Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3582/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə İş № 2(102)-3582/2023 (Açar sözlər: payın naturada bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpağın naturada bölünməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-337/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkili Vəkil2) tərəfindən verilmiş k assasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Daşınmaz əmlakın alğı-satqı”na dair xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı müqaviləyə əsasən, X3 (etibarnamə əsasında nümayəndəsi X2) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 24/47 saylı 0,25 ha ərazisi olan bağ sahəsinin ona aid olan 0,18 ha hissəsindən 0,08 ha hissəsini İddiaçı 50.000 manata satmışdır.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə 0,1 ha hiss ədə Cavabdeh2 ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə, 0,08 ha hissədə İddiaçı ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə, 0,07 ha hissədə Cavabdeh1 ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2452/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər İddiaçı Böyükişi oğlu, X1 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “X3 ilə İddiaçı arasında Bakı şəhəri 15 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin qismən, yəni alıcı İddiaçı aid hissəsində etibarsız hesab edilməsi, həmin müqavilə üzrə cavabdeh İddiaçı adına aparılmış hüquqi nəticələrinin ləğv edilməsi, qeyd olunan müqavilənin alıcı qismində iddiaçı ilə bağlanılmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun 0,08 hissədə iddiaçıya, 0,1 hissədə Cavabdeh2 və 0,07 ha hissədə Cavabdeh1 məxsus olması ilə əlaqədar naturada bölünməsi və həmin naturada bölgünün mülkiyyətçilərin mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ayrıca qeydiyyata alınmasına əsas olması barədə qeydin aparılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ 0,08 hissədə iddiaçıya, 0,1 hissədə Cavabdeh2 və 0,07 ha hissədə Cavabdeh1 məxsusdur. Mülkiyyət hüquqları ayrılıqda qeydiyyatdan keçsə də, naturada bölgü olmadığı üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tərəfindən **********08 nömrəsi ilə bir çıxarış verilmişdir. İddiaçı onlara məxsus torpaq sahəsinin naturada bölgüsü ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edərək torpaq üzərində paylara uyğun torpaq sahəsinin naturada bölgüsünü xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin naturada bölgüsü aparılmış, cavabdehlərdən Cavabdeh1 notariusda iştirak etməklə həmin bölgü ilə razılaşaraq bölgü sxeminə imza çəkmiş, lakin digər Cavabdeh2 hər dəfə gəlib razılıq verəcəyi ilə bağlı vədlər versə də, bundan yayınmışdır. Cavabdeh2 torpağın həmin sxem üzrə bölgüsün ə razılıq vermədiyi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hər bir mülkiyyətçiyə ayrılıqda çıxarış verə bilməmişdir. Bu da digər payçıların torpaq üzərində mülkiyyət hüququnu məhdudlaşdırılması ilə nəticələnmişdir. Belə ki, torpaq üzərində sərəncam vermək istədikdə mülkiyyət hüququndan sərbəst istifadə edə bilməmişlər. Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş bölgü sxemi həmçinin onların faktiki istifadələrində olan sahə olmuşdur. İddiaçı öz mülkiyyətindən istifadə edə bilməmiş, mülkiyyət hüququ pozulmuşdur.
6. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respub likası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7852 saylı, xx.xx.2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsindən çıxarışda qeyd olunan payçıların payı üzrə İddiaçı payı 0,08 ha, Cavabdeh2 payı 0,1 ha, Cavabdeh1 payı 0,07 ha olmaqla təcrid şəkildə yola tərəf olan hasardan hər bir payçı üçün ayrı-ayrılıqda giriş-çıxış qapısı açılmaqla naturada bölünməsinin texniki cəhətdən bölgü sxemində göstərilən şəkildə mümkün olduğu müəyyən edilir və sxem rəyə əlavə edilir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(003)-224/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi mülkiyyət hüququnun 0,08 hissədə İddiaçı, 0,1 hissədə Çingiz Yəhya oğluna və 0,07 ha hissədə Cavabdeh1 məxsus olması ilə əlaqədar naturada bölünməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. İddiaçı və cavabdehlərin hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Ekspert rəyində göstərilən səbəblərdən mübahisəli payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olduğundan mövcud iddia tələbi təmin edilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respub likası Mülki Məcəlləsinin 213, 220.1, 220.2, 220.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur, ona görə ki, mübahisə torpaq s ahəsi ilə bağlı olduğu halda, məhkəmə mənzillərin naturada bölgüsündən söhbət etmişdir. Eləcə də, iddiaçı iddia tələbində başqa tələb qoyduğu halda, məhkəmə istədiyi tələbi təmin etmişdir. Habelə, bu iş üzrə iddiaçının mülkiyyət sənədi məhkəmə qaydasında mübahisə predmeti olduğu və onun tərəfindən icraatın dayandırılması barədə vəsatət verildiyi halda, məhkəmə icraatı dayandırmadan iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Hazırki iş üzrə iddiaçı mübahisənin məhkəmədən kənar həlli barədə ona müraciət etməmiş, el əcə də faktiki olaraq həmin torpaq sahəsi ona məxsus olmuş, lakin sənəd üzərində iddiaçının adına olmuşdur. Məhz buna görə də tərəfindən alğı-satqı müqaviləsinin qanuniliyi məhkəmə qaydasında mübahisələndirilmiş, həmin iş üzrə məhkəmə çəkişməsi davam etmişdir. Əgər tərəflər arasında hər hansı mübahisə var idisə, tərəf əvvəlcə onu xəbərdar etməli idi. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının mülkiyyət hüququnun əsasını təşkil edən müqavilə məhkəmə çəkişməsinin predmeti olmaqla həmin iş üzrə çəkişmə davam etmişdir. Eləcə də, xx.xx.2023-cü il tarixli iclasda hakim iştirakı olmadan qətnamə qəbul etmişdir. Məhkəmə və ekspert necə müəyyən eləmişdir ki, bu torpaq sahəsinin hansı hissəsi kimə məxsusdur? Halbuki, bu torpaq sahəsi ona məxsus olmaqla, bütün hasar onun tərəfində n çəkilmiş və faktiki olaraq tərəfindən istifadə olunmuşdur.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafidə edərək şikayətin təmin olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçıya verilən 8 sot və onda qalan 10 sotun pulunu o ödəyib. Həmin sotu Yaşar Cabbarovdan alıb, bunu həmin şəxs də təsdiq edə bilər. Birinci problem ondan ibarətdir ki, Cavabdeh1 ilkin olaraq torpağın sahibidir, Cavabdeh1 Yaşara 18 sot torpaq satmışdır, Yaşar isə həmin torpağı onunla İddiaçı satmışdır. Həmin torpağın yerində 25 sot torpağın olub-olmaması DƏDRX tərəfindən yoxlanılmamışdır. O, Yaşardan torpaq sahəsi alan zaman kv.m. formasında almışdır. Ekspertiza rəyində olan bölgüdən narazıdır. O, əslində İddiaçıla qonşu torpaq sahələrində olmalıdır, Cavabdeh1la qonşu olmalı deyi l. Onlar cavabdehin iştirakı olmadan özləri torpaq sahəsində bölgü aparıblar. Oraya iki tərəfdən yol vardır, biri asfalt tərəfdən, digəri isə palçıq yoldur. Onun tərəfi olan hissə palçıq yol olmuşdur. İş DƏDRX-də olan zaman o, rayonda olmuş, onlar öz aralarında bölgünü aparmışlar. Torpaq sahəsini ona Yaşar satmışdı, torpaq satılan zaman ona fərqli yer göstərilmişdi. O, bu bölgüdən narazıdır. O, birinci dəfə bölgünü məhkəmədə görmüşdür Mübahisəli torpaq sahəsinin hasarı yoxdur, o bölgünun hansı əsasla aparıldığı məlum deyildir. O, İlhamla qonşu olmalıdır, bəs necə olur ki, bu bölgü ilə onlar qonşu deyil. Həmin sxemdə isə İddiaçı torpağı başqa yerdədir, onun torpaq sahəsi isə başqa yerdədir. Ekspert gözəyarı və iddiaçının təqdim etdiyi imzalanmamış sxemi nəzərə alaraq, hər bir torpaq sahəsin in koordinatlarını göstərmədən əsassız və saxta rəy vermişdir. Ən azından məhkəmə eksperti bu sahədə mütəxəssis qismində daşınmaz əmlakın dövlət reyestri xidmətindən mütəxəssis cəlb etməklə müvafiq rəyi tərtib edə bilərdi. Bundan əlavə 18 sot torpaq sahəsi ilkin olaraq Yaşar Cabbarova məxsus olmuş, həmin şəxs öz mülkiyyətində olan 18 sot torpaq sahəsinin 10 sotunu ona, 8 sotunu isə iddiaçıya satmışdır. Bu torpaq sahələri bitişik olmalı olduğu halda, ekspert rəyində bu torpaq sahələrinin arasında digər paylı mülkiyyətçi Cavabdeh1 torpaq sahəsini göstərmişdir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, burada naturada bölgü ilə bağlı problem yoxdur, hər kəsin öz sahəsi məlumdur, bununla bağlı ekspertiza rəyi də mövcuddur. Hətta cavabdehlər raz ılığa gəlmişlər ki, notarial qaydada razılıq versinlər, onlardan birinin də razılığı olmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-337/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən– “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi mülkiyyət hüququnun 0,1 hissədə Cavabdeh2 və 0,07 ha hissədə Cavabdeh1 məxsus olması ilə əlaqədar naturada bölünməsi, qətnamənin onların mülkiyyət hüquqlarının ayrıca qeydiyyata alınması üçün əsas olması” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin həmin hissədə rədd olunması qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbinin, istinad etdiyi və məhkəmənin tətbiq etdiyi iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə tam şəkildə uzlaşması müəyyən edilməmişdir. Belə ki, iddiaçı, paylı mülkiyyətdə olan əşyanın bölünməsini və yalnız ona məxsus payın naturada ayrılmasını tələb etmək hüququna malik olmuşdur.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan ve rir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın təmin edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi, iddiaçının özündən başqa digər iki mülkiyyətçinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi üzərində payın (0,1 hissədə Cavabdeh2 və 0,07 ha hissədə Cavabdeh1) naturada ayrılması və həmin naturada bölgünün mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət reyestrində ayrıca qeydiyyata alınmasına əsas olması barədə qeydin aparılmasına dair tələbinin onun qanunla qorunan maraqlarına aid olmadığını, bu tələbin onun məhkəmə müdafiəsi hüququ ilə əhatə olunmadığını bununla da iddianın həmin hissədə təmin edilməsi üçün əsasların olmadığını nəzərə almamışdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə qismən razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qətnamə yalnız iddiaçının özünə aid hissədə - ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin ona aid hissəsinin ayrılması və bu hissəyə (paya) dair onun mülkiyyət hüquququnun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətində ayrıca qeydiyyata alınmasına əsas olması barədə qeydin aparılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsindəki Cavabdeh2 məxsus 0,1 ha və Cavabdeh1 məxsus 0,07 ha” h issədə qətnamə ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən, paylı mülkiyyətində olan torpaq sahəsinin yalnız özünə aid payın naturada ayrılmasını tələb etmək üzrə subyektiv hüquqa malikdir.
19. Məhkəmə kollegiyası izah etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafi əsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
20. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 213.1-213.3, 213.5, 220.1, 220.2, 220.3, 220.4, 220.6, 221-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 220.4, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instans iya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında da Cavabdeh2 bildirmişdir ki, onunla torpağın bölünməsi ilə bağlı razılığa gəlinməsi üçün heç kim danışmayıb, nə də telefonla zənglər edilməyib. İddiaçı əksini iddia etsə də, cavabdehə hər hansı vasitə ilə müraciət etməsinə dair mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının özünün məhkəmə iclasında heç vaxt iştirak etməməsi bu faktı təsdiq etmişdir. İddia tələbində bağ sahəsinin bölünməsi xahiş edilsə də, məhkəmə əsassız olaraq mənzillərin bölünməsi qənaətinə gəlmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi məhkəmə yalnız müstəsna hallarda iddia tələbindən kənar a çıxa bilər ki, bura davam edən münasibətlər şamil edilməlidir. Torpaqla bağlı münasibətlər isə davam edən münasibətlər hesab edilə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
23. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (İİ hissə) Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. (İİİ hissə) Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
24. Maddə 29. (İ hissə) Hər kəsin mülkiyyət hüququ vardır. (İİ hissə) Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (İİİ hissə) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (İV hissə) Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
28. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
29. Maddə 217.1 Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.
30. Maddə 217.2. Mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.
31. Maddə 217.3. Mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər.
32. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.
33. Mad də 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
34. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
35. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
36. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
37. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılma sı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
38. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hazırki kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Məhkəmə koll egiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 15-19-cu paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin madd i-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
57. Beləlik lə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-337/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı