Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-358/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X5 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 03.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1729/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı X11 ilə 2005-ci ildə evlənmiş, evləndikdən sonra cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçmüşdür. Birgə nikahlarından 30.07.2007-ci il təvəllüdlü X12, 08.08.2008-ci il təvəllüdlü X9, 12.03.2015-ci il təvəllüdlü X6 adlı 3 uşaqları anadan olmuşdur. Hazırda nikahları pozulmuşdur.
2. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı üç ilə yaxın bir müddətdə mübahisəli mənzildə yaşamış, ikinci övladı dünyaya gələndən sonra atası evinə köçməklə oradan istifadə etməmişdir.
3. Həmçinin iş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh order əsasında verilmiş, sonradan o, həmin mənzili 25.09.2020-ci il tarixdə özəlləşdirərək, mülkiyyət hüququ əldə etmiş, 28.09.2020-ci il tar ixdə X alqı-satqı qaydasında satmış, nəticədə həmin mənzilə sonununcu mülkiyyət hüququ əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X4 yaşadıqları ünvan 1 ünvanında yerləşən evə 30.07.2007-ci il təvəllüdlü X12, 08.08.2008-ci il təvəllüdlü X10, 12.03.2015-ci il təvəllüdlü X6 ilə birgə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. X7 məhkəməyə 26.11.2020-ci il tarixdə verdiyi ərizəsində X1 cavabdeh qismində işə cəlb olunmasını xahiş emişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X11 ilə 2005-ci ildə evlənmiş, evləndikdən sonra cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlin köçərək orada 8 il yaşamışdır. Daha sonra müvəqqəti işləmək məqsədi ilə 2 il Bakı şəhərində yaşıdıqdan sonra yenidən həmin ünvana qayıtmaq istəmiş, lakin cavabdehlər onu orada yaşamağa imkan verməmişlər. Ona görə də məcburiyyət qarşısında qalaraq atası evində yaşamışdır. Özünə məxsus əşyaları da faktiki olaraq həmin ünvanda olmuş, cavabdeh X ona qarşı iddia qaldırmış, lakin məhkəmənin 17.09.2019-cu il tarixli qətnaməsi ilə əşyaların oradan çıxarılması təmin olunmamışdır. Lakin cavabdehlər icarə müqaviləsi əsasında yaşadıqları evi onun xəbəri olmadan özəlləşdirmiş və daha sonra çıxarış alaraq 2020-ci ildə X adlı qadına satmışlar. Birgə nikahlarından 30.07.2007-ci il təvəllüdlü X12, 08.08.2008-ci il təvəllüdlü X9, 12.03.2015-ci il təvəllüdlü X6 adlı 3 uşaqları vardır. Hazırda nik ahları pozulmuşdur.
7. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 2(057)-121/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən evə övladları 30.07.2007-ci il təvəllüdlü X12, 08.08.2008-ci il təvəllüdlü X9, 12.03.2015-ci il təvəllüdlü X6 ilə birlikdə köçürülmələri qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı həmin evdə gəlin olduğu zaman cavabdehin mülkiyyətində deyil, icarə müqaviləsi əsasında istifadə etdiyi ev olmuşdur. İddiaçı evdə yaşayan digər ailə üzvləri ilə eyni statusda olmuşdur. Salyan Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, məhkəmə qarşı tərəfin iddiası i lə hazırkı iş üzrə iddiaçının əşyalarının mübahisəli evdən çıxarılması barədə tələbi təmin etməmişdir. Tərəflər arasında hüquq münasibətləri 2005-ci ildə yarandığından mübahisənin həll olunması üçün həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcələsinin normaları tətbiq olunmalıdır. Cavabdeh X3 həmin evi sonradan alması iddaçının köçürülməsinə mane ola bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009cu ilədək qüvvədə olan) 53, 54-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən cavabdehlər Cavabdeh və X3 apellyasiya şikayətləri vermişlər.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1729/2021 nömrəli iş üzrə 17 iyu l 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və Z.Allahyarov) cavabdehlər Cavabdeh və X3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-121/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Cavabdeh, X5 və X2 qarşı evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilə gəlin köçməklə orada üç ilə yaxın bir müddətdə yaşamış, ikinci övladı dünyaya gələndən sonra atası evinə köçməklə oradan istifadə etməmiş və köçürülməsini arzuladığı mənzildən istifadə etməklə bağlı hazırkı iddia t ələbi ilə məhkəməyə müraciət edilənə kimi hər hansı bir mübahisə açmamış, tələb irəli sürməmişdir.
13. İddiaçının mübahisələndirilən ev ilə əlaqəsinə 2008-ci il tarixdən öz iradəsi ilə son qoyulsa da, iddiaçı hazırkı vaxta kimi 11 ildən artıq müddətdə hər hansı bir tələb irəli sürməməsi cavabdehlər tərəfindən onun həmin mənzildən istifadə etməsinə hər hansı bir müdaxiləsi qənaəti istisna edilməlidir. Bu isə birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının qeyd edilən normasına istinad edərək iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticənin qanuniliyini və əsaslılığını istisna edir. Çünki uzun müddət ərzində və davamlı olaraq iddiaçının mübahisəli evdə yaşamaması və 11 ilə yaxın müddət ərzində yaşaması üçün köçməsini tələb etməsi hüquqdan könüllü istifadə etm əməsi onun həmin evdən istifadə etməsi zərurətinin aradan qalxdığına dəlalət edən haldır.
14. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd edilən haldan əlavə aşağıda göstərilən əsaslara görə də iddia tələbi təmin edilə bilməz.
15. İşdən göründüyü kimi ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh order əsasında verilmiş, sonradan o, həmin mənzili 25.09.2020-ci il tarixdə özəlləşdirərək, mülkiyyət hüququ əldə etmiş, 28.09.2020-ci il tarixdə X alqı-satqı qaydasında satmış, nəticədə həmin mənzilə sonununcu mülkiyyət hüququ əldə etmişdir. 16. “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyya tına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
17. Kollegiya qeyd etmişdir ki, mübahisəli mənzil Cavabdeh mülkiyyət hüququ ilə adına qeydə alınan zaman iddiaçı onun ailə üzvü olmamış, həmçinin iddiaçı cavabdehlər Cavabdeh və X münasibətdə “digər qohumlar” kimi aid edilən şəxslər kateqoriyasına da daxil olmamışdır. Köçürülməsi arzu edilən mənzil üzərində mülkiyyət hüququ 25.09.2 020ci il tarixdən yarandığından, birinci instansiya məhkəməsi mübahisəli mənzilin Cavabdeh adına dövlət qeydiyyatına məhz 25.09.2020-ci il tarixdə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. Halbuki yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarı baxımından tərəflər arasında münasibətə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. 18.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1 -ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsi nə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsin dən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. 19.Mülkiyyətçinin ailə üzvlərinin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 20.Digər qohumların anlayışı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəl ləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. 21.Mənzil Məcəlləsinin 30.7-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. 22.Kollegiya qeyd etmişdir ki, iddiaçı X nə Cavabdeh, nə də X ailə üzvü olmamışdır. X həmin şəxslərə münasibətdə də “digər qohumlar” kimi aid edilən şəxslər kateqoriyasına da aid edilə bilməz. Belə olan halda iddiaçının həmin mənzildən istifadə hüququnun yaranmasından ötrü mülkiyyətçi ilə razılaşmas ı olmalıdır. Lakin iddiaçının nə Cavabdeh ilə, nə də hazırkı mülkiyyətçi, X ilə mənzildən istifadə edilməsinə dair aralarında hər hansı bir razılaşma da olması müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh kassasiya şi kayətinə qarşı yazılı verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsi
31. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (maddə 30.1)
32. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (maddə 30.2)
33. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (maddə 30.4)
34. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. (maddə 30.7) 35. “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmi n yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləs inin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mülki Prossesual Məcəllə
37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
40. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənl əri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1729/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.