Məhkəmə qərarları › İş №2(102)-3583/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3583/2022

23.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3583/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-302/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassas iya şikayətinə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı 02 noyabr 2006-cı il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Tərəflər ailə qurduqdan sonra iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, XX aprel 2021-ci il tarixli çıxarış əsasında cavabdehlərə məxsus XXX rayonu, XXX kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. 08 aprel 2021-ci il tarixə qədər həmin evdə birlikdə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Ailələrində mübahisə olduğundan iddiaçı evdən çıxmış, evə qayıtmaq istədikdə cavabdehlərin etirazları ilə qarşılaşmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızına qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş 11 yanvar 2011-ci il təvəllüdlü X3 və 25 fevral 2013-cü il təvəllüdlü X2 ilə birlikdə onun cavabdehlərə məxsus XXX rayonu, XXX kəndində yerləşən yaşayış evinə köçürülməklərinə, həmin evdə istifadə hüquqlarının tanınması, yaşayış və yardımçı sahələrdən cavabdehlə birlikdə istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Yevlax Rayon Məhkəməsinin (hakim R uslan Əlizadə) 1 oktyabr 2021-ci il tarixli, 2(039)-1137/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş 11 yanvar 2011-ci il təvəllüdlü X3 və 25 fevral 2013-cü il təvəllüdlü X2 ilə birlikdə cavabdehlərə məxsus XXX rayonu, XXX kəndində yerləşən yaşayış evinə köçürülməsi, İddiaçı həmin yaşayış evindən, evin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydalarının cavabdehlərlə bərabər hüquqda müəyyən edilməsi qət edilmişdir.

4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə aldırmış cavabdehlərin mülkiyyətində olmuşdur. İddiaçı 15 il həmin evdə yaşamaqla Cava bdeh1 ilə etibarlı ailə münasibətlərində olmuşdur. İddiaçının əri cavabdeh artıq mülkiyyətçidir və onların nikahı pozulmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı mülki münasibətlər 02 noyabr 2006-cı il tarixdə, yəni xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili Vəkil qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, barəsində şikayət olunan məhkəmə qətnaməsində hakim maddi hüquq norması olaraq Azərbaycan Respublikası mülki məcəlləsinin 228.5-ci maddəsinə istinad edilmişdir. Hesab edirlər ki, mübahisəyə bu cür yanaşma düzgün deyildir. Əslində mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə və 152.5-ci maddəsinə əsasən hüquqi qiymət verilməlidir. Məhkəmə mübahisə predmeti olan fərdi yaşayış evini Cavabdeh1 və İddiaçı birgə nikah müddətində əldə etdikləri əmlak deyil, həyətyanı to rpaq sahəsini Cavabdeh1 əvəzsiz olaraq, Aqrar İslahat Komissiyasının qərarı əsasında əldə etmiş, fərdi yaşayış evi isə valideynləri tərəfindən inşa edilmiş əmlakdır. Həyətyanı torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evini İddiaçı Cavabdeh1 birgə qazancları hesabına, o cümlədən əvəzli əldə edilmədiyindən onların ümumi mülkiyyəti hesab edilə bilməz. Məhkəmə qətnaməsinin əsaslandırcı hissəsində işə əlavə edilmiş sənədləri sıralamaqla və mübahisəni əsaslandırmağa aid olmayan maddi hüquq normalarını rəhbər tutmaqla qəbul etdiyi nəticə işin hallarına uyğun deyildir (bununla da MPM-nin 220.4-cü maddəsinin tələbləri pozulmuşdur).

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-302/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli, 2(039)-1137/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən evə dair verilmiş çıxarışın düzgün olub-olmaması hazırki araşdırmanın predmeti deyil. Təl əb yalnız iddiaçının azyaşlı uşaqları ilə birlikdə qanunsuz məhrum edildiyi yaşayış sahəsinə köçməsindən və əsassız müdaxilələrin qarşısının alınmasından ibarətdir.

11. Apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Cavabdeh1 adının çıxarışa səhvən düşməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 adının çıxarışa səhvən qeyd edilməsi baxımından yanaşsaq belə, bu hal yenə də iddianın təmin edilməməsinə əsas vermir. Ona görə ki, sözügedən çıxarışdan görünür ki, digər mülkiyyətçi X1 (Cavabdeh1 anası) da həmin əmlakda payı mövcuddur. XXX öldüyündən onun vərəsəsi olan Cavabdeh1 də həmin mirasda payı olmuş olur.

12. Məhkəmələrin gəldiyi yekun nəticə ondan ibarət olmuşdur ki, iddiaçının köçmək istədiyi ev eyni zamanda onun ərinin mülkiyyətində olduğu üçün MM-nin 228. 5. maddəsinə əsasən iddiaçının uşaqları ilə birlikdə həmin evdə yaşamaq hüququ yaranmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsinə və işin baxılması üçün yenidən apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə hüquqi müstəvidə qiymət vermək əvəzinə cavabdeh tərəfə psixoloji təsirlər etmək iddia tələbinin qanuni olmasına dair inandırmaq istəmiş, açıq-aşkar haqsızlıq və ədalətsizlik etmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ədalət mühakiməsini həyata keçirən apellyasiya instansiyası məhkəməsi A zərbaycan Respublikası MPM –nin 254.1.4 cü maddəsinə əsasən işin icraatını dayandırmalı olduğu halda, iddiaçı tərəfin maraqlarını qanunsuz və əsassız olaraq təmin etmək marağından bunu etməmiş və öz mövqeyini açıqlamışdır ki, onsuz da bütün hallarda Cavabdeh1 mülkiyyət hüququ yaranacaqdır (əgər Cavabdeh1 vərəsəlik qaydasında mülkiyyət hüququ qazanmış olsa belə, bu birgə nikah müddətində qazanılmış əmlak deyildir ). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qey də alınsın.

17. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı,valideynləri, uşaqları) yaşayışsahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşay ış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilm ədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

28. Məhkəmələr müəyyən etmişlər ki, Cavabdeh1 ilə İddiaçı 2 noyabr 2006-cı il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, birgə nikahlarından iki uşaqları olmuşdur. Tərəflər ailə qurduqdan sonra iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli XX aprel 2021-ci il tarixli çıxarış əsasında cavabdehlərə məxsus XXX rayonu, XXX kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. 8 aprel 2021-ci il tarixə qədər həmin evdə birlikdə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Ailələrində mübahisə olduğ undan iddiaçı evdən məcbur olub çıxmışdır.

29. Birgə nikah dövründə iddiaçının əri ilə birlikdə yaşadığı ev və evin yerləşdiyi torpaq sahəsi birgə mülkiyyətdədir və iddiaçının əri Cavabdeh1 da birgə mülkiyyətçilərdən biridir. Hal-hazıradək tərəflər arasında nikah münasibətləri pozulmamışdır.

30. İşin yuxarıda qeyd olunan faktiki hallarını rəhbər tutan məhkəmələr haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad etməklə iddianı təmin etmişlər.

31. Həmin normaya görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqla rını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 32. “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2010-cu il tarixli qərarına əsasın analoji hallarda mülkiyyətçi ilə yazılı razılaşmanın olmasına zərurət yoxdur və evə istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən ər-arvad arasında etibarlı ailə əlaqələri əsasında yaranır.

33. Nəzərə almaq lazı mdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kol legiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-302/2022 nömrəli, 8 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar