Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3580/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızına qarşı (Oğuz rayonu Muxas Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) ilk iddia, Cavabdeh1, Nadirova Gülşən Yaşar qızının İddiaçı qarşı ( Oğuz rayonu Muxas Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia üzrə QƏRARİ iş № 2(102)-3580/2022 Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq qaytarılması, yolun açılması, bina və digər qurğuların sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğl undan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızına qarşı, Oğuz rayonu Muxas Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq qaytarılması, yolun açılması, bina və digər qurğuların sökülməsi” tələbi barədə ilk, Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızının İddiaçı qarşı, Oğuz rayonu Muxas Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə “ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin açılması, yol yerində inşa edilmiş tikili və qurğuların yola düşən hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-306/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Na dirova Gülşən Yaşar qızının kassasiya şikayəti üzrə işə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Oğuz rayonu Muxas kəndində yerləşən, xx.xx.2021-ci il tarixli Texniki Pasportda qeyd edilən fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsi xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı (bundan sonra –iddiaçı) xüsusi mülkiyyətindədir.
2. Oğuz rayon “Muxas” kolxozunun xx.xx.1992-ci il tarixli 2 nömrəli iclas qərarına əsasən Cavabdeh1 qardaşı X2 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmış, lakin xx.xx.1992-ci il tarixli akta əsasən ona 0,12 hektar həyətyanı torpaq sahəsi təhkim edilmişdir.
3. X5 həmin torpaq sahəsini qardaşı Cavabdeh1 verərək Şəki şəhərinə köç müşdür. Bundan sonra onlar həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər və hazırda orada yaşayırlar.
4. Mübahisə həmin torpaq sahəsindən istifadə il bağlı yaranıb. iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş 19,3 metr uzunluğunda, 1,1 metr enində olmaqla, 21,23 kv.metrdən ibarət hissəsinin boşaldılaraq qaytarılması, evinə və həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yolun 5 metr enində, 40 metr uzunluğunda açılması, yolun hə yətyanı torpaq sahəsinə bitişik hissəsində qeyri-qanuni inşa edilmiş tövlə binasının və iki ədəd darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıya məxsus evin həyətyanı torpaq sahəsinin şərq tərəfindən 19,3 metr uzunluğunda, 1,1 metr enində olmaqla 21,23 kv.metr hissəsi, həmçinin, eyni istiqamətdən onun həyətyanı torpaq sahəsinə bitişik 5 metr enində kəndarası yol qonşuları - hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızı tərəfindən qeyri-qanuni çəpərlənib bağlanaraq zəbt edilməklə özlərinin istifadəsində olan torpaq sahəsinə qatılmışdır. Onun ailə üzvlərinin yay aylarında mətbəx kimi istifadə etdikləri talvar və təndirxana binasına bitişik hissədə cavabdehlə r zəbt etdikləri yol yerində mal-qara saxlamaq üçün tövlə inşa etmiş, yol yerinə iki ədəd darvaza qoymuşlar. Cavabdehlərin yol yerini zəbt edərək inşa etdikləri tövlədə mal-qara saxlamaları nəticəsində ətrafa dözülməz qoxu yayılır və bu səbəbdən onlar öz evlərində sərbəst yaşayıb həyətyanı torpaq sahəsindən istifadə edə bilmirlər. Cavabdehlərə dəfələrlə müraciət edərək gediş-gəliş yolunu açmağı, qanunsuz inşa edilmiş tövlə binasını və darvazaları sökməyi, həmçinin zəbt etdikləri 21,23 kv.metrdən ibarət torpaq sahəsini boşaldaraq ona qaytarmalarını xahiş etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur. Açılmasını tələb etdiyi yolun yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aid olsa da, həmin yolun bağlanmas ı, yolun ərazisində qanunsuz tikili və qurğuların inşa edilməsi bilavasitə onun və ailə üzvlərinin mənafeyinə toxunur. O, həmin məsələ ilə bağlı Oğuz rayonu Muxas Bələdiyyəsinə şifahi müraciət etmiş, onun müraciətinə cavab olaraq qeyd edilən yolun yerləşdiyi ərazi qanunvericiliyə əsasən bələdiyyənin ərazisi hesab edilsə də, həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olması barədə rəsmi sənəd mövcud olmadığı, gediş-gəliş yolunun cavabdehlər tərəfindən bağlanılması ilə əlaqədar həmin şəxslərlə yerində söhbət aparıldığı, cavabdehlərin könüllü olaraq yolu açmağa razı olmadıqları bildirilmiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Hazırda da cavabdehlər gediş-gəliş yolunun açılmasına, yolun ərazisində qanunsuz tikili və qurğuların sökülməsinə etiraz edir. Ona görə də o, hazırki iddia təl əbi ilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızı da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi istifadədə olan yolun İddiaçı tərəfindən zəbt olunmuş hissəsinin sona qədər açılması, yol yerində inşa edilmiş tikili və qurğuların yola düşən hissəsinin İddiaçı vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişlər.
8. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələndiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə əsasən məhkəmə həmin iddiaya İddiaçı cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızına qarşı, Oğuz rayonu Muxas Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq qaytarılması, yolun açılması, bina və digər qurğuların sökülməsi tələbi barədə iddiası ilə birlikdə baxılmasını qərara almışdır.
9. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, onlar həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər və hazırda orada yaşayırlar. Həyətdə yardımçı tikililər də vardır. Lakin onlara məlum olmayan səbəblərdən həmin həyətyanı torpaq sahəsinə dair nə Cavabdeh1, nə də qardaşı X1 adına Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilməmişdir. Onlar bir müddət Rusiya Federasiyasında yaşamış, kəndə qayıdandan sonra hazırki iş üzrə İddiaçı yolun aşağı hissəsinin yarısını bağladığının şahidi olmuşlar. Yolun digər yarısı isə aşağı tərəfdəki qonşu, mərhum X3 tərəfindən bağlanmış, hazırki mülkiyy ətçi isə yolun açılmasına etiraz etmir. İddiaçı inşa etdirdiyi evin bir hissəsi yol yerinə düşür. Yol yerinin aşağı hissəsi bağlandığı üçün onlar da öz həyətlərinə paralel yerdən giriş qapısı qoymuşlar. İddiaçının həyətyanı torpaq sahəsinə 3 yerdən yol var. İddiaçının niyyəti yol yerini açdırmaq deyil, zəbt etdiyi torpaq sahəsini bir qədər də artırmaqdır. İddiaçı fərdi yaşayış evi inşa etdirdikdən sonra öz adına olan Çıxarış sənədini və Texniki pasportu dəyişərək faktiki vəziyyətə uyğun yeni saxta Çıxarış sənədi və Texniki pasport almışdır. Mübahisəli torpaq sahəsi ümumi istfadədə olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Onlar yol yerinin 5 metr deyil, 8 metr enində və sona qədər açılmasını istəyirlər və bu zaman özlərinə məxsus tövlənin, həmçinin, iddiaçının inşa etdirdiyi evin yol yerinə d üşən hissələri sökülməlidir. Qeyd olunan əsaslarla ümumi istifadədə olan yolun İddiaçı tərəfindən zəbt olunmuş hissəsinin sona qədər açılması, yol yerində inşa edilmiş tikili və qurğuların yola düşən hissəsinin onun vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişlər.
10. Birinci instansiya məhkəməsinin iclasında İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon Muxas Bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid ərazidən keçir. Qeyd olunan yolun b ir hissəsi hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızı tərəfindən bağlanmış və nəticədə həmin yol daralmışdır. Qeyd olunan yolun üzərində cavabdehlər tərəfindən tövlə binası inşa edilmişdir. İddiaçının müraciəti əsasında yolun açılması ilə əlaqədar cavabdehlərlə şifahi söhbətlər aparılmış, lakin müsbət nəticə əldə edilməmişdir. Həmin ərazinin mülkiyyət hüququnu tanıyan sənədləri mövcud olmasa da, qeyd olunan ərazi dövlət mülkiyyətinə ayrılan və ya xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinə aid olmadığından bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsi hesab edilir. Ancaq hazırki vəziyyətdə həmin ərazinin mülkiyyət hüququnu tanıyan sənədləri mövcud olmadığından bələdiyyə hər hansı şəxsə, o cümlədən hazırki iş üzrə iddiaçıya və ya cavabdehə qarşı heç bir tələb irəli sürə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə gedən yolun cavabdehlər tərəfindən bağlanıb-bağlanmadığını, qeyd olunan ərazidə yol mövcud olduğu halda, həmin yolun kimə məxsus ərazidən keçdiyini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinnin xx.xx.2021-ci il tarixli **********75 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və torpa q sahəsinin sxematik planına əsasən İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları eynidir.
13. Qeyd olunan Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 17,5 kv.metrdən ibarət hissəsi cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızının istifadəsindədir. İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və xx.xx.2021-ci il tarixli Texniki Pasporta görə iddiaçı tərəfindən açılması tələb olunan yol yeri cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızının istifadəsində olan həyətyanı torpaq sahəsinə qədər mövcuddur. Həmin yol yeri bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadə üçün saxlanılmışdır. İddiaçının açılmasını tələb etdiyi yolun başlanğıc və son hissələri torpaq sahəsinin sxematik planında öz əksini tapmış, həmin yolun başlanğıc hissəsindən son hissəsinə qədər naturada uzunluğu 160,0 metr, eni isə 5,0 metrdir. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95 manat təşkil edir).
14. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar mübahisə predmetinə aid olan əraziyə tərəflərin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin bir hissəsi cavabdehlərin istifadəsindədir. Cavabdehlər tərəfindən inşa edilmiş tövlə binasının bir hissəsi iddiaçının açılmasını tələb etdiyi yolun üzərindədir. Eyni zamanda, yolun üzərində cavabdehlər tərəfindən darvaza və qapı qoyulmuşdur. Kəndarası yolun cənuba doğru digər hissəsi isə İddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən bağlanmışdır. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində və torpaq sahəsinin sxematik planında həmin yolun sənəd üzrə eninin 5 metr olduğu bildirilsə də, mütəxəssisin iştirakı ilə sxematik planın miqyası tədqiq edilərkən gediş-gəliş yolunun açılması tələb edilən hissədə eninin 4 metr olduğu müəyyən edilmişdir.
15. Oğuz Ray on Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli 2(054)-424/2021 nömrəli qətnaməsi ilə (hakim K.Ş.Süleymanov) ilk iddia tələbi qismən təmin edilərək Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızı tərəfindən qeyriqanuni zəbt edilmiş 17,5 kv.metrdən ibarət hissəsi mütəxəssis rəyində və torpaq sahəsinin sxematik planında qeyd edilənlərə uyğun olmaqla boşaldılaraq iddiaçıya qaytarılması, evə və həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yol 40 metr uzunluğunda, 4 metr enində açılması, cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızı tərəfindən inşa edilmiş tikilinin ümumi istifadədə olan yolun ərazisinə düşən hissəsi, yolun üzərin də qoyulmuş darvaza və qapı cavabdehlərin vəsaiti hesabına sökülməsi, Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızının İddiaçı qarşı, Oğuz rayonu Muxas Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə, ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin açılması, yol yerində inşa edilmiş tikili və qurğuların yola düşən hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə 95 manat müayinə və tədqiqat xərci cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin hesabına ödənilməsi, ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumu məbləğinin İddiaçı aid edilməsi, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumu məbləğinin Cavabdeh1 aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, Oğuz rayonu Muxas kəndində yerləşən, ümumi sahəsi 92,3 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin qonşuluğunda - şərq tərəfində yerləşən həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızı istifadə edirlər. Qeyd olunan həyətyanı torpaq sahələri arasında yerləşən, bələdiyyə mülkiyyətinə aid olmaqla ümumi istifadə üçün olan kəndarası yolun bir hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Belə ki, cavabdeh lər tərəfindən inşa edilmiş tövlə binasının bir hissəsi onların özlərinin istifadəsində olan həyətyanı torpaq sahəsində, bir hissəsi isə yolun ərazisində yerləşir. Eyni zamanda, yolun üzərində cavabdehlər tərəfindən darvaza və qapı qoyulmuşdur. Kəndarası yolun cənuba doğru digər hissəsi isə İddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən bağlanmışdır.
17. Hazırda İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş 19,3 metr uzunluğunda, 1,1 metr enində olmaqla, 21,23 kv.metrdən ibarət hissəsinin boşaldılaraq qaytarılması, evinə və həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yolun 5 metr enində, 40 metr uzunluğunda açılması, yolun həyətyanı torpaq sahəsinə bitişik hissəsi ndə qeyri-qanuni inşa edilmiş tövlə binasının və iki ədəd darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsini tələb edir, eyni zamanda, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi özünün adına tərtib edilmiş hüquq müəyyənedici sənədlərə istinad edir və qarşılıqlı iddia tələbinə etirazının əsasları olaraq gediş-gəliş yolunun son hissəsinin onun tərəfindən bağlanmadığını bildirir. Cavabdehlər isə ümumi istifadədə olan yolun iddiaçı tərəfindən zəbt olunmuş hissəsinin sona qədər açılmasını, yol yerində inşa edilmiş tikili və qurğuların yola düşən hissəsinin iddiaçının vəsaiti hesabına sökülməsini tələb edirlər. Cavabdehlər ilk iddia tələbinə etirazlarının əsasları olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmiş, özlərinin qarşılıqlı iddia tələbinin əsası kimi isə öz istifadələrində olan həyətyanı torpaq sahəsinin X2 verilməsi ilə bağlı iclas protokollarından çıxarışlara və akta istinad edirlər.
18. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi, fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun bir hissəsinin cavabdehlər tərəfindən bağlanmış olması, həmin ərazidə tikili inşa edilməsi məhkəmə iclasında tamamilə sübuta yetirilmişdir. Həmin hallar iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. İş materiallar ından da göründüyü kimi, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt etmələri, iddiaçıya məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolu və ya bir hissəsini bağlamaları, həmin ərazidə tikili inşa etmələri üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir.
19. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızının qarşılıqlı iddia tələbində qeyd etdikləri, iddiaçının həyətyanı torpaq sahəsinə 3 yerdən yol olması, iddiaçının niyyətinin zəbt etdiyi torpaq sahəsini artırmaqdan ibarət olması, iddiaçının fərdi yaşayış evi inşa etdirdikdən sonra öz adına olan Çıxarış sənədini və Texniki pasportu dəyişərək faktiki vəziyyətə uyğun yeni saxta Çıxarış sənədi və Te xniki pasport alması barədə göstərdikləri xüsusatlarla bağlı qeyd edir ki, iddiaçının adına tərtib edilmiş hüquq müəyyənedici sənədlər məhkəmədə iddia qaydasında mübahisələndirilməmişdir və hazırki vəziyyətdə həmin sənədlər öz hüquqi qüvvəsindədir.
20. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edib ki, cavabdehlər mübahisə predmetinə aid olan yolun bir hissəsinin iddiaçının özü tərəfindən bağlandığını iddia etsələr də, mütəxəssis rəyi və yerində müayinənin nəticələri ilə müəyyən edilmişdir ki, yolun cənuba doğru digər hissəsi bağlanmış olsa da, həmin ərazinin İddiaçı hər hansı aidiyyəti yoxdur və yolun qeyd olunan hissəsi iddiaçı tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən bağlanmışdır.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mül ki Məcəlləsinin (bundan sonra-MM) 1.2, 6.1.7, 6.1.8, 140, 152.1, 157.2, 164.1 və 164.2-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh1 apellyasiya şikayəti verib, qətnaməsinin tam ləğv edilməsi, ilk iddia üzrə iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, 164.1-ci, 164.2-ci, 1.2-ci, 6.1.7-ci və 6.1.8-ci maddələri də məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Ona görə ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin iddia tələbi ilə məhkəməyə müraciə t etmək üçün subyektiv hüququ yoxdur. Çünki yol yerinə, darvaza və qapının olduğu əraziyə, tövlə binasının tikildiyi torpaq sahəsinə onun mülkiyyət hüququ yoxdur. Bundan başqa İddiaçı qeyd edilən yol boyu ev və təndirxana tikdiyinə görə həmin yoldan heç vaxt istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 54.1-ci, 54.2ci, 77.1-ci, 78.1-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Çünki mübahisələndirilən əraziyə məhkəmə tərəflərin iştirakı ilə yerli baxış keçirmiş və baxış zamanı İddiaçı yol yerinin bir hissəsini bağladığı müəyyən olunmuşdur. Yerli baxış zamanı yolun digər hissəsinin başqa qonşu tərəfindən bağlandığı müəyyən olunsa da məhkəmə həmin şəxsi üçüncü şəxs qismində cəlb etməmiş və tam araşdırma aparmamışdır. Bundan başqa məhkəməy ə təqdim olunmuş mütəxəssis rəyində yolun İddiaçı və digər qonşunun tərəfindən bağlanmış hissəsinin açıq yol kimi göstərilməsinə də məhkəmə münasibət bildirməmişdir. Muxas Bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında qeyd etdikləri isə hazırda şikayət etdikləri qətnamədə tamamilə təhrif olunmuş formada yazılmışdır. Əslində həmin yol yerinin bağlanması da, tikinti işlərinin aparılması da həmin vaxt Muxas Bələdiyyəsinin sədri işləmiş, hazırda isə Muxas Bələdiyyəsinin nümayəndəsi olan X4 icazəsi, razılığı, məsləhəti və iştirakı ilə olmuşdur. X6 yol yerinin Bələdiyyə mülkiyyətində olduğunu qeyd edərək, mülkiyyət sənədi olmadığı üçün iddia qaldıra bilmədiyini qeyd edir. Görəsən İddiaçı hazırki iddianı qaldıran zaman bələdiyyə mülkiyyətinə aid olan yol yerinə hansı mülkiyyə t sənədi olmuşdur? Məhkəmə bizim dəfələrlə ekspertiza keçirilməsi barədə müraciət etdiyimizi nəzərə almamış, bizim iştirakımızla istinad nöqtələri göstərilməklə ölçmə işlərinin aparılması barədə vəsatətlərimizi təmin etməmiş, yalnız ilk iddia üzrə iddiaçının mülkiyyət sənədini “imzalayan” mütəxəssisin verdiyi “rəyə” əsaslanmış və digər faktiki halları araşdırmadan şikayət etdiyim qanunsuz və əsassız qətnaməni qəbul etmişdir.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-306/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli 2(054)-424/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov )
25. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində məhkəmənin onların dəfələrlə ekspertiza keçirilməsi barədə müraciət etmələrini nəzərə almaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edib ki, birinci instansiya məhkəməsi obyektiv qərar qəbul etmək üçün zərurət yarandığından mütəxəssis rəyi almış və mübahisəli əraziyə yerində baxış keçirərək həmin halları sübut kimi qəbul edərək yekun nəticə qəbul etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdehlər (Vəkil1) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kasassiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya instansiyasının maddi və prosessual hüquq normalarını pozmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
29. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
31. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
32. Ma ddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
33. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
34. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
35. Maddə 166.3.....torpaq sahəsinin faktiki sahibi sahiblikdən özbaşına məhrumetmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Torpaq Məcəlləsi
36. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə
37. Maddə 1 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
44. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
45. Maddə 417.1.4. Kassasiy a məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikay ətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.
50. İddia tələbi əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələbidir.
51. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi, fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun bir hissəsinin cavabdehlər tərəfindən bağlanmış olması, həmin ərazidə tikili inşa edilməsi məhkəmə iclasında tamamilə sübuta yetirilmişdir. Həmin hallar iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. İş materiallarından da göründüyü kimi, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində həyətyanı torpaq sahəs inin bir hissəsini zəbt etmələri, iddiaçıya məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolu və ya bir hissəsini bağlamaları, həmin ərazidə tikili inşa etmələri üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir.
52. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə dair qeyd edir ki, iddiaçının həyətyanı torpaq sahəsinə 3 yerdən yol olması, iddiaçının niyyətinin zəbt etdiyi torpaq sahəsini artırmaqdan ibarət olması, iddiaçının fərdi yaşayış evi inşa etdirdikdən sonra öz adına olan Çıxarış sənədini və Texniki pasportu dəyişərək faktiki vəziyyətə uyğun yeni saxta Çıxarış sənədi və Texniki pasport alması barədə göstərdikləri xüsusatlarla bağlı qeyd edir ki, iddiaçının adına tərtib edilmiş hüquq müəyyənedici sənədlər məhkəmədə iddia qaydasında mübahisə ləndirilməmişdir və hazırki vəziyyətdə həmin sənədlər öz hüquqi qüvvəsindədir.
53. Qanunvericiliyə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. (Mülki Məcəllə, 157.8, 158.4, 164.2).
54. Göründüyü kimi, işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər yuxarıda qeyd edilən maddələrin tətbiq edilməsi düzgün olmuşdur.
55. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
56. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən ekspertiza təyin edilməməsi, bununla da maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Nadirova Gülşən Yaşar qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-306/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an