Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3583/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlamadan imtina 19.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(103)-406/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 28 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X4 9 sentyabr 2003-cü il tarixdən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili (bundan sonra – mübahisə predmeti olan mənzil) Cavabdeh bağışlamışdır;
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mübahisə predmeti olan mənzil üzərində Cavabdeh mülkiyyət hüququ 3 fevral 2021-ci il tarixdə qeydə alınmışdır;
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(004)5061/2022 nömrəli qərardadına əsasən Cavabdeh anası İddiaçı psixiatriya stasionarına qeyri – könüllü yerləşdirilməsi barədə ərizəsi geri qaytarılmışdır;
5. İddiaçı Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinə ünvanlanmış ərizədə oğlu Cavabdeh onu qeydi yyatda olduğu ünvan 3 ünvanına buraxmaması, mənzilin giriş qapısının qıfılının dəyişdirilməsi barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmişdir; 6. 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin 6 oktyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında kimin yaşaması ilə bağlı baxış keçirilmiş və İddiaçı həmin ünvanda yaşaması müəyyən olunmuşdur;
7. Cavabdeh tərəfindən yazılmış iltizamda qeyd olunmuşdur ki, o, anası İddiaçı ilə mübahisə etməyəcəyini və narahat etməyəcəyini bildirmişdir;
8. Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinin təhqiqatçısının 4 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, İddiaçı izahatında 23 avqust 2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri Yasamal rayonu, 20 nömrəli məktəbin yaxınlığında qohumunun yaşadığı mənzildə olan zaman oğlu Muradla aralarında söz mübahisəsi yarandığını, nəticədə sonuncunun onun sağ qol nahiyəsindən əli tutub sıxdığını, xəsarət almadığını, oğlu ilə barışdığını bildirmiş və məhkəmə tibbi ekspertizadan keçməkdən imtina etmişdir;
9. Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(112)-9105/2022 nömrəli qərarına əsasən İddiaçı ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması barədə Cavabdeh iddiası rədd edilmişdir;
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 26 aprel 2023-cü il tarixli, 21(103)-675/2023 nömrəli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(112)-9105/2022 nömrəli qərarından Cavab deh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağışlamadan imtina edilməsi, X4 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 205 saylı evin 33 saylı mənzilinin Cavabdeh (bundan sonra – cavabdeh) bağışlanmasına dair Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzinin notariat ofisində bağlanmış 28 yanvar 2021-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında cavabdehin adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisə predmeti olan mənzilini keçmiş həyat yoldaşı X5 ilə birgə nikahda olduqları dövrdə onun vəsaiti hesabına əldə edilmiş, onun təklifi ilə 28 yanvar 2021-ci il tarixdə oğlu Cavabdeh bağışlama müqaviləsinə əsasən bağışlanmışdır. Keçmiş həyat yoldaşı ilə aralarında olan nikah 17 aprel 2015-ci il tarixdə pozulmuşdur. O, keçmiş həyat yoldaşının və digər oğlunun təklifi ilə evin oğluna bağışlanmasına razı olmuş, özünün həmin evdə qeydiyyatda qalması və yaşaması şərtilə evin oğlunun mülkiyyətinə keçməsinə razılıq vermişdir. Lakin bundan sonra oğlu Murad onun evdən qeydiyyatdan çıxarılması, hətta qeyri – könüllü olaraq psixiatriya stasionarına yerləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət etmişdir. Bundan başqa, 20222023-cü illər ərzində oğlu Murad dəfələrlə onun barəsində na layiq hərəkətlər etdiyinə, mənzildə ona yaşamağa imkan vermədiyinə görə onun müvafiq polis bölmələrinə müraciətləri olmuşdur. Məhkəmələrin qərarları ilə onun qeydiyyatdan çıxarılması barədə oğlu tərəfindən qaldırılmış iddialar rədd edilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) 28 iyul 2023-cü il tarixli, 2(004)- 2885/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim F. Əlizadə).
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil mülkiyyətçi X4 tərəfindən bağışlanılmışdır. Nəticə etibarilə, bağışlanmadan imtina edilməsi, bağışlanma müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsinə dair iddiaçının subyektiv hüququ yoxdur. Beləliklə, hazırki mübahisə üzrə iddiaçının suby ektiv hüququ olsaydı da, MM-in 421-ci maddəsinin dispozitiv şərtləri yerinə yetirilmir. Mülki hüquq münasibətlərinin subyekti qismində X4 mülkiyətçi kimi iradə ifadəsini bildirməklə notarial müqavilə əsasında mülkiyyətində olan daşınmaz əmlakı cavabdehə bağışlamışdır. Müqavilədə hər hansı şərt nəzərdə tutulmamışdır, yəni, bağışlanma şərtsiz həyata keçirilmişdir. Müqavilənin ləğvi əsasları mübahisə üzrə mövcud deyildir. İddiaçının tələbi üzrə subyektiv hüququ yoxdur. Bağışlanma müqaviləsi formal olaraq ikitərəfli müqavilə olsa da, mahiyyəti etibarilə bağışlayan şəxsin əmlakı bağışlaması, hədiyyə alan şəxsin isə hədiyyəni qəbul etməsinə iradə ifadəsini bildirməklə həyata keçirilir. Odur ki, bağışlanma hüquq münasibətləri əsasən bağışlayan şəxsin öz iradəsi ilə əmlak vəziyyətinin kiçilməsinə, hədiyyə alan şəxsin əmlak vəziyyətinin artımına səbəb olur. İddia tələbi üzrə bağışlanma müqaviləsinin ləğvi hədiyyə verən mülkiyyətçi olmuş X2 iradə ifadəsi ilə ziddiyyət təşkil edir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 421.1, 421.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan mənzil mülkiyyətçi X5 tərəfindən bağışlanmışdır. Nəticə etibarı ilə bağışlamadan imtina edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi v ə ya etibarsız hesab edilməsinə dair İddiaçı Xalıq qızının subyektiv hüququ yoxdur. Məhkəmənin belə nəticəyə gəlməsi ona görə absurddur ki, qeyd edilən mənzil onun pul vəsaiti hesabına sabiq həyat yoldaşı X5 ilə birgə nikah dövründə alınmışdır. Həmin fakt isə işə əlavə edilmiş “X1” AQİS-dən çıxarışla, cavabdehin doğum şəhadətnaməsinin surəti ilə və halhazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli qətnaməsində öz əksini tapan cavabdehin nümayəndəsinin vermiş olduğu apellyasiya şikayətində göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MM-nin 421-424-cü maddələrinə istinad edərkən “Azərbaycan Respublikası MM-nin 666.1, 670.1, 670.3 və 673.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 19 dekabr 2012-ci il tarixli qərarında göstərilənləri nəzərə almamışdır. Həmin qərarda göstərilir ki, MM-nin 421- 424-cü maddələri müqavilənin dəyişdirilməsi və ləğv edilməsini tənzimləyir. MM-nin 673-cü maddəsi isə bağışlama müqaviləsinin və bağışlama vədinin ləğv edilməsinin MM-nin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumiyyətlə həm real, həm də konsensual bağışlama müqavilələrindən imtinaya şamil olunur.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-406/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov – sədrlik edən və məruzəçi, F.Abdıyev və X.Sarıyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, bir inci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən edilmiş, xx.xx.2021-ci il tarixli müqavilə mənzilin 1/2 hissəsinin bağışlanması hissəsində və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən cavabdehin adına aparılmış qeyd mənzilin 1/2 hissəsinə dair hissədə ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə bağışlamaqdan imtina məsələsi həll edildiyi üçün işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması araşdırılmalıdır.
20. Proseslər xronoloji ardıcıllıqla nəzərdən keçirilərkən müəyyən olunur ki, 28 yanvar 2021-ci il tarixdə bağışlama müqaviləsi bağlandıqdan sonra cavabd eh tərəfindən iddiaçıya qarşı edilmiş hərəkətlərin nəticəsində iddiaçı tərəfindən müvafiq polis bölməsinə şikayət olunur, sonradan cavabdeh anası ilə barışır, gələcəkdə bir daha bu cür hadisələrin təkrarlanmayacağını bildirir, bunun nəticəsi olaraq ki, İddiaçı oğlu ilə barışdığını bildirir və hətta məhkəmə tibbi ekspertizadan keçməkdən belə imtina edir.
21. Lakin cavabdeh cinayət işinin başlanmaısının rədd edilməsi barədə qərarın qəbulundan təxminən 5 ay sonra iddiaçının psixiatriya stasionarına qeyri – könüllü yerləşdirilməsi barədə iddia qaldırır, bu barədə iddia ərizəsi 14 sentyabr 2022-ci il tarixdə geri qaytarılır.
22. Bundan iddiaçı tərəfindən cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı yeni iddia qaldırılır və həmin iddia Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2- 1(112)9105/2022 nömrəli qərarına əsasən rədd edilir.
23. İddia rədd edildikdən sonra cavabdeh tərəfindən iddiaçıya qarşı yenidən edilmiş hərəkətlərin nəticəsində iddiaçı tərəfindən təkrarən 27 fevral 2023-cü il tarixdə müvafiq polis bölməsinə şikayət olunur, həmin tarixdə Cavabdeh tərəfindən anası İddiaçı ilə mübahisə etməyəcəyi və narahat etməyəcəyi ilə bağlı iltizam yazılır. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(112)-9105/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 26 aprel 2023-cü il tarixli, 2-1(103)- 675/2023 nömrəli qərarına əsasən təmin olunmur. Halbuki, Cavabdeh məhz həmin qərardan verdiyi apellyasiya şikayətində İddiaçı öz mülkiyyət hüquqlarından əvəz almadan onun xeyrinə imt ina etməsinə istinad edir. Bundan sonra isə Cavabdeh yenidən anasının istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia qaldırır.
24. Qeyd olunan xüsusatlar təsdiq edir ki, Cavabdeh qanunvericilikdə qeyd olunan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr”i icra etməmişdir və bu hal müqavilənin qismən - Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov prospekti, 205 saylı evin 33 saylı mənzili X4 ilə İddiaçı ümumi mülkiyyəti hesab olunduğundan Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələbləri nəzərə alınmala (Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir) sonuncuya məxsus olan 1/2 hissəsində ləğvinə əsas verir, digər – X3 aid olan ½ hissənin bağışlanması sonuncu tərəfindən mübahisələndirilmədiyindən müqavilənin tam ləğvi üçün əsas yoxdur. Yəni, məhkəmə kollegiyası hesab edir ki, X6 tərəfindən Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov prospekti, 205 saylı evin 33 saylı mənzilinin Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzinin notariat ofisində bağlanmış 28 yanvar 2021ci il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış qismən ləğv edilməlidir.
25. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas veri r. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 666.1, 666.2, 667.1, 670.1, 670.3, 673.1, 673.2, 673.3, Ailə Məcəlləsinin 1.3, 31.1, 31.2, 32.1, 32.2, 33.1, 37.1, 37.3, 43-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2, və 673.3-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarına, MPM-in 9.1, 14.2, 77.1, 217.1, 217.3, 384.0, 384.0.2, 385.1, 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və on a etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilib, iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2024-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən bu tələbə əməl edil məmişdir.
29. Cavabdeh həmçinin qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına müvafiq olaraq, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməli və bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər və bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. Kəsici müddət isə mülki hüququn həyata keçirilməsi üçün müəyyən edilmiş zaman kəsiyi olmaqla, hüququn pozulub-pozulmamasından asılı olmayaraq bu müddətin bitməsi hüquqa xitam verilməsi ilə nəticələnir.
30. Apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində o cümlədən, ər-arvadın nikaha nə vaxt daxil olduğu, nikahın nə vaxt pozulduğu, mənzilin nə vaxt, kimin adına, hansı pay üzrə əldə edildiyi və bu kimi sair halları göstərməmiş və araşdırmamış, iş üzrə mövcud olan əsas və ən vacib hüquqi faktları sadalamamış, onların üzərindən keçərək birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız olaraq, qismən ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətini təmin edilmədən, qətnaməni dəyişdirilmədən saxlanılmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
33. Maddə 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
34. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verən ümumi mülkiyyətçi İddiaçı barəsində kobudcasına pozduğu üçün iddiaçının bağışlamadan imtinası əsaslıdır və bu bu imtina qanunla müəyyən edilmiş müddətdə həyata keçirilmişdir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh dəlillərinə qanunveric iliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Belə ki, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər (§ 33).
46. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn dü zgün tətbiq edilib-edilmədiyini yoxlayır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən baxılan hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə tərkibi onu qeyd edir ki, qətnamə hədiyyə alan Cavabdeh şikayəti əsasında bağışlamadan imtina üçün əsasların olub-olmaması hissəsində yoxlanılmışdır. Odur ki, kassasiya şikayətinin ər-arvadın ü mumi əmlakda payları ilə bağlı məsələlər üzrə İddiaçı və ya üçüncü şəxs Arzu Həsənov kassasiya şikayəti vermədikləri üçün Cavabdeh şikayəti əsasında həmin xüsusatlar üzrə hüquqi dəyərləndirmə aparılmamışdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(103)-406/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.