Məhkəmə qərarları › İş №2(102)-3585/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3585/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3585/2020 29.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağakərim qızına qarşı iddia qaldıraraq onun ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə istifadə hüququnun tanınması və cavabdehləri n üzərinə onun ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə köçürülməsinə və yaşamasına maneə olmaması öhdəliyi qoyulması, vəkilə ödənilmiş 200 manat məbləğin, ödənilmiş 10 manat dövlət rüsumunun və etibarnamənin təsdiq olunması üçün ödənilmiş 11,5 manat pulun cavabdehlərdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim C.Məmmədov) xx xxxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən 26 saylı mənzilə istifadə hüququ tanınmış və onun ünvan 3 ünvanında yerləşən 26 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Rəhimov (sərlik edən və məruzəçi), G.Tağızadə və T.Qu liyev) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Aydın Nəzərli kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli **********82 saylı məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən 26 saylı mənzil Sumqayıt XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 48/362 saylı, xx.xx.1992-ci il tarixli order, ərazi üzrə Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 5720 saylı xx.xx.1993-cü il tarixli mənzilə hüququ olan şəxslər və mənzilin kommunal məişət vəziyyəti barədə arayış, 5 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi 3M-41 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsi və mənzil sahəsinə hüquq olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılı qları barədə ərizələri əsasında Cavabdeh1 adına qeydiyyata alınmış və Sumqayıt şəhəri Texniki İnventarlaşdırma idarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. MKTİB-nin 20 saylı MKS-si tərəfindən verilmiş 1221 saylı xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı və X6 oğlu ünvan 2 ünvanında yerləşən 26 saylı mənzildə qeydiyyatdırlar. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı, və X6 oğlu uzun illər ünvan 2 ünvanında yerləşən 26 saylı mənzildə yaşayırlar. Lakin İddiaçı qayınanası və baldızı tərəfindən zor gücünə çıxarıldığına görə indi orada yaşamırlar, lakin pasport qeydiyyatdadırlar. 4 saylı vəkil bürsosu tərəfindən verilmiş 275091 saylı xx xxx 2019-cu il tarixli mədaxil qəbzdən görünür ki, X2 vəkil X3 200 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 2 17.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri 1993-cu ildə yaranmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının mənzilə gəlin köçdüyü vaxt həmin mənzilin hüququ statusunu müəyyən edən sənəd order olmuşdur. Mövcud məhkəmə praktikasına əsasən tərəflər arasında mənzilə istifadə hüququnun tanınması və ya həmin hüquqa xitam verilməsi zamanı 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəllənin müddəaları tətbiq edilməlidir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə 1993-cu ildə gəlin köçmüşdür. Sonradan, yəni 2003-cü ildə n həmin mənziliə dair mülkiyyət hüququ haqqında çıxarış olmasına baxmayaraq, Xariqənin mənzilə gəlin köçdüyü zaman mənzil dövlət mənzil fonduna aid olması müəyyən edilmişdir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilə rlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi- büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmi n şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə 1993-cu ildə gəlin köçmüşdür. Sonradan həmin mənziliə dair mülkiyyət hüququ haqqında çıxarış olmasına baxmayaraq, Xariqənin mənzilə gəlin köçdüyü zaman mənzil dövlət mənzil fonduna aid olması müəyyən edilmişdir. İddiaçı 1993-cü ildən etibarən birgə təsərrüfat apardığı mənzildə yaşaması onun həmin mənzildə istifadə hüququnun yaranması üçün əsasdır. İddiaçı özünün iradəsindən asılı olmayan səbəblərə görə bir müddət mübahisəli mənzili tərk etməsi onun həmin mənzildə istifadə hüququnun itirilməsinə dəlalət etmir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bi ldirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. xnömrəli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar