icra olunmasını müəyyən etmək üçün bir neçə dəfə məhkəmə texniki ekspertizası, xətşünaslıq ekspertizaları təyin etmiş, ekspert rəylərinə əsasən müqavilədəki imzanın Məzahir Cəfərov tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan, X14 da kassasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası N.Sərkərovanın kassasiya şikayətinin dəlillərini – onunla bağlanmış müqavilədəki imzanın M.Cəfərov tərəfindən icra edilməsinə aydınlıq gətirmək üçün əlavə xətşünaslıq ekspertizasının keçirilməsindən əsassız olaraq imtina edilməsi, hətta rəylərdə müqavilədəki imzanın “xxxxxxx” MMC-nin direktoru olmuş Məzahir Cəfərova məxsus olmasının istisna edilməməsinin onun xeyrinə yozulmalı olması, müqavilə üzrə “xxxxxxx” MMC-yə ödədiyi 93360 manat pulun taleyinin həll edilməməsi – əsassız sayır. Çünki apelyasiya instansiyası məhkəməsi eyni xüsusat üzrə bir neçə dəfə ekspertiza keçirilməsi, ekspert rəyləri ilə də N.Sərkərovanın irəli sürdüyü dəlillərin təkzib edilməsini müəyyən etmişdir. Müqavilə üzrə “xxxxxxx” MMC-yə ödədiyi 93360 manat pulun taleyinin həll edilməməsi ilə bağlı dəlilə gəldikdə, N.Sərkərovanın bununla bağlı ayrıca iddia qaldırması istisna edilmir. Məhkəmə kollegiyası cavabdeh İddiaçı7 kassasiya şikayəti üzrə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı6, X59, X11, X50 Talıb qızı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia təlbələrinin təmin edilən hissəsində qətnamələri dəyişdirmədən saxlamaqla işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlmişdir. İddiaç ılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı6, X59, X11, X50 Talıb qızı və müstəqil tələb irəli sürən üçüncü şəxs X18 iddia tələbində hər biri mübahisəli mənzilləri müqavilə əsasında Cavabdeh MMC-dən satın almalarına, mənzillərin dəyərini ödəmələrinə, bu barədə maliyyə arayışlarının olmasına, özlərinə məxsus mənzillərə dair İddiaçı7lə bağlanan müqavilələrin bir qisminin geri tarixə tərtib edilməsinə, bir qisminin isə daha sonrakı tarixdə bağlanmaqla etibarsız, həmin müqavilələr əsasında mənzillərin İddiaçı7 adına qabacadan qeydiyyatının əsassız olmasına, mənzillərin giriş qapısının qanunsuz olaraq İddiaçı7 tərəfindən dəyişdirilməsinə, bu səbəbdən mənzillərindən istifadə edilməsinə mane yaradılmasına istinad etmişlər. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi iş materiallarına əsasən iddiaç ılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı6, X59, X11, X50 Talıb qızı və müstəqil tələb irəli sürən üçüncü şəxs X18 ilə mənizllərə dair müqavilələrin olmasına baxmayaraq, həmin mənzillərin bəzilərinə dair xx.xx.2007-ci ildə, bəzilərinə isə xx.xx.2015-ci il tarixlərində müqavilələr tərtib olunaraq İddiaçı7 satılmasını, qeyd olunan mübahisəli mənzillərin Cavabdeh MMC-nin inşa etdiyi binanın tikintisinin başa çatdırılması üçün İddiaçı7 tərəfindən İlham Qasımova verilmiş ******* ABŞ dollarının qarşılığında İddiaçı7 verilməsini, bu halın İddiaçı7 Baş prokuror yanında X33 Baş İdarəsində şahid qismində dindirilərkən verdiyi ifadəsi ilə təsdiq edilməsini müəyyən etmişdir. Həmçinin apelyasiya instansiyası müəyyən etmişdir ki, M.X62 ******* ABŞ dollarının verilməsi ilə bağlı razılaşmasının 2011-ci i ldə olması mənzillərə dair müqavilələrin xx.xx.2007-ci il tarixldə bağlanmasını istisna edir. İddia tələbində göstərilən bir qisim mənzillərlə bağlı müqavilələr isə xx.xx.2015-ci il tarixdə bağlanmışdır ki, iddiaçıların həmin mənzillərə dair müqaviləsi daha əvvəl bağlanmışdır. Müqavilələrin arxa tarixə tərtib edilməsi barədə halları həm cavabdeh İddiaçı7 və həm də Cavabdeh MMC-nin direktoru etiraf etmişlər. Apelyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı6, X59, X11, X50 Talıb qızı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia tələblərinin Mülki Məcəllənin 152-ci və 337.1-ci maddələrinə əsasən qanuni olmasını müəyyən etmiş və həmin hissədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnamələrini dəyişdirmədən sax lamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq qeyd edilən şəxslərin iddia tələbi üzrə mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun gəlir. Qeyd edilən halları Mülki Məcəllənin 152-ci və 337.1-ci maddəsinin tələbləri baxımından apelyasiya instansiyası məhkəməsi qətnamədə şərh edib. Məhkəmə kollegiyası həmin şərhi və dəyərləndirməni əsaslı hesab etdiyi üçün onların təkrarən qeyd edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası Mehmet Şimşəkin kassasiya şikayətinin dəlillərini – mənzillərin onun adına qabaqcadan qeydə alınması, bu qeydiyyat binaları inşa edən “xxxxxxx Kompani” MMC-nin razılığı ilə aparıldığı üçün həmin mən zillərin ona məxsus olmasının MMC tərəfindən də təsdiq edilməsi, mənzillərə görə 2 milyon manat pul ödəməklə mənzillərə tam qanuni əsaslarla sahiblənməsi – əsassız sayır. Çünki hazırki iddia tələblərində məhz mənzillərin qabaqcadan qeydiyyatı mübahisələndirilib və qeydiyyatın əsasız olması müəyyən edilib. Buna görə də qabaqacadan qeydiyyata istinad edilməsi barədə dəlil qəbul edilə bilməz. Şikayətin digər dəlillər isə işin faktiki halları ilə əlaqədardır. İşin faktiki hallarına da qeyd edildiyi kimi apelyasiya instansiyası tərəfindən artıq qyimət verililb. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı7 kas sasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətlərin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətləritəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2, iddiaçı X72, müstəqil tələb irəli sürən üçüncü şəxs X14 və cavabdeh İddiaçı7 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)169/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3576/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3576/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver