Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3580/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh firmasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əşyanın, bu mümkün olmadıqda onların dəyərinin, cavabdeh tərəfindən aparatlardan əldə etdiyi icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; İcarə müqaviləsi; icarə haqqı tələbi; icra obyektinin subicarəyə verilməsi; Sübutetmə yükü; ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh firmasına q arşı “əşyanın, bu mümkün olmadıqda onların dəyərinin, cavabdeh tərəfindən aparatlardan əldə etdiyi icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3317/2025 nömrəli, 2025-ci il 11 avqust tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə dair işə 10 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. GentleLase Pro 9914-9015-1553 və GentleLase Pro 9***-*******2 nömrəli lazer aparatlarının şəhadətnamələr mövcuddur.
2. Tərəflər arasında GentleLase Pro 9914-9015-1433 nömrəli lazer aparatına dair tərəflər arasında bağlanmış icarə müqaviləsi bağlamışlar. 3. 15.01.2021-ci il tarixli sifariş orderinə əsasən, Gent reLase Pro markalı lazer aparatının qiyməti 48.000 ABŞ dolları təşkil edir.
4. GentleLase Pro 9914-9015-1553 lazer aparatının icarəsi ilə bağlı müvafiq kassa mədaxil qəbzləri (3000 manat) və xx.xx.2024-cü il tarixli nasazlıq aktı əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh firmaya qarşı “2 ədəd lazer aparatının, bu mümkün olmadıqda onların dəyərinin, cavabdeh tərəfindən aparatlardan əldə etdiyi icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci il tarixdə cavabdeh firmadan müxtəlif adda 10 ədəd lazer aparatları almışdı r. İddiaçı cavabdeh firmanın təklifi əsasında həmin aparatları hər birinə görə 3000 manat olmaqla cavabdeh firmaya icarəyə vermişdir. Cavabdeh firma da həmin avadanlıqları Bakı şəhəri ərazisində yerləşən müxtəlif gözəllik salonlarına, klinikalara subicarəyə vermiş və əldə etdiyi gəlirlərdən hər bir aparata görə 3000 manat olmaqla iddiaçıya ödəmişdir. İddiaçı cavabdeh firmadan aldığı 10 ədəd lazer aparatının yalnız 2-sinin müvafiq alqı-satqı sənədləri iddiaçıda mövcud deyildir. İddiaçı hər birinin dəyəri 48.000 ABŞ dolları olan həmin 2 aparatı cavabdehə icarəyə vermişdir. 2020-2023-cü illərdə cavabdehin müvafiq əməkdaşları həmin icarə haqqını iddiaçıya ödəmişdir. 7.İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir
8. Cavabdeh firmanın nümayəndəsi və vək ili Vəkil2 sözügedən xüsusatın mövcud olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 9.İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında (audio-video qeydlərə əsasən 15:40 dəqiqədən etibarən) bildirmişdir ki, mübahisənin əsasını təşkil edən məsələ odur ki, iddiaçını cavabdeh firma ilə firmanın işçisi (şahid) Şamilov Elsevər tanış etmişdir, yəni müştəri kimi cəlb etmişdir. Bir müddətdən sonra Elsevərin özü ilə cavabdeh firma arasında mübahisələr yaranmış və cavabdeh firma iddiaçının Elsevər Şamilov tərəfindən müştəri kimi cəlb edilməsi səbəbindən iddiaçının aparatlarını geri qaytarmamış, sanki Elsevərin firma qarşısında öhdəlikləri ilə iddiaçının aparatlarını əvəzləşdirmişdir.
10. Cavabdeh firmanın keçmiş işçisi Şamilov Elsevər şahid qismində dindirilmiş və ifadə sində göstərmişdir ki, iddiaçı mübahisələndirilən aparatları həqiqətən cavabdeh firmadan almış və bununla bağlı müvafiq şəhadətnamələr verilmişdir. Həmin aparatlara görə aylıq kirayə haqqı olan 3000 manat pul o və digər əməkdaşlar tərəfindən mütəmadi olaraq hər ay ya iddiaçının özünə, ya da onun atası Abdulla müəllimə ödənilmişdir. Həmin aparatlardan “1553” nömrəli olanı uzun müddət icarəçi qismində Ləman xanımın istifadəsində olmuşdur.
11. Şahid qismində dindirilmiş Ləman xanım ifadəsində göstərmişdir ki, “2022-ci ilin dekabr ayından-14 fevral 2024-cü il tarixədək “GentleLase PRO 9914-9015-1553” aparat istifadəsində olmuşdur. Həmin aparatlara görə aylıq 3000 manat pul ödəyirdi. Həmin aparatları cavabdeh firmadan icarəyə götürmüşdü, bildiyi qədər həmin aparatların sahibi iddiaçı idi. Son uncu dəfə 14 fevral 2024-cü il tarixdə cavabdeh firmanın əvvəllər də tanıdığı əməkdaşı Elvin bəy aparatı onun salonundan götürdü və icarə münasibətlərinə son qoyuldu”.
12. X2 da göstərmişdir ki, “hər birinin dəyəri 48.000 (qırx səkkiz min) ABŞ dolları olan “GentleLase PRO 9914-9015-1553” və “GentleLase PRO 9914-9015-3042” Seriya nömrəli aparatları qızı olan iddiaçı ilə birgə cavabdeh firmadan almışdır. İddiaçı həmin aparatları şirkətə aylıq 3000 manata icarəyə vermişdir. Bununla bağlı hər ay vaxtı-vaxtında 3000 manat pulu o və özü ölkədə olanda iddiaçı almışdır”.
13. X1 izahatına əsasən bu izahatda Sübhan Elvin və Elsevər adlı şəxslərin tapşırığı ilə cavabdeh şirkətdən aldığı icarə haqqını iddiaçıya və ya onun atası Abdullaya verməsini göstərilib.
14. X5 göstərilənləri təkzib etmiş və Sübh ana belə bir tapşırıq verməməsini göstərmişdi.
15. Müvafiq vatsapp yazışmaları əlavə edilmişdir.
16. Yasamal RPİ 26-cı PB-də İddiaçı (bundan sonra mətndə-iddiaçı) müraciəti üzrə aparılmış araşdırma materialları əlavə edilmişdir.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-797/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddianın təmin edilməməsi və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
18. Məhkəmə qeyd edib ki, mülki işin mübahisəsiz halı məhz 2 ədəd GentleLase Pro 9914-9015-1553 və GentleLase Pro 9914-9015-3042 nömrəli lazer aparatlarının iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsi və cavabdeh tərəfindən geri qaytarılmaması ilə bağlıdır.
19. Məhkəmə iclasında şah id qismində dindirilən şəxslər iddiaçı ilə cavabdeh arasında lazer aparatlarına dair icarə münasibətlərinin olduğunu bildirsələr də, iddia ərizəsində qeyd olunduğu kimi iddiaçıya məxsus olan lazer aparatlarının sayının çoxluğu, aparatların hər birinin fərdi müəyyən əşyalar olaraq müvafiq nömrələrə malik olması, tərəflər arasında həmin lazer aparatlarına dair icarə müqaviləsinin bağlanmaması (GentleLase Pro 99149015-1433 nömrəli lazer aparatına dair tərəflər arasında bağlanmış icarə müqaviləsi iddiaçı tərəfindən təqdim edilmişdir), aparatalara dair təhvil-təslim aktlarının olmaması, icarə münasibətlərinin müddətinin və digər zəruri şərtləri barədə sübutların olmaması nəticəsində iddia ərizəsində göstərilən xüsusatlar sübuta yetirilmir. Bu səbəbdən, iddia tələbi sübuta yetirildiyi halda belə cavabdehin həmin əşyalardan hansı müddətə yararlanması, dolayısı ilə əsassız varlanma müddətinin və məbləğinin müəyyən edilməsi mümkün deyildir. Mübahisəyə dair isə mülahizə üzrə təxminin qərarın qəbul edilməsi məhkəmə qərarının qanuniliyi və əsaslılığı tələbinə cavab vermir.
20. Məhkəmə qeyd edib ki, şahid qismində izahatı alınmış X6 işəgötürənlə (cavabdeh firma) aralarında yaranmış problemlər səbəbindən işdən çıxması (ehtimal olunan qərəzin mümkünlüyü) nəzərə alınaraq, vaxtilə cavabdeh firmanın səlahiyyətli işçisi olsa da, iddiaçını tanısa da, iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin olduğunu bildirsə də, cavabdehin istifadəsində yüzlərlə lazer aparatlarının olması, iddiaçının özünün də bir neçə lazer aparatının olması səbəbindən məhz mübahisə predmeti olan əşyaların nömrələ rini əzbər bilməsi ağlabatan deyildir, həmin əşyaların cavabdeh tərəfindən sərəncamında saxlanılması, iddiaçıya geri qaytarılmaması üçün onun izahatı yetərli sübut deyildir.
21. Məhkəmə qeyd edib ki, şirkətlə aralarında mübahisənin olması, işdən çıxarılması X6 şahid qismində izahatının möt`əbərliyini sual altına alıb.
22. Odur ki, sonuncunun mübahisə üzrə maraqlı tərəf olması əsası ilə onun izahatları mötəbər sübut kimi qiymətləndirilməyib.
23. Digər mötəbər sübutlarla şahidlərin ifadəsi birlikdə qiymətləndirilməklə iddia tələbində göstərilən hallar təsdiqini tapdıqda iş materiallarına kompleks qiymət verilməklə iddia tələbi sübuta yetirilə bilər. Yalnız şahid ifadəsi hazırki iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Belə ki, həmin ifadələr mahiyyəti üzrə də iddia tələbinin t əmin edilməsinə yetərli deyildir.
24. Vatsapp yazışmalarının tarixi 2023-cü ilin oktyabr-dekabr aylarına aid olduğundan həmin yazışmalar mübahisə predmeti olan əşyaların hazırda (mübahisə predmeti olan dövr üzrə) cavabdehin sərəncamında olmasını sübut etmir.
25. İddia tələbinin həcmi (yüksək maliyyə məbləği), mahiyyəti və sübutetmə yükünün iddiaçının üzərində olması xüsusatı diqqətə alınmalıdır.
26. Əgər tərəflər arasında icarə münasibətləri olubsa münasibətlərin yazılı qaydada rəsmiləşdirilməməsi müqavilənin etibarsızlığına səbəb olmasa da, bu kimi mübahisələr zamanı sübutetmə funskiyasının təmin edilməsində çətinliklərə səbəb olur ki, bunun riski də subyektin öz üzərindədir.
27. Məhkəmə isə hazırki halda hər hansı faktı (icarə və s.) müəyyən etmir, iddia tələbinə mahiyyəti üzrə baxaraq s übutetmə həddi nöqteyi-nəzərdən tələbə dair yekun qərar qəbul edir.
28. Mübahisə predmeti olan 2 ədəd GentleLase Pro 9914-9015-1553 və GentleLase Pro 9914-9015-3042 nömrəli lazer aparatlarının hazırda cavabdehin sərəncamında qanunsuz saxlanılması, cavabdeh tərəfindən həmin aparatlardan əsassız faydalanması mötəbər sübutlarla sübuta yetirilmir.
29. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü iddiaçının üzərindədir.
30. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edib ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 700.1,704.1,704.2, 705 və 1091-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
32. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(004)-797/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını, işdə olan dəliləri düzgün araşdırmamış, mövcud sübutlara düzgün qiymət verməmiş və nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. İddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında mülki dövriyyənin olması, iddiaçının cavabdehdən mübahisələndirilən aparatları alması işin mübahisəsiz halıdır və iddia tələbi baxımından cavabdehin iddiaçı qarşısında müəyyən öhdəlikləri və ya bu öhdəlikdən irəli gələn vurulmuş zərəri ödəmək vəzifəsi yaranır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını göstərsə də, yekunda iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, aparatların iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan icarədə olduğu müddətlər ərzində, yəni 2020-ci ildən 2023-cü ilin dekabr ayınadək olan dövr ərzində şirkətin əməkdaşları Sübhan, Sabir, Elsevər, Kamran və Elvin hər ay mütəmadi olaraq pulları qeyd edildiyi kimi iddiaçının yaşadığı ünvan 1 ünvanının həyətində və ya şirkətin yerləşdiyi ünvanda iddiaçıya və ya onun atası X3 vermişdirlər. Sonuncu icarə pulu 2023-cü ilin noyabrında Elsevər tərəfindən cavabdeh firmanın yerləşdiyi Yasamal rayonu, Fuad İbrahimbəyov 19 ünvanının qarşısında verilmişdir. Həmin şəxslər bu halları təsdiq edə bilər. Qeyd edilən şirkətin əməli mənimsəmə və ya dələduzluq kimi qiymətləndirildiyindən tərəflərindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edilmiş, araşdırılması üçün ərizə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə göndərilmişdir. Araşdırma zamanı cavabdeh firmanın satış və servis rəhbəri X10 və mühəndis X9 izahatlarında iddiaçının ərizəsində qeyd edilənləri təsdiq edərək, 2020-ci ildən 2023-cü ilin noyabr ayınadək müxtəlif tarixlərdə mütəmadi olaraq iddiaçının yaşadığı ünvan 1 ünvanında icarə haqqı olan 3000 AZN pulu özünə və ya atasına çatdırmalarını və “GentleLase PRO 9914-9015-1553” və “GentleLase PRO 9**********2” Seriya nömrəli lazer aparatla rında nasazlıq olduğu halda servis tərəfindən sığorta əsasında təmir xidməti göstərdiklərini bildirmişlər. Digər şəxs, cavabdeh firmanın satış meneceri X11 da iddiaçının şirkətin müştərisi olması faktını təsdiq etmişdir. Habelə, “GentleLase PRO 99149015-1553” Seriya nömrəli lazer aparatı Ləman adlı şəxsə icarəyə verilmişdir ki, həmin şəxs də, həmin aparatın iddiaçıya məxsus olması faktını və uzun müddət həmin aparatın onun istifadəsində olması və buna görə hər ay icarə haqqı kimi 3000 manat pulun tərəfindən cavabdehə təqdim edildiyini məhkəmədə təsdiq etmişdir. Göründüyü kimi işin bu halları iddiaçıya məxsus əşyanın cavabdeh firmada olması halını təsdiq etməklə işin mübahisəsiz halını təsdiq edir. Lakin, cavabdeh firmaya dəfələrlə müraciət edilməsinə baxmayaraq, qeyd edilən əşyalar qaytarı lmamış və ya dəyəri ödənilməmişdir. İddiaçı ilə cavabdeh firma arasında əmək münasibətləri və bundan irəli gələn öhdəliklər mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh firma arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Ticarət nümayəndəsi vəzifəsində işə qəbul edilmişdir. Lakin şirkət tərəfindən aparılmış yoxlamalar zamanı işçi-cavabdeh X8 əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi, Satış nöqtəsinin potensialından artıq mal sifariş verməklə şirkətə maddi zərər vurmuşdur. Məhkəmə qətnaməsində təqdim edilmiş mövcud sübutlara, yəni vəsatət əsasında məhkəməyə dəvət edilmiş şahidlərin izahatlarını təfsir etmiş, qətnamədə işin düzgün və obyektiv həlli üçün əhəmiyyətli olan şahid ifadələrini göstərməmiş, göstərilmiş ifadəni isə kontekstdən çıxarılmış qaydada məhkəmə aktında əks etdirmişdir. Eyni zamanda məhkəmə təqdim edilmiş sübutu-tərəflər arasında olan “Whatsapp” tətbiqi vasitəsilə aparılan danışıqlara, əşyanın alqı-satqısının rəsmiləşdirilməsindən sonra əldə edilmiş şəhadətnamələrə və digər dəlilləri düzgün qiymətləndirməmişdir. Düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh firmanın iddiaçıya zərər vurması iş materiallarında olan sübutlarla işin mübahisələndirilməyən hissəsidir. Belə olan halda isə bu iddia tələbi həcmində iddiaçını sübutetmə vəzifəsindən azad edir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aid olduğundan tələbdə göstərilən zərərin olmamasını sübut etmə vəzifəsi cavabdeh firmanın üzərinə düşü r. Bundan başqa şahid X10 cavabdeh şirkətin keçmiş işçisi olması istər onlar, istərsə cavabdeh firmanın nümayəndəsi, istərsə də şahidin özünün məhkəmə iclası zamanı bildirdikləri ilə iş üzrə müəyyən edilmiş bir haldır. Lakin onun izahatının mötəbərliyinin sual altına alınmasının nə ilə əlaqəli olması, şahidin izahatının qeyri-mötəbərliyinin nədən ibarət olması məhkəmənin şəxsi mülahizəsindən başqa bir şey olmamaqla əlaqələndirilib əsaslandırılmamışdır. İş üzrə şahid Elsevər Şamilov cavabdehin keçmiş işçisi olmuşdur. Amma bu hal özlüyündə onun izahatının şübhə altına alınması üçün əsas ola bilməz. Şahid məhkəmə iclasında bildirmişdir ki, iddiaçı mübahisələndirilən aparatları həqiqətən cavabdeh firmadan almış və bununla bağlı müvafiq şəhadətnamələr verilmişdir. Həmin aparatlara görə aylıq ki rayə haqqı olan 3000 manat pul o və digər əməkdaşlar tərəfindən mütəmadi olaraq hər ay ya iddiaçının özünə, ya da onun atası Abdulla müəllimə ödənilmişdir. Həmin aparatlardan “1553” nömrəli olanı uzun müddət icarəçi qismində Ləman xanımın istifadəsində olmuşdur. Lakin şahidin bu izahatı konteksdən çıxarılmış şəkildə iddianın rədd edilməsi üçün lazım olan həddə qətnaməyə köçürülmüş və məhkəmə iclas protokolu ilə ziddiyyətli hala gətirilmişdir. Habelə, məhkəmənin ikinci əsaslandırması ondan ibarət olmuşdur ki, şahid ifadələri mahiyyəti üzrə də iddia tələbinin təmin edilməsinə yetərli deyildir. Lakin məhkəmə təkcə şahid izahatlarına istinad edərək mövqe qoysa da, digər təqdim edilmiş mötəbər sübutlara heç bir hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə iclasında digər şahid qismində izahat vermiş Ləman xanım göstərmişdir ki, “2022-ci ilin dekabr ayından-14 fevral 2024-cü il tarixədək “GentleLase PRO 9914-9015-1553” aparat istifadəsində olmuşdur. Həmin aparatlara görə aylıq 3000 manat pul ödəyirdi. Həmin aparatları cavabdeh firmadan icarəyə götürmüşdü, bildiyi qədər həmin aparatların sahibi iddiaçı idi. Sonuncu dəfə 14 fevral 2024-cü il tarixdə cavabdeh firmanın əvvəllər də tanıdığı əməkdaşı Elvin bəy aparatı onun salonundan götürdü və icarə münasibətlərinə son qoyuldu”. Eyni zamanda məhkəmə iclasında şahid qismində izahat verən X7 da göstərmişdir ki, “hər birinin dəyəri 48.000 (qırx səkkiz min) ABŞ dolları olan “GentleLase PRO 9914-9015-1553” və “GentleLase PRO 9914-9015-3042” Seriya nömrəli aparatları qızı olan iddiaçı ilə birgə cavabdeh firmadan almışdır. İddiaçı həmin apa ratları şirkətə aylıq 3000 manata icarəyə vermişdir. Bununla bağlı hər ay vaxtı-vaxtında 3000 manat pulu o və özü ölkədə olanda iddiaçı almışdır”. Göründüyü kimi şahid qismində dindirilmiş şəxslər iş üzrə obyektiv və düzgün nəticəyə gəlmək üçün izahatlar vermiş olsa da, nədənsə həmin izahatlar qətnamədə əksini tapmamış, onlara heç bir hüquqi qiymət verilməmiş və həmin izahatları təkzib edən əsaslandırma isə ümumiyyətlə mövcud deyildir. Habelə, birinci instansiya məhkəməsi iş üzrə mötəbər sübut olan tərəflər arasında “Whatsapp” tətbiqi vasitəsilə aparılan danışıqlara heç bir qiymət verməmiş, sadəcə “yazışmalar mübahisə predmeti olan əşyaların hazırda (mübahisə predmeti olan dövr üzrə) cavabdehin sərəncamında olmasını sübut etmir” deməklə sübutların üzərində ötəri keçmişdir. Belə ki, cavabde h firmanın və ya əməkdaşlarının istifadəsində olan çoxsaylı “Whatsapp” tətbiqi qruplarında və fərdi yazışmalarında iddiaçıya məxsus aparatların cavabdeh firmanın sərəncamında olması və həmin aparatların onların sərəncamı ilə mülki dövriyyəsinin təmin olunması halları tam əksini tapır. Belə ki, yazışmalarda “1553 PRO” aparatının sistemə əlavə olunması, xx.xx.2023-cü il tarixdə “Araş Loqistika” qrupunda “3042” nömrəli aparata görə 3000 manata alınması və onlarla bu cür yazışmalar öz əksini tapmış, aparatların həqiqətən cavabdeh firmanın sərəncamında olmasını işin mübahisəsiz halı etmişdir. Məhkəmənin diqqətinə xüsusilə “X22” “Whatsapp” tətbiqi qrupunda (red. qrup üzvləri siyahısında şirkətin direktoru Ehtiram Farzalibayov da var) “Elvin iş meneceri”-nin xx.xx.2023-cü il tarixdə saat 17:32-də yazmış olduğu yazıda 3042 Pro aparatına görə 2000 azn alındığı, 1000 azn xx.xx.2023-cü il tarixdə alınacağı, icarəçinin Sevinc adlı xanım olduğu, aparat sahibinin isə iddiaçı olduğu açıq aşkar görünsə də, məhkəmə təqdim edilmiş bu sübuta heç bir qiymət verməmişdir. Həmçinin, “GentleLase PRO 9914-9015-3042” seriya nömrəli aparatının mülkiyyətçisinin iddiaçının olması “X22” “Whatsapp” tətbiqi qrupunda (red. qrup üzvləri siyahısında şirkətin direktoru Ehtiram Farzalibayov da var) “Elvin iş meneceri”-nin xx.xx.2023 cü il tarixdə saat 17:45-də yazmış olduğu yazıda 3042 Pro aparatına görə Bərdə/Gülnar adlı şəxsdən 2550 manata alındığı, aparat sahibinin isə iddiaçı olduğu öz əksini tapır. Eyni zamanda “Araş Loqistika” qrupunda xx.xx.2023-cü il tarixli yazışmada 3042 Pro aparatına görə Sevinc xan ımdan Əhmədli qəsəbəsində 3000 manata alınması (3), həmin qrupda xx.xx.2023-cü il tarixdə olan yazışmada 1553 Pro aparatına görə Ləman xanımdan 3000 manata alınması (4) öz əksini tapır. Göründüyü kimi təqdim edilmiş “Whatsapp” tətbiqi proqramında aparılan yazışmalar və pulların təqdim edilməsinə dair qəbzlər “GentleLase PRO 9914-9015-1553” və “GentleLase PRO 9914-9015-3042” seriya nömrəli aparatlarının mülkiyyətçisinin iddiaçı olmasını işin mübahisələndirilməyən və təkzib edilməz halı olmasını müəyyən etsə də, məhkəmə bu hissədə də, qanunsuzluğa yol vermiş, sübutlara düzgün qiymət verməmişdir. Habelə, cavabdeh firmanın nümayəndəsi məhkəmə iclası zamanı verilmiş sualları cavablandırarkən bildirmişdir ki, “ümumiyyətlə belə bir aparatlar olmamış, eyni nömrədə bir neçə aparat ola bilər”, lakin məhkəmə bu hala qiymət verməmiş, qeyd edilən aparatların fərdi nömrəyə sahib olmasını və bu cür qeydiyyatdan keçirilərək fərdiləşdirilməsini nəzərə almamışdır.
34. Cavabdeh firmanın nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(103)-3317/2025 nömrəli qətnamə ilə, (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), V.Vəkil1, S.X.Bəhrəmzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(004)-797/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özü nə aid edilməsini qət etmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edib ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır.
37. İddiaçı iddia etdiyi kimi hazırki mübahisə predmeti olan 2 lazer aparatını iddiaçıya icarə verməsinə baxmayaraq nəyə görə aralarında icarə müqaviləsinin bağlanmamasının səbəblərinə dair ağlabatan izah verməmişdir. İddiaçı tərəfin izahatlarına görə iddiaçı biznes işlərinə görə ölkə xaricində tez-tez səfərlərdə olduğu üçün sözügedən müqavilələri bağlamaq imkanı yox idi.
38. Məhkəmə kollegiyası iddiaçı tərəfin göstərilən məsələyə dair mövqeyinə tənqidi yanaşaraq hesab edib ki, iddiaçı tərəfin bildirdiyi kimi aparatlar icarəyə verilən müddət ərzində, yəni, 2020-ci ildən 2023-cü ilə kimi iddiaçı ölkədən xaricə getsə də, faktiki olaraq həmin dövrdə Azərbaycan Respublikasının ərazisində olan vaxt ərzində cavabdehlə icarə münasibətləri olduğu təqdirdə bu icarə müqavilələri rəsmiləşdirməyə kifayət qədər vaxtı və imkanı olmuşdur.
39. İddiaçı tərəfindən aparatların icarəyə verilməsini təsdiqi kimi kollegiyaya təqdim etdikləri çəhrayı rəngdə olan kassa mədaxil qəbzləri və nasazlıq aktları ilə bağlı qeyd edilmişdir ki, cavabdeh tərəf bu sənədlərin onlara məxsus olmadığını göstərmiş və bunu özlərinin fərqli kassa mədaxil orderlərini təqdim etməklə əsaslandırmışlar. Vizual baxış zamanı tərəflərin təqdim etdikləri qəbzlər tamamilə fərqli olması aydın görünür. İddia çının təqdim etdiyi qəbzlərdə möhür digər rekvizitlər olmamış, cavabdehin təqdim etdiyi digər illər üçün digər şəxslərlə aralarında olan münasibətlərə dair verdiyi qəbzlərdə isə gerb, möhür, nömrə və digər rekvizitlər olması aydın görünür.
40. Həmçinin kollegiya qeyd edib ki, lazer aparatları icarəyə verildiyi və cavabdeh də bu icarə haqlarını ödədiyi faktı həqiqətən baş verdiyi halda cavabdehin ödəmə sənədləri kassa məxaric sənədi olmalı idi. Lakin iddiaçının təqdim etdiyi çəhrayı qəbzlər kassa mədaxil qəbzləri olmuşdur. İddiaçının təqdim etdiyi qəbzlərin məzmun və mahiyyətindən belə aydın olur ki, cavabdeh öz hesabına pul vəsaitləri mədaxil etmişdir. Başqa sözlə, belə çıxır ki, cavabdeh iddiaçıya guya icarə haqqı ödədiyi halda özü öz hesabına pul vəsaiti mədaxil etməklə məşğul olmuş və b una dair qəbz doldurmuşdur. Kollegiya hesab edib ki, təqdim edilən qəbzlərin fərqli və ziddiyyətli olması ilə əlaqədar bu ziddiyyətlərin aradan qaldırılması üçün iddiaçıya bundan əvvəl cavabdehlə lazer aparatlarının icarəyə verilməsi əsasında ödənilmiş pulların qəbzlərinin surətlərinin təqdim edilməsi təklif olunsa da, təqdim olunmamışdır (baxmayaraq ki, təqdim edilən sənəd sonrakı sübutlara aid olacaqdır). İşin bu anlaşılmayan və ağlabatan mühakiməyə uyğun olmayan halları baxımından kollegiya iddiaçının tələblərinin əsaslandığı halların məntiqi izahının da belə olmaması qənaətinə gəlib.
41. Kollegiya şahid ifadələri ilə bağlı şikayətin dəlilinə qiymət verərək qeyd edib ki, bununla bağlı birinci instansiya məhkəməsinin baxışı zamanı verilən mövqeyi düzgündür. Belə ki, məhkəmə iclasında şah id qismində dindirilən şəxslər iddiaçı ilə cavabdeh arasında lazer aparatlarına dair icarə münasibətlərinin olduğunu bildirsələr də, iddia ərizəsində qeyd olunduğu kimi iddiaçıya məxsus olan lazer aparatlarının sayının çoxluğu, aparatların hər birinin fərdi müəyyən əşyalar olaraq müvafiq nömrələrə malik olması, tərəflər arasında həmin lazer aparatlarına dair icarə müqaviləsinin bağlanmaması (“GentleLase Pro 9914-9015-1433” nömrəli lazer aparatına dair tərəflər arasında 2020 bağlanmış icarə müqaviləsi iddiaçı tərəfindən təqdim edilmişdir), aparatalara dair təhviltəslim aktlarının olmaması, icarə münasibətlərinin müddətinin və digər zəruri şərtləri barədə sübutların olmaması nəticəsində iddia ərizəsində göstərilən xüsusatlar sübuta yetirilməyib. Bu səbəbdən, iddia tələbi sübuta yetirildiyi halda belə cavabdehin həmin əşyalardan hansı müddətə yararlanması, dolayısı ilə əsassız varlanma müddətinin və məbləğinin müəyyən edilməsi mümkün deyildir. Mübahisəyə dair isə mülahizə üzrə təxmini qərarın qəbul edilməsi məhkəmə qərarının qanuniliyi və əsaslılığı tələbinə cavab vermir.
42. Bundan başqa şahid qismində ifadəsi alınmış X6 ifadəsi ilə bağlı məhkəmənin mövqeyi ilə də kollegiya razılaşmışdır. Belə ki, işəgötürənlə (cavabdeh firma) aralarında yaranmış problemlər səbəbindən işdən çıxması (ehtimal olunan qərəzin mümkünlüyü) nəzərə alınaraq, vaxtilə cavabdeh firmanın səlahiyyətli işçisi olsa da, iddiaçını tanısa da, iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin olduğunu bildirsə də, cavabdehin istifadəsində yüzlərlə lazer aparatlarının olması, iddiaçının özünün də bir neçə l azer aparatının olması səbəbindən məhz mübahisə predmeti olan əşyaların nömrələrini əzbər bilməsi ağlabatan deyildir, həmin əşyaların cavabdeh firma tərəfindən sərəncamında saxlanılması, iddiaçıya geri qaytarılmaması üçün onun izahatı yetərli sübut deyildir.
43. Bununla yanaşı iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında (audio-video qeydlərə əsasən 15:40 dəqiqədən etibarən) bildirmişdir ki, mübahisənin əsasını təşkil edən məsələ odur ki, iddiaçını cavabdeh firma ilə firmanın işçisi (şahid) Şamilov Elsevər tanış etmişdir, yəni müştəri kimi cəlb etmişdir. Bir müddətdən sonra Elsevərin özü ilə cavabdeh firma arasında mübahisələr yaranmış və cavabdeh firma iddiaçının Elsevər Şamilov tərəfindən müştəri kimi cəlb edilməsi səbəbindən iddiaçının aparatlar ını geri qaytarmamış, sanki Elsevərin firma qarşısında öhdəlikləri ilə iddiaçının aparatlarını əvəzləşdirmişdir. Göründüyü kimi, bu halın özü belə (şirkətlə aralarında mübahisənin olması, işdən çıxarılması) X6 şahid qismində izahatının mötəbərliyini sual altına alır. Odur ki, sonuncunun mübahisə üzrə maraqlı tərəf olması əsası ilə onun izahatları mötəbər sübut kimi qiymətləndirilməyib.
44. Kollegiya digər şahid Ləmanın da ifadəsinə tənqidi yanaşaraq qeyd edib ki, əvvəl o bu aparatların birinin iddiaçıya məxsus olmasını eşitdiyinə görə bildirmiş, konkret ona məxsus olmasını bilmir. Həmçinin də Ləman özü cavabdehdən lazer aparatının birini icarəyə götürmüşsə bunu icarə müqaviləsi ilə rəsmiləşdirilməli idi. Daha sonra aparatın ondan Elvin adlı şəxs tərəfindən götürülməsini göstərsə də, təhvil verilərkən hər hansı sənəd (akt) tərtib edilməməsinin, nəyə görə məhz həmin şəxsə və hansı əsaslarla verilməsini şahid göstərə bilməmişdir.
45. Kollegiya qeyd edib ki, işgüzar adətlərə əsasən icarə olunan əşyanın götürülməsi və təhvil verilməsi buna dair icarə haqqı ödənilməsi baxımından hər bir halda rəsmiləşdirilməsinə üstünlük verilir. Şahidin ifadəsindən isə icarəyə götürdüyü aparatın digər şəxsə aid olduğu halda bu aparatı icarəyə verməyən şəxs tərəfindən rahatlıqla heç bir sənədləşmə olmadan götürməsi inandırıcı görünmür.
46. Kollegiya aparatın iddiaçı tərəfindən cavabdeh firmaya 3000 manata icarəyə, sonuncunun da həmin aparatın Ləmana eyni qiymətlə də subicarəyə verməsi kimi dəlilə də tənqidi yanaşaraq iddiaçı ilə şahidin bununla bağlı göstərdiklərinin də inandırıcı olmamasını qeyd edib. 3000 manat icarə haqqı ilə əşyanı icarəyə götürən şəxsin həmin əmlakı eyni məbləğə digər şəxsə subicarəyə verərkən maddi marağı olmaması sual doğuran hal olmaqla hazırki vəziyyət üçün ağlabatan sayıla bilməz.
47. Kollegiya iddiaçının şikayətinin dəlilləri və şahid ifadəsi üzrə bu qənaətlərə gələrkən Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən tələb olunmuş material üzrə olan halları da diqqətə almışdır.
48. Belə ki, şahid Ləmanın məhkəmədə verdiyi ifadəsinə qeyd edilən material üzrə qiymət verilməsi zəruridir.
49. Lakin bundan əvvəl kollegiya qeyd etməyi zəruri sayıb ki, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar polis orqanlarından tələb edilmiş materialda apellyasiya şikayətində adı qeyd edilən X4 izahatına qiymət verilməlidir. Çünki, bu izahatda Sübhan E lvin və Elsevər adlı şəxslərin tapşırığı ilə cavabdeh şirkətdən aldığı icarə haqqını iddiaçıya və ya onun atası Abdullaya verməsini göstərsə də, izahatı alınmış, adı şikayətdə hallanan X14 göstərilənləri təkzib etmiş və Sübhana belə bir tapşırıq verməməsini göstərmişdi.
50. Məhkəmə kollegiyası X4 izahatını sübut növü kimi qiymətləndirməyib və qeyd edib ki, onun izahatında qeyd etdiyi Elsevər və Abdulla adlı şəxslərin şahid qismində verdiyi ifadələrinə qiymət verilmişdir.
51. Apellyasiya şikayətində Elvin adlı şəxsin Lazer aparatını Ləmanın salonundan götürməsi barədə qeyd olunsa da, polis bölməsindən alınmış materialda həmin şəxsin izahatında bu halla bağlı heç nə göstərilməmişdir.
52. Kollegiya bu konteksdə şahid Ləmanın da ifadəsinə qeyd edilən material üzrə qiymət verməkdə davam edərək qeyd edib ki, polis bölməsindən alınmış materialda Elvin adlı şəxsin izahatında Ləmanın izahatında göstərilənlərlə bağlı heç nə təsdiq etmədiyindən bu ifadə göstərilən əsasa görə də sübut kimi qiymətləndirilə bilməz.
53. Həmçinin kollegiya qeyd edib ki, digər şahid Abdulla iddiaçının atası olmaqla şahid qismində verdiyi ifadəsi sübut kimi qiymətləndirilə bilməz.
54. Belə ki, şahidin ifadəsi qızı olan iddiaçını maraq və mənafeyi üçün verilmiş ifadə kimi qiymətləndirilir.
55. Eyni zamanda “Whatsapp” yazışmaları ilə bağlı iddiaçı tərəfin dəlilləri ilə əlaqədar Məhkəmə Kollegiyası qeyd edib ki, cavabdeh tərəf belə bir yazışmaların, orada adları qeyd edilən qrupların cavabdehə məxsus olmasını tam inkar etdiyindən bu yazışmalar da sübut növü kimi qiymətləndirməyib.
56. İddiaçı tələbinin əsası ki mi şahid ifadələrinə eləcə də “Whatsapp” yazışlamarına istinad etsə də, işin faktiki halları ilə 2 ədəd “GentleLase Pro 9914-9015-1553” və “GentleLase Pro 9914-9015-3042” nömrəli lazer aparatlarının hazırda cavabdeh firmanın sərəncamında qanunsuz saxlanılması, cavabdeh tərəfindən həmin aparatlardan əsassız faydalanması işin faktiki halları ilə müəyyən edilməmiş, mötəbər sübutlarla sübuta yetirilməyib.
57. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edib ki, cavabdehin iddiaçı qarşısında müəyyən öhdəlikləri və ya bu öhdəlikdən irəli gələn vurulmuş zərəri ödəmək vəzifəsi yaranması, cavabdeh iddiaçıya zərər vurması iş materiallarında olan sübutlarla işin mübahisələndirilməyən hissəsi kimi dəlilləri də işin araşdırılmış halları ilə əsassız olmaqla təsdiqini tapmamışdır. Həmçinin də, zərərin olmamasını sübutetmə vəzifəsi cavabdehin üzərinə düşməsi dəlili də əsassızdır. Belə ki, zərərin olmasını sübut etmə vəzifəsi ilk növbədə iddiaçının üzərinə düşür.
58. Daha sonra kollegiya şikayətin verilən izahatı konteksdən çıxarılmış şəkildə iddianın rədd edilməsi üçün lazım olan həddə qətnaməyə köçürülməsi və məhkəmə iclas protokolu ilə ziddiyyətli hala gətirilməsi ilə bağlı dəlilə də qiymət verərək ilk olaraq qeyd edib ki, əvvəla iclas protokoluna bu hallarla bağlı müvafiq qeydlər verilməsi işdən görünmür. İkincisi də kollegiya qeyd edib ki, protokol stenoqramma deyil və orada işin mühüm halları göstərilir. Bundan da əlavə məhkəmə iclasları audio-video yazı ilə aparılır ki, bu da verilən izahatların təhrif edilməsini qarşısının alınması məqsədi ilədir. Hazırki iş ü zrə audio-video yazıda əks edilmiş izahatlarla protokollarda əks edilmiş izahatlar arasında ziddiyyətlər olması müəyyən edilmədi.
59. Kollegiya şikayətin dəliləri ilə bağlı ümumilikdə bu qənaətə gəlib ki, şikayət müəllifi şikayəti formal, başqa sözlə, şikayət verilməsi xatirinə vermişdir.
60. Belə ki, şikayətdə ümumi, əsaslandırılmamış hallardan əlavə, işə aid olmayan hallara da (X12 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək mübahisəsi) istinad edilmişdir.
61. Belə olan halda Məhkəmə Kollegiyası hesab edib ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz.
62. Qeyd olunanlara əsasən müəyyən olunub ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç b ir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
63. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilməyib. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
64. Beləliklə Məhkəmə Kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Məhkəmə Kollegiyası hesab edib ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
66. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 700.1, 704.1, 704.2, 705, 1091.1 və 1091.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 106.1, 107, 119.1, 217.1, 217.3, 218.1, 382, 384.0.1, 385, 384-386, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:
67. İddiaçı (onun vəkili Vəkil1) apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3317/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xa hiş etmişdir.
68. Kassasiya şikayəti apellyasiya şikayətilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını göstərsə də. yekunda iş üzrə səhv nətiəcyə gəlmişdir. Belə ki, aparatların iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan icarədə olduğu müddətlər ərzində, yəni 2020-ci ildən 2023-cü ilin dekabr ayınadək olan dövr ərzində şirkətin əməkdaşları Sübhan, Sabir, Elsevər, Kamran və Elvin hər ay mütəmadi olaraq pulları qeyd edildiyi kimi iddiaçının yaşadığı ünvan 1 ünvanının həyətində və Şirkətin yerləşdiyi ünvanda iddiaçıya və ya o nun atası X3 vermişdirlər. Sonuncu icarə pulu 2023-cü ilin noyabrında Elsevər tərəfindən “ARASH Dental and Beauty” firmasının yerləşdiyi Yasamal rayonu, Fuad İbrahimbəyov 19 ünvanının qarşısında veril mişdir. Həmin şəxslər bu halları təsdiq edə bilər. İddiaçı tərəfindən cavabdeh firmanın əməli mənimsəmə və ya dələduzluq kimi qiymətləndirildiyindən iddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edilmiş, araşdırılması üçün ərizə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə göndərilmişdir.Göründüyü kimi işin bu halları iddiaçıya məxsus əşyanın cavabdehdə olması halını təsdiq etməklə işin mübahisəsiz halını təsdiq edir. Lakin, cavabdeh firmaya dəfələrlə müraciət edilməsinə baxmayaraq, qeyd edilən əşyalar iddiaçıya qaytarılmamış və ya dəyəri ödənilməmişdir. Məhkəmə qətnaməsində iddiaçı tərəfindən təqdim edilmiş mövcud sübutlara, yəni iddiaçı tərəfin vəsatətiləri əsasında məhkəməyə dəvət edilmiş şahidlərin izahatlarını təfsir etmiş, qətnamədə işin düzgün və obye ktiv həlli üçün əhəmiyyətli olan şahid ifadələrini göstərməmiş, göstərilmiş ifadəni isə kontekstdən çıxarılmış qaydada məhkəmə aktında əks etdirmişdir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutu-tərəflər arasında olan whatsapp tətbiqi vasitəsilə aparılan danışıqlara, əşyanın alqı-satqısının rəsmiləşdirilməsindən sonra əldə iddiaçının əldə etdiyi şəhadətnamələri və digər dəlilləri düzgün qiymətləndirməmiş, düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh firmanın iddiaçıya zərər vurması iş materiallarında olan sübutlarla işin mübahisələndirilməyən hissəsidir. Belə olan halda isə bu iddia tələbi həcmində iddiaçını sübutetmə vəzifəsindən azad edir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aid olduğundan odur k i, tələbdə göstərilən zərərin olmamsını sübut etmə vəzifəsi cavabdeh firmanın üzərinə düşür. Məhkəmənin mövqeyi ilə bağlı iddiaçı bildirmək istəyir ki, məhkəmə işin tam mahiyyətindən kənar yanaşma qoyaraq, aparatların icarəyə verilməsi halını işin mübahisəli və təsdiqini tapmayan halı kimi müəyyən etmişdir. Halbuki, iş üzrə şahid qismində izahat vermiş şəxslər hər biri ayrı-ayrılıqda aparatların nəinki icarəyə verilməsi halını, hətta nə zaman, kim tərəfindən geri qaytarılması halını belə ətraflı göstərmişdilər. Nəinki şahid ifadələri, habelə, iş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş yazışmalar, whatsapp tətbiqində cavabdehin özünün yazdıqları aparatların icarədə olması faktını tam olaraq göstərir. Lakin məhkəmə əsassız olaraq şahidlər Elsevər və Ləmanın izahatların “maraqlı şəxs ” kimi tənqidi yanaşma qoyaraq, bu tənqidi münasibətin nədən əmələ gəlməsini əsaslandırmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərlə hansı dövrün ödənişlərinin edilməsi, hansı dövrlərin isə ödənişinin edilməməsi tam olaraq öz əksini tapır. Əgər, məhkəmə həmin qəbzlərin həqiqiliyini şübhə altına alırdısa və digər şübhəli hal kimi cavabdehin təqdim etdiyi qəbzlərin iddiaçının təqdim etdiyi qəbzlərdən fərqli olmasına dair çıxardığı Xüsusi Qərardad idisə, bu şübhələri ya ekspert rəyi ya da AR Dövlət Vergi Xidmətinə müvafiq sorğu verməklə aradan qaldıra bilərdi ki, bunu etməməklə işin faktiki nəticəsində maraqlı tərəf kimi çıxış etmişdir. Eyni zamanda iddiaçı bildirir ki, o istər birinci, istərsə də apellyasiya instansiyasında icraat zamanı bildirmişdir ki, mübahisələndirilən iş üzrə ic arə müqaviləsi cavabdeh firma ilə aralarında əvvəlki işgüzar əlaqə və etimada görə cavabdeh firmadan tələb edilməyib. Həmin müqavilələr cavabdeh firmada olduğu üçün məhz iddiaçının bu 2 aparatını qaytarmırlar. Çünki güman edirlər ki, nə qədər icarə müqaviləsi onların əlindədir, məhkəmə məhz bu müqaviləni istəyəcək və iddiaçının təqdim etməməsi işin prespektivini heçə endirəcək. Halbuki, digər sübutlarla cavabdeh firma ilə iddiaçının icarə münasibətində olmağı öz təsdiqini tapır. Həmçinin, iddiaçı məhkəmənin kassa mədaxil və ya kassa məxaric orderi ilə bağlı kollegiyanın diqqətinə çatdırır ki, kassa məxaric orederi nəğd pulun kassadan (yəni özlərinə məxsus pulun) verilməsini rəsmiləşdirmək üçün istifadə olunan əsas mühasibatlıq sənədidir. Hazırkı işdə mahiyyət bundan ibarətdir ki, cavabdeh firma öz pulunu yox, məhz iddiaçıya məxsus aparatlardan əldə etmiş olduğu pulu mədaxil qəbzləri ilə öz kassasına mədaxil edir. İddiaçı tərərfindən məhkəməyə təqdim edilən qəbzlər məhz cavabdeh firma tərəfindən aylıq icarə pulu verilərkən pulla birgə təqdim edilən mədaxil qəbzləridir ki, aparatların icarəsinə görə alınan pulların məbləği barədə şübhə yaranmasın. Lakin məhkəmə isə işin mahiyyətini tam düzgün bilmədən ya da öz əsassız mövqeyini əsaslandırmaq üçün bütün şahid ifadələrinə tənqidi yanaşmış, suallarına iddiaçı tərəfindən verilən cavabları isə bir sözlə ağlabatan hesab etməklə üzərindən ötəri keçmişdir. Yəni iş üzrə məhkəmənin əsaslandırması bircədir: Tənqidi yanaşma və ağlabatan olmayan. İddiaçı vurğulayıb ki, şahid iltizamı, şahidin andı məhz şahid ifadələrinin mötəbərliyini təm in etmək üçündür. Fərz edək, şahid Elsevər Şamilovun izahatı kollegiyada şübhə yaradır, bəs şahid Ləman və Abdulla Məmmədovun izahatının qeyri-mötəbərliyinın səbəbi bildirilməmişdir. Göründüyü kimi şahid qimsində dindirilmiş şəxslər iş üzrə obyektiv və düzgün nəticəyə gəlmək üçün izahatlar vermiş olsa da, nədənsə həmin izahatlar qətnamədə əksini tapmamış, onlara heç bir hüquqi qiymət verilməmiş və həmin izahatları təkzib edən əsaslandırma isə ümumiyyətlə mövcud deyildir. Habelə, məhkəmə kollegiyası iş üzrə birinci instansiyada icraat zamanı iddiaçı tərəfindən təqdim edilmiş mötəbər sübut olan tərəflər arasında whatsapp tətbiqi vasistəsilə aparılan danışaqlara heç bir qiymət verməmiş, sadəcə “yazışmalar mübahisə predmeti olan əşyaların hazırda (mübahisə predmeti olan dövr üzrə) cavabdehin sərəncamında olmasını sübut etmir” deməklə sübutların üzərindən ötəri keçmişdir. Məhkəmənin diqqətinə xüsusilə “X19” whatsapp tətbiqi qrupunda (red. qrup üzvləri siyahısında şirkətin direktoru Ehtiram Farzalibayov da var) “Elvin iş meneceri”-nin xx.xx.2023-cü il tarixdə saat 17:32-də yazmış olduğu yazıda 3042 Pro aparatına görə 2000 azn alındığı, 1000 azn xx.xx.2023-cü il tarixdə alınacağı, icarəçinin Sevinc adlı xanım olduğu, aparat sahibinin isə iddiaçı olduğu açıq aşkar görünsə də, məhkəm iddiaçı tərəfindən təqdim edilmiş bu sübuta heç bir qiymət verməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş whatsapp tətbiqi proqramında aparılan yazışmalar və pulların təqdim edilməsinə dair qəbzlər GentleLase PRO 9914-9015-1553 və GentleLase PRO 9914-9015-3042 Seriya nömrəli aparatların ın mülkiyyətçisinin iddiaçı olmasını işi mübahisələndirilməyən və təkzib edilməz halı olmasını müəyyən etsə də, məhkəmə bu hissədə də, qanunsuzluğa yol vermiş, sübutlara düzgün qiymət verməmişdir. Habelə, cavabdeh firmanın nümayəndəsi məhkəmə iclası zamanı vermiş olduğumuz sualları cavablandırarkən bildirmişdir ki, “bizdə ümumiyyətlə belə bir aparatlar olmamış, eyni nömrədə bir neçə aparat ola bilər”. Lakin məhkəmə bu hala qiymət verməmiş, qeyd edilən aparatların fərdi nömrəyə sahib olmasını və bu cür qeydiyyatdan keçirilərək fərdiləşdirilməsini nəzərə almamışdır. İlk öncə, birinci və apellyasiya instansiya məhkəmələrində 10-dan çox iclas keçirilmiş, hazırlıq iclası 2 dəfə təxirə alınmış, tərəflərə sübutlarını təqdim etmək təklif edilmişdir. Lakin cavabdeh tərəfindən aylarla çəkən bu 10 ic las zamanı bu qəbzlər sübut kimi təqdim edilməmişdir. Nədənsə, apellyasiya instansiya məhkəməsi 5 iclasdan sonra gecikmiş sübutu qəbul edərək, ona qiymət verir, bununla da Mülki-Prosessual Məcəllənin tələblərini kobudcasına pozur. Prosessula Məcəlləyə son dəyisikliklər məhz sübutların apellyasiya instansiyasında 5-ci iclasdan sonra qəbulunu mümkünsüz edir. İddiaçı tərəf ümumiyətlə cavabdeh firma tərəfindən təqdim edilmiş qəbzlərlə bağlı da narahatçılıq keçirmədiyini vurğulayır. Çünki, tərəfindən təqdim edilən qəbzlərin həqiqiliyinə və onların cavabdeh firma tərəfindən iddiaçıya verildiyinə zərrə qədər şübhələri belə yoxdur. Sadəcə apellyasiya instansiya məhkəməsi həm ekspert rəyi ilə onların həqiqiliyini müəyyən edəcəyi halda bunu etməmiş, həm də bu hissədə araşdırma aparmadan tez bir şəki ldə qanunsuz qətnamə çıxarmışdır. Yuxarıda, qeyd edilən məhkəmənin gəldiyi nəticədən də görünür ki, məhkəmə ümumiyyətlə işin mahiyyətinə, tərəflərin münasibətinə və iş materiallarında olan sübutlara diqqət yetirməmiş. İşin halları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlara deyil, özünün yaratdığı xəyali bir münasibətlər haqqında fikir yürütmüşdür. Əks təqdirdə, nə iş materialları ilə təsdiqini tapan, nə də məhkəmə kollegiyası tərəfindən araşdırılmayan məsələlər barədə məhkəmənin belə dolğun informasiyaya malik olması mümkün ola bilməzdi. İddiaçı hesab edir ki, qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv üçün kifayətdir və ləğv edilməlidir.
69. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Resp ublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 157.1, 157.5, 324.1, 329.2, 329.3, 427.3, 442, 443.1, 448.1, 448.2, 450.1, 700.1, 700.2, 700.3, 1096.1 və 1096.2-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 2.2 və 2.4-cü bəndlərinə, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 77.1, 88, 104.3, 106.3, 217.1, 217.3, 217.4, 218.1, 416.1, 416.2, 417.1.3, 418.1-ci maddələrinə istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
70. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
71. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
72. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obye ktdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
73. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
74. Maddə 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.
75. Maddə
705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə et diyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
76. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
77. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
78. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məh kəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
81. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
82. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi hallar ın müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 86.Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 88.Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” i şi üzrə).
89. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 90.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mali k olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 91.Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 92.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hall arının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 93.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3317/2025 nömrəli, 11 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.