Məhkəmə qərarları › İş №2(102)-358/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-358/2021

26.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-358/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-358/21 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5625/2020 saylı qətnaməsindən İddiaçı verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı evdən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini belə əsaslandırıb ki, sözügedən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil xx xxxx 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Cavabdeh onun qızıdır və o, həmin mənzildə 2001-ci ilədək yaşayıb. 2001-ci ilin sentyabr ayında cavabdeh ailə quraraq ərinə məxsus olan mənzilə köçüb və ailə qurduqdan təqribən bir il sonra cavabdehin əri ölüb. Ə rindən qalan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gəncik küçəsində yerləşən 29 “C” saylı evin 221 saylı mənzili cavabdehin mülkiyyətindədir və ikinci əri ilə birlikdə həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh birinci ərindən qalan mənzildə yaşamaq istmədiyi üçün o, bir valideyn olaraq Bakı şəhəri, Sabunçu rayonu, Südçülük sovxozu deyilən ərazidə 0,02 ha torpaq sahəsi alıb və həmin torpaq sahəsində onun üçün 4 otaqlı yeni mənzil inşa edib və ikinci əri ilə birlikdə həmin mənzildə yaşamışlar. Buna baxmayaraq, təqribən 2 il bundan qabaq cavabdeh yenidən onun mülkiyyətində olan mənzilə gəlib və öz mənzilinə geri qayıtmaq istəmir. Halbuki, cavabdeh ona məxsus olan sözügedən mənzildən istifadə hüququnu artıq itirib və hətta pasport qeydiyyatından çıxaraq Bakıxanov qəsəbəsində özünə məxsus mənzilə p asport qeydiyyatına alınıb. Hazırda cavabdeh onun mənzilində ciddi münaqişələr yaradır, onunla kobud davranır, hörmətsizlik edir, mənzilində rahat yaşamasına imkan vermir. Mənzili tərk etməsi barədə tələbinə də məhəl qoymur. Hazırda cavabdehə məxsus iki yaşayış sahəsi vardır və həmin yaşayış sahəsinin biri bilavasitə onun tərəfindən və onun vəsaiti hesabına cavabdeh üçün tikilib. Deməli cavabdehin ona məxsus olan mənzildən istifadə hüququnun saxlanılması üçün qanunla müəyyən edilmiş əsas aradan qalxmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı evdən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılmasını iddia edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, mübahisəli mənzil iddiaçı ilə üçüncü şəxs Nübar Abdullayevanın paylı mülkiyyətlərindədir və mənzil onlar arasında paylarına uyğun olaraq naturada ayrılmayıb. Üçüncü şəxs X1 Abdullayevanın mənzildən istifadə etməsinə etiraz etmir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən və məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının apelyasiya şikayətinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və üçüncü şəxs Nübar Abdullayeva məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məh kəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki qanunvericiliyə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.2-ci maddəsi). Həmin Məcəllənin 213.6-ci maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam ver ilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Prosessual qanunverciliyə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiym ət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiym ətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı apelyasi ya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin mənzil iddiaçı ilə Nübar Abdullayevanın birgə nikahı dövründə əldə olunub. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçılə Nübar Abdullayeva arasında xx xxxx 1977-ci il tarixdə bağlanmış nikah pozulub və Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onların birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı mənzilin ½ hissəsinə Nübar Abdullayevanın payı müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, sözügedən mənzil iddiaçı ilə üçüncü şəxs Nübar Abdullayevanın birgə nikahı dövründə əldə edilib və həmin mənzil artıq onların paylı mülkiyyətlərindədir, cavabdeh isə onların övladlarıdır. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir k i, iddiaçı mənzilin digər mülkiyyətçisi Nübar Abdullayevanın razılğını almadan hazırki iddianı irəli sürdüyündən və sonuncu iddia tələbi ilə razı olmadığından, iddiaçının apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyindən, həmin dəlillərin yenidən araşdırılmasına lüzum yoxdur və belə qənaətə gəlir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsi eyni zamanda hesa b edir ki, iddiaçı mübahisəli mənzildən ½ payını naturada ayırdıqdan sonra cavabdehə qarşı yeni əsaslarla iddia qaldıraraq, özünə aid hissədən istifadə hüququna xitam verilməsi və cavabdehin həmin hissədən çıxarılması barədə iddia qaldıra bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5625/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar