Məhkəmə qərarları › İş №2(102)-3578/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3578/2019

27.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3578/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh5 vəkili X10 oğlunun iştirakları ilə. Cavabdeh5 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: S.B.Mehrəliyev; 2(004)-3343/2018) İddiaçı cavabdehlər xxxx Mənzil Tikinti Kooperativinə, Cavabdeh2,X3, X4,Cavabdeh5,Cavabdeh6, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X9 Qeydiyyatı İdarəsinə qarşı - “ xxxx mənzil tikinti kooperativinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2,X1, X2,Cavabdeh5,Cavabdeh6 müştərək qaydada 65545 manat borcun, əldən çıxmış faydaya görə 6554,50 manatın və 30 manat dövlət rüsumunun, cəmi 72129,50 manat pulun alınıb özünə ödənilməsi barədə iddiası təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov; 2(103)-8486/2018) iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2,X1, X2,Cavabdeh5,Cavabdeh6 müştərək qaydada 65.545(altmış beş min beş yüz qırx beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin X9 Qeydiyyatı İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi, cavabdehlər “xxxx” MTK-ya, Cavabdeh2 Nəcəf oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzil tikinti kooperativinin ləğv edilməsi zərərin əvəzinin və hesablanmış faizlərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MTK-nın ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 65545 manat borcun, əldən çıxmış faydaya görə 6554,50 manatın və 30 manat dövlət rüsumunun, cəmi 72129,50 manat pulun alınıb özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı idda tələbini onunla əsaslandırmışdır ki, Apellyasiya Məhkəməsinin Miilki Kollegiyasının 15.03.2016-cı il tarixli qətnaməsi ilə tərəflndənBakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.09.2014-cü il tarixli qətnaməsindən verilmişapellyasiya şikayəti qismən təmin edilərək "xxxx" MTK ilə aralarında bağlanmış 12.06.2013-cii il tarixli müqavilənin etibarsı z hesab edilməsi, tərəfındən ödənilmiş 65500 manatın və 45 manat məbləğində dövlət rüsümunun, cəmi 65545 manatın “xxxx” MTK-dan tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Miilki Kollegiyasının2(103)-1248/2016 saylı, 15.03.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra üçünYasamal rayon İcra şöbəsinə göndərilmişdir. Lakin "xxxx' MTK-nın əmlak və gəlirlərimüəyyən edilmədiyinə görə icra sənədi onu vermiş məhkəməyə geri qaytarımışdır.Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X9 Qeydiyvatı İdarəsinin 05.03.2018-ci il tarixli məktubundan müəyyən olunur ki,cavabdehlər "xxxx" MTK-nın üzvləridir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin109.4.1 və 109-4.4.3-cü maddələrinə əsasən, kooperativin iizvlərinin vəzifələrində n biri MiilkiMəcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etməkdir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 110-3,4-ci maddəsinə əsasən, kooperativin iizvləri kooperativin öhdəliklərinə görə subsidiarməsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və Mülki Məcəllənin 110.4-cü maddəsinə miivafiq qaydada miiəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110.4-cü maddəsinə əsasən, kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorlar ın tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqınınm verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.3-cii maddəsinə əsasən kooperativ yaradıldıqdan sonra ona üzv olan şəxs üzv olmasından əvvəl kooperativin götürdiiyü öhdəliklərə görə məsulivyət daşıyır, bir şərtlə ki, nizamnamədə ayrı qayda nəzərdə tutulmasın. Göründüyü kimi, cavabdeh "xxxx" MTK-nın ona münasibətdə ********* manat məbləğində pul öhdəliyi olduğu halda, kooperativin vəzifəli şəxsləri icra məmuru tərəfındən qətnamənin könüllü icrası üçün xəbərdarlığın verilməsinə baxmayaraq, imperativ norma ilə müəyyən edilmiş 2 ay ərzində qətnamənin icra edilməsi üçün qanunda nə zərdə tutulmuştədbirləri görməmişlər. Digər tərəfdən, qətnamənin məcburi icra edilməsi üçün kooperativin əmlak və vəsaiti aşkar edilməmiş, bununla da Miilki Məcəllənin 110.4-cü maddəsinə müvafiq olaraq, kooperativin məhkəmə qaydasında ləğv olunması və kooperativin bütün üzvlərinin subsidiar məsuliyyətə cəlb olunrnası üçün hüquqi əsaslar yaranmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş uçot dərəcəsi nəzərə alınaraq, 16.01.2017-ci il tarixdən bu günə kimi 65545 manat məbləğində pula əlavə olaraq, orta hesabla 6554,5 manat məbləğində laiz hesablanmalıdır. Məhkəmə iclasında cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək əsassız olduğunu göstərdi və təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh5 ka ssasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4,9,13,14,46,50, 54,77,80,89,217-ci maddələrinin tələblərini pizmuş, işin baxılma vaxtı barədə ona məlumat verilməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4,52,59,109,110-cu maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109,141-ci maddəslərinin tələblərini kobud çəkildə pozmuş, maddi və prosessual hüquq normalarına düzgün hüquqi qiymət verməyərək qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 vəkili X10 kassasiya şikayətinə uyğun izahat verər ək, şikayətin təminedilməsinixahişetdi. Məhkəməkollegiyasınıniclasında təminedilməməsinixahişetdi. İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və 3-cü şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul e dilmiş hüquqi akta təsir göstərə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5 və X5 iştirakları olmadan işə baxılmasını Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, həmin cavabdehlərə məhkəmə iclasının vaxtdı və yeri haqqında məlumat verilsədə, lakin göndərilmiş poçt zərfləri və xəbərnamələri məhkəməyə qayıtmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi qeyd olunan nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edilir. Azərbaycan Respublikası MPM-nin 376.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır. Həmin Məcallənin 376.2-ci maddəsinə görə isə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. İş materiallarından görünür ki, işin apellyasiya qaydasında baxılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə 09 iyul 2018-ci il tarixli qərardadı ilə 18 iyul 2018-ci il tarixə saat 15:30-a təyin edilmiş və yuxarıda göstərilən cavabdehlərin iddia ərizəsində göstərilən ünvanlarına məhkəmə bildirişləri göndərilmişdir. Lakin cavabdehlərə göndərilən bildirişlər poçtalyon tərəfindən “ünvan tam deyil” “bu ünvanda yaşamır” “köçüb Bakıya ” və digər qeydlər aparılmaqla Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, beləliklə cavabdehlərə işin baxılması vaxtı və yeri barədə lazımı məlumat çatdırılmamışdır. Cavabdehlərə məlumat verilməsi üçün məhkəmə bundan sonra iclası 08 avqust 2018-ci il tarixə təxirə salınmış və cavabdehlərin əvvəlki ünvanlarına göndərilən bildirişlər yenə əvvəlki qaydada poçtalyon tərəfindən qeydlər aparmaqla Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bundan sonra işin baxılması 05 sentyabr, 26 sentyabr,04 oktyabr 2018-ci il tarixlərə təxirə salınsada, qeyd olunan cavabdehlərə işin məhkəmə baxışının yeri və vaxti barədə məlumat verilməməsinə və bu səbəbdən cavabdehlərin məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq onların iştirakı olmada apellyasiya instansiyası məhkəməsi işə baxaraq yuxarıda qeyd olunan qətnaməni qebul etmişdir. Azərbaycan Respubilkası MPM-nin 9-cu maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqey inə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 47.2-ci maddəsinə gorə isə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etm ək hüququna malikdirlər. Apellyasiya instansiyasi məhkəməsi tərəfindən cavabdehlərə Azərbaycan Respublikası MPM-nin Xİ fəslində müəyyən edilmiş qaydada işin baxılma vaxtı və yeri barədə məlumat vermədən işə baxaraq yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Lazımi qaydada məlumat verilməməsi səbəbindən qeyd olunan cavabdehlər məhkəmə iclasında iştirak etməməklə prosessual hüquqlarından istifadə edə bilməmiş, nəticədə prossesual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.4,418.4.5-ci maddələrinin tələbinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməmiş işdə iştirak edilməli səxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi və qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. İşin şərh olunan hallarını müzakirə edərək və prossesual qanun vericiliyi yuxarıda göstərilən normalarının tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası nəticəyə gəlir ki, kasassiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir Yeni apellyasiya baxışında işdə iştirak edən səxslərə prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəmə iclasının vaxtdı və yeri barədə lazımı qaydada məlumat verilməli, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kass asiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 04 oktyabr 2018-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar