Məhkəmə qərarları › İş №2(102)-3581/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3581/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3581/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: delikt, zərərin ödənilməsi 16.12.2025 Bakı şəhəri, 16 dekabr 2025-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2664/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş in hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən idarə olunan “Mersedes Benz 320D” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə iddiaçıya məxsus “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir;

3. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinin tələblərinə əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; 4. 12.12.2023-cü il tarixli qüsur aktına əsasən, “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin təmir-bərpa xərci ümumilikdə 49.979 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizələr verərək “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qismində cavabdehdən 30.000 manat maddi, 5000 manat mənəvi zərər, hüquqi yardım üçün ödənilmiş 120 manat və dövlət rüsumu qismində ödənilmiş 240 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 5 dekabr 2023-cü il tarixində, saat 18:00 radələrində toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yasamal rayon X10 Şöbəsinin mayoru X1 tərəfindən tərtib olunan 6 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və 6 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan da aydın olur ki, yol nəqliyyat hadisəsi cavabdehin təqsirindən baş vermiş, buna görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. "xxxx" MMC-nin 12 dekabr 2023-cü il tarixli qüsur aktından göründüyü kimi avtomobilinə vurulan zərərin məbləği 49.979,00 manat məbləğində hesablanmışdır. Lakin bu günə qədər cavabdeh tərəfindən onun əməli nəticəsində iddiaçıya və avtomobilinə dəyən ziyan ödənilməmişdir. “Tesla” markalı avtomobillərinin Azərbaycan Respublikasında rəsmi servis xidməti göstərən mütəxəssisi olmadığı üçün avtomobil "xxxx" MMC-də təmir olunmuşdur və həmin müəssissə tərəfindən qüsur aktı tərtib olunmuşdur. Odur ki, hazırda cavabdeh heç bir halda avtomobilin rəsmi servis xidmətində təmir olunmaması ilə bağlı etirazla çıxış edə bilməz. Bundan əlavə, avtomobilə vurulan ziyanla bağlı tərəfindən cavabdehin avtomobilinin sığorta olunduğu "xxxx" ASC-yə müraciət olunmuş və həmin şirkət tərəfindən 5000 manat məbləğində maddi ziyanın əvəzi ona ödənilmişdir. Göründüyü kimi, cavabdehin sığorta şirkəti tərəfindən də maddi ziyanın vurulması təsdiqlənmişdir və həmin şirkət qanuna uyğun şəkildə üzərinə düşən öhdəlik üzrə maddi ziyanın əvəzini ödəmişdir. Buna görə də, sığorta şirkətinin ödədiyi məbləği ümumi məbləğdən çıxmaq şərtilə hazırda cavabdehdən maddi ziyanın əvəzi olaraq 45.979,00 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi zərurəti vardır. Həmçinin qəza nəticəsində iddiaçının sağlamlığına da zərər vurulmuşdur. Bununla bağlı məhkəməyə tibbi arayış da t əqdim edilir. Həmin ziyanın vurulması nəticəsində iddiaçı dərin mənəvi iztirab keçirmiş və mənəvi sarsıntıya məruz qalmışdır. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, hadisə nəticəsində sağlamlığına dəymiş ziyanı hələ də hiss etməkdədir və bədəninin müxtəlif nahiyələrində hələ də ağrılar var. Buna görə də, cavabdehdən maddi ziyandan əlavə mənəvi zərərin əvəzi olaraq da 5000 (beş min) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul olunması zəruridir.

7. X4 Mərkəzinin 9/4306 nömrəli xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, iş materiallarında olan qüsur aktına əsasən “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 48.415 manat təşkil edir.

8. Yasamal Rayon Məhkəməsinin (hakim Fariz Əlizadə) 2(004)-59/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 30000 (otuz min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 120 (yüz iyirmi) manat pul vəsaitinin və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, qaln hissədə iddia təmin edilməmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinməsi mülki işin mübahisəsiz halıdır. Baş vermiş hadisə üzrə icbari sığorta ödənişi əsasında 5000 manat vəsaitin sığorta şirkəti tərəfindən zərərçəkənə (sığortalı) ödənilməsi nəzərə alınmalıdır.

10. Məhkəmə zərərin həcmini müəyyən edərkən avtomobilin markasını (Tesla), növünü (elektromobi l olması), buraxılış ili (2020) və hadisənin baş vermə tarixini (2023), müvafiq vaxtda həmin avtomobilin bazar dəyərinin və ehtiyat hissələrinin indiki vaxtdan çox yüksək olmasını, avtomobilin əsas aparıcı hissəsi olan batareyalarının xüsusilə yüksək dəyərdə (20.000 manatdan yüksək) olması və bu səbəbdən təmir-bərpa xərcinin yüksək məbləğ təşkil etməsini nəzərə almışdır. Yəni iddia tələbi 30.000 manat (müvafiq rəydən daha aşağı məbləğdə) zərərin cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi üzrə iddiaçıya mənəvi zərərin vurulması sübuta yetirilmir, iddiaçı tərəfindən bu barədə əsaslı arqumentlər məhkəməyə təqdim edilməmişdir. Sözügedən hadisə ehtiyatsızlıqdan (özünəgüvənmə) törədilmişdir və mahiyyəti üzrə də əsasən avtomobilə ma ddi zərərin vurulmasına səbəb olur. Lakin hadisə zərərçəkəndə ciddi mənəvi iztirablara, ağrılara səbəb olmamışdır, bunun əski ağlabatan deyildir. Oxşar yol nəqliyyat hadisələrinin hər gün yüzlərlə faktlar üzrə baş verməsi xüsusatı və müasir dünyada gündəlik şəhər həyatında gözlənilən hal olması nəzərə alınmalıdır. Odur ki, iddia tələbi mənəvi zərərin vurulması hissəsində əsassızdır.

12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1096.2, 1108.1, 1108.2, 1108.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin qismən təmin edilməsi və iddiaçının xeyrinə olaraq cavabdehdən maddi zərərin əvəzi olaraq 8000 (səkkiz min) manat, iddiaçıya hüquqi xidmətə görə vəkilə ödənilmiş 120 manat və iddiaçının ödədiyi dövlət rüsumundan 60 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ona qarşı olan “maddi və mənəvi zərərin ödənilməsinə dair” tələbində həddindən artıq məbləğ tələb edir. Əslində, həmin məbləğ demək olar ki, iddiaçın ın idarə etdiyi avtomobilin (buraxılış ili 2020) tam dəyərini (hadisə baş verən vaxtda xx.xx.2023-cü ildə) təşkil edir. Əgər, iddiaçı ondan həmin avtomobilin tam dəyərini tələb edirsə, onda iddiaçı həmin avtomobili də ona verməlidir. Hətta iddiaçı həmin avtomobilin zədələnməmiş hissələrini də təzələri ilə dəyişdirmişdir və alınan ehtiyat hissələrinin qiymətləri də bazar qiymətlərindən həddindən artıqdır. Eləcə də təmir-bərpa işlərinin görülməsi üçün xidmət haqları da həddindən artıq yüksək olmuşdur. Halbuki onun avtomobilinə dəymiş maddi zərərin ümumi məbləği 12-13 min manatdan artıq olmamışdır. Bu məbləğdən də 5000 (beş min) manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. O, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və servis tərəfindən tərtib olunmuş qüsur aktında qeyd olunan a vto hissələrin (ödəniş qəbzi və alınma mənbəyi barədə heç bir sənəd təqdim edilməmişdir) məbləği ilə başqa avto servislərlə maraqlandıqda məlum oldu ki, onların cəmi dəyəri 7-8 min manat civarındadır. Belə olan halda, iddiaçıya maddi zərərin əvəzi olaraq 8000 manat ödənilməsi daha ədalətli olardı. Əlavə olaraq iddiaçıya hüquqi xidmətə görə vəkilə ödənilmiş 120 manat və ödənilmiş dövlət rüsumundan 60 manat pul vəsaitinin ödənilməsi ədalətli olardı. Məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir. Halbuki məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməli idi. 15. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin № MB 18/0679, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən avtonəqliyyat vasitəsinə dəymiş zərər 45.141 manat müəyyən olunmuşdur. 16. "xxxx" MMC tərəfindən ve rilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən 32.091 (otuz iki min doxsan bir) manat dəyərində “TESLA” model -Y markalı maşının 32 ədəd zədələnmiş ehtiyat hissəsi 2024-cü ilin mart-aprel aylarında ABŞ və Çin Respublikasından gətirilərək, iddiaçıya təhvil verilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2664/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi) X6 və X2) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin avtomobilə dəymiş zərərin məbləğinin düzg ün hesablanmadığı barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, tədqiq edilmiş qüsur aktına, qiymətləndirmə mərkəzinin rəyinə və məhkəmə kollegiyasının təşəbbüsü ilə keçirilmiş ekspertizanın nəticəsinə uyğun olaraq, müəyyən etmək olur ki, cavabdehin təqsiri nəticəsində törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin həcmi məhkəmənin təmin etdiyi məbləğdən daha yüksəkdir. Məhkəmə tərəfindən aparılmış araşdırmalar zamanı cavabdehin şikayətinin hər iki dəlili təkzib olunmuş, həqiqiliyini mübahisələndirdiyi qüsur aktının doğru olduğu, habelə mütəxəssis rəyi ilə iddiaçının avtomobilinə vurulmuş zərərin cavabdehin bildirdiyindən dəfələrlə artıq olduğu müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin qismən ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə instansiyalarının iş üzrə mötəbər sübut növü hesab edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasını keçirilməsi üçün verilən yazılı və şifahi vəsatətləri təmin etməkdən yayınaraq peşəkarlığına əsaslı şübhələr olmaqla özəl fəaliyyət göstərən və sübutu dəyərləndirmək üçün hər hansı qabaqcıl texnologiya və standartlara əsaslanmayan, avtomobilə dəymiş zərəri birbaşa deyil, yalnız onun fotoşəkilləri və texniki sənədlərə əsasında subyektiv mülahizələrə istinad edilən rəylərə görə hüquqi nəticənin verməsini, məhkəmə kollegiyasının qanuni mənafey in hərtərəfli, tam və obyektiv araşdırmağa maraqlı olmaması kimi qiymətləndirilməlidir.

21. Apellyasiya icraatında iddiaçı məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 12 dekabr 2023-cü il tarixli qüsur Aktının səlahiyyəti olmayan şəxsin, yəni avtomobil çilingəri tərəfindən tərtib olunub, daxili kargüzarlıq üçün nəzərdə tutulmuş möhürün vurulması ilə saxta sənədi əsli olan sənəd kimi sübut növü kimi qiymətləndirilməsi faktını mübahisələndirdikdən sonra, alınmış rəsmi cavabda aydın şəkildə izah verilmişdir ki, həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur.

22. Ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Birliyi kimi mötəbər dövlət ekspertiza təsisatına həvalə edilməli olduğu halda, bu edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayəti nə qarşı yazılı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fa yda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 28. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iş üzrə iddiaçıya dəymiş zərərin iddianın təmin edilən həcmindən çox olduğu müəyyən edilmişdir. İşdən görünür ki, tərəflər arasında mübahisəli hal zərərin məbləği ilə bağlı olmuşd ur. Bu xüsusat hər iki instansiya məhkəmsində araşdırılmış, əldə olunmuş sübutlar tədqiq olunaraq yuxarıdakı nəticəyə gəlinmişdir.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhb ər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-2664/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar