Məhkəmə qərarları › İş №2(102)-3585/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3585/2022

14.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3585/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələbləri barədə iş üzrə QƏRARİ iş № 2(102)-3585/2022 (Açar sözlər: yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi, kompensasiya verilməklə, mənzilə olan mülkiyyət hüququna xitam verilməsi) Bakı şəhəri 14 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi tələbinə dair, Cav abdeh MMC-nin İddiaçı qarşı kompensasiya verilməklə, mənzilə olan mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-720/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərinin digər rayonları ilə yanaşı, həmçinin Səbail rayonu üzrə 18 19 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olar aq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır.

2. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” 26 avqust 2016-cı il tarixli, 117 saylı Sərəncamından görünür ki, "Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarının və "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 6.8 maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin, "Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 1 ünvanlarında yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş 25 may 2016-cı il tarixli aktını ”HERMESS” MMC-nin 08 aprel 2016-cı il tarixli, 02/16 saylı müraciətini nəzərə alaraq a qərara alınmışdır ki, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəzi yyətdə olan Səbail rayon Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 72,74,76,76A ünvanlarda yerləşən 1-3 mərtəbəli yaşayış binalarının söküntüsü ”HERMES-S” MMC tərəfindən yerinə yetirilsin və həmin cəmiyyətə torpaq sahəsi 0.5 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihəndirilməsi və tikintisinə icazə verilsin, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması ”HERMES-S” MMC-nin vəsaiti hesabına həyata keçirilsin.

3. Azərbaycan Respu blikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında xx.xx.2016-cı il tarixli Aktdan görünür ki, Neftçi Qurban küçəsi 74 ünvanda yerləşən yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olunmuşdur. Yükdaşıyan divarlarda çoxsaylı müxtəlif istiqamətli bir və iki tərəfli çatlar, boyuna və enmə divar birləşmələrində aralanmalar yaranmışdır. Xarici və daxili divarlarda əhəng daşlarında və suvaqlarda aşınmalar, hörgüarası məhlullara əllə toxunduqda ovulub tökülməsi müşahidə olunmuşdur. Mənzillərin daxili divarlarında su sızmanın və rütubətin izləri müşahidə olunmuşdur. Yaşayış evlərində sakinlər tərəfindən əlavə artırmalar inşa edilmişdir. Yaşayış evlərində fiziki aşınmaya ən çox məruz qalan hissələr-dam konstruksiyası və ağac materiallarından olan örtüklərdir. Döşəmə və tavan örtüklərində ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədirlər və hər an dağılma təhlükəsi mövcuddur. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evlərinin mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Binalarda təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilməmişdir. 4.Cavabdeh MMC-nin direktorunun İ ddiaçı ünvanladığı xx.xx.2016-cı il tarixli, 16/16 nömrəli məktubla İddiaçı bildirişi aldığı tarixdən 1 (bir) ay müddətində kirayə mənzilin tapılmasını və yaşadığı mənzilin boşaldılmasını təmin etməsi və hər hansı bir məlumat üçün "xxxx" MMC-nin əlaqə nömrələri vasitəsi ilə müraciət etməsi təklif edilmişdir.

5. İddiaçı nümayəndəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubla onun razılığı olmadan mənzilinin sökülməsini qanunsuz bir hərəkət hesab edərək, mənzilinin qapı və pəncərəsinin yerinə qoyulmaqla sökülmüş hissəsinin bərpa edilməsini xahiş etmişdir. 6.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ərizəsinə xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, arxiv əsaslarında aşkar edilmiş Mənzil Kommunal istismar sahəsi tərəfindən tərtib olunmuş eskizə əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzilinin ümumi sahəsi 24.0 kv/metr, yaşayış sahəsi 17.0 kv/metr təşkil edir.

7. İddiaçı verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrdən Arayışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 734 nömrəli reyestr kitabının 110245 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh MMC-yə qarşı “yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilm əsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi 74 saylı evin 1 saylı mənzilinin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi vəzifəsinin “HERMES-S“MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh MMC İddiaçı qarşı “hüquqlardan sui istifadəyə son qoyulması, kompensasiya verilməklə, mənzilə olan hüquqlara xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 məxsus ümumi sahəsi 24 kv/metrdən ibarət olan Bakı şəhəri, Qurban Abasov küçəsi, 74 saylı evin 1 saylı mənzilin hər kv /metrinə 1000 manatdan hesablanmaqla 24.000 manat kompensasiya ödənilməklə mənzilə olan hüquqlarına xitam verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan və Cavabdeh MMC tərəfindən sökülmüş Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi ev 74, 1 saylı mənzilin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının 2016-cı ilin noyabr ayından hesablanmaqla hər ay üçün 350 manat ödənilməsi vəzifəsinin “HERMES-S“MMCnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ona ü nvanlanmış bildirişin cavabını gözləmədən ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzilini sökmüşdür. Dəfələrlə Cavabdeh MMC-yə müraciət edərək, onların hərəkətlərinin qanunsuz olmasını, xx.xx.2016-cı il tarixli 117 saylı Sərəncamdan irəli gələn tələblərə zidd olmasını bildirmiş və onun sökülmüş mənzili ilə bağlı və gələcəkdə yeni mənzilin alınmasının təminatı olacaq müqavilənin bağlanmasını (imzalanmasını) xahiş etmişdir. Ancaq onun müraciətləri cavabsız qalmışdır. Bundan sonra o, dəfələrlə Səbail rayon İcra Hakimiyyəti Başçısına nümayəndəsi vasitəsi ilə yazılı şəkildə müraciət etmiş və Cavabdeh MMC-dən ona bildirmişlər ki, yeni inşa edilən binada ən az sahəsi olan mənzillər 70,0 kv.metrdir. Ona görə də o, əlavə kv.metrlərə görə pul ödəməlidir. O, yenidən İcra Hakimiyyətinə müra ciət etmişdir. Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti Başçısının Aparatının nümayəndəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli 10-C-24/2-152/2-1/1 saylı məktubunda bildirilir ki, sakinlərə veriləcək yeni mənzillər müqabilində hər hansı vəsaitin mənzil sahibi tərəfindən ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 3/10-C-26/2-152/2 saylı məktubunda bildirilir ki, qaldırılan məsələ sakinlərin və Cavabdeh MMC rəhbərliyinin iştirakı ilə Səbail rayon İcra Hakimiyyətində araşdırılaraq Sizə lazımi köməkliyin göstərilməsi barədə tapşırıqlar verilmişdir. Şirkətə müraciət etdikdə aranızda müqavilə imzalanacaqdır. Əlavə olaraq məlumat verilmişdir ki, təsdiq edilmiş eskiz layihədən kənara çıxılmaması, tikinti norma və qaydalarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər göstərişlərə ciddi əməl olunması barədə təkrarən Cavabdeh MMC-nin rəhbərliyinə bir daha xəbərdarlıq edilmişdir. Ünvan aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülmüşdür. İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 10-C-24/2-151 saylı və xx.xx.2018-ci il tarixli 10-C49-152 saylı məktublarında da, bu məsələ ilə bağlı Cavabdeh MMC-yə xəbərdarlıq edildiyi göstərilir. Lakin, edilən xəbərdarlıqlara və göstərişlərə baxmayaraq Cavabdeh MMC onunla yeni mənzil barədə müqavilə bağlamaqdan və kirayə haqqını ödəməkdən imtina edir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməyə məcbur qalmışdır.

12. Cavabdeh MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin əməkdaşları tam qanuni əsaslarla sözügedən çoxmərtəbəli binanın tikiləcəyi əraziyə 20 16cı ilin avqust ayında yerli baxış apararkən, sökülmüş halda olan dağıntılar aşkarlamışdır. Bununla bağlı Qurban Abbasov küçəsi 74 ünvanında yaşayan qonşularla söhbətlər aparılmış, həmin vaxt qonşular bildirmişlər ki, uçulmuş ərazidə 1998-1999-cu il tarixindən yaşayış olmamışdır və oranın kimə məxsus olmasını bilmirlər. Bu müddət ərzində sahibsiz və baxımsız olan əmlak zamanla yararsız vəziyyətə düşmüş və uçulmuşdur. Bununla bağlı qonşular tərəfindən akt tərtib edilmiş və imzaları ilə təsdiq edilmişdir.Qurban Abbasov 74 ünvanında olan mülkiyyət sahibləri ilə qarşılıqlı razılaşma əsasında müqavilələr imzalanmışdır. 2017-ci ildə Cəmil adlı şəxs MMC-yə məxsus ofisə gələrək sözügedən ünvanda yerləşən ona məxsus mənzilin MMC-tərəfındən söküldüyünü və buna görə də onunla müqavilə bağlanmasını t ələb etmişdir. Vətəndaşa bildirilmişdir Cavabdeh MMC tərəfindən başqasına məxsus əmlak sökülə bilməz. Sözügedən mənzilin MMC tərəfindən sökülmədiyini izah etdikdən sonra, həmin mənzilin sənədlərini MMC-yə təqdim etməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi mənzilə aid qeydiyyat vəsiqəsini və forma 1 (forma 1də mənzilin sahəsi olaraq 17 m2 qeyd olunmuşdur) təqdim etmişdir. Onlar qarşı tərəfə bir sıra təkliflər versələr də, tərəf razılığa gəlməmiş və 2 ilə yaxın müddətdə vətəndaşla əlaqə kəsilmişdir. Nəhayət İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Vətəndaşa məxsus uzun müddət istifadəsiz və sahibsiz qalan əmlak təbii aşınma nəticəsində uçmuşdur. Bir daha qeyd edir ki, əmlak onlar tərəfindən sökülməmişdir, bunu təsdiqləyən sübutları ərizəyə qoşma olaraq əlavə etmişdir. Nazirlər Kab inetinin qərarının icrasıyla bağlı iddiaçı Cavabdeh MMC qanun çərçivəsində yuxarıda qeyd olunan ünvanlarda yerləşən 26 mənzilin mülkiyətçiləri ilə müqavilələr bağlamış, razılıq əldə olunmuş və lazımi tədbirlər görülmüşdür. Artıq 2 ildir ki, cavabdehlə razılığa gələ bilmirlər. Hər dəfə bir bəhanə ilə görüş və təkliflərini rədd edir. Müqavilə imzalamış sakinlər də, işin bu vəziyyətdə davam etməsinə narazı qalmışlar. Bununla bağlı MMC-yə və bir sıra dövlət orqanlarına müraciət ediblər. İddiaçı öz vəzifələrindən sui-istifadə edərək Sərəncamın icrasını gecikdirir və bu qəbul edilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması, respublika rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanuna ziddi əməlləri ümumi ictimai mənafe yə xələl gətirsin.Cavabdehin tələb etdiyi məbləğ isə çox şişirdilmiş məbləğdir və bu cür tələb cavabdeh tərəfindən mülkiyyət hüquqlarından sui-istifadə edilməsi kimi qiymətləndirilməlidir.İddiaçı tərəfindən sərəncamla müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərancama uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 mart 2019-cu il tarixli qərardadı ilə hər iki iddiaya dair mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

14. Birinci instansiya məhkəməsi 08 aprel 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMCnin mütəxəssislərinə həvalə edilmişdir. 15. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına əsasən, İddiaçı məxsus ünvan 8 ünvanda yerləşən və hazırda sökülmüş 1 nömrəli mənzilin xx.xx.2019-cu il tarixinə hazırki bazar qiyməti 27000 manat, həmin ərazidə yeni tikili binalarda mənzillərin 1 kv.m-nin qiyməti 1800 manat, həmin ərazidə köhnə tikili binalarda mənzillərin 1 kv.m-nin qiyməti 1150 manat müəyyən olunur.

16. Birinci instansiya məhkəməsinin 2(009)-485/2019 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) İddiaçı Cavabdeh MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaş ayış binasında 24 m2 ümumi sahəyə 20% sahə əlavə edilməklə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsi “Hermes-S“MMC-nin üzərinə qoyulsun, habelə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2 - dən ibarət 1 saylı mənzilə görə aylıq 200 manat məbləğində kirayə haqqının Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı (digər iddia tələbi üzrə cavabdeh) Cavabdeh MMCnin cavabdeh (digər iddia tələbi üzrə iddiaçı) İddiaçı qarşı iddiasının qismən təmin edilməsi, İddiaçı adına olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilə İddiaçı mülkiyyət hüququna xitam verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qanunvericilikdə şəxsin mülkiyyət hüququ tanınmış və qanunla qoruma altına alınmışdır. Bununla belə, həmin hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mənzilin sahibinin oraya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması zəruridir.

18. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzilinin ümumi sahəsi 24.0 kv/metr olmaqla yaşayış sahəsi 17.0 kv/metr təşkil edir.

19. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” 26 avqust 2016-cı il tarixli, 117 saylı Sərəncamı n 2-ci bəndində ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması ”HERMES-S” MMC-nin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur.

20. Qeyd edilən xüsusatlar Cavabdeh MMC-nin direktorunun İddiaçı ünvanladığı xx.xx.2016-cı il tarixli, 16/16 nömrəli məktubunda-“sözügedən binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi (vəsaitin ödənilməsi ilə bağlı s akinlərlə müqavilə bağlanacaqdır) və həmin sakinlərə sökülmüş tikililərin əvəzində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada təmirli mənzillərin verilməsi "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçiriləcəkdir. Tikinti və təmir işləri başa çatdıqdan sonra sakinlər istismar müddəti başa çatmış, yararsız mənzillərin əvəzinə yeni mənzillərə təmin ediləcəklər”-,eləcə də Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatından İddiaçı və onun etibarnamə üzrə nümayəndəsinə onun müraciətlərinə cavab olaraq müxtəlif tarixdlərdə ünvanlanmış məktublarda –“... Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək həmin binalardan köçürülən sakinlərin və qeyri-yaşayış sahələrinin sahiblərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə və qeyri-yaşayış sahələrində yerl əşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə və sahibkarlara sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillər və qeyriyaşayış sahəsi ayrılacaqdır...”- əks etdirilmişdir.

21. Məhkəmə göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini və həmin qərara əsasən, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçür ülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının tapşırılmasını da nəzərə alaraq belə hesab etmişdir ki, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilin əvəzinə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 24.0 kv/metrdən ibarət ümumi sahəsinə 20% artıq sahə əlavə olmaqla İddiaçı təmirli mənzilin ayrılması barədə müqavilə bağlanması vəzifəsinin cavabdeh “Hermes-S“MMC-nin üzərinə qoyulması məqsədə müvafiqdir.

22. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, həmçinin qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi də tapşırılmışdır.

23. Odur ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilə görə Cavabdeh MMC tərəfindən aylıq kirayə haqqı da ödənilməlidir.

24. Məhkəmə aylıq kirayə haqqının ha nsı tarixdən və hansı məbləğdə ödənilməsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-yə ünvanlandığı məktubunda 08 fevral 2017-ci il tarixdə mənzilinə gedən zaman həmin ünvanda söküntü işləri aparıldığını və ona məxsus mənzilin bir hissəsinin ona xəbər verilmədən və razılığı olmadan söküldüyünü gördüyünü qeyd etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 74, 1 saylı mənzildə 2013-cü ildən heç kimin yaşamadığını təsdiq etmişdir.

25. Məhkəmə iddiaçının Bakı şəhəri, Səbail rayonu, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74, 1 saylı mənzildə yaşamadığını, həmin mənzilin sahəsini nəzərə alaraq belə hesab etmişdir ki, qeyd edilən mənzilə görə ona ödənilməli olan kirayə haqqı aylıq 200 manat məbləğində olmaqla hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq ödənilməlidir. Odur ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyətəhvil verilənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilə görə aylıq 200 manat məbləğində kirayə haqqı hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən ödənilməlidir.

26. Məhkəmə həmçinin iddiaçı Cavabdeh MMC-nin - cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə, mənzilə olan mülkiyyət hüququna xitam verilməsi” tələbinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı işdə Səbail rayonu X4 küçəsində yerləşən 74 saylı evin, 1 saylı mənzilə istənilən şəxsin hüquqlarının itirilməsi və oradan çıxarılması, mülkiyyət hüququnun olması daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış və ya qeydiyyat vəsiqəsi ilə təsdiqlənir. Mübahisə predmetinin həmin şəxsin iqtisadi marağında olan real əmlakı olması mübahisəsizdir.

27. İşin digər faktiki hallarından görünür ki, dövlət (Səbail rayon İcra Hakimiyyəti şəxsində) mənzilin yerləşdiyi bina və torpaq sahəsinin sökülməsi barədə sərəncam vermiş və Cavabdeh MMC həmin sərəncam əsasında binadakı mənzil sahiblərinin əksəriyyətini köçürmüş, binanın sökülməsi üçün real tədbirlər görmüşdür. Qeyd olunanlar, müdaxilənin varlığını şəksiz şəkildə sübut edir.

28. Bununla belə, mülkiyyət hüququna (o cümlədən adı çəkilən fiziki şəxsin mülkiyyət hüququna) müdaxilənin mümkünlüyü Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci, Konstitu siyanın 29-cu, eləcə də Mənzil Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normalarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların sakinlərinin köçürülməsi, dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququ açıqca təsbit olunmuşdur.

29. Qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalardakı şəxslərin mülkiyyət hüquqlarının əvəzi ödənilməklə məhdudlaşdırı lması Nazirlər Kabinetinin qərarı və Səbail rayon İcra Hakimiyyətinin sərəncamı ilə yuxarıda qeyd olunan qaydada tənzimlənmişdir. Yəni, belə binaların sakinlərinin müvafiq kompensasiya müqabilində çıxarılmaları səlahiyyətli dövlət orqanlarının aktlarında nəzərdə tutulmuşdur.

30. Dövlət orqanlarının qəbul etdiyi bu aktlarda söküntünün və mülkiyyətçilərə məxsus bina və ərazinin yenidən qurulması üçün şirkətlərə verilməsi abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qeyd edilən vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə izah edilir. Həmin binaların qəzalı və şəhərsalma normalarına cavab verməyən v əziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin aktı da mövcuddur.

31. O da məlumdur ki, bu söküntü Bakı şəhərinin əksər rayonları, o cümlədən Səbail rayonu üzrə aparılmaqla on minlərlə şəxsin yaşadığı yüzlərlə bina və sahələri (təkcə Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 41 yaşayış binasını) əhatə edir. Beləliklə, söküntü və yenidən qurma tədbirlərinin yuxarı dövlət orqanlarının aktları əsasında aparılması, paytaxtın əksər rayonlarını və böyük sayda əhalisini əhatə etməsi, xüsusilə də qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalarla bağlı olmaqla, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldiyi, belə binalarda baş verə biləcək bədbəxt hadisələrin qarşısını n alınmasına kömək edə biləcəyi nəzərə alındıqda, müdaxilənin cəmiyyətin maraqlarına xidmət etməsi (ictimai mənafe üçün olması) qənaətinə gəlmək mümkündür. Bu da o deməkdir ki, baxılan işdə vətəndaşın mənzili üzərindəki mülkiyyət hüquqlarına müdaxilə qanuni məqsəd daşıyır.

32. Məhkəmə fiziki şəxsin mülkiyyət hüququna müdaxilənin haqq qazandırıla bilən olub-olmaması ilə bağlı bildirmişdir ki, binanın məhdud işlək vəziyyətdə olması, bu vəziyyətdə dövlətin real tədbirlər görmək vəzifəsi, eləcə də mülkiyyətçilərin zərərinin tam qarşılanması üçün real təminatların nəzərdə tutulması müdaxiləni həm zəruri, həm də mütənasib edir. Belə ki, faktiki vəziyyətdə bu müdaxilənin edilməməsi dövlətin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq üzərinə götürdüyü bir sıra pozitiv öhdəliklərin pozulmas ına gətirib çıxara bilər. Çünki, Azərbaycan Respublikası, Avropa Konvensiyasına qoşulmuş tərəf kimi yurisdiksiyası altında olan şəxslərin yaşamaq, mülkiyyət və s. hüquqlarının pozulmaması üçün zəruri olan bütün tədbirləri vaxtında və tam şəkildə görmək öhdəliyini öz üzərinə götürmüşdür.

33. Hazırkı işdə faktiki vəziyyət ondan ibarətdir olmuşdur ki, sakinin həyat və sağlamlığı, əmlakı real təhlükə altında olmuşdur. Çünki, onun mülkiyyətində olan mənzilin yerləşdiyi bina uzunmüddətli istismar nəticəsində məhdud işlək vəziyyətdə idi, mövcud tikinti norma və qaydalarına və mövcud şəhərsalma tələblərinə cavab vermirdi. Digər mənzil sahibləri ilə əldə olunan razılaşmalar nəticəsində aparılan söküntü işlərinin həmin vəziyyəti daha da pisləşdirdiyi nəinki istisna olunmur, hətta yüksək ehtimal daxi lindədir.

34. Digər tərəfdən Avropa Məhkəməsi baxdığı bir çox işdə mülkiyyətə müdaxilənin zəruri (haqq qazandırılmalı və mütənasib) olduğunu təsbit etmək üçün cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməsi məsələsinə vurğu edir. Ədalətli tarazlığı pozan vəziyyət dedikdə, mülkiyyətçinin məruz qaldığı məhdudiyyət yükünün ağırlığı nəzərə alınır. Bununla belə, hesab edir ki, əgər həmin məhdudiyyətin müddətlərinin azaldılması və zərərin əvəzinin ödənilməsi halları varsa müdaxilə qanuni sayıla bilər (Sporronq və Lonnrot İsveçə qarşı iş, 1986).

35. Belə olan halda məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən hazırki qətnamə ilə İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçə si 74 üvanında yerləşən 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 m2 sahəyə 20% əlavə edilməklə təmirli mənzil verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, İddiaçı adına olan Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 m2 sahəli 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsi məqsədəmüvafiqdir.

36. Məhkəmə həmçinin iddia tələbinin kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, G-05/19-160 nömrəli rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzili hazırki bazar qiyməti 27000 (iyirmi yeddi min) manat olaraq müəyyən edilmişdir.

37. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və məhz qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini və həmin qərara əsasən, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülm üş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının tapşırılmasını da nəzərə alaraq İddiaçı 27000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, ümumi sahəsi 24 m2 ibarət 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsini qanuni və ədalətli hesab etmir. Odur ki, iddiaçı Cavabdeh MMC-nin iddia tələbi bu hissədə təmin edilə bilməz.

38. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.6, 28.7, 85-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəm əsindəki birinci icraat

39. Qətnamədən narazı qalan iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iş üzrə onun iddasının təmin edilməsi, digər iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Qətnamədən narazı qalan cavabdeh (eyni zamanda iddiaçı) Cavabdeh MMC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı idda tələbinni rədd edilməsi, eləcə də onun idda tələbinni tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanovsədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 2(103)-13462/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh (digər iş üz rə iddiaçı) Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının (digər iş üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-485/2019 saylı 16 iyul 2019-cu il tarixli qətnaməsinin Cavabdeh MMC-dən kirayə haqqının tutulması hissəsində dəyişdirilməsi, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilin söküldüyü tarixdən yəni 2016-cı il noyabr ayından başlayaraq kirayə haqqının ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

42. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilin əvəzinə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 24.0 kv/metr-dən ibarət ümumi sahəsinə 20% artıq sahə əlavə olmaqla İddiaçı təmirli mənzilin ayrılması barədə müqavilə bağlanması vəzifəsinin cavabdeh “Hermes-S“ MMC-nin üzərinə qoyulması məqsədə müvafiqdir.

43. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016- cı il tarixli, 86 saylı qərarına əsasən, həmçinin qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzil lərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi də tapşırılmışdır. Odur ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilə görə Cavabdeh MMCtərəfindən aylıq kirayə haqqı da ödənilməlidir.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin aylıq kirayə haqqının hansı tarixdən və hansı məbləğdə ödənilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 1 saylı mənzil 24.0 kv/metr sahəli olmuş, yaşayış ü çün tam yararlı olmamışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mövcud ərazidə kirayə qiymətləri nəzərə alınmaqla mənzilə görə iddiaçıya ödənilməli olan kirayə haqqının aylıq 200 manat məbləğində müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

45. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin aylıq kirayə haqqının qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq ödənilməsi barədə qənaəti isə əsaslı hesab edilə bilməz.

46. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli müraciət məktubundan görünür ki, İddiaçı mülkiyyətçisi olduğu mənzilin Cavabdeh MMCtərəfindən sökülməsi məhz 2016 noyabr ayından söküldüyü qeyd olunur. Həmçinin Cavabdeh MMC həmin tarixi mübahisələndirməməklə yalnız söküntünün onlar tərəfindən aparılmad ığını irəli sürur.

47. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilə görə aylıq 200 manat məbləğində kirayə haqqı mənzilin söküldüyü tarixdən yəni 2016-cı ilin noyabr ayından hesablanmalıdır.

48. Məhkəmə kollegiyası həmçinin iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə, mənzilə olan mülkiyyət hüququna xitam verilməsi” tələbinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, yuxarıda qeyd olunanları, o cümlədən hazırki qətnamə ilə İddiaçı ilə ona mülkiyyət hüququ əsasın da məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 m2 sahəyə 20% əlavə edilməklə təmirli mənzil verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin “Hermes-S“ MMC-nin üzərinə qoyulmasını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, İddiaçı adına olan Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 m2 sahəli 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsi məqsədə müvafiqdir.

49. Məhkəmə həmçinin iddia tələbinin kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və məhz qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini və həmin qərara əsasən, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının tapşırılmasını da nəzərə alaraq İddiaçı 27000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, ümumi sahəsi 24 m2 ibarət 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsini qanuni və ədalətli hesab etmir. Odur ki, iddiaçı Cavabdeh MMC-nin iddia tələbini həmin hissədə təmin edilə bilməz.

50. Məhkəmə öz mövqeyini Konstitusiyanın 13, 29, Mülki Məcəllənin 152.1, 28.6, 85, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

51. Qətnamədən narazı qalan iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kirayə haqqı məbləği və veriləcək mənzilin sahəsi ilə bağlı hissədə ləğv edilərək, mənzilin aylıq kirayə haqqınıhn 350 manat müəyyən edilməsi, mənzilin sahəsinin isə binanın layihəsində nəzərdə tutulmuş ən aşağı sahə olan 70 kv.m-lik təmirli mənzil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

52. Qətnamədən narazı qalan cavabdeh (eyni zamanda iddiaçı) Cavabdeh MMC kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək İddiaçı iddiasının rədd edilməsi və Cavabdeh MMC-nin iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlqar Xələfov sədrlik edən və məruzəçi, Gündüz Quliyev, Zaur Əliyev) 2(102)-2629/2019 saylı, 01 iyul 2020-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxı lması üçün həmin məhkəməyə göndərilməsi, Cavabdeh MMC–nin kasasiya şikayəti təmin edilməməsi qərara alınmışdır.

54. Kasasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı sökülən mənzilinin müqabilində 24 kv.metr + 20 faiz ölçüdə mənzilin verilməsi və kirayə haqqı kimi 200 manatın ödənilməsi barədə qəbul edilmiş qətnaməni qanuni hesab edərkən mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyəti olan halları nəzərə almadan və onlara qiymət vermədən nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz.

55. Mübahisəli ərazidə yerləşən qəzalı evlərin sökülməsi üçün əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2016-cı il tarixli sərəncamının 2-ci bəndinə görə yaşayış sahələri sökülmüş sakinlərə tikililərin ye rində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Həmin sərəncamla birmənalı olaraq müəyyən olunmuşdur ki, sökülmüş tikililərin müqabilində sakinlər orada tikiləcək yeni binada mənzillə təmin olunmalı və bu MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Sərəncamda sakinlərə əvvəllər mənsub olduqları ölçüdə və ya müəyyən faiz də artırılmaqla yaşayış sahəsinin verilməsi nəzərdə tutulmadığından onlar yalnız mənzillə təmin oluna bilərdilər.

56. Lakin işdən görünür ki, İddiaçı həmin sərəncamın tələbinə uyğun olmayaraq əvvəlki mənzilinin ölçüsü həcmində və 20 faiz də artıq sahə əlavə olunmaqla yaşayış sahəsi verilmişdir.

57. İddiaçı iddia ərizəsindən, izahatlarından və şikayətlərindən görünür ki, yeni tikilmiş b inada ölçüsü ən aşağı olan mənzil 70 kv. metr təşkil edir. Belə olduqda, İddiaçı ölçüsü 24 kv. metr +20 faiz yaşayış sahəsinin ayrıca mənzil şəklində verilməsi qeyrimümkündür.

58. MMC-nin münasibəti isə aydın təsdiq edir ki, MMC İddiaçı 70 kv. metr ölçüdə mənzil vermək niyyətində deyildir. Belə olduqda, nəzərdə tutulmuş yaşayış sahəsinin hansı qaydada İddiaçı ayrılacağı anlaşılmazdır. İşdə yeni tikilən evin planı və layihəsi olmadığından, həmin evdə hansı ölçülü mənzillərin olmasını müəyyən etmək mümkün deyildir. İddiaçıya görə ərazidə yaşayan sakinlərin hamısının yaşayış sahəsinin ölçüsü cəmi 20-40 kv. metr təşkil etmiş, lakin MMC tərəfindən onlarla 70 kv. metr ölçüdə sahəsi olan yeni mənzillərə dair müqavilələr bağlanmışdır.

59. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi mübahisən in düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq iddiaçının həmin dəlillərini yoxlamamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. İddiaçı söküntü aparılana qədər sahəsi az da olsa ayrıca mənzilə malik olduğu halda, hazırda həmin imkanını itirmişdir. Ona təklif olunan sahə (24 kv.metr+20 faiz) isə binada mövcud olduğu güman edilən ən aşağı sahəsi 70 kv. metr olan mənzilin yarısını belə təşkil etmir. Ondan artığını isə MMC, yuxarıda qeyd olunduğu kimi, iddiaçıya vermək niyyətində deyildir.

60. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaş lara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.

61. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qanunun həmin normasına istinad etsə də, əslində həmin normanın məqsədlərini təmin edən qətnamə qəbul etməmiş, son nəticədə iddiaçının mülkiyyət hüququ dolayısı şəkildə pozulmuşdur.

62. Kollegiya hesab etmişdir ki, qəbul edilmiş qətnamə ilə mübahisəli hüquq münasibətində müəyyənlik yaranmamış, pozulmuş hüquqların real bərpası təmin olunmamışdır. Yol verilmiş pozuntu mübahisənin bütövlükdə düzgün olmayan həllinə səbəb olduğundan, kollegiya hesab edir ki, qətnamə tam ləğv olunmalıdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

63. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova- sədrlik e dən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 2(103)-568/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh MMC-nin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-485/2019 saylı 16 iyul 2019-cu il tarixli qətnaməsinin qismən “İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 m2 ümumi sahəyə 20% sahə əlavə edilməklə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin “Hermes-S“MMC-nin üzərinə qoyulması, habelə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2 - dən ibarət 1 saylı mənzilə görə aylıq 200 (iki yüz) manat məbləğində kirayə haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin” hissəsində ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı “yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 kv.m-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında, A girişin də, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya) 26.58 kv.m ölçüdə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsi “Hermes-S“MMC-nin üzərinə qoyulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

64. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2629/2020 saylı, 01 iyul 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 noyabr 2019-cu il tarixli qətnaməsi tam ləğv edildiyindən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini hər iki apellyasiya şikayəti əsasında tam yoxlanmasını zəruri hes ab edir. Belə ki, apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldilmişdir.

65. Məhkəmə kollegiyası ilk növbədə İddiaçı ilə Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan və "xxxx" MMC tərəfindən sökülmüş Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi ev 74, 1 saylı mənzilin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının 2016-cı ilin noyabr ayından hesablanmaqla hər ay üçün 350 manat ödənilməsi vəzifəsinin “HERMES-S“MMC-nin üzərinə qoyulması barədə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilin əvəzinə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 24.0 kv/metrdən ibarət ümumi sahəsinə 20% artıq sahə əlavə olmaqla İddiaçı təmirli mənzilin ayrılması barədə müqavilə bağlanması vəzifəsinin cavabdeh “Hermes-S“MMC-nin üzərinə qoyulması məqsədə müvafiq hesab etsə də, adı keçən binada həmin ölçüdə mənzilin olmaması barədə “HERMES-S“ MMC-nin mövqeyini nəzərə almamışdır. Halbuki, qeyd edilən ölçüdə mənzilin mövcudluğu barədə iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. Bu da, mövcud qətnamənin gələcəkdə icrasını mümkünsüz edir.

66. Kollegiya qətnamədə qeyd edilən mənzilin mövcud olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə, Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanı nda Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli binaya kollegiya tərəfindən yerli baxış keçirmiş, yerli baxış zamanı Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən çoxmərtəbəli yaşayış binasının, A girişində, 4cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya), sahəsi 26.58 kv.m ölçüdə mənzilin mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin əsas hissəsini təşkil edən Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya), sahəsi 26.58 kv.m ölçüdə olması gələcəkdə çıxarılacaq qətnamənin icrasını mümkün edir.

67. Kollegiya birinci instansiya məhkəməsinin “odur ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil veri lənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilə görə Cavabdeh MMC tərəfindən aylıq kirayə haqqı da ödənilməlidir” mövqeyini haqlı hesab etməmişdir.

68. Belə ki, istər keçirilən məhkəmə iclasları zamanı, istərsə də yerli baxış zamanı iddiaçı tərəf ifadələrində Səbail rayonu, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 1 saylı mənzilində yaşayışın olmadığını, mənzilin dam örtüyünün uçuq olduğunu bildirmişdir. Bu da, onu deməyə əsas verir ki, iddiaçının başqa yaşayış yeri olduğu halda, eyni zamanda mülkiyyətində olmuş mənzil sökülməmişdən əvvəl həmin mənzildə yaşamaması ona kirayə pulu verilməsini i stisna edir.

69. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin aylıq kirayə haqqının müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

70. Məhkəmə kollegiyası həmçinin iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə, mənzilə olan mülkiyyət hüququna xitam verilməsi” tələbinə münasibət bildirərək qeyd edir ki, hazırki qətnamə ilə İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 kv.m-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya) 26.58 kv.m ölçüdə təmirli mənzil verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin “Hermes-S“ MMC-nin üzərinə qoyulmalı olduğu halda, birinci instansiya məhkəməsinin “İddiaçı adına olan Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 m2 sahəli 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsi” barədə qənaətini məqsədə müvafiq hesab edir.

71. Kollegiya həmçinin iddia tələbinin kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək haqlı olaraq qeyd etmişdir ki, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “AB Consultinq“MMCnin xx.xx.2019-cu il tarixli, G05/19-160 nömrəli rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzili hazırki bazar qiyməti 27000 (iyirmi yeddi min) manat olaraq müəyyən edilmişdir.

72. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və məhz qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini və həmin qərara əsasən, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının tapşırılmasını da nəzərə alaraq İddiaçı 27000 manat kompe nsasiya ödənilməklə onun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, ümumi sahəsi 24 m2 ibarət 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsini qanuni və ədalətli hesab etmir. Odur ki, iddiaçı Cavabdeh MMC-nin iddia tələbini həmin hissədə təmin edilə bilməz. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

73. Qətnamədən narazı qalan iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı kasasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

74. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Mehparə Əhmədova sədrlik edən və məruzəçi, Ələsgər Əliyev, İsmayıl Xəlilov) 2(102)4522/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mü lki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

75. Kassasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Apelyasiya kollegiyası həmin binaya baxış keçirməklə MMC tərəfindən iddiaçıya 1 otaqlı studiya verilməsi qənaətinə gəlməklə Mənzil Məcəlləsinin yaşayış sahəsi mənzillə bağlı tələblərini, dolayısı ilə iddiaçının mülkiyyət hüquqlarını pozmuş, həmçinin nəzərə almamışdır ki, Nazirlər Kabinetinin müvafiq qərarında və həmin Qərar əsasında verilmiş İcra Hakimiyyətinin sərəncamında sakinlərə MMC tərəfindən tikiləcək çoxmərtəbəli binada studiya deyil, mənzil ayrılması nəzərdə tutulmuş, Nazirlər Kabinetinin Qərarında qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması birbaşa göstərilmişdir. İddiaçıya st udiya verilməsi isə onun mənzil-məişət şəraitinin yaxşılaşdırılması və Nazirlər Kabinetinin adıçəkilən Qərarının məqsədinə nail olunması hesab edilə bilməz.

76. Həmçinin kirayə pulu tələbi hissəsi üzrə apellyasiya məhkəməsi “Səbail rayonu, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 1 saylı mənzilində yaşayışın olmadığını, mənzilin dam örtüyünün uçuq olduğunu bildirmişdir. Bu da, onu deməyə əsas verir ki, iddiaçının başqa yaşayış yeri olduğu halda, eyni zamanda mülkiyyətində olmuş mənzil sökülməmişdən əvvəl həmin mənzildə yaşamaması ona kirayə pulu verilməsini istisna edir“kimi münasibət bildirərək həmin tələbi təmin etməməklə iddiaçının mülkiyyəti ilə bağlı hüquqlarını və mənzili şəraitinin yaxşılaşdırılmasına xidmət edən yuxarıda sadalanmış normativ aktların (Na zirlər Kabineti, İcra Hakimiyyəti) kirayə pulunun verilməsi ilə bağlı tələblərini pozmuşdur. f) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

77. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – X.Sarıyev- sədrlik edən və məruzəçi, N.Cəfərov, E.Mehdiyev) 2(103)-720/2022 saylı, 2 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında A girişində, 4-cü mərtəbə də yerləşən, 1 otaqlı 26.58 m2 ölçüdə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsi “Hermes-S“MMCnin üzərinə qoyulması, 2016-cı ilin noyabr ayından hesablanmaqla yeni çoxmərtəbəli yaşayış binasında mənzil təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilə görə aylıq 200 (iki yüz) manat məbləğində kirayə haqqı Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməsi, ilkin iddia qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

78. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 420-ci maddəsinin tələbinə əsasən iş üzrə kassasiya məhkəməsinin qərarlarında əks olunmuş mövqeləri nəzərə alaraq, əlavə araşdırma aparmış və əvvəlki kollegiya tərəfindən keçirilmiş yerli baxış zamanı və işdə olan yeni tikilən evin planı və layihəsinə və Cavabdeh MMC-nin məktubuna əsasən müəyyən etmişdir ki, Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən çoxmərtəbəli yaşayış binasının, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, sahəsi 26.58 kv.m ölçüdə təmirli mənzil mövcuddur. Belə ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 05/22 saylı məktubundan görünür ki, ünvan 11 (keçmiş X4 küçəsi) ünvanında inşa etdiyi 12 mərtəbəli binanın A bloku 4-cü mərtəbəsində 1 otaqlı, təmirli, sahəsi 26,58 kv.m olan (köhnə mənzil 24 kv.m, yaşayış sahəsi 17 kv.m) mənzil ayırmışlar. Ayrılmış mənzil ayrıca 1 otaqdan, 1 mətbəx və 1 eyvandan ibarətdir. Göründüyü kimi, mübahisənin əsas hissəsini təşkil edən ünvan 11 ünvanında inşa etdiyi 12 mərtəbəli binanın A bloku, 4-cü mərtəbəsində 1 otaqlı, təmirli, sahəsi 26.58 kv.m ölçüdə olması gələcəkdə çıxarılacaq qətnamənin icrasını mümkün edir.

79. Həmçinin apellyasiya məhkəməsi aylıq kirayə haqqının hansı tarixdən və hansı məbləğdə ödənilməsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh MMC-nin direktorunun İddiaçı ünvanladığı xx.xx.2016-cı il tarixli, 16/16 nömrəli məktubunda sonuncudan bildirişi aldığı tarixdən 1 (bir) ay müddətində kirayə mənzilin tapılmasını və yaşadığı mənzilin boşaldılmasını təmin etməsi xahiş olunmuşdur.

80. Kollegiya qeyd olunanlara əsasən hesab etmişdir ki, kirayə haqqı ilə bağlı hissədə iddia qismən təmin edilməli, 2016-cı ilin noyabr ayından hesablanmaqla yeni çoxmərtəbəli yaşayış binasında mənzil təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilə görə aylıq 200 (iki yüz) manat məbləğində kirayə haqqı Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməlidir.

81. Kollegiya həmçinin hazırki qətnamə ilə İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 kv.m-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı 26.58 kv.m ölçüdə təmirli mənzil verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin “Hermes-S“ MMC-nin üzərinə qoyulduğuna görə birinci instansiya məhkəməsinin “İddiaçı adına olan Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 m2 sahəli 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsi” barədə qənaətini məqsədə müvafiq hesab etmişdir.

82. Kollegiya həmçinin iddia tələbinin kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və məhz qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini və həmin qərara əsasən, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhd əsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının tapşırılmasını nəzərə alaraq, İddiaçı 27000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, ümumi sahəsi 24 m2 ibarət 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsini qanuni və ədalətli hesab etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

83. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələ binin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

84. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qətnaməsində göstərilir ki, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalardakı şəxslərin mülkiyyət hüquqlarının əvəzi ödənilməklə məhdudlaşdırılması Nazirlər Kabinetinin qərarı və Səbail rayon İcra Hakimiyyətinin sərəncamı ilə tənzimlənmişdir. Yəni, belə binaların sakinlərinin müvafiq kompensasiya müqabilində çıxarılmaları səlahiyyətli dövlət orqanlarının aktlarında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarında, nə də ki, həmin qərar əsasında verilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 2016-cı il tarixli 117 saylı Sərəncamında Qəzalı vəziyyətddə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalardakı şəxslərin mülkiyyət hüquqlarının əvəzi ödənilməklə məhdudlaşdırılması və sakinlərin müvafiq kompensasiya müqabilində çıxarılmaları göstərilməmişdir. Həmin qərar və sərəncamda yalnız vətəndaşların mənzilməişət şəraitlərinin yaxşılaşdırılması və yeni binalar inşa edilib vətəndaşlara mənzil verilənədək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının həmin qərar və sərəncamı yuxarıda göstərilən kimi şərh etməsi "xxxx" MMC-ni qanunsuz və vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən hərəkətlərinin müdafiəsidir.

85. Məhkəmənin gəldiyi nəticə səhvdir və İddiaçı mülkiyyət hüquqlarının pozulmasıdır.

86. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevra l 2016-cı il tarixli 86 saylı Qərarında göstərilir ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edir. Məhkəmə kollegiyası tərəfindən göstərilən qərarın tələbləri də pozulmuşdur. Qərarda söküləcək binaların yerində müasir tələblərə uyğun yenilərinin tikilməsindən başqa, həm də qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması vəzifəsi qoyulmuşdur. Mənzil-məişət şərai tinin yaxşılaşdırılması isə İcra Hakimiyyətinin üzərinə həm də mənzil sahibinin ailəsinin yaşaması üçün münasib mənzil verilməsini nəzərdə tutur və “Hermes-S “MMC öz üzərinə həmin vəzifələrin yerinə yetirilməsi öhdəliyin götürmüşdür. İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərlə göstərmişdir ki, onun ailəsi 4 nəfərdən ibarətdir. O, arvadı və 2 övladı. Ona görə də onlara verilməli olan mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına uyğun olaraq 4 nəfərin yaşamasını, yəni, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən mənzil olmalıdır. 87.Bundan əlavə məhkəmə kollegiyası İddiaçı kirayə haqqının ödənilməsi ilə bağlı hissədə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, mülki işin materiallarında 1 otaqlı mənzillərin kirayə haqqının 200 ( i ki yüz ) manat olmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Əksinə, kirayə haqqının verilməsi ilə bağlı iş materiallarında həmin ərazidə 1 otaqlı mənzilin bir aylıq kirayə haqqının 320-350 manat olması barədə ekspert rəyi vardır ( 2-ci cild, səhifə 111-112 ).

88. Lakin, məhkəmə kollegiyası həmin sənədə istinad etməmiş, ümumiyyətlə kirayə haqqının məbləğinin obyektiv həll edilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Məhkəmə kollegiyası qətnaməsində göstərir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamsı; birinci instansiya məhkəmə sinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 385.1.4cü maddələrinin tələblərinin pozulması nəticəsində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, özünün qəbul etdiyi qətnamədə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

89. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 90. 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlət in ali məqsədidir; 91.- 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 92.- 26-cı maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsınə təminat verir". 93.- 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

94. Maddə 15 2.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 95.Maddə 152.5. Mülkiyyətçi“qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla“müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

96. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifa dədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

97. Maddə 85 Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

98. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

99. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

100. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

101. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

102. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri

103. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

104. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əs aslı qətnamə qəbul etmişdir. 106.Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

107. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

108. Kassasiya şikyətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində sökülmüş Bakı şəhəri, Səbail rayonu, Abbasov küç əsi ev 74, 1 saylı mənzilinin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş və onun bu tələbi təmin edilmiş, iddiaçıının sökülən mənzili 1 otaqlı, yaşayış sahəsi 17 kv.m, ümumi sahəsi isə 24 kv.m olduğu halda, onun əvəzinə qətnamə ilə 1 otaqlı, ümumi sahəsi 26.58 m2 ölçüdə təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması vəzifəsi cavabdehə həvalə edilmişdir.

109. İddiaçının 4 nəfərdən ibarət ailə üzvünün olması və sökülən 1 otaqlı mənzilin əvəzinə ona 4 nəfərin yaşamasına imkan verən mənzilin verilməsinin tələb edilməsini isə məhkəmə hüquqdan sui-istifadə hesab edir.

110. Kassasiya şikayətinin kirayə haqqının 200 manat olmasını təsdiq edən hər hansı bir sübutun olmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 111.Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 112.Yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-720/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar