Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3577/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X6, Cavabdeh1 Səfərli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.M.Həsənov, iş № 2(003)-4018/201 7) İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və X1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev, iş № 2(103)-1467/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Artyom rayon ZDS İK-nın 5/60 saylı 11 mart 1966-cı il tarixli qərarı ilə X7 ünvan 1 ünvanında fərdi ev tikmək üçün 500 kv.m torpaq sahəsi təhkim edilmiş, həmin torpaq sahəsində 4 saylı fərdi yaşayş evi tikilmişdir. Cavabdeh1, X3, Cavabdeh3 və X4 2003-cü ilin dekabr ayından həmin evdə yaşayırlar. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 06 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 həmin evi İddiaçı satmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, X3, Cavabdeh3 və X1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. 11.07.2017-ci il tarixdə İddiaçı Cavabdeh1, X3, X5 və X1 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətin in dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehlərdən Cavabdeh1 vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsasını kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafıq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi bununla bağlı məhkəmə təcrübəsində nəzərə alınmalı aşağıdakı bir sıra meyarlar iş ləyib hazırlamışdır. Yəni evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və ya kompensasiya ödənilən şəxslə münasibətləri, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə), kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibətləri (oğlu, arvadı, gəlini, kənar şəxs), istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi, yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranma əsası (istifadəçinin orada anadan olması, sonradan müqavilə ilə və ya məhkəmənin qərarı əsasında köçməsi), kompensasiya təklif olunan şəxsin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşam aq üçün hüquqa malik olub-olmaması, yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği nəzərə alınmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gə lmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzər də tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutlar məcmusu ilə müəyyən edilmişdir ki, təklif olunan 8.000 manat kompensasiya məbləği mülkiyyətçinin hesabına cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, məhkəmə mülkiyyətçinin həmin hüquqa xitam verilməsi ilə bağlı iddia ərizəsində göstərdiyi kompensasiya məbləğinin həmin hüqu qun əvəzləşdirilməsi üçün kifayət edib-etməməsini müəyyən etməsindən asılı olaraq iddianın təmin edilib-edilməməsi barədə qətnamə qəbul edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi 10.000 manat kompensasiya məbləği də hüququn əvəzləşdirilməsi üçün kifayət deyil. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3577/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3577/2019
16.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver