Məhkəmə qərarları › İş №2(102)-358/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-358/2025

12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-358/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair 12.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-864/2024 nömrəli iş üzrə 2 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 12 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları

1. İddiaçı ilə mərhum XX arasında 2014-cü ildən işgüzar münasibətlər yaranmışdır.

2. İddiaçı şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək, 54 ton xammal spirtin verilməsi vədi ilə X tərəfindən 112.000 ABŞ dollarını ələ keçirməsini, bu səbəbdən sonuncu barəsində cinayət işi başlanmasını xahiş etmişdir. İddiaçı şikayəti əsasında o, zərərçəkmiş şəxs qismində tanınmış, ifadəsi alınmış, şikayət ərizəsində göstərdiyi xüsusatlar üzrə araşdırma aparılmış, X ifadəsi yerində yoxlanılmış və İddiaçı göstərdikləri sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata sonuncuya münasibətdə xitam verilmişdir.

3. X 15 dekabr 2020-ci il tarixdə ölmüş və onun vərəsələri arvadı- Cavabdeh2 və oğluCavabdeh1dur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməs ində icraat

4. İddiaçı iddia ərizəsi və iddia tələbinin artırılması barədə (iddia ərizəsinə əlavə) ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X hüquqi varisləri arvadı- Cavabdeh2 və oğluCavabdeh1 tərəfindən qəbul edilmiş miras payından onun xeyrinə 103.185,88 ABŞ dolları əsas borcun, 43.448,54 ABŞ dolları faiz borcunun, 2.000 manat mənəvi ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X kreditorudur. Belə ki, bibisi oğlu X Rusiya Federasiyasından xammal tədarükü görür. Adətən buradan həmin zavoda xammal spirti göndərilir və orada emal olunmaqla satışa buraxılır. Təxminən 2007-ci ildən X tanıyır. Belə ki, onunla bibisi oğlu X vasitəsi ilə tanış olmuşdur. X17 X xammal verməsi ilə razılaşmışlar. X həmin va xt “Göyçay konyak” zavodunun direktoru olmuşdur. Lakin X müəyyən müddətdən sonra xammalı Rusiya Federasiyasına göndərməmişdir. Buna görə də, 2008-ci il tarixdə X Bakı şəhərinə gəlmiş və aralarında müəyyən problemlər olduğundan X17 X məhkəməyə vermiş, bundan sonra X X arasında biznes əlaqələri kəsilmişdir. 2014-cü ildə X X görüşərək, yeni biznes əlaqələri qurmaq üçün müqavilə bağlamış, 28 may 2014-cü il tarixində 295.580 ABŞ dolları “Göyçay konyak” zavodunun hesabına bank vasitəsi ilə köçürmüşdür. Həmin ərəfələrdə X tez-tez Bakı şəhərinə gəlib X görüşmüş, həmin görüşlərdə o da iştirak etmişdir. Həmin ilin iyun ayında X görüşüb söhbət edərkən X ona təklif etmişdir ki, hazırda əlində xammal hazırlamaq üçün pul olmadığından X xammal göndərə bilmir, ona pul veriləcəyi halda zavodda X göndərmək üçün xammal hazırlayacaq və həmin xammalı X sataraq hər vaqonda 15-20 min ABŞ dolları aralığında gəlir əldə edəcək. Şifahi razlaşmaya əsasən, X 112.000 ABŞ dolları məbləğində nağd pul vermişdir. X demişdir ki, bir müddətdən sonra xammal zavodda hazır olacaq və vaqona yükləyib X göndərəcək. Nəhayət, X zavodda, ona aid olan 54 ton konyak spirti hazır etmiş və bununla bağlı ona sertifikat da vermişdir. Həmin ilin iyul ayında Rusiyadan gələn texnoloqlarla birlikdə X idarə etdiyi “Göyçay konyak” zavoduna getmişlər. Texnoloqlar çənlərdə olan 54 ton xammalı bəyənib onların ağızlarını plomblamışlar. X həmin şəxslərin yanında da bildirmişdir ki, vaqondakı spirt ona məxsusdur, yaxın vaxtlarda vaqona yükləyib X göndərəcək. Lakin X malı göndərməmişdir. Hazırlanmış xammalı X ala bilməmişdir. Dəfələrl ə Göyçay rayonuna getmiş, lakin onu zavoda buraxmamışlar. X mobil telefonuna dəfələrlə zəng etməsinə baxmayaraq, telefon zənglərinə cavab verməmiş və onunla görüşə gəlməmişdir. 112.000 ABŞ dollarını X ələ keçirərək dələduzluq etmiş və nəticədə pulunu qaytarmamışdır. Bununla əlaqədar olaraq, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. Sabunçu rayon prokuroru X tərəfindən 28 noyabr 2016-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. İddiaçı cinayət işi üzrə 25 dekabr 2016-cı il tarixində zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, “Göyçay konyak” ATSC zavodunun direktoru X “X18” QSC-nin sədri X10 məxsus zavoda şərab və konyak emalı üçün xammal tədarük etmək adı ilə etibardan suiistifadə etməklə ayrı-ayrı (2007-ci il tarixindən 2014-cü il tarixinədək olan müddət) vaxtlarda 500.000 ABŞ dolları pul vəsaitini əvəzsiz olaraq öz mülkiyyətinə keçirərək X külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Uzun müddət axtarışda olan X tutularaq 48 saat ərzində Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirilmiş, törətdiyi cinayət əməlini etiraf etmişdir. X ifadə verərkən bildirmişdir ki, 112.000 ABŞ dolları dəyərində konyak spirti Göyçay rayonundakı zavodunda yerləşir. Sabunçu RPİ İŞ-nin müstəntiqi, polis mayoru X tərəfindən Göyçay rayonunda, Konyak zavoduna baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Orada olan spirtdən nümu nə götürülmüş, X ifadəsi yerində yoxlanılmaqla, protokol tərtib edilmiş, fotoşəkilləri çəkilmişdir. Cinayət işinin istintaqı zamanı ona məxsus 54 ton spirt zavodunda imiş. X ifadə verərkən, yaxın vaxtlarda spirti satıb, pulunu ona qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 27 iyul 2018-ci il tarixində X Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə ittiham elan olunmuş və iş üzrə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. 27 avqust 2018-ci il tarixində onunla X arasında üzləşdirmə keçirilmiş, sonuncu ona borclu olduğunu etiraf etmişdir. Üzləşdirmə zamanı X zavodda maddi problemlər yarandığı üçün spirti satdığını və ona bor clu olduğu pulu qaytarmadığını bildirmişdir. X üzləşdirmə zamanı ona borclu olduğu 112.000 ABŞ dollarını qısa müddət ərzində qaytaracağına söz vermişdir. 30 avqust 2018-ci il tarixində X Bakıya gəlmiş və X üzləşmişdir. Xv üzləşmə zamanı Xn üzr istəmiş və borcunu etiraf etmişdir. İstintaq zamanı 30 avqust 2018-ci il tarixli qərarla X12 zərərçəkmiş şəxs qismində tanınmışdır. X istintaq zamanı İstintaq Təcridxanasından onunla dəfələrlə telefonla əlaqə saxlamış, İstintaq Təcridxanasında onunla görüşməsini xahiş etmişdir. X İstintaq Təcridxanasında görüş zamanı o, xahiş etmişdir ki, X birlikdə ondan şikayətçi olmasın. Şikayətçi olmadıqları halda, azadlığa çıxan kimi onun 112.000 ABŞ dollarını, eləcə də X borclu olduğu pulu qaytaracaq. Hətta X ona pul əvəzinə alternativ Göyçay şəhərindəki Konyak Zavoduna məxsus 62.561 m2 torpaq sahəsini, eləcə də araq doldurulması və satışı ilə məşğul olan “EMİL-1” firmasını təklif etmişdir. X təklifi onu qane etmədiyi üçün qəbul etməmişdir. X yenidən xahiş etmişdir ki, bibisi oğlu X birlikdə ona qarşı humanist davransınlar. X əlaqə saxlayaraq ona X xahişini çatdırmış, X13 bağlı artıq hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyini, ancaq X istintaq təcridxanasından çıxarkən, ona yaranmış borcu ödəməyə başlamasını bildirdirmişdir. Bundan sonra, X əlaqə saxlayaraq X və öz qərarını açıqlamış, ondan bir daha şikayətçi olmayacaqlarını, amma həbsxanadan çıxan kimi onlara borclu olduğu pulu tam qaytaracağını söyləmişdir. X ona kişi sözü vermişdir ki, həbsdən çıxan kimi pulu qaytaracaq. X azadlığa çıxandan sonra, ona xx.xx.2019-cu il tarixində 1.200 m anat, xx.xx.2019-cu il tarixində 1.300 manat, xx.xx.2019cu il tarixində 3.000 manat, xx.xx.2019-cu il tarixində 2.000 manat, xx.xx.2019-cu il tarixində 1.500 manat, xx.xx.2019-cu il tarixində 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manat ödəmişdir. X ona ümumilikdə yalnız 14.984 manat, yəni 8.814,12 ABŞ dolları pul qaytarmışdır. X onun qarşısında öhdəliklərinin yerinə yetirilmə müddəti çoxdan başa çatmış, lakin bu günə kimi X 112.000 ABŞ dollarını ona tam qaytarmamışdır. X onunla əlaqə saxlayaraq, “COVİD-19” pandemiyasına görə maddi çətinliklə üzləşdiyini, borclu olduğu pulu qaytara bilmədiyini, üzr istəyib pulu qaytarmaq üçün ona vaxt verməsini xahiş etmişdir. Danışıqlarından bir müddət sonra, X ölmüşdür. X qalan borcu 103.185,88 ABŞ dolları təşkil edir. X ölümü ilə bağlı öhdəliklər ini yerinə yetirməməsi bu iddia ilə məhkəməyə müraciət etməsi üçün əsas olmuşdur.

6. Göyçay Rayon Məhkəməsinin e-2(046)-119/2023 nömrəli iş üzrə qəbul etdiyi 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə iş üzrə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən məhkəməyə Mülki Məcəllənin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni 112.000 ABŞ dollarının ödənilməsi ilə bağlı mərhum X hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 72, 60-ci maddələrinə, “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyanın 6 və 13-cü maddələrinə, Mülki Məcəllənin 386.1, 739.1, 740, 442-ci maddələrinə, habelə MPM-in 14.1, 4.2, 77.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə iddia tələbini rədd edərkən gəldiyi nəticəni əsaslandırarkən qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən bir neçə dəfə ləğv edilmiş, işin obyektiv və hərtərəfli araşdırılması üçün yazılı göstərişlər verilmiş, göstəri şdə müstəntiq qarşısında qoyulmuş tələblər üzrə əlavə araşdırma aparılmış, iddiaçının göstərdikləri sübuta yetirilmədiyindən, yəni X 54 ton xammal spirtin verilməsi vədi ilə iddiaçıdan 112.000 ABŞ dolları alması təsdiqini tapmadığından,cinayət işi üzrə icraata yenidən xitam verilmişdir. Halbuki Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 25 oktyabr 2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın nəticə hissəsində 3-cü bənddə iddiaçıdan və X spirt istehsalı üçün pul alınması epizodları üzrə X barəsində icraata xitam verilmiş və iddiaçıya pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumat verilmişdir. Həmin qərarın təsviri hissəsində də şahidlərin ifadələri ilə iddiaçının tələbini n əsaslı olması sübuta yetir. Məhkəmə qeyd edilən qərarı yanlış izah edərək qərara obyektiv qiymət verməmişdir. Cinayət işinin materiallarına görə X ilə birgə işləyən X3 və X14 hüquq mühafizə orqanlarında ifadə verirlər ki, iddiaçı 54 ton həcmində konyak spirti istehsalı üçün X külli miqdarda pul vermişdir. Onlar həmçinin "X19" ASC-də yerləşən 54 ton həcmli konyak spirtinin iddiaçının mülkiyyəti olduğunu və iddiaçıya məxsus olduğunu da təsdiq edirlər (cinayət işinin materiallarından sənədlərin surətləri əlavə olunur). X barəsində Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda cinayət işi başlandıqdan sonra X əməlini etiraf edərək bildirib ki, iddiaçıya məxsus konyak spirti “X19" ASC-də yerləşir. Məhz buna görə də müstəntiq X "X19" ASC-yə gedərək iddiaçıya məxsus 54 ton həcmində konyak spirtini n zavodda olmasına əmin olub və orada olan spirtdən nümunə götürülərək müayinə olunması üçün labaratoriyadan arayış alınmış, X ifadəsi yerində yoxlanılmaqla protokol tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Buna əsaslanaraq X7 cinayət işi cinayət xarakterli olmadığı üçün icraata xitam verilib, (arayış, protokol, qərar, fotoşəkillərinin surətləri əlavə olunur). Ancaq bir müddət sonra iddiaçı dəfələrlə öz konyak spirtı üçün "X19" ASC-yə gedəndə X ondan gizlənməyə başlamış və heç kim iddiaçını zavoda buraxmamışdır. X3 iddiaçıya bildirmişdir ki, X iddiaçıya məxsus olan spirti satıb və pulu özü üçün mənimsəyib.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1237/2023 nömrəli iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məc idov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(046)-119/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcə llədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə yarana bilər. İddiaçı ilə Xarasında öhdəlik hüquq münasibətinin yaranması üçün iddiaçı ilə cavabdeh arasında müqavilə mövcud olmayıb. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə aid hissəsinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə, yəni 112.000 dollar pulun X verildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi nin başalnmasının rədd edilməsi barədə qərarların surətindən görünür ki, X iddiaçıdan 112.000 (yüz on iki min) ABŞ dolları almasını etiraf etməmiş, eyni zamanda X iddiaçıdan aldığı 112.000 (yüz on iki min) ABŞ dollarının hamısını qısa müddətdə qaytaracağına dair hər hansı bir söz verməmişdir. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiy a mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət işinin başalanmasının rədd edilməsi barədə qərar sübut kimi qiymətləndirilə bilməz. Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1081/2024 nömrəli iş üzrə 18 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər – Ə.Xıdırov (sədrlik edən və məruzəçi), E.Şamayev və E.Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yeni apellyasiya baxışına göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başalanmasının rədd edilməsi barədə qərarların surətindən görünür ki, X iddiaçıdan 112.000 (yüz on iki min) ABŞ dolları almasını etiraf etməmiş, eyni zamanda X iddiaçıdan aldığı 112.000 (yüz on iki min) ABŞ dollarının hamısını qısa müddətdə qaytaracağına dair hər hansı bir söz verməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar sübut kimi qiymətləndirilə bilməz. Kassasiya kollegiyası apellyasiya instansiyası mə hkəməsi tərəfindən göstərilənlərlə razılaşmır. Belə ki, əvvəla, iş materiallarında göstərilən məlumatları ehtiva edən “cinayət işinin başlanmasının rədd edilməsi” barədə hər hansı qərar mövcud deyil.İkinci olaraq ibtidai istintaq və təhqiqat orqanlarında aparılan cinayət təqibi materiallarının, o cümlədən qərarların sübut qismində qiymətləndirilə bilməyəcəyinə dair hər hansı prosessual hüquq norması mövcud deyil. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu norma məhkəmə üçün məcburi qüvvəyə malik olmayan qərar və sənədlərin sübut qismində qiymətləndirilməsini istisna etmir. Azərbaycan Respublikasının MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş “İfadənin yerində yoxlanılması barədə” 21 fevral 2018-ci il tarixli protokolun surətinə əsasən X “Göyçay konyak” ATSC-də İddiaçı aid olan 54 ton spirtin zavodda olmasını və həmin spirtlərin X tərəfindən götürülməsi üçün dəfələrlə onunla söhbətlər aparılmasını göstərmişdir. Protokola əsasən X spirt olan yeri göstərmiş, həmin yerdə çənlərin və həmin çənlərdə də spirtin olması müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən sübuta hüquqi qiymət verilməmişdir. Eləcə də, iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin İddiaçı “Göyçay Konyak” ATSCyə qarşı vərəsəlik əmlakına tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə 21 oktyabr 2021-ci il tarixli, 2(046)-1436/2021 nömrəli qətnaməsinin surətinə əsasən işə hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə baxılmışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, məhkəmə iclasında əldə edilən mötəbər sübutlarla müəyyən edildi ki, İddiaçıiç mərhum X qohumu X8 vasitəsi ilə i ldə tanış olmuş, bu tanışlıq onların biznes əlaqələrinin qurulmasına zəmin yaratmışdır. Belə ki, X iddiaçıya təklif etmişdir ki, ona pul verəcəyi halda rəhbərlik etdiyi “X19” ATSC-də konyak hazırlanması üçün xammal istehsal edib qohumu X satacaq, hər vaqon üçün ona 15.000-20.000 manat məbləğində xeyir verəcək. İddiaçıiç X təklifini qəbul etmiş, 2014-cü ilin yay aylarında sonuncuya 112.000 (yüz on iki min) ABŞ dolları vermişdir. Lakin tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Şifahi razılaşma əsasında X verilən pulun qaytarılması müddəti müəyyən edilməmiş, yalnız hər vaqon üçün iddiaçıya çatası məbləğlə bağlı razılaşma olmuşdur. X vəd verdiyi kimi İddiaçıiçdən aldığı pulun müqabilində hazırlanması üçün 54 ton spirt istehsal etsə də, lakin həmin spirti və yaxud həmin spirtin satışınd an əldə olunan vəsaiti, həmçinin aldığı 112.000 (yüz on iki min) ABŞ dollarını İddiaçıiçə qaytarmamışdır. Bunu görə İddiaçıiç X barəsində hüquq mühafizə orqanlarına şikayət etmiş, onun və digər şəxsin şikayəti əsasında Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. X həbsdən azad olunacağı halda 112.000 ( yüz on iki min) ABŞ dollarını iddiaçıya ödəyəcəyinə söz versə də, lakin X həbsdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə 1.200 manat, xx.xx.2019- cu il tarixdə 13.00 manat, xx.xx.2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat və xx.xx.2019cu il tarixdə 2.000 manat-ümumilikdə 12.984 (on iki min doqquz yüz səksən dörd) yəni 7.638 (yeddi min altı yüz otuz səkkiz) ABŞ dolları ödəmiş, qalan vəsaiti vəfat etdiyi üçün ödəyə bilməmişdir. Hazırki işə də Göyçay Rayon Məhkəməsində hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə baxılmış və 20 aprel 2023-cü il tarixli 2-2(046)-119/2023 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni, başqa sözlə desək iddiaçı qarşısında 112.000 ABŞ dollarının ödənilməsi ilə bağlı mərhum X hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır. Həmçinin qətnamədə qeyd e dilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdən məlum olur ki, Göyçay Rayon Məhkəməsinin İddiaçı “Göyçay Konyak” ATSC-yə qarşı vərəsəlik əmlakına tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə 21 oktyabr 2021-ci il tarixli, 2(046)-1436/2021 nömrəli qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydalarını əməl olunmamasına görə ləğv edilmişdir. Buna baxmayaraq göstərilən hər iki işə birinci instansiya məhkəməsində eyni hakimin sədrliyi ilə baxılaraq birinci iş üzrə göstərilən qətnamədə mötəbər sübutlarla X iddiaçıya ona pul verəcəyi halda rəhbərlik etdiyi “X19” ATSC-də konyak hazırlanması üçün xammal istehsal edib qohumu X satacağının, hər vaqon üçün ona 15.000-20.000 manat məbləğində xeyir verəcəyini təklif etdiyinin, İddiaçıiçin X təklifini qəbul etdiyinin, 2014-cü ilin yay aylarında sonuncuya 112.000 (yüz on iki min) ABŞ dolları verdiyinin, X həbsdən azad olunacağı halda 112.000 ( yüz on iki min) ABŞ dollarını iddiaçıya ödəyəcəyinə söz versə də, lakin X həbsdən çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə 1.200 manat, xx.xx.2019cu il tarixdə 13.00 manat, 19.07,2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manatümumilikdə 12.984 (on iki min doqquz yüz səksən dörd) yəni 7.638 (yeddi min altı yüz otuz səkkiz) ABŞ dolları ödədiyinin, qalan vəsaiti vəfat etdiyi üçün ödəyə bilmədiyinin müəyyən edildiyi halda, hazırki iş üzrə birinci in stansiya məhkəməsinin qətnaməsində isə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutların məhkəməyə təqdim edilməməsi qənaətinə gəlməsinin səbəblərini araşdırıb hüquqi qiymət verməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi belə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Göründüyü kimi apellyasiya instansiya məhkəməsinin araşdırması Azərbaycan Respublikasının MPM-in 14-cü maddəsində nəzərdə tutulmuş “işin hərtərəfli, tam və obyektiv tədqiqi” prinsipinin tələblərinə tam cavab vermir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin sübutlara qiymət verməsi də Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 oktyab r 2024-cü il tarixli, 2(107)864/2024 nömrəli qətnaməsi ilə (hakimlər G.Cavadova sədrlik edən, məruzəçi, E.Hüseynov və Ə.Kərimov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsi qismən- “Cavabdeh2 və Cavabdeh1 103.185,88 ABŞ dolları əsas borcun tutulması” tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə 103.185,88 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələb edilərək öyrənilmiş ********* nömrəli cin ayət işi üzrə X istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Rusiya Federasiyasına x qohumu Sosunov adlı şəxsə istehsal etdiyi konyak spirti satmışdır. Lakin sonradan bu münasibətlərə son qoyulmuşdur. 2014-cü ilin əvvəllərində X1 danışaraq ona yenidən spirtin satılması ilə bağlı danışmış, daha sonra o, iddiaçı və X ilə birlikdə Rusiya Federasiyasına getmiş və bir neçə müqavilə bağlamışlar. O, X sifarişi ilə Sosunova satılması üçün konyak spirti istehsal etmiş və yenə də X tapşırığı ilə istehsal etdiyi həmin spirtin 54 tonunu xüçün ayırmışdır. Lakin X ayrılmış 54 ton spirt satılmamış və zavodda qalmışdır. Bunlarla yanaşı X həmin ifadəsində Dmitridən 112.000 ABŞ dolları aldığını inkar etmişdir.

18. Cinayət işi üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, X və X birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Onda olan məlumata görə x spirtin istehsalı və satılması üçün X və X külli miqdarda pul vermişdir. Verilən pulun məbləği barədə məlumatsız olsa da, həmin məbləğin 1 vaqon spirtin dəyərini təşkil etdiyini bilmişdir. Hətta x üçün 54 ton spirt istehsal olunmuş və zavodda saxlanılmışdır. Lakin sonradan həmin spirtin zavadda olmadığını görmüş və bu barədə Dmitriyə məlumat vermişdir.

19. Cinayət işi üzrə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, X spirt istehsalı üçün X19na pul köçürdüyünü, lakin bunun müqabilində X nə pulunun, nə də ki spirtin verildiyini etiraf edir. 20. “İfadənin yerində yoxlanılması barədə” 21 fevral 2018-ci il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə əsasən müəyyən edilir ki, X “Göyçay kony ak” ATSC-də X aid olan 54 ton spirtin zavodda olmasını və həmin spirtin X tərəfindən götürülməsi üçün dəfələrlə onunla söhbətlər aparılmasını göstərmişdir. Protokola əsasən X spirt olan yeri göstərmiş, həmin yerdə çənlərin və həmin çənlərdə spirtin olması müəyyən edilmişdir.

21. Cinayət işinin materiallarından görünür ki, 25 oktyabr 2018-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla spirt istehsalı üçün pulun alınması barədə iddiaçıya aid epizod üzrə cinayət işi üzrə icraata xitam verilmişdir.

22. İşdə olan sənədlərdən və tərəflərin izatatlarından məlum olur ki, X tərəfindən (onun adından X15) iddiaçıya xx.xx.2019-cu il tarixdə 1.984 manat, xx.xx.2019-cu il tarixdə 1.200 manat, xx.xx.2019-cu il tarixdə 1.300 manat, xx.xx.2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tar ixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manat - ümumilikdə 14.984 yəni 8814,12 ABŞ dolları məbləğində ödənişlər etmişdir.

23. X2 Rayon Polis Şöbəsində verdiyi ifadəsində göstərmişdir ki, o, X direktoru olduğu X19nda 2018-ci ilədək direktorun sürücüsü işləmişdir. Sürücülükdən çıxdıqdan sonra isə zavodun həyətində fəaliyyət göstərən çayxananı işlətmişdir. Həmin vaxtlar X tapşırığı ilə onun verdiyi pulları poçtdan göndərmişdir. Lakin həmin pulun hansı məqsədlə göndərildiyini və kimə göndərildiyini X özü bilirdi.

24. İşin araşdırılan həmin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən mərhum X spirt istehsal olunaraq satılması barədə tapşırıq verilmiş, bununla bağlı o, sonuncuya 112.000 ABŞ dolları məblə ğində pul ödəmişdir. Lakin X ona verilən tapşırığı lazımınca icra etməmiş, spirti istehsal etsə də, onu satmamış, həm iddiaçının ödədiyi 112.000 ABŞ dolları məbləğində pulu qaytarmamış, həm də istehsal olunmuş spirti iddiaçıya verməmişdir. Lakin həbsdən azad olunduqdan sonra iddiaçıya müxtəlif tarixlərdə ümumilikdə 14.984 manat (8814,12 ABŞ dolları) məbləğində pul qaytarmışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçıya aid pulun mərhum X qalan məbləği 103.185,88 ABŞ dolları təşkil edir. Məhkəmə hesab edir ki, həmin məbləğ mərhumun vərəsələri, hazırki iş üzrə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Göstərilənlərə əsasən kəhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbi 112.000 ABŞ dolları pulun qaytarılması hissəsində qismən əsaslıdır və 103.185,88 ABŞ dolları hədd ə təmin edilməlidir. Lakin Rayon Məhkəməsi bu tələbi tam həcmdə təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri bu hissədə qismən əsaslıdır.

26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddiası faiz borcuna görə 43.448,54 ABŞ dolları, mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində pulun tutulması hissəsində əsassızdır, Rayon Məhkəməsi həmin tələbləri təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı 43.448,54 ABŞ dolları faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarı da göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehlərdən 43.448,54 ABŞ dolları məbləğində pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.

27. Məhkəmə qeyd etmişdir ki, hazırki mülki mübahisə üzrə sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən, o, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı ona cavabdehlər tərəfindən mənəvi ziyan vurulduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində sübuta yetmədiyindən Rayon Məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayəti həmin hissədə əsaslı deyil.

28. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385.1, 386.1, 386.2, 389.1, 442, 752.1, 752.2, 1306.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

29. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

30. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətna məsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki iş kommersiya mübahisəsi olduğundan mülki məhkəmə kommersiya münasibətlərini araşdırmadan qətnamə qəbul etmişdir. İddiaçı tələbində işin mahiyyətinin biznes münasibətləri olduğunu, özünü mərhum X kreditoru olduğunu, bibisi oğlu X) spirt istehsalı və satışı üzrə biznes münasibətlərinin olduğunu, aralarında müqavilə bağlandığını, 28 may 2014-cü il tarixində “Göyçay konyak” zavodunun hesabına bank vasitəsi ilə 295.580 ABŞ dolları köçürüldüyünü, sonradan X xammalı X sataraq hər vaqonda 15-20 min ABŞ dolları qazanc olacağı barədə təkliflərini nəzərə alaraq özünündə bu biznesə qoşulduğunu açıq şəkildə bəyan edir. Deməli bütün sənədləşmələr Vergi Məcəlləsinin tələblərinə uyğun rəsmi ləşdirilmişdir. Lakin mülki məhkəmə kommersiya mübahisələrinə baxmadığından mühasibat araşdırmalarını həyata keçirməmişdir. Məhkəmə, “Göyçay konyak” zavodu (qanuni təmsilçi X), iddiaçı və onun qohumu arasında yaranmış spirtin istehsalı və satışı ilə bağlı mübahisə üzrə 112.000 ABŞ dolları pul təlibi ilə bağlı işin hallarını tam və hərtərəfli araşdırmayıb. Belə ki, məhkəmə hər hansı bir rəsmi sənədə, o cümlədən müqaviləyə, qaimə-fakturaya, ödəniş qəbzinə, təhvil-təslim aktına, vergi bəyannamələrinə, bank çıxarışlarına, audit rəylərinə, səyyar yoxlama aktlarına, mühasibat uşotuna və sair sənədlərə istinad edə bilməmişdir. Məhkəmə, ********* nömrəli cinayət işinə istinad edərək X ifadəsində X 112.000 ABŞ dolları aldığını inkar etdiyini qeyd edir. Məhkəmə yeganə istinad etdiyi “X azadlığa çıxa ndan sonra, iddiaçıya guya xx.xx.2019-cu il tarixində 1.200 manat, xx.xx.2019-cu il tarixində 1.300 manat, xx.xx.2019-cu il tarixində 3.000 manat, xx.xx.2019-cu il tarixində 2.000 manat, xx.xx.2019-cu il tarixində 1.500 manat, xx.xx.2019cu il tarixində 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manat ödəmişdir. X ona ümumilikdə yalnız 14.984 manat, yəni 8.814,12 ABŞ dolları pul qaytarmışdır” faktıdır ki, bu vəsaitlərin ödənilməsinin X tərəfindən təsdiqi və ödənilməsi öz əksini tapmamışdır. Cavabdehlər də qəbul etməmişdir. Bu ödənişlərin 112.000 ABŞ dolları borcu əvəzi ödənilməsini təsdiq edən hər hansı bir sübut yoxdur və məhkəmə belə bir sübuta istinad etməmişdir. Cavabdeh olaraq həmin vəsaitlərin X tərəfindən və ya onun tapşırığı ilə ödənilməsini qəbul etmirlər. İddiaçı ölmüş şəxsə şə r ataraq, onun həyatda olmamasından yararlanaraq “Göyçay konyak” zavodunu ələ keçirmək niyyətindədir.

31. Cavabdeh2 isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə olmamışdır. Belə ki, maddi hüquq normalarına görə tərəflər arasında öhdəlik hüquq münasibətləri əmələ gəlməmişdir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Yəni, əgər aralarında müqavilə olmuşdursa, X üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan aldıqları pay qədər məsuliyyət daşıyırlar. Məhkəmə 103.185,88 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına məzənnəsinə uyğun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul etsə də aydınlaşdırmamışdır ki, X vərəsələrinə qalan mirasın pulla dəyəri nə qədər olmuşdur. Mümkündür ki, həmin mirasın dəyəri 103.185,88 ABŞ dollarından az olmuşdur. Ona görə də hesab edirlər ki, məhkəmə yekun qərar qəbul etməmişdən əvvəl qoyulan mirasın ümumi qiymətini müəyyənləşdirməli idi. Məhkəmə iddianın qismən -103.185,88 ABŞ dolları pulun ödəniş gününə azərbaycan manatı ilə məzənnəsinə uyğun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini qət etsə də X iddiaçıdan pul alması sübut olunmamış qalmışdır. Hər şeydən əvvəl iddiaçı tərəfindən məhsula görə pul ödənilib-ödənilməməsi həmin göstərilənlərlə sübut edilmir. XX pulu aldığını etiraf etmir. Yalnız X4 ifadəsində bildirmişdir ki, onda olan məlumata görə X spirtin istehsalı və satılması üçün X və X külli miqdarda pul vermişdir. Lakin hesab edirlər ki, X həmin ifadəs i mötəbər sübut hesab edilə bilməz. Çünki, Xosrov Qambullayev “onda olan məlumat”ın mənbəyini göstərə bilməmişdir. X6 “külli miqdarda pul” dedikdə məhz hansı miqdarı nəzərdə tutduğunu açıqlamamışdır. (Külli miqdarın konkret nə qədər olmasını qanunvericilik belə müəyyən edə bilmir. Məsələn, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmək üçün külli miqdar 50 min manatdan yuxarı məbləği, həmin məcəllənin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmək üçünsə 200 min manatdan yuxarı məbləği ehtiva edir. Əgər Cinayət Məcəlləsi bunu konkretləşdirə bilmirsə X “külli miqdarda pul” dedikdə məhz hansı məbləği nəzərədə tutduğunu məhkəmə hardan bilmişdir?) Bundan başqa məhkəmənin qeyd edilən “əsaslar”ından aydın olmur ki, iddiaçı pulu kimə vermişdir. Belə ki, X istint aq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, X sifarişi ilə Sosunova satılması üçün konyak spirti istehsal etmiş və yenə də X tapşırığı ilə istehsal etdiyi həmin spirtin 54 tonunu X üçün ayırmışdır. X4 ifadəsində göstərmişdir ki, onda olan məlumata görə X spirtin istehsalı və satılması üçün Xv və X külli miqdarda pul vermişdir. X14 isə ifadəsində X spirt istehsalı üçün X19na pul köçürdüyünü göstərmişdir. Beləliklə, heç kim iddiaçının mərhum X pul verdiyini göstərməmişdir. X spirti X tapşırığı ilə istehsal etdiyi bildirmiş və buna görə pul almadığını göstərmişdir. X ondan olan məlumata görə külli miqdarda pulun tək X deyil, həmçinin X verildiyini göstərmişdir. X14 isə ifadəsində X spirt istehsalı üçün X19na pul köçürdüyünü göstərmişdir. Yəni, əgər verilmişdirsə, nə qədər pulun X, nə q ədərinin X verildiyi, nə qədərinin isə X19na köçürüldüyü aydınlaşdırılmamış və qətnamədə də istinad edilən 25 oktyabr 2018-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla spirt istehsalı üçün pulun alınması barədə iddiaçıya aid epizod üzrə cinayət işi üzrə icraata xitam verilməsinə baxmayaraq bütün mülki məsuliyyət X üzərində qalmışdır. Bu isə onu göstərir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, buna görə də onlara düzgün hüquqi qiymət verə bilməmiş və iddiaçının izahatının məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmuşdur. Bununla da məhkəmə qeyd edilən prosessual hüquq normalıarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətlərin in təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər və sair.

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

39. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

40. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

41. Maddə 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmad ığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırki kasassiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassa siya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. Cavabdehlər eyni məzmunlu kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq, işə əlavə edilmiş sübutları, şahid ifadələrini araşdıraraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən mərhum X spirt istehsal edilib satılması barədə tapşırıq verilmiş və bununla bağlı ona 112.000 ABŞ dolları pul ödəmişdir. Lakin, X ona verilən tapşırığı lazımınca icra etməmiş, spir ti istehsal etsə də, nə onu satmamış, nə də iddiaçının ödədiyi 112.000 ABŞ dollarını qaytarmamış, həm də istehsal olunmuş spirti iddiaçıya verməmişdir. Lakin həbsdən azad olunduqdan sonra iddiaçıya müxtəlif tarixlərdə ümumilikdə 14.984 manat (8814,12 ABŞ dolları) pul qaytarmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya aid pulun mərhum X qalan məbləği 103.185,88 ABŞ dolları təşkil edir.

54. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mərhum X vərəsələri olan cavabdehlərdən iddiaçının xeyrinə ödəniş günü milli manata məzənnədə 103.185,88 ABŞ dolları tutulmalıdır. Çünki iddiaçının tələbi 112.000 ABŞ dolları pulun qaytarılması hissəsində qismən əsaslıdır, lakin birinci instansiya məhkəməsi bu tələbi mübah isələndirilən hissədə təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir.

55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 2(107)-864/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar