Məhkəmə qərarları › İş №2(102)-3579/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3579/2024

03.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3579/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehsalatda alınan xəsarətə görə ödəncin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-113/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. M übahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-də (bundan sonra – cavabdeh və ya ASC) qaynaqçı vəzifəsində çalışmışdır. 1988-ci ildə həmin müəssisədə işləyərkən (işdəki istehsalatda bədbəxt hadisənin baş verməsi haqqında 1 nömrəli, 29 avqust 1988-ci il tarixli akta əsasən) travma almış, iki onurğa fəqərəsi sınmış, kəllə-beyin travması almışdır. Hal-hazırda da aldığı kəllə-beyin travmasından əziyyət çəkir və epilepsiya xəstəsidir;

3. Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışa əsasən istehsalatda aldığı xəsarətə görə ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə iddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir;

4. ASC-nin xx.xx.2019-cu il tarixli 001/1 9/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən ona hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir;

5. X5 özəlləşdirilmiş “Cavabdeh” adı altında fəaliyyət göstərmişdir. 2021-ci ilədək iddiaçıya X2 istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə Cavabdeh tərəfindən 136 manat məbləğində müavinət verilmişdir; 6. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 20/21 nömrəli məktubda qeyd edilmişdir ki, sonuncuya Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. Ona əlillik dərəcəsi verilərkən onun əmək fəaliyyəti göstərdiyi müəssisə olan X5 daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC özəlləşdirilən müəssisə olduğu üçün iddiaçıya verilməli olan müavinət dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir;

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X1 İlqar Qabil oğluna ünvanladığı 07 aprel 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ona aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İş materiallarının 32-34-cü vərəqlərinə iddiaçıya aid bank hesabına əlillik müavinətinin ödən ilməsinə dair hesabdan çıxarışlar əlavə edilmişdir;

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 Apellyasiya Məhkəməsinə ünvanladığı 29 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı məhkəməyə müraciət edərək, istehsalatda aldığı xəsarətlə əlaqədər 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək (20 ay) ona əksik ödənilmiş 1280 manat və 01 iyun 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 manat pulun, həmçinin 55 manat məbləğində mediasiya xərcinin, 01 yanvar 2023-cü il tarixdən hesablanmalı olan 276 manat aylıq ödəncin təshih edilməsi və cavabdeh ASCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli, 1265 nömrəli Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan aylıq ödəncin ödənilməsi 01 iyun 2021-ci il tarixdən dayandırılmışdır. Prezident sərəncamı ilə minimum aylıq əmək haqqı məbləği qaldırıldıqdan xeyli müddət sonra, yəni 2021-ci ilin aprel-may aylarında "xxxx" ASC-yə minimum aylıq əmək haqqının qaldırılması səbəbindən ona verilən aylıq ödəncin də artırılmalı olduğunu bildirmiş və bunu cavabdehdən tələb etmişdir. Bundan sonra ona verilən aylıq ödənc artırılmaq əvəzinə tamamilə kəsilmişdir. Cavabdeh ASC-yə yazılı müraciətinə xx.xx.2021-ci il tarixli 20/21 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlillik dərəcəsi verilərkən əmək fəaliyyəti göstərdiyi müəssisə olan “X5” daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandır ılmışdır. ASC özəlləşdirilən müəssisə olduğu üçün ona aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinətin verilməli olduğu cavabdeh tərəfindən bildirilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.2-ci bəndi qeyd olunan fikrə əsas olaraq qeyd edilmişdir. Qeyd olunan hallarla əlaqədar 23 dekabr 2021-ci il tarixdə X7 Xidmətinin Lənkəran Regional Ərazi Şöbəsinə müraciət etmişdir. DƏMX Lənkəran Regional Ərazi Şöbəsi 26 yanvar 2022-ci il tarixdə müraciətinə cavab olaraq onun i stehsalatda aldığı xəsarətə görə aylıq ödəncinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” Qaydalarının 3.5-ci bəndinin tələblərinə (ölkə üzrə minimum əmək haqqının 01 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən olunması nəzərə alınmaqla) əməl edilməklə yenidən təshih edib ödənilməsini təmin etmək məqsədi ilə ASC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli **********2 nömrəli göstəriş xarakterli məktub göndərmişdir. Cavabdeh tərəfindən ona verilən 136 manat aylıq ödəncin qanunsuz olaraq dayandırılması barədə qərarından narazı qaldığı üçün və cavabdeh müəssisənin X7 Xi dmətinin göstəriş xarakterli məktubuna əməl etməməsi səbəbindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmişdir. Araşdırma zamanı ASC-nin ləğvetmə prosesində olduğu məlum olmuşdur. ASC-nin ləğvetmə komissiyasının sədrinin X7 Xidmətinə təqdim etdiyi məktubda 01 iyun 2021-ci il tarixdən ödəncin verilməsinin dayandırılması və səhmdarların ümumi yığıncağında ASC-nin ləğv edilməsinin qərara alındığı bildirilmişdir. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatı tərəfindən verilən 10 fevral 2022-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh ASC DƏMX-nin Lənkəran Regional Ərazi Şöbəsinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) qanuni göstərişlərinə məhəl qoym ayaraq ödənilməsi dayandırılmış aylıq ödənci verməkdən imtina etmişdir. X7 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli göstəriş xarakterli məktubu göndərilən zaman minimum aylıq əmək haqqının miqdarı 250 manat olsa da, “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci ildən 300 manata, 01 yanvar 2023-cü ildən isə 15 faiz artırılaraq 345 manata qaldırılmışdır. Aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. TSEK-in müayinə protokolundan çıxarışa əsasən istehsalatda aldığı xəsarətə görə ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə iddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir. 01 sentyabr 2019-cu ildən minimum aylıq əmək haqqı məbləği 136 manat deyil, 250 manat olmuşdur. 01 sentyabr 2019-cu ildən 01 iyun 2021-ci ilədək iddiaçıya 250 manatın 80 faizi miqdarında, yəni 200 manat aylıq ödənc verilməli idi. Buna baxmayaraq, cavabdeh ASC tərəfindən iddiaçıya 200 manat ödənilmək əvəzinə, 136 manat ödənilmiş, 01 iyun 2021-ci ildən isə ümumiyyətlə ödəncin verilməsi dayandırılmışdır. Buradan aydın olur ki, 01 sentyabr 2019-cu ildən 01 iyun 2021-ci ilədək (20 ay) iddiaçıya 1280 manat əskik ödənilmiş, 01 iyun 2021-ci ildən 01 yanvar 2022-ci ilədək ödənilməli olan 1680 manat ümumiyyətlə ödənilməmiş, 01 yanvar 2023-cü ildən hesablanmalı olan 345 manat pulun 80 faizinin, yə ni 276 manat aylıq ödəncin verilməsindən isə imtina edilmişdir.

11. Cavabdeh iddiaya qarşı etiraz ərizəsi verərək, iddianın rədd edilməsini xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, “X5” daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. Həmçinin işin digər mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı X2 işlədiyi zaman (19861989) istehsalat qəzası keçirmiş və ona Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən, ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetm əyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların 5.2-5.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma ta rixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Həmin müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçiri lir.

12. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia rədd edilmişdir.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı işin hallarına görə iddiaçı xəsarət aldığı zaman dövlətə məxsus X2 işləmiş, yalnız həmin müəssisə özəlləşdirildikdən sonra müəssisənin adı Cavabdeh olmuşdur ki, həmin qəzanın baş verməsində ASC-nin təqsiri mövcud olmamışdır.

14. Müəyyən edilmişdir ki, İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində xəsarət aldığı zaman, yəni 1988-ci ildə X5 dövlət müəssisəsi olmuş, həmin müəssisə xx.xx.1997-ci il tarixdə özəlləşdirilmiş və adı dəyişdirilərək 98,28% payla «X8» MMC-yə məxsus Cavabdeh adı altında fəaliyyət göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisələrində istehsalatda baş vermiş qəza nəticəsində xəsarət almış şəxslərə müavinət həmin müəssisə tərəfindən deyil, dövlət büdcəsi tərəfindən ödənilməlidir. Belə olan halda hazırki iş üzrə Cavabdeh-nin İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə hər hansı müavinət ödəmək öhdəliyi mövcud deyildir.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 238, 239-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarına istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 4-cü səhifəsinin 10-cu abzasında göstərilir: “... istehsalat zamanı işçinin aldığı xəsarətə görə işəgötürən o halda məsuliyyət daşıyır ki, işəgötürən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməsin və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilməsin. Lakin hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçı xəsarət aldığı zaman dövlətə məxsus X2 işləmiş, yalnız həmin müəssisə özəlləşdirildikdən sonra müəssisənin adı "xxxx" ASC olmuşdur ki, həmin qəzanın baş verməsində "xxxx" ASC-nin təqsiri mövcud olmamışdır”. Məhkəmənin qeyd etdiyi bu fikrə münasibətdə bildirmişdir ki, iddiaçının işləmiş olduğu X5 özəlləşdirilərək yenidən təşkil edildiyindən hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə (cavabdeh "xxxx" ASC-yə) keçir. Belə ki, Mülki Məcəllənin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Odur ki, hazırkı mülki iş üzrə yenidən təşkil edilmiş hüquqi şəxsin bütün hüquq və vəzifələri, hüquq varisliyi qaydasında və təhvil aktına əsasən hüquqi şəxs kimi öz fəaliyyətini davam etdirən və özəlləşdirilən hüquqi şəxsə keçir. Həmin qətnamənin 5-ci səhifəsinin 3 və 4-cü abzaslarında göstərilir: “... Qaydaların 5.1-ci bəndinə görə, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Qeyd olunan hüquq normalarını hazırkı iş üzrə tətbiq etdikdə müəyyən edilir ki, iddiaçı istehsalatda baş vermiş qəza nətcəsində xəsarət aldığı zaman, yəni 1988-ci ildə X5 dövlət müəssisəsi olmuş, həmin müəssisə xx.xx.1997-ci il tarixdə özəlləşd irilmiş və adı dəyişdirilərək 98,28% payla “X8” MMC-yə məxsus ASC adı altında fəaliyyət göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisələrində istehsalatda baş vermiş qəza nəticəsində xəsarət almış şəxslərə müavinət həmin müəssisə tərəfindən deyil, dövlət büdcəsi tərəfindən ödənilməlidir. Belə olan halda hazırkı iş üzrə cavabdeh ASC-nin iddiaçıya istehsalatda baş vermiş qəza nəticəs ində aldığı xəsarətə görə hər hansı müavinət ödəmək öhdəliyi mövcud deyildir”. Bununla əlaqədar olaraq bildirmişdir ki, iddiaçı X2 “qaynaqçı” vəzifəsində işlədiyi vaxt (1989-cu ildə) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıb. Bu baxımdan hesab etmişdir ki, iddiaçının əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət alması, məhz cavabdeh müəssisənin təqsirkar sayılması, ASC rəhbərliyinin xx.xx.2019-cu il tarixli, 001/19/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən iddiaçıya hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir. Lakin sonradan “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli, 1265 nömrəli sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixindən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan iddiaçıya aylıq ödəncin ödənilməsi 01 iyun 2021-ci il tarixindən dayandırılmışdır. 01 iyun 2021-ci il tarixinədək iddiaçıya hər ay ödəncin verilməsi və sair faktlar təkzibedilməz sübutlarla müəyyən edildiyindən, hesab etmişdir ki, işdə iştirak edən şəxslər tərəfindən həmin faktlar yenidən mübahisələndirilə bilməz. İstehsalat qəzası zamanı zərərçəkənin təqsirinin dərəcəsindən asılı olmayaraq ona dəyən zərərin əvəzi ödənilməlidir. Bunun üçün istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada aktın tərtib edilməsi kifayətdir və təqsirka r işəgötürən əmək xəsarətinə görə işçiyə dəyən zərəri ödəməlidir. Eyni zamanda iddiaçıya aylıq müavinətin təyin edilməsi və ödənilməsi üçün 2010-cu ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (AR DSMF-nin) Lənkəran şəhər şöbəsinə yazılı müraciət etmişdir. DSMF-nin Lənkəran şəhər şöbəsi xx.xx.2010-cu il tarixli 54/214 saylı məktubu ilə müraciətini cavablandıraraq bildirmişdir ki, əmək zədəsi almış və yaxud peşə xəstəliyinə tutulmuş zərərçəkənlərə ödənilən ödənclər sosial sığorta ödəmələrinin növünə daxil deyildir. Ona görə də AR DSMF-nin 2010-cu il üçün təsdiq olunmuş büdcəsində əmək zədəsi və yaxud peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan şəxslərə ödəncin ödənilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının DSMF-nin Lənkəran şəhər şöbəsinə 2010-cu ildə etdiyi müraciətin cavabı olaraq ona müavinətin verilməsindən imtina edilmişdir. ASC özəlləşdirilən müəssisə olduğu üçün iddiaçıya aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinətin verilməli olduğu həmin müəssisə tərəfindən bildirildiyindən, 10 mart 2023-cü il tarixində AR ƏƏSMN DSMF-nin 1 saylı Lənkəran-Astara regional filialına “istehsalatda alınan xəsarətlə əlaqədər aylıq ödəncin hesablanaraq ödənilməsi tələbi” ilə əlaqədar yazılı ərizə ilə müraciət etmişdir. Lakin AR ƏƏSMN DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən ona göndərilən 07 aprel 2023-cü il tarixli məktubda aylıq müavinətin dövlət hesabına verilməli olmaması aşağıdakı qaydada əsaslandırılır: “Bildiririk ki, X5 daha əvvəl dövlət müəssisəsi olmuş və dö vlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur”. Göründüyü kimi AR ƏƏSMN DSMF tərəfindən həm 2010-cu, həm də 2023-cü illərdə verilən cavab məktubları ilə iddiaçıya dövlət büdcəsi hesabına aylıq müavinətin verilməli olmaması birmənalı şəkildə bildirilmişdir. Birinci instansiya məhkəməsində bu halı da bildirib müvafiq məktubları vəkili vasitəsilə təqdim etməyinə baxmayaraq məhkəmə iddiaçıya aylıq ödəncin deyil, aylıq müavinətin dövlət büdcəsi hesabına verilməli olmasını bildirmişdir. Birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktl ar əsasında lazımi qaydada həyata keçirməmişdir. Bununla həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına da maneə yaradılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Hesab etmişdir ki, məhkəmə işdə mövcud olan sübutlar əsasında deyil, özünün mülahizə və ehtimalları əsasında yekun nəticəyə gəlmişdir ki, bu da həm MPM-in 88-ci maddəsinin təbiətinə, həm də hüququn prinsiplərinə ziddir. Məhkəmə əsassız və qanunsuz olaraq X4 1997-ci ildən etibarən özəlləşdirilərək "xxxx" ASC adlandırılmasını və yenidən təşkil olunması halını nəzərə almamışdır. Dövlət müəssisəsi yenidən təşkil edilərək özəlləşdirildiyi üçün artıq dövlət büdcəsi hesabına aylıq müavinət deyil, müəssisənin vəsaiti hesabına aylıq ödənc verilməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu faktiki hal düzgün şəkildə aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hal – iddiaçıya müəssisənin hesabına aylıq ödənc deyil, dövlət büdcəsi hesabına aylıq müavinətin ödənilməli olması sübut edilməmiş və əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş və bununla da məhkəmə düzgün olmayan nəticəyə gəlinmişdir.

18. Apellyasiya məhkəməsinin 1 noyabr 2023-cü il tarixli iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 bildirmişdir ki, “X5” əvvəllər dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandır ılmışdır. İddiaçı 1986-1989-cü illərdə, yəni “X5”nda çalışan zaman istehsalat qəzası keçirmiş, ona Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən, ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçıya 2019-cu ildən ödəniş olunur.

19. Apellyasiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh müəssisə tərəfindən iddiaçıya hər hansı ödəncin ödənilməsinə dair öhdəlik götürülməmişdir. Belə ki, həmin müəssisə əvvəllər X5 adlanmaqla dövlət mülkiyyətində olmuş, 1997-ci ildə özəlləşdirildikdən sonra "xxxx" ASC adlanmağa başlamışdır. İddiaçı 1988-ci ildə, yəni özəlləşdirmədə n əvvəl X2 “qaynaqçı” vəzifəsində işlədiyi zaman istehsalat xəsarəti aldığını bildirsə də, müəssisənin özəlləşdirilməsi zamanı tərtib olunmuş emissiya prospektində iddiaçıya da aylıq ödənclərin verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə ki, müəssisə 1997-ci ildə özəlləşdirilən zaman tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) iddiaçının barəsində o dövrdəki terminologiyaya uyğun olaraq əlilliyə görə pensiyaya çıxmış şəxs kimi hər hansı məlumat aşkar olunmamışdır. Əgər iddiaçıya dair məlumatlar həmin emissiya prospektində göstərilməyərək gizlədilməyə çalışılmışdırsa, bu hal cavabdeh ASC-nin məsuliyyəti üçün əsas ola bilməz və iddiaçıya həmin ödənclər dövlət büdcəsinin vəsaiti hesabına DSMF tərəfindən ödənilməlidir. Həmçinin 01 iyun 2021-ci il ilədək öd ənclərin hansı səbəbdən ödənilməsinə dair verilmiş suala cavab olaraq bildirmişdir ki, iddiaçının “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına istinad edərək ona ödənilən aylıq ödənc məbləğinin artırılması ilə bağlı müraciətindən sonra araşdırma aparılmış, müəyyən edilmişdir ki, ASC-nin vəsaitindən hər ay iddiaçıya aylıq ödənc ödənilir. Lakin bu cür ödəncin verilməsinə dair iddiaçı qarşısında hər hansı öhdəlik götürülmədiyi aşkar edildikdən sonra ona aylıq ödəncin ödənilməsi dayandırılmışdır. İddiaçının müəssisənin əvvəlki direktoru ilə hansısa qeyri-qanuni münasibətə girərək bu cür ödənişlərin ödənilməsinə nail olması məsələsi ASC-nin yeni rəhbərliyi tərəfindən çox qabardılmadan həll edilmiş və iddiaçıya ödənişlərin verilməsindən imtina ed ilmişdir.

20. Apellyasiya məhkəməsinin 28 fevral 2024-cü il tarixli iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 çıxış edərək bildirmişdir ki, 1988-ci ildə iddiaçının X2 çalışdığı zamanı aldığı istehsalat xəsarətinə görə ödənilməli olan ödənc məbləği DSMF tərəfindən deyil, məhz cavabdeh ASC tərəfindən ödənilməlidir.

21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 6 dekabr 2023-cü il tarixli, 2(106)-1620/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, ondan mütəxəssis rəy inin alınması qərara alınmışdır.

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 29 dekabr 2023-cü il tarixli məhkəmə sorğusunun cavablandırılması haqqında məktubunda qeyd edilmişdir ki, aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.

23. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-113/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası tərəfindən apellyasiya məhkəməsinin 28 fevral 2024-cü il tarixli iclasında cavabdeh ASC tərəfindən təqdim edilmiş özəlləşdirmə planının (emissiya prospektinin) əsli tədqiq edilmiş və müəyyən edilmişdir ki, dövlət müəssisəsi olmuş X5 1997-ci ildə həmin özəlləşdirmə planına (emissiya prospektinə) uyğun olaraq özəlləşdirilmiş və bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

25. Məhkəmə tərkibi özəlləşdirmə planının (emissiya prospektinin) əslini məhkəmə iclasında tədqiq edərək bildirmişdir ki, həqiqətən də, özəlləşdirmə planında (emissiya prospektində) iddiaçı barəsində ümumiyyətlə hər hansı məlumat öz əksini tapmamış, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən pensiyaya çıxmış (əlillik, qocalıq da daxil olmaqla müxtəlif əsaslara görə) şəxslərin sayı 15 nəfər müəyyən edilmiş, həmin şəxslərin sırasında idd iaçı göstərilməmişdir.

26. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı barəsində məlumatların özəlləşdirmə planında (emissiya prospektində) öz əksini tapmaması onu tərtib etmiş dövlət orqanının təqsiri üzündən baş vermiş olsa belə, bu hal özəlləşdirmə zamanı üzərinə götürmədiyi öhdəliyə görə cavabdehin üzərinə öhdəlik qoyulması üçün əsas ola bilməz. Özəlləşdirmə planında (emissiya prospektində) iddiaçı qarşısında hər hansı öhdəliyin mövcud olması öz əksini tapmadığından bu barədə X4 öhdəlik daşıması halında belə, həmin öhdəlik ASC-yə keçməmişdir. Bu baxımdan məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh ASC-nin iddiaçıya istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə hər hansı müavinət və ya ödənc ödəmək öhdəliyinin olmamasına görə iddia tələbin i təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

27. Məhkəmə cavabdehin özəlləşdirmə zamanı iddiaçıya dair hər hansı öhdəlik qəbul etmədiyini nəzərə alaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi istehsalatda alınan xəsarətlə əlaqədar əskik ödənilmiş pulun və aylıq ödəncin hesablanaraq cavabdehdən tutulması hissələrində iddianı rədd etməkdə haqlı olmuşdur.

28. Məhkəmə öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 238, 239-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti belə əsaslandırı lmış ki, apellyasiya instansiya məhkəməsi qanunda nəzərdə tutulmadığı halda, 1997-ci ildə X3 özəlləşdirilməsi zamanı emissiya prospektində 15 nəfərlik siyahıda iddiaçının adının qeyd edilmədiyini və buna görə cavabdeh "xxxx" ASC-nin hər hansı öhdəlik götürmədiyini bildirərək iddianı təmin etməmişdir. Hansı ki iddiaçı cavabdehin, həmçinin X4 təqsirli hərəkətləri üçün məsuliyyət daşıya bilməz.

31. Bundan əlavə, 1997-ci ildə özəlləşdirilən X5 yenidən təşkil olunarkən onun hüquqi varisi cavabdeh "xxxx" ASC-yə verilən emissiya prospektində iddiaçının adı qeyd olunmasa da, bu iddiaçının deyil, X4 təqsiridir və X4 təqsirli hərəkətləri üçün iddiaçı deyil, Mülki Məcəllənin 56.5-ci maddəsinə əsasən onun hüquqi varisi "xxxx" ASC cavabdehlik daşıyır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən emis siya prospektinin əsli və ya təsdiq edilmiş surəti deyil, surəti təqdim edilmişdir və bu sənəd apelyasiya icraatı zamanı təqdim olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin emissiya prospektində iddiaçının adı qeyd edilmədiyi üçün birinci instansiya məhkəməsinin haqlı olaraq iddianı təmin etmədiyini qeyd etsə də, bu sənəd birinci instansiya məhkəməsində deyil, apellyasiya məhkəməsində təqdim edilmişdir.

32. Həmçinin qeyd edilmişdir ki, aylıq ödənclərin verilməsi qaydalarını tənzimləyən qanunvericilikdə, emissiya prospektində şəxsin adının qeyd olunmaması əsasına görə aylıq ödəncin verilməsindən imtina edilməli olması barədə norma yoxdur. Qanunda göstərilmədiyi halda apelyasiya instansiya məhkəməsi emissiya prospektində iddiaçının adının olmaması əsasına görə iddianı əsassız olaraq təmin etməmişdir. İddiaçı cavabdehin və özəlləşdirilən müəssisənin idarədaxili məsələlərinə müdaxilə edə bilməzdi. Yəni emissiya prospekti aylıq ödəncin verildiyi şəxsə deyil, hüquqi varis olan təşkilata verilir.

33. Qeyd edilənlərdən əlavə, birinci instansiya məhkəməsinin iddianı təmin etməməsi əsası ilə, apellyasiya instansiya məhkəməsinin iddianı təmin etməməsi əsası fərqli olduğu halda, apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin haqlı olaraq (cavabdehin öhdəlik götürməməsinə görə) iddanı təmin etmədiyini qeyd etsə də, emissiya prospekti birinci instansiya məhkəməsində icraat zamanı deyil, apellyasiya icraatı zamanı təqdim edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi bu əsasla deyil, ümumiyyətlə iddiaçıya aylıq ödəncin v erilməli olmaması əsasına iddianı təmin etməmişdir.

34. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş istehsalatda bədbəxt hadisə ilə bağlı akt və əliliklə əlaqədar sənədlər heç bir məhkəmə qərarı ilə nəinki ləğv edilməmiş, hətta mübahisələndirilməmişdir. Bu o deməkdir ki, həmin sənədlərin həqiqiliyinə şübhə yeri yoxdur. Sadalananlara əsasən hesab edirəm ki, qeyd olunan normalar düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

36. Maddə 239, hissə

1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

37. Maddə 239, hissə

2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

38. Maddə 239, hissə

3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimi yyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarı:

39. Bənd 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəllə şdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları:

40. Bənd 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

41. Bənd 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müav inətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir.

42. Bənd 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 43. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindi kdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. İddiaçının tələbi istehsalatda aldığı xəsarətlə əlaqədər ödənişlərin cavabdeh ASCdən tutulması barədədir (§ 9-10).

53. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, “X5” daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. Belə olan halda iddiaçının istehsalatd a aldığı xəsarətlə əlaqədər ödənişləri ASC ödəməli deyil (§ 11).

54. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 1988-ci ildə xəsarət aldığı zaman dövlətə məxsus X2 işləmiş, yalnız həmin müəssisə 1997-ci ildə özəlləşdirildikdən sonra müəssisənin adı Cavabdeh olmuşdur ki, həmin qəzanın baş verməsində ASC-nin təqsiri mövcud olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisələrində istehsalatda baş vermiş qəza nəticəsində xəsarət almış şəxslərə müavinət həmin müəssisə tərəfindən deyil, dövlət büdcəsi tərəfindən ödənilməlidir. Belə olan halda hazırki iş üzrə Cavabdeh-nin İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə hər hansı müavinət ödəmək öhdəliyi mövcud deyildir (§ 13-14).

55. Apelyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşaraq onu da qeyd etmişdir ki, özəlləşdirmə planında (emissiya prospektində) iddiaçı barəsində ümumiyyətlə hər hansı məlumat öz əksini tapmamış, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən pensiyaya çıxmış (əlillik, qocalıq da daxil olmaqla müxtəlif əsaslara görə) şəxslərin sayı 15 nəfər müəyyən edilmiş, həmin şəxslərin sırasında iddiaçı göstərilməmişdir. Özəlləşdirmə planında (emissiya prospektində) iddiaçı qarşısında hər hansı öhdəliyin mövcud olması öz əksini tapmadığından bu barədə X4 öhdəlik daşıması halında belə, həmin öhdəlik ASC-yə keçməmişdir (§ 24-27).

56. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, məhkəmələr tərəfindən hüquq normaları düzgün tətbiq edilməmişdir.

57. Belə ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği ilə bağlı münasibətlər Əmək Məcəlləsinin 239-cu maddəsi ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarı (bundan sonra – Qərar), eləcə də Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları (bundan sonra – Qaydalar) ilə nizama salınır.

58. Qərarın 1.2-ci bəndinə əsasən, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən h əlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

59. Qaydaların 5.2-ci və 5.3-cü bəndlərinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir.

60. Göründüyü kimi, özəlləşdirilməsi həyata keçirilən hər üç növ (özəlləşdirilməsi başa çatmış dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən) dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir.

61. Bununla belə, Qaydaların 5.5-ci və 5.6-cı bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanı lmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

62. Qeyd edilən bəndlərin məzmunundan ayd ın olur ki, dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdıqda dövlət orqanı sözügedən müavinətin ödənişini dayandırır. Bundan sonra isə ödənclərin Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq ödənilməsi təmin edilir. Həmin maddənin 1-ci hissəsində isə müvafiq ödənişləri həyata keçirməli subyekt olaraq işəgötürən göstərilmişdir.

63. Belə olan halda hazırkı işdə iddiaçının daha əvvəl işlədiyi dövlət müəssisəsinin 1997-ci ildə özəlləşdirilməsi nəticəsində "xxxx" ASC yaradıldıqdan sonra sözügedən ödənişlərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə mövqe əsaslı sayıla bilməz.

64. Məhkəmə tərkibi onu da qeyd edir ki, yuxarıda sadalanan normativ hüquqi aktlarla ödənc almaq hüququ əldə etmiş işçinin adının özəlləşdirmə planında (emissiya prospektində) qeyd olunmaması h əmin ödənclərin qanunvericiliyə uyğun qaydada ödənilməsi vəzifəsini aradan qaldırmır. Müvafiq məlumatın emissiya prospektində əksini tapmaması ilə bağlı özəlləşdirmə prosesinin iştirakçıları arasındakı münasibətlər isə hazırkı mülki işin araşdırma predmetini təşkil etmir.

65. Beləliklə, Kollegiya bu nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydalar nəzərə alınmadığı üçün qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-113/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar