Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3581/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3581/2022 (Açar sözlər: gediş-gəliş yolunun üzərinə servitut qoyulması) Bakı şəhəri 04 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “gediş-gəliş yolunun üzərinə servitut qoyulması” tələbinə dair mülki iş ü zrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-257/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2012-ci il tarixli, 2 inz (84)115/2012 saylı qərarı ilə iddiaçı X2 iddiası qismən təmin edilərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 saylı qərarı və JN 107F, kod 90304038 saylı xx.xx.2005-ci il tarixdə DTXK-nın Ağdaş rayon şöbəsində qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ağdaş rayonu Binələr kəndində yerləşən 0,15 ha torpaq sahəsinin İddiaçı verilməsi hissəsində -onun və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olunmaqla, ləğv edilməsi qət edilmişdir.
2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2-1(84)257/2014 saylı qərarı ilə iddiaçı X2 iddiası təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin üzərinə Ağdaş rayonu Binələr kəndində yerləşən, 107-ci sıradakı 0,15 ha torpaq sahəsinin, İddiaçı ailəsi ilə yaşadığı fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla, qalan hissəsinə X2 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
3. Ağdaş Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(014)-2100/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı, iddiaçı X2 və ailə üzvlərinin xüsusi mülkiyyə tində olan 0,1389 hektar həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir.
4. Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(014)-518/2019 saylı qətnaməsi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə və 3-cü şəxs X4 qarşı “torpaq sahəsinin planı və ölçünün koordinatlarında dəyişiklik edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
5. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(107)-2536/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(014)-518/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə və 3-cü şəxs X4 qarşı “torpa q sahəsinin planı və ölçünün koordinatlarında dəyişiklik edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qət edilmişdir.
6. Binələr kəndində 107-ci sırada yerləşən İddiaçı və X2 istifadəsində olan 0,1389 ha (seriya RX № 071214) torpaq sahəsi hazırda X2 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı gediş-gəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən olan 8 metr enində 30 metr uzunluğunda gediş-gəliş yolunun servitut olaraq yüklü edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respu blikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2014-cü il tarixli qərarı icra olunduqdan sonra Q.İsmayılovun mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 06 fevral 2016cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmış və ********** qeydiyyat nömrəli, 06 fevral 2016-cı il tarixli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və **********15 saylı, 06 fevral 2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Lakin istər DTXK-nın Ağdaş rayon şöbəsi, istərsə də DƏDRX-nin 17 saylı idarəsi tərəfin dən 0,1389 ha torpaq sahəsinin plan və ölçüsü tərtib edilərkən mübahisəli ərazidə bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsi bilərəkdən, qərəzli şəkildə onların yaşayış evinin yaxınlığına deyil, Q.İsmayılovun mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsi tərəfə vurulmuşdur. Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi onun tərəfindən zəbt edilməklə hasara alınmışdır. Q.İsmayılov 0,07 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin sonradan öz adına rəsmiləşdirilməsindən yayınmaq üçün torpaq sahəsinin plan və ölçüsünü tərtib edən şəxslərlə əlaqəyə girərək bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini əks tərəfə vurdurmuşdur. Sözügedən bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsi 1993-cü ildən etibarən onun istifadəsindədir. Həmin bələdiyyə torpağında ona məxsus tikinti olan tövlə və 15 me tr uzunluğunda 6 metr enində talvar (“навес”) yerləşir. DƏDRX-nin 17 saylı idarəsi tərəfindən cavabdehə verilmiş 0,1389 ha torpaq sahəsinin sərhədi onun yaşayış evinin giriş hissəsinə bitişikdir. Bu səbəbdən cavabdeh onun torpaq sahəsini mənimsəmədən əvvəl torpaq sahəsinə darvaza qoydurmuş, 7 metr enində 16 metr uzunluğunda talvar inşa etdirmişdir. Hazırda həmin darvaza və talvar cavabdehin torpaq sahəsindədir. Bu səbəbdən də onun yaşayış evinə girib-çıxmağı üçün heç bir yol yoxdur. Həmçinin bugünədək istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinə gedən yol da cavabdehdədir. Hazırda yaşayış evinə və istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinə gediş-gəlişi və hər ikisindən də istifadəsi zəruridir. Bu səbəbdən onun yaşayış evinə və bələdiyyə m ülkiyyətinə aid 0,07 ha torpaq sahəsinə gediş-gəlişi üçün cavabdehin mülkiyyətində və istifadəsində olan giriş darvazasından bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinədək olan 8 metr enində 30 metr uzunluğunda gediş-gəliş yoluna ehtiyacı var. Həmin torpaq sahəsinə gediş-gəliş yolu ancaq cavabdehin istifadəsində olan torpaq sahəsindən mümkündür.
9. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinin 1993-cü ildən istifadəsində olduğunu və ona məxsus tikinti olan tövlə və 15 metr uzunluğunda 6 metr enində talvar yerləşdiyini göstərir. İddiaçının iddia tələbi fərziyyə, yalan məlumatlar və qanunsuz uydurmalar üzərində qurulmuşdur. Əvvəla, iddiaçı ailəsi ilə birlikdə 1994-cü ildə Ağdam rayonunun Baş Qərvənd kəndindən köçkün düşərək Ağdaş rayon Ləki qəsəbəsinə gəlmiş, xalası qızı Zinyətin evində məskunlaşmışdır. 2000-ci ildə o, onu ailəsi ilə birlikdə Ağdaş rayon XDSnin xx.xx.1990-cı il tarixli 14 nömrəli qərarı ilə onun qanuni istifadəsinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsində tikdirdiyi 2 otaq 1 mətbəxdən ibarət indiki yaşadığı evdə məskunlaşdırmışdır. Hazırda orada tək yaşayır. 1990-cı ildə yuxarıda qeyd etdiyi qərara əsasən 0,15 ha həyətyanı torpaq sahəsi onun qanuni istifadəsinə verildikdən sonra onunla birlikdə oradan həyətyanı torpaq sahəsi alanlar, o cümlədən, o da həyətlərin aşağı hissəsində qalan boş torpaq sahəsini hərə öz sərhədi boyunca qanuni istifadələrinə verilmiş torpaq sahəsinə əlavə etmişlər. O zaman bələdiyyə yaranmamışdır. Bundan sonra o, qanuni istifadəsində olan 0,15 ha torpaq sahəsini və ona əlavə etdiyi torpaq sahəsini (indiki bələdiyyəyə aid) hasara aldırmışdır. Əlavə etdiyi, yəni istifadəsinə keçirdiyi torpaq sahəsində 90 m2 (15x6) sahəsi olan dəmir talvar (“навес”) qurdurmuşdur. Hansı ki, iddiaçı ərizəsində talvarın ona məxsus olduğunu göstərir. İddiaçı həmçinin orada ona məxsus tövlə tikintisinin olduğunu da göstərir. Onun qurdurduğu 90 m2 sahəsi olan talvardan başqa heç bir tikinti yoxdur. Bu iddiaçının uydurmasıdır. bələdiyyə mülkiyyətinə aid həmin sahədə olan torpaq sahəsi 1990-2005-ci ildə onun istifadəsində olmuş, sonradan 2005-ci ildə iddiaçı Ağdaş rayon XDS-nin xx.xx.1990-cı il tarixli 14 nömrəli qərarı ilə qanuni istifadəsində olan 0,15 ha həyətyanı torpaq sa həsinə özünün adına ondan gizli, qanunsuz (saxta) şəhadətnamə aldıqdan sonra onun istifadəsinə keçmiş, 25 aprel 2012-ci il tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının adına işlənmiş şəhadətnamə ləğv edildikdən (fərdi yaşayış evinin yerləşdiyi sahə istisna olunmaqla) sonra yenidən onun istifadəsində qalmışdır. İddiaçının məqsədi 22 iyul 2014-cü il tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə xüsusi mülkiyyətinə verilmiş 0,1389 ha həyətyanı torpaq sahəsində və istifadəsində olan bələdiyyə mülkiyyətində olan 1990-2000-ci illərdə tikdirdiyi yaşayış evinin yaxınlığında və həyətin giriş hissəsində yerləşən tikintiləri həyətə giriş üçün qurdurduğu iki taylı qapını metal talvarı (“навес”), metal üstlərlə çəkilmiş qonşu hasarını, həyətdə əkdiyi meyvə ağaclarını və istifadəsində olan bələdiyyəyə aid torpaq sahəsində yerləşən 90 m2 sahəsi olan talvarı özünün istifadəsinə keçirməkdir. Qeyd etdiyi tikintilərin və həyətdə abadlıq işlərinin başa çatması üçün ailəliklə 10 il (1990-2000) çalışmış, əziyyət çəkmiş və böyük vəsait xərcləmişlər. İndi isə həmin torpaq sahəsinin üzərində tikdirdiyi tikintilərə heç bir haqqı və hüququ olmayan iddiaçı əsassız və qanunsuz iddiası ilə sahib olmaq istəyir. İddiaçı həmçinin onun yaşayış evinə girib - çıxması üçün heç bir yol olmadığını göstərir. Həqiqətən də belədir. Yaşayış evinin qarşısında yerləşən talvara qoyulmuş iki taylı eni 4 metr olan qapı həyətin giriş qapısıdır. Yaşayış evi ictimai gedişgəliş yoluna bitişikdir. Ona görə də onun yaşadığı evə girib-çıxması üçün mütləq talvardan istifadə etməlidir. Eyni ilə onu n da həyətinə girib-çıxmağı üçün mütləq talvardan istifadə etməlidir. Başqa cür mümkün deyildir. Qeyd etdiyi kimi talvarın qapısı həyətin giriş qapısıdır. Ona görə də o, rəsmi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət etmiş ki, iddiaçının yaşayış evindən ictimai yola zəruri gediş-gəliş imkanını təmin etmək məqsədi ilə servitut hüququndan istifadəsi üçün (hakim R.Əlizadənin dediyi qaydada) yaşayış evinin qarşısında yerləşən 50 m2 (4mx12,5m = 50 m2) sahəsi olan talvarın 25 m2 sahəsini onun istifadəsinə verir. Bu da onun həm gediş-gəliş yolunu, həm də kiçik sahəli tikinti (ayaq yolu və s.) tikmək imkanını təmin edir. İddiaçı bundan əvvəl eyni iddia ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(014)-140/2020 saylı qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Ekspertizadan sonra iddiaçı ərizəsi ilə iddianı geri götürmüşdür. İş baxılmamış saxlanmışdır. İddiaçının hazırkı şəraitdə bu iddianı qaldırılmasına ehtiyac yoxdur.
10. Ağdaş Rayon Məhkəməsinin (hakim C.R.Sultanov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(014)-1468/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 8 metr enində və 30 metr uzunluğunda gediş-gəliş yolunun üzərində servitut hüququnun qeydə alınmasını xahiş etsə də, iş məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, onun evinə hazırda gediş-gəliş yolu mövcuddur, lakin o, öz istifadəsində olan torpaq sahəsini genişləndirmək üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
12. Həmçinin, iddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisini (X5) iddia ərizəsində cavabdeh qismində göstərməmişdir.
13. Qanunvericiliyin tələbinə görə servitut hüququ torpaq sahəsindən keçidin təmin edilməsi üçün təyin oluna biləcəyi halda, iddiaçı bu hüquqdan öz torpaq sahəsini genişləndirmək niyyəti ilə istifadə edir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir, buna görə də iddia rədd olunmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1,81, 89.3–cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı, tərəfindən qətnamədən apellyasiya şikayəti verilmi ş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı apelyasiya şikayətini onula əsaslandırmışdır ki, X8 əsassız torpaq tələbi irəli sürmüşdür. Bir neçə il bundan qabaq saxta yollarla qərarlar əldə edərək onu məxsus mülkiyyətindən çıxarmağa çalışır. Ağdaş rayon Binələr kəndində yerləşən ona məxsus şəxsi və istifadəsində olan bələdiyyə mülkiyyətindən istifadə etmək üçün gəliş-gediş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddia ərizəsı ilə müraciət etmişdir. Bugünədək yerli qurumlardan alınmış arayışlarda həqiqətəndə cavabdehə məxsus heç bir torpağın mövcud olmadığı aydın olmuşdur. Sözu gedən 0,15 ha torpaq sahəsi Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 30 mart 1998-cı il tarixli 07 sayl ı qərarı əsasında Jn - 107FKOD 90304038 nömrəli şəhadətnamə ilə onun mülkiyyətinə verilmişdir. Verilmiş arayışlardan da məlum olur kı mülkiyyətində olan torpaq sahəsi ona məxsusdur. Ağdaş rayon məhkəməsi 23 avqust 2021-cı il tarixli 2(014)1468/2021 saylı qərarı ilə iddia tələbini rədd etmiş, nəticədə cavabdehin onun əmlakını əsassız mənimsəməsi davam edir. 3-cü şəxs X3 cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət RX ilə şəxsi əlaqəsi var. Bu günədək aparılmış bütün təyinetmələrdə mütəxəssisə də təsir göstərmişdir. Nəticədə adına şəhadətnamə olan torpaq sahəsinə öz adına saxta ikinci şəhadətnamə əldə etmişdir.
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2( 107)-257/2022 saylı mülki iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir.
20. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, iddiaçı tərəfindən serv itut tələb edilən torpaq sahəsi üçüncü şəxs X4 məxsusdur.
21. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh kimi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı iddia tələbi irəli sürmüşdür. Prosessual qanunvericiliyə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Eyni zamanda əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Prosessual Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil.
22. Məhkəmə öz mövqeyini Mülk i Məcəllənin 152.1, 255.1, 255.4, 256.1, 256.2, 261.1, 261.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 54.2, 54.4, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinin dəlilləri
23. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçı kassasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2012-ci il tarixli qərarından göründüyü kimi, yaşayış evi X4 aid olan torpaq sahəsi ilə əhatələnmişdir. Ona görə də mənzilə giriş-çıxış üçün servitut qoyulması zərurəti yaranmışdır. Əks halda şəxsə qanunda göstərilən hüquqlarından istifadə e tməsinə və faydalanmağına şərait yaranmayacaqdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı 3-cü şəxs tərəfindən etiraz daxil olmuşdur. Etirazda 3-cü şəxs qeyd etmişdir ki, iddiaçının bu əsassız iddianı qaldırmaqda məqsədi xüsusi mülkiyyətində olan 0.1389 ha torpaq sahəsindən təsərrüfat təyinatlı torpaq sahəsi və yaşadığı fərdi mənzilin qarşısında yerləşən ona məxsus 50 kv metr sahəsi olan talvarı və həyətə giriş üçün qurdurduğu eni 4 metr olan 2 taylı dəmir qapını tam şəkildə istifadəsinə keçirməkdir. Yəni onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.1389 ha həyətyanı torpaq sahəsindən kənarlaşdırmaqdır. Odur ki, iddiaçı X1 şikayəti əsassız və qanunsuzdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1 Mülkiyyət h üququ-subyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur..
27. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
28. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin se rvitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər..
29. Maddə 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir.
30. Maddə 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
31. Maddə 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər.
32. Maddə 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 255.1-ci maddəsinin təlbəin əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinin müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. - 255.5-ci maddəsinə əsasən mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına sevitut vermək hüququna m alikdir. - 255.6-cı maddəsinə əsasən sevitut yalnız o zaman baş tuta bilər ki, bu sevitut almış şəxsə öz daşımaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. - 256.2-ci maddəsinə əsasən sevitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
44. Digər tərəfdən kollegiya qeyd edir ki, qanunverici servitut təyin edilərkən cavabdehin bunun müqabilində haqq almaq hüququnu müəyyən etmişdir.
45. Servitut verilərkən müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması təmin olunmalıdır. Tərəflərin sərəncam hüququnun əlindən alınması və onun razılığı olmadan servitut təyin olunması cavabdehin mülkiyyət hüququnun əhəmiyyətli dərəcə pozulmasına şərait yaradır.
46. İddiaçı 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinin servitutla yüklü edilməsi barədə nəinki həmin mülkiyyətçi ilə müqavilə bağlamış, ümumiyyətlə bu iddiasını həmin mülkiyyətçiyə qarşı deyil, inzibati orqana qarşı qaldırmışdır. İddia əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən düzgün olaraq məhkəmələr tərəfindən təmin edilməmişdir.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
48. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2(107)-257/2022 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.