Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-358/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: A Rayon Məhkəməsinin (hakim Tahir İs mayılov) 11 aprel 2019-cu il tarixli 2(016)106/2019 nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı1 oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiasının rədd edilməsi, Kütahı Abdul qızı Qarakişiyeva, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X və X, A rayonu X Bələdiyyəsinə qarşı 09 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsi qət edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2316/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və M.Hüseynov) İddiaçı apellyasiya şikayəti təmin edilərək A Rayon Məhkəməsinin 11 aprel 2019- cu il tarixli 2(016)-106/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı İddiaçı1 oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına zəbt etdikləri torpaq sahəsindən çıxarılmasına və qanunsuz hərəkətlərinə son qoyulması” barədə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 A rayon X bələdiyyəsi ilə İddiaçı aralarında olan 09 oktyabr 2018-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı icarəsində olan 1.92 ha torpaq sahəsindən çıxarılmaları, iş üzrə verilmiş mütəxəssis rəyinə çəkilən 71.04 (yetmiş bir manat 04 qəpik) manat məbləğində xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-in hesabına keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiаçı İddiaçı1 oğlu (bundan sonra iddiaçı və ya X) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) qarşı iddiа ərizəsi ilə A Rayon Məhkəməsinə mürаciət edərək bildirmişdir ki, mübahisəli ərazinin yerləşdiyi torpaq sahəsini 09 oktyabr 2018-ci ildə icarə müqaviləsi əsasında əldə etmişdir. A rayon X bələdiyyəsi ilə aralarında olan icarə müqaviləsi A rayon Dövlət Notariat Kontorunda 09 oktyabr 2018-ci ildə rəsimləşdirilmiş və icarə müqaviləsinin müddəti isə 09 oktyabr 2033cü il (iddia ərizəsində səhvən 2013-cü il qeyd edilmişdir) tarixə kimi müəyyən edilmişdir. Lakin A rayonu X kənd sakinləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan və heç bir hüquqverici sənədi olmadan onun qanunl a müəyyən edilmiş icarə hüququnu pozaraq torpaq sahəsini bütünlükdə zəbt edərək oranı şumlamağa cəhd göstərirlər. O, cavabdehlərdən qanunsuz hərəkətlərinə son qoymalarını və zəbt etdikləri torpaq sahəsindən çıxmalarını tələb edir. Cavabdehlərin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılmasına və qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı1 qızı, Cavabdeh1, Cavabdeh2, X oğlu, Cavabdeh2 qızı və X qızı cavabdehlər İddiaçı və A rayonu X Bələdiyyəsinə qarşı 09 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddiа ərizəsi ilə A Rayon Məhkəməsinə mürаciət etmişdirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsinin hazırki iş üzrə 04.09.2019-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur, qərəzli və kobud maddi və prosessual hüquq pozuntularına yol verilməklə çıxarılmışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 2(107)2316/2019 saylı 04.09.2019-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında kassatorların vəkili Vəkil oğlu Şəki Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edər ək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, Cavabdeh1 və Cavabdeh2 vəkilin çıxışı ilə razı olduqlarını bildirdilər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Ş əki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 2(107)-2316/2019 saylı 04.09.2019-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29, Mülki Məcəlləsinin 1.2, 6.1.7, 6.1.8, 152, 157.2, 165, Torpaq Məcəlləsinin 84, 111–ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, A rayon X Bələdiyyəsinin 28 dekabr 2018-ci il tarixli A 257056 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı icarəyə verilm iş 1.92 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Belə olan halda iddiaçı icarəsinə verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdehlərin isə istifadələrinə verlmiş torpaq sahəsinə dair heç bir hüquq müəyyən edici sənədləri mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 1, 14, 20, 22-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə cavabdehlər mübahisəli torpaq sahəsindən istifadə etmələrinin əsası kimi A rayon X Bələdiyyəsi tərəfindən yaradılmış komissiya tərəfindən 14 mart 2005-ci ildə tərtib edilmiş akt ilə sözügedən torpaq sahəsinin cavabdehlərin mülkiyyətlərinə verilməsi təsdiq olunmur. Belə ki, həmin akt ilə sözügedən torpaq sahəs inin Qarakişiyevlərin mülkiyyətlərinə verilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Həmçinin də A rayon Yerquruluşu İdarəsinin işçiləri, X Bələdiyyəsinin sədri S və bələdiyyənin üzvləri və Xkənd sakini İddiaçı1 qızından ibarət olan komissiyanın A Rayon Aqrar İslahat Komissiyasının 14.12.1998-ci il tarixli 14 nömrəli qərarı ilə mülkiyyətə verilmiş torpaq sahəsini bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə əvəz etmək kimi bir səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyə n etdiyi kimi, A rayonu X kənd sakinləri İddiaçı1 qızı, Cavabdeh2, Cavabdeh1, X oğlu, X qızı və Cavabdeh2 qızının mülkiyyətlərinə A Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 12.66 ha torpaq sahəsi verilmiş, bu barədə 08 aprel 1999-cu il tarixdə, qeydiyyat kitabında 5508 nömrə ilə qeydiyyata alınmaqla JN-0012, kod 40914028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Mülkiyyətçilərə məxsus həmin torpaq sahəsini sel suları yararsız hala saldığı üçün A rayon X Bələdiyyəsi tərəfindən yaradılmış komissiya tərəfindən 14 mart 2005-ci ildə tərtib edilmiş müvafiq akta əsasən Cavabdeh2, Cavabdeh1 və digər ailə üzvlərinə Xkəndində bələdiyyə mülkiyyətinə aid olan daşlı, kollu ərazidən 11.80 ha torpaq sahəsi ayrılaraq verilmişdir. Hazırda mübahisə predmeti olan 1.92 ha torpaq sahəsi A rayonu X Bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsinin X bələdiyyəsinin mülkiyyətində olması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş A 257056 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi ilə təsdiq olunur. A rayon X Bələdiyyəsi A 257056 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında mülkiyyətində olan və A rayonu Xkəndində yerləşən ümumi sahəsi 1.92 ha olan torpaq sahəsini A rayon Dövlət Notariat kontorunda bağlanmış 09 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən illik 99.00 manat icarə haqqı ödənilməklə 09 oktyabr 2033-cü ilə kimi İddiaçı icarəyə vermişdir. Əmla k Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 fevral 2019-cu il tarixli 02/0019 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, Cavabdeh2, Cavabdeh1 və digər ailə üzvlərinə Xkəndində bələdiyyə mülkiyyətinə aid olan daşlı, kollu ərazidən 2005-ci ildən istifadələrinə verilmiş 11.80 ha torpaq sahəsindən 1.92 ha torpaq sahəsi A rayon X Bələdiyyəsi 30 aprel 2018-ci il tarixli A 257056 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında 09 oktyabr 2018-ci il tarixli icarə müqaviləsi ilə iddiaçı İddiaçı1 oğluna icarəyə vermişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 fevral 2019-cu il tarixli 02/0019 saylı mütəxəssis rəyindən də göründüyü kimi, icarə müqaviləsi əsasında İddiaç ı A rayonu Xkəndində icarəyə verilmiş 1.92 ha torpaq sahəsinin sərhədləri 30 aprel 2018-ci il tarixli A 257056 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında naturada müəyyən edilmiş, İddiaçı tərəfindən cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən naturada istifadə edilmir və cavabdehlərin istifadələrinə verilmiş 11.80 ha torpaq sahəsinin 1.92 ha hissəsini A rayon X Bələdiyyəsi 28 dekabr 2018-ci il tarixli A 257056 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı icarəyə vermişdir. İşin materiallarından görünür ki, sözügedən 1.92 ha torpaq sahəsi də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 30 aprel 2018-ci il tarixli A 257056 saylı torpaq sahəsinin planı v ə ölçüsü sənədinə əsasən X bələdiyyəsinin mülkiyyətindədir. A rayon X Bələdiyyəsi isə A rayon Dövlət notariat kontorunda qanuni əsaslarla bağlanmış 09 oktyabr 2018-ci il tarixli icarə müqaviləsi ilə həmin sahəni 15 il müddətinə Xin icarəsinə vermişdir. Həmin icarə müqaviləsi rəsmi sənəddir, hər hansı səlahiyyətli orqan tərəfindən ləğv edilməmiş və ya etibarsız sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən işin hallarını müəyyən etsə də, iddiaçının dəlillərinə qarşı tərəfin etirazının əsasını kimi istinad etdiyi hallar baxımından tam araşdırma aparmayaraq düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iddia tələbinə əsasən A rayonu, X kənd sakinləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan və heç bir hüquqverici sənə di olmadan onun qanunla müəyyən edilmiş icarə hüququnu pozaraq torpaq sahəsini bütünlükdə zəbt edərək oranı şumlamağa cəhd göstərirlər. Tələbin əsasını isə mübahisəli ərazinin yerləşdiyi torpaq sahəsini 09 oktyabr 2018-ci ildə icarə müqaviləsi əsasında əldə etməsi, cavabdehlərlə onun torpaq sahələri tamamilə ayrı olmaqla təxminən 70-80 metr ara məsafəsi olması təşkil edir. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi İddiaçı öz qanunsuz hərəkətləri ilə bir ailənin üzvləri olan onların, 6 (altı) nəfər paylı mülkiyyətçilərin, yəni Xların hüquqlarını pozmasını, iddiaçı mübahisəli torpaq sahəsinin onların tərəfindən özbaşına zəbt edildiyini bildirir. Əslində isə həmin torpaq sahəsi onların mülkiyyətinə verilmiş, lakin sel yuyub apardığından və eləcə də daş və koldan təmizləmək mümkün olmadığ ından torpaq sahələrinin əvəzində ölçülərək 7 nəfərin iştirakı ilə tərtib edilmiş 14 mart 2015-ci il tarixli aktın onlara verilməsinə istinad etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etsə də cavabehlərin iddiaçının iddia etdiyi torpaq sahəsini özbaşına zəbt etməsinə dair sübutlarının iş materiallarında kifayət qədər olmamasına diqqət yetirməmişdir. Belə ki, işin materiallarından görünür ki, cavabdehlər mübahisəli sahədən 14 mart 2005-ci ildən, tərtib edilmiş A rayonu Xkəndində A rayon Yerquruluşu İdarəsinin işçiləri, X Bələdiyyəsinin sədri S və bələdiyyənin üzvləri və Xkənd sakini İddiaçı1 qızından ibarət olan komissiya üzvlərinin tərtib etdikləri müvafiq akta əsasən istifadə edirlər. Həmin aktda göstərilmişdir ki, “14 saylı torpaq sahəsi (İddiaçı1 qızına və ailə üzvlərinə məxsus olan) yerində yoxlanılarkən sel yuyub torpağı yararsız hala saldığı üçün, daş və kolluğu təmizlənə bilmədiyi üçün komissiya həmin sahədən istifadə olunmasını qeyri-mümkün hesab edir, vətəndaş X başqa bir sahədə 11.80 ha bölgüyə düşməyən dövlət aktında göstərilən qədər torpaq sahəsi verilir.” Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 fevral 2019-cu il tarixli 02/0019 saylı mütəxəssis rəyinə istinad etsə də, həmin rəydə İddiaçı A rayonu, Xkəndində icarəyə verilmiş 1.92 ha torpaq sahəsinin sərhədlərinin 30 aprel 2018-c i il tarixli A 257056 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında naturada müəyyən edilməsi göstərilsə də, cavabdehlərin hazırda faktiki olaraq nə qədər torpaq sahəsindən istifadə edilməsi öz əksini tapmamışdır. Həmçinin kollegiya qeyd edir ki, İddiaçı tərəfindən cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən naturada istifadə edilməməsi faktının özü-özlüyündə onun sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi kimi qiymətləndirilə bilməməsinə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Kollegiya daha sonra qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi rəydə cavabdehlərin istifadələrinə verilmiş 11.80 ha torpaq sahəsinin 1.92 ha hissəsinin A rayon X Bələdiyyəsi 28 dekabr 2018-ci il tarixli A 257056 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sən ədi əsasında İddiaçı icarəyə verilməsinin göstərilməsinə aydınlıq gətirilməsi ilə bağlı da araşdırma aparmamışdır. Belə ki, rəyin göstərilən hissəsindən belə başa duşmək olar ki, A rayon X Bələdiyyəsinin 28 dekabr 2018-ci il tarixli A 257056 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı icarəyə verilmiş 1.92 ha torpaq sahəsi cavabdehlərin istifadələrinə verilmiş 11.80 ha torpaq sahəsinin daxilindədir. Halbuki, tərəflərə verilən torpaq sahələri iş materiallarına əsasən X bələdiyyəsinin mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara aydınlıq gətirilməsi məqsədi ilə X bələdiyyəsini hazırki iş üzrə cəlb etməmiş, 2018-ci ildə iddiaçıya verilmiş 1.92 ha torpaq sahəsinin 2005-ci ildə cavabdehlərin istifadələrinə verilmiş 11.80 ha torpaq sahəsinin daxilind ə olduğu təqdirdə iddiaçıya torpaq sahəsi verilərkən həmin torpaq sahəsinin 3-cü şəxslərin yüklülüyündə olub-olmamasını müəyyən etməmiş, beləliklə də, iddiaçının iddiasının əsası, cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdikləri hallara, eləcə də, iş üzrə mütəxəssis rəylərinə işin digər sübutları ilə yanaşı düzgün hüquqi qiymət verməmişdir. Həmçinin kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının adına verilmiş icarə müqaviləsinin rəsmi sənəd olmaqla hər hansı səlahiyyətli orqan tərəfindən ləğv edilməməsi və ya etibarsız sayılmamasını göstərməklə yanaşı cavabdehlərin istifadələrinə verilmiş torpaq sahəsinə dair heç bir hüquq müəyyən edici sənədləri mövcud olmamasını, A rayon X Bələdiyyəsi tərəfindən yaradılmış komissiya tərəfindən 14 mart 2005-ci ildə tərtib edilmiş aktda sözügedən torpaq sahəsinin cavabdehlərin mülkiyyətlərinə verilməsi təsdiq olunmamasını qeyd etsə də, nəzərə almamışdır ki, A rayon X Bələdiyyəsi tərəfindən 1,92 ha torpaq sahəsinin 15 il müddətinə Xin icarəsinə verilməsinə dair 09 oktyabr 2018-ci il tarixli icarə müqaviləsində də həmin sahə iddiaçının mülkiyyətinə verilməsi təsdiq edilmir, adında da göründüyü kimi o bələdiyyə ilə icarə münasibətlərindədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin zəbt edilməsinə dair nəticəyə tam araşdırılmamış işin halları üzrə gəlmişdir ki, bu qanunla yol verilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehlər tərəfindən torpaq zəbt edilməsi ilə ba ğlı istinad etdiyi torpaq və mülki qanunvericiliyin bununla bağlı normalarının tətbiqini lazımi qaydada əsaslandırmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 1, 14, 20, 22-ci maddələrinə istinadən 14 mart 2005-ci il tarixli akt ilə Aqrar İslahat Komissiyasının qərarı ilə şəxslərin mülkiyyətlərinə verilən torpaq sahəsini bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi ilə dəyişdirmək səlahiyyətinin olması qanunvericiliklə istisna olunmasına da qiymət verərək ölkədə aparılan torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları apardığı halda,A rayon Yerquruluşu İdarəsin in işçiləri, X Bələdiyyəsinin sədri S və bələdiyyənin üzvləri və Xkənd sakini İddiaçı1 qızından ibarət olan komissiyanın A Rayon Aqrar İslahat Komissiyasının 14.12.1998-ci il tarixli 14 nömrəli qərarı ilə mülkiyyətə verilmiş torpaq sahəsini bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə əvəz etmək kimi bir səlahiyyəti olmaması kimi qənaətinə gəlsə də, nəzərə almamışdır ki, göstərilən məsələ iddianın predmeti olmamışdır. İşin bu halına iddia tələbinin əsaslılığı baxımından qiymət verilməsi zərurəti yarandığı halda isə sözügedən bələdiyyənin və yerli İcra Hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı təmin edilərək mövqeləri öyrənilməli, sözgedən aktın tərtib edilməsinin məqsədləri aydınlaşdırılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaratmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin fak tiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehlərin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı m übahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti tə min edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2316/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-358/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-358/2020
22.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver