Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3585/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-635/2021 nömrəli 27 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları
1. İddiaçı 01.03.2015-ci il tarixdə Cavabdehla rəsmi nikaha daxil olmuş və 2016-cı ilin aprel ayında cavabdehlə birlikdə onun ailəsinə məxsus Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 58-də üvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Fərdi yaşayş evinə dair ev kitabına əsasən, Bəşir Misirov (cavabdehin atası) 19.05.1971-ci il tarixdən, Cavabdeh isə xx.xx.1991-ci il tarixdən həmin evdə qeydiyyatdadırlar. Tərəflərin birgə nikahından 01.01.2017-ci ildə Səbinə Misirzadə adlı uşaqları doğulmuşdur. İddiaçı 2018-ci ilin noyabr ayında cavabdeh və onun ailə üzrvləri ilə ailədaxili münaqişə nəticəsində uşağı ilə birlikdə mübahisəli evdən çıxaraq bacısıgilə getmiş və yaşamağa başlamışdır. Gedən zaman cehiz əşyalarınıda özü ilə aparmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli qətnaməsi ilə, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 01.01.2017-ci il təvəllüdlü Səbinə Misirzadənin iddiaçının himayəsində saxlanılması və cavabdehdən onun xeyrinə 24.06.2019-cu il tarixdən hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.Bundan əlavə cavabdeh yeni ailə qurmuş və həmin evdə atası, bacısı və nənəsi ilə yaşayırlar. İddiaçı 2020-ci ilin yanvar ayında bu iddianı irəli sürərək yaşamağa başqa yeri olmadığı üçün evə köçürülməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı, onun azyaşlı övladı 01.01.2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Əl əkbərov küçəsi, ev 58-də yerləşən gəlin kimi yaşamış olduğu özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, 01.03.2015-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından 01.01.2017-ci il təvəllüdlü Səbinə Misirzadə adlı qızları doğulmuşdur. Cavabdehlə aralarındakı münasibət pozulmuş, ailə qurarkən 2016-cı ilin aprel ayında sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, burada cavabdehlə birgə təsərrüfat aparmış, cehiz əşyaları həmin ünvanda olmuş, 2018-ci ilin noyabr ayında uşağı ilə birlikdə həmin evi tərk etməli olmuşdur. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Fərdi yaşayış evi özbaşına tikilidir, evə dair ev kitabı vardır, eyni zamand a orada bir deyil, iki fərdi yaşayış evi vardır. Yaşayış evlərindən biri yaşayışa tam yararlı olduğu halda, digərinin əlavə təmir işlərinə ehtiyacı vardır. Hazırda yaşamağa başqa yeri yoxdur və bacısıgildə yaşayır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1375/2020 saylı 12.06.2020-ci il tarixli qətnaməsi (hakim.N.Rzayeva) ilə iddia təmin edilməmişdir
5. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, Mənzil Məcəlləsinin 30, 68.1, 68.2-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Şirinov sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyva zov) 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1375/2020 saylı iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuş, İddiaçı azyaşlı övladı 01.01.2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 58-də yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir
8. Apelyasiya instansiyası məhkəməsi qətnamənin hüquqi əsas kimi Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsi; 60-cı maddəsinin İ hissəsi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı; Mülki Məcəlləsinin 27.2, 139.1, 180.1, 180.2; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü, 54-cü maddələrinə istinad etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli mənzilə köçürülüb – köçürülməməsi məsələsinə qanunun analogiyası üzrə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəs inin tələbləri baxımından qiymət verilməlidir. Çünki, tərəflər arasında münasibətlər 2015-ci ildə yaranmışdır. Qanunun analogiyasının əsasını münasibətlərin oxşarlığı təşkil edir. Əgər ilkin iddiaçının köçmək istədiyi ev dövlət və ya bələdiyyə tərəfindən inşa olunsaydı və ya evin gələcəkdə dövlət və ya bələdiyyə mənzil fonduna daxil ediləcəyini güman etməyə əsaslar olsaydı, onda 68-ci maddə analogiya üzrə tətbiq edilə bilərdi. Hazırkı işdə ev fiziki şəxs tərəfindən özbaşına inşa olunan fərdi yaşayış evidir və bu evin gələcəkdə dövlət və ya bələdiyyə mənzil fonduna daxil ediləcəyinə əsaslar yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdeh kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: X3 haqqında Azərbaycan Respublikasının Qanun
15. Maddə 1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
17. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
81. Qanuna və ya digər X3a əsasən müəyyən sübutetmə vasitələri ilə t əsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, mübahisə ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslı deyil.
26. Əvvəla, qanunun analogiyası ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nətic ə qanunsuzdur. Beləki, X3 haqqında Azərbaycan Respublikasının Qanununda qanunun analogiyasına anlayış verilmişdir.
27. Həmin Qanunu 1.0.10. maddəsinə əsasən qanunun analogiyası dedikdə– konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür.
28. Normanın dispozisiya şərtlərindən göründüyü kimi işə baxılarkən konkret ictimai münasibətləri nizama salan maddi hüquq normalarının olmaması halında oxşar münasibətləri nizama salan normaların tətbiqi mümkün sayılır. Oxşar münasibətləri nizama salan normaların tətbiqi üçün iki şərt olmalıdır. 1-ci şərt, həmin normalar oxşar münasibətləri nizama salmalıdır, 2-ci şərt, tətbiq olunan normalar həmin vaxt qüvvədə olmalıdır.
29. Hazırkı işdə Apelyasiya Məhkəməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə istinad etmişdir. Hansıki, tərəflər arasında mübahisəli evlə bağlı münasibətlər yarananda (tərəflər 2015-ci ildə nikaha girmiş, iddiaçının etirafına əsasən 2016-cı ildən evdə yaşamağa başlamışdır) artıq həmin normalar qüvvədən düşmüşdür.
30. Təkcə qeyd olunan halın mövcudluğu iş üzrə çıxarılmış məhkəmə qətnaməsinin ləğv olunmasını şərtləndirir (MPM-nin 418.1. maddəsi).
31. Bundan başqa, Apelyasiya Məhkəməsi mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarına istinad etmişdir. Həmin qərarda deyilir ki, Azərbayc an Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorun masıdır.
32. Hazırkı mübahisəyə qeyd olunaq qərarın müddəalarının tətbiqi də əsaslı hesab oluna bilməz. Çünki nə iddiaçı və nədə cavabdeh mübahisəli evə dair mülkiyyət hüququ əldə edilməsi ilə bağlı mübahisə açmamışlar və evin dövlət reyestrində qeydiyyata alınmaması işin mübahisəsiz halıdır.
33. Tələbin qanuni əsası kimi Apelyasiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinad etməsi də əsaslı sayıla bilməz. Həmin normada deyilir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qeyd olunan norma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədləri üçün şəxsin yaşayış yeri anlayışının mahiyyətini açır.
34. Qanunun məqsədləri isə 1-ci maddədə aydın şərh edilmişdir-Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
35. Göründüyü kimi həmin norma evə köçürülmə hüququnun təmin edilməsinin əsasları kimi çıxış edə bilməz.
36. Bundan başqa, Apelyasiya Məhkəməsi evin hüquqi vəziyyəti ilə bağlı sənədləri ətraflı araşdırmamışdır. İşdə olan (32-47-ci səhifələr) sənədlər həmin evin uzun illər əvvəl inşa edilməsi, Suraxanı rayonu neftqazçıxarma idarəsinin mənzil təsərrüfatına aid olması (səhifə 41-dəki təsdiq), yaşayış evi kimi istifadə olunmasına şübhə yeri qoymur və iddiaçı tərəf də bu halı mübahisələndirməmişdir. Hətta, həmin evin özbaşına inşa edilmiş ev olması qəbul edilsə belə, bu halın mövcudluğu iddianın təmin olunması üçün yenə də müstəqil əsas hesab oluna bilməz.
37. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququ nun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir.
38. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir.
39. Baxılan iş üzrə mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.
40. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olması məsələsini qaldırmamış, əksinə özü etiraf edir ki, ev onların nikahından əvvəl inşa edilmişdir.
41. Eyni zamanda məhkəmə baxışı zamanı sübut olunmuşdur ki, iddiaçı 2016-cı ildə mübahisəli evə yaşamaq üçün gəlmiş və 2018-ci ildə həmin evi tərk edərək yaşamaq üçün başqa ünvana getmiş, cehiz əşyalarını da evdən çıxarmışdır.
42. Nəzərə almaq lazımdır ki, yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi istisna deyil (1.0.11. hüququn analogiyası).
43. Keçmiş gəlinlərin mənzil ə köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı 1-ci instansiya məhkəməsinin dəyərləndirməsi daha cəlbbedici görünür. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hü quqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.
44. Bundan başqa, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
45. Məhkəmə qərarının ədalətli olması şərtlərindən 1-cisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə mübahisəli evi cavabdehin valideynləri inşa etmiş, uzun illərdir ki, orada yaşayırlar. İddiaçı 2016-cı ildə evə köçmüş və 2018-ci ildə oranı tərk etmişdir. Evi tərk etməsinin səbəbi cavabdehin ailəsi ilə birlikdə yaşamağın mümkün olmamasıdır. Evi tərk etdikdən iki il sonra hazırkı iddia irəli sürülmüşdür. Həmin vaxta kimi cavabdeh yeni ailə qurmuş və ailəsini də həmin evə köçürmüş, yenə də valideynləri və digər ailə üzvləri ilə birgə yaşamaqda davam edirlər. Tərəflər arasında barışmaz münasibətlər fonunda İki ildən sonra iddiaçının evə köçürülməsinin hansı birgəyaşayış fəsadları ilə nəticələnəcəyi bəlli bir haldır.
46. Yekun qərar qəbul edən məhkəmə tərəflərin mənafeyləri arasındakı ədalətli tarazlığı, işin sübuta yetirilmiş yuxarıda sadalanan faktiki halları fonunda müəyyən etməlidir.
47. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
48. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-635/2021 nömrəli 27 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışın a göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.