Məhkəmə qərarları › İş №2(102)-3580/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3580/2021

02.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3580/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: bağ sahəsindən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-220/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri XDS İK-nin 18 noyabr 1988-ci il tarixli qərarına və həmin qərara edilmiş 11 saylı əlavəyə əsasən İddiaçı N sahəsinə dair 20 mart 1989-cu il tarixli 39 saylı order verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin sentyabr ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar onun istifadəsinə verilmiş (1200 kv.metr) bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin edə bilməməsini, son vaxtlar ona məxsus bağ sahəsinin Cavabdeh tərəfindən zəbt olunmaqla orada bir mərtəbəli yaşayış evi inşa edilməsini, cavabdehin həmin hərəkəti nəticəsində onun bağ sahəsinə olan sahiblik və istifadə hüququnun pozulmasını əsas göstərməklə cavabdehin ona məxsus bağ s ahəsindən çıxarılması və orada inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və bağ sahəsinin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim: A.Z.Rzayev) iddia təmin edilərək Cavabdeh İddiaçı istifadəsinə verilmiş N massivində yerləşən sahəsi 1200 kv.metr olan 4703 saylı bağ sahəsindən çıxarılması və orada inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək iddiaçıya təhvil verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən baxış keçirilərkən iştirakının tə min olunmamasını, məhkəmənin iş üzrə ekspertiza təyin etmədən mütəxəssis rəyi əsasında nəticəyə gəlməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-220/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlillər i, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin birtərəfli və düzgün qiymətləndirilməmiş sübutlar əsasında çıxarılmasını, cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməklə məhz həmin sahədə yaşayış evi inşa etdirməsini, ona məxsus bağ sahəsinin cavabdehin istifadə etdiyi bağ sahəsi ilə həmsərhəd olması barədə məhkəmə kollegiyasının nəticəsinin işin həqiqi hallarına uyğun olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kass asiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 55 Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9 Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyət yanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv olunmasına yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən cavabdehin 4702 saylı bağ sahəsindən istifadə etməsini və həmin bağ sahəsinin iddiaçıya ayrılmış 4703 saylı bağ sahəsi ilə həmsərhəd olmaqla üst-üstə düşməməsini əsas göstərmiş və bu za man sübut kimi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli rəyinə istinad etmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə kollegiyası həmin nəticəyə iş üzrə alınmış mütəxəssis rəyləri arasındakı ziddiyyətləri aradan qaldırmadan eləcə də, mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını təmin etmədən gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, ölçüsü 1200 kv.metr olan Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsi iddiaçıya Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli qərarına uyğun olaraq 20 mart 1989-cu il tarixli 39 №-li order əsasında X1 və İstismarı Birliyi tərəfindən verilmişdir. İşin 47-48-ci səhifələrində olan Daşınmaz Əm lakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, mübahisəli bağ sahəsinə yerində baxış keçirilmiş, torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçü işləri aparılmış və müəyyən olunmuşdur ki, ölçülmüş ərazinin faktiki sahəsi 0,01122 hektar olmaqla hasara alınmış və orada yaşayış evi tikilmişdir. Mütəxəssis rəyinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq iddia olunan bağ sahəsinin ərazisinə uyğun gəlir. İşdən görünür ki, İddiaçı bağ sahəsi verilərkən onun koordinatları, sxemi müəyyən olunmuş və bununla bağlı heç bir anlaşılmazlıq mövcud deyildir. Cavabdeh məhkəməyə təqdim etdiyi iş in 33-34-cü səhifəsində olan sənədlərdən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının 10 iyul 2007-ci il tarixli qərarı ilə ona Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş Baş Plana uyğun olaraq Nardaran qəsəbəsi ərazisindən 1200 kv.metr ölçüdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Cavabdeh ayrılmış torpaq sahəsinin sxemi koordinatsız, situasiyasız və hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından ona ayrılmış torpaq sahəsinin harada yerləşməsi aydın deyildir. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli rəyinə əsaslanıb onun 4702 saylı bağ sahəsindən istifadə etməsi barədə nəticəyə gələrkən Cavabdeh hansı əsasla həmin bağ sahəsindən is tifadə etməsini, həmin bağ sahəsinin nə vaxt, kimin istifadəsinə verilməsini müəyyən etməmişdir. 4702 saylı bağ sahəsinin iddiaçıya məxsus 4703 saylı bağ sahəsi ilə üst-üstə düşməməsi barədə ekspertin rəyi hazırkı qeyri-müəyyən vəziyyətdə iddianın rədd edilməsi üçün əsas verməmişdir. 4703 saylı bağ sahəsinin iddiaçıya məxsus olması və onun yerləşdiyi sahə mütəxəssislər tərəfindən müəyyən olunmuş və onlar tərəfindən verilmiş rəylərdə 4703 saylı bağ sahəsində fərdi yaşayış evinin inşa olunması təsdiq olunmuşdur. (səh.48) Müəyyən olunduğu kimi iddiaçı tərəfindən 4703 saylı bağ sahəsində fərdi yaşayış evi tikilməmişdir. İddiaçıya görə orada yerləşən ev cavabdeh tərəfindən müvafiq icazələr alınmadan inşa edilmişdir. Cavabdehə ayrılmış torpaq sahəsinin yerinin, eləcə də 4702 saylı bağ sahəsinin koordinatlarının dəqiq müəyyən olunmadığı təqdirdə ekspertin hansı əsasla 4703 və 4702 saylı bağ sahələrinin üst-üstə düşməməsi barədə nəticəyə gəlməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin rəyin iddianın rədd edilməsi üçün əsas verən mübahisəsiz sübut kimi qəbul edilməsi əsaslı sayıla bilməz. İşdən görünür ki, istər 4702 saylı və istərsə də, 4703 saylı bağ sahələri Ləhiş bağ massivində yerləşməklə Bakı şəhərində bağçılığın inkişafı məqsədi ilə vətəndaşlara verilmişdir. Nardaran nümayəndəliyi tərəfindən Ləhiş bağ massivində yerləşən bağ sahəsinin cavabdehə fərdi yaşayış evinin tikintisi üçün həyətyanı sahə kimi verilməsi bağ massivi üzərində sərəncam vermək səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının məqsəd və vəzifələrinə uyğun sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli rəyini mübahisəsiz sübut kimi qəbul edərkən həmin rəyi işdə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməmiş və həmin rəyə münasibətdə qətnaməni əsaslandırmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 3.3-cü bəndinə görə Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcə dən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Həmin qərarın 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, qətnamə tam və hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmiş sübutlar əsasında çıxarılmaqla mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını, pozulmuş və mübahisə edilən hüquqların real bərpasını təmin etmə mişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-220/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar