Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3585/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin etibarsız hesab edilməsi vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-931/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ******* nömrəli əmək kitabçasına əsasən 02/k nömrəli əmrlə 12 yanvar 2004-cü il tarixdə “Azərdənizneftinşaat” trestinin Metalkonstruksiyaları zavodunun 2 saylı sexinə metalkonstruksiyaları üzrə 4-cü dərəcəli yığıcı-çilingər vəzifəsi üzrə işə qəbul edilmiş, 13 avqust 2004-cü il tarixdə 53/ş nömrəli əmrlə ştat cədvəlinə əsasən mühəndis energetik vəzifəsinə keçirilmiş, 16 aprel 2007-ci il tarixdə 02/k nömrəli əmrlə öz təşəbbüsü ilə baş energetik vəzifəsinə təyin edilmiş, 12 may 2010-cu il tarixdə 54-k nömrəli əmrlə "xxxx" 4 saylı Tikinti Quraşdırma İdarəsi onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq baş energetik şöbəsinə rəis müavini vəzifəsinə işə qəbul edilmiş, daha sonra 12 iyul 2010-cu il tarixdə 237/k nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq baş energetika şöbəsinə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş və 28 noyabr 2014-cü il tarixədək bu vəzifədə işləmişdir.
2. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh xx.xx.2014-cü il tarixli, 790/K saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştatın ixtisar edilməsi) əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə (bundan sonra cavabdeh, yaxud Dövlət Neft Şirkəti) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin etibarsız hesab edilməsini, ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 10.000 manat, mediasiya xidməti üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2004-cü il tarixdən “Azərdənizneftinşaat” trestinin metalkonstruksiya zavodunda yığıcı-çilingər işinə qəbul olunmuşdur. Nümunəvi iş davamiyyətinə görə həmin müəssisədə 12 -ci dərəcəli mühəndis energetik işinə təyin edilmişdir. 2007-ci ildə “Azərdənizneftinşaat və Qaz Neft tikinti tresti” birləşdikdən sonra həmin zavod üzrə 16-cı dərəcəli baş energetik vəzifəsinə təyin edilmiş, 2010-cu ilin may ayında “Metalkonstruksiyaları” zavodu ləğv edildikdən sonra “NQT” trestinin 4 saylı “TQİ”-sinə energetik şöbəsində rəis müavini, daha sonra 13 dərəcəli mühəndis energetik vəzifəsinə ştatla təyin edilmişdir. 2014-cü ilin sentyabr ayından ona bildiriş verərək ixtisarlar başladığını bildirilmişdi. Təxminən noyabr ayının əvvəlində SOCAR-ın insan resursları departamentində test imtahanı təşkil edilmiş, 40 sualdan 14-nə cavab vermişdir. Onunla imtahan verən şəxslərdən 13 bal toplayan olmuş və həmin şəxs işlə təmin olunmuşdur. Həmin ilin dekabr ayında Ayxan adlı bir şəxs ona bildirmişdir ki, o, işdən azad olunubdur. O, dərhal etirazını bildirərək, Cavabdehnə gedib orada rəhbərliklə görüşmüşdür. Orada ona, gec gəldiyini, lakin narahat olmamasını və 2 saylı “TQİ”-də mühəndis mexanik işinə təyin edəcəklərini desələr də onu aldatmışlar. Əmək fəaliyyətini 2014-cü ilin dekabr ayının 10-11-nə kimi davam etdirmiş, əmək müqaviləmə isə həmin ilin noyabr ayının 28-də xitam verilmişdir. Cavabdehin rəhbərliyinə dəfələrlə müraciət edərək, bəzi sənədləri surətlərini istəmişdir. Bir gün sonra baş mühəndis-müdir əvəzi Elmirzə Adgözəlova imzası ilə 4 adda sənədin kserosurəti ona verilmişdir. Cavabdeh tərəfindən ona orta aylıq əmək haqqının azı iki misli miqdarında işdən çıxarma müavinəti verilməli idi. Burada da onun hüquqları pozulmuşdur. Məhkəmədə iddia qaldırdığı ərəfədə on a məlum olmuşdur ki, onun əmək haqqı kartı bloklanmışdır. Onun müqabilində yeni kart açılıb, işdən çıxarma müavinəti həmin karta köçürülübdür. Bu barədə ona heç bir məlumat verilməyibdir. Bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. 2-ci sənəd cavabdehin həmkarlar ittifaqı komitəsinin iclasının qərarının surəti olmuşdur. Həmin qərardan çıxarılmış protokolda iclas iştirakçılarını “NQT” trestinin 3 saylı TQİ-in rəisi Z.Kərimovun ZK-03-02/75 xx.xx.2014-cü il tarixli məktubu ilə tanış olmuşdur. Bu sualına hələ də cavab tapa bilmir ki, 4 saylı TQİ-nin işçisi olduğu halda 3 saylı TQİ-nin rəhbərliyi onun barəsində necə akt yazmaq səlahiyyətinə malik olmuşdur? Əmək müqaviləsinə xitam verilməsi barədə 790/k saylı, xx.xx.2014-cü cü il tarixli əmr də 4 saylı TQİ-nin baş mühəndisi tərəfindən im zalanmışdır. İdarə rəisi Z.Kərimov, baş mühasib Ə.Qasımov, kadrlar şöbəsinin rəisi A.Yoçuyev və həmkarlar ittifaqı komitəsinin sədri E.Fərzəliyevin imzaladığı protokol saxta tərtib olunubdur, akt tərtib edilərkən o iştirak etmədiyi halda aktda göstərilən variantlardan necə imtina edə bilər? O, SOCAR-ın rəhbərliyinə müraciət edərək bildirmişdir ki, onun ixtisara düşdüyü vaxt qanun pozuntusu olmaqla ona heç bir təkliflər edilməmişdir. Müraciət cavablandırılarkən göstərilmişdir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanması məqsədi ilə test imtahanları təşkil edilmişdir. Həmçinin, məktubda onun energetika sahə si üzrə keçirilən test imtahanında keçid balından aşağı nəticə göstərdiyi, həmçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxarılma müavinəti almaq, yaxud Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial davamlığının təmin olunmasına dair Proqrama qoşulmaq barədə təkliflərdən imtina etdiyi bildirilmişdir. Qeyd edilənlərin yalan olduğu həmin aktın da saxtakarlıqla tərtib edildiyini bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 müraciət etmiş, oradan aldığı başdansovdu cavabla razılaşmamışdır.
5. İddiaçı tərəfindən məhkəməyə “İcraçı tərəfindən 8 il 1 ay ondan gizlədilən akt və protokol haqqında” həmçinin “cavabdeh tərəfindən ona dəymiş maddi ziyan haqqında” ərizələr təqdim olunmuşdur. Müvafiq olaraq ərizələrdə, qarşı tərəfin iddia etdiyi sübutların məhkəməyə təqdim olunmasının təmin edilməsi və dəymiş ziyanla əlaqədar hazırlanan hesabatın əsas sübut kimi qiymətləndirilməsi xahiş olunmuşdur.
6. İddiaçı həmçinin məhkəmə iclaslarında bildirmişdir ki, o elə bilmişdir ki, onu işdən düzgün olaraq çıxarmışlar, ona görə də o məhkəməyə gec müraciət etmişdir. Bundan başqa cavabdehin qeyd etdiyi işdən çıxarılma ilə bağlı müavinətləri ala bilməmişdir. Belə ki, işdən çıxarıldıqdan sonra onun kartı bloklanmış və bununla bağlı banka və prokurorluğa müraciət etsə də heç bir nəticəsi olmamışdır. İşlədiyi dövrdə iş yerindən müvafiq arayışlar alaraq müxtəlif banklardan ehtiyacı olduğu üçün kreditlər götürmüş və işdən çıxarıldığı üçün bank qarşısında ö hdəliklərini icra edə bilməmişdir. Belə ki, əgər cavabdeh tərəf qanunvericiliyin tələblərinə uyğun olaraq onu işdən çıxarılması barədə əvvəlcədən xəbərdar etsəydi o bu öhdəlikləri üzərinə götürməyəcəkdi və nəticədə ona ziyan dəyməyəcəkdir.
7. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsindən bu günə qədər 9 ilə yaxın bir müddət keçmişdir. Lakin, iddiaçı bu 9 il müddət ərzində iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, məhkəməyə müraciət etməməsinin üzürlü səbəblərini göstərməmişdir.
8. Cavabdeh həmçinin iddia ərizəsinə etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, SOCAR-ın 31 iyul 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000089 nömrəli əmri ilə Trest üzrə mövcud xərclərin optimall aşdırılmasını təmin etmək məqsədilə hüquqi şəxs statusuna malik olmayan bir neçə struktur vahidinin birləşdirilərək onların madditexniki bazasında yeni struktur vahidlərinin yaradılması ilə əlaqədar ştatların ixtisarı həyata keçirilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması məqsədilə test imtahanları təşkil edilmişdir. Test imtahanlarında yüksək nəticə göstərən işçilər ixtisasına uyğun vəzifələr üzrə yeni yaradılmış struktur vahidlərinə müvafiq qaydada işə qəbul edilmiş, aşağı nəticə göstərmiş işçilərin bir qisminin əmək müqaviləsi orta aylıq əmək haq qının 5 misli məbləğində birdəfəlik işdənçıxarma müavinəti ödənilməklə, bir qisminin əmək müqaviləsi isə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulması ilə əlaqədar ləğv edilmişdir. İddiaçı energetika sahəsi üzrə keçirilən test imtahanında keçid balından aşağı nəticə göstərmiş, həmçinin o, orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxarma müavinəti almaq, yaxud “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaq barədə təkliflərdən imtina etmişdir. İddiaçının təkliflərdən imtina etməsi barədə xx.xx.2014-cü il tarixində müvafiq akt tərtib olunmuşdur. Buna görə də orta aylıq əmək haqqı məbləğində işdənçıxarma müavinəti ödənilməklə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisarı ilə əlaqədar 2014-cü ilin noyabr ayında ləğv edilmişdir. Belə ki, İddiaçının əmək haqqı kartına xx.xx.2014-cü il tarixdə 1.096,82 manat (771 manat vəzifə maaşı + gündəlik yemək xərclərinə görə 57 manat + istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi 508,90 manat − gəlir vergisi 187,17 manat – Həmkarlar İttifaqına 12,80 manat – DSMF 40,11 manat = 1.096,82 manat), xx.xx.2015-ci il tarixdə 771 manat (Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti), xx.xx.2015-ci il tarixdə 771 manat (Əmək Məcəllə sinin 77.3-cü maddəsinə əsasən işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci ay üçün), xx.xx.2015-ci il tarixdə 771 manat (Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdən çıxarıldığı gündən yeni işə düzələn günədək üçüncü ay üçün) pul köçürülmüşdür. İddiaçının onun əmək haqqı kartına köçürülən pul vəsaitlərindən məlumatsız olması və həmin pul vəsaitlərini almaması ilə bağlı qeyd etdikləri iddia tələbinin həcmindən kənara çıxır və Cavabdeh hər hansı formada təqsiri ilə bağlı deyil. Həmçinin məlumat üçün qeyd edirik ki, İddiaçı əmrin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin etibarsızlıqla bağlı iddia müddəti ötürülmüşdür.
9. Cavabdeh tərəfin nümayəndəsi həmçinin məhkəmə iclaslarında bildirmişdir ki, ödənilməli müavinətlərin köçürülməs inə dair hesabdan çıxarışlar mövcuddur, yəni qeyd olunan məbləği iddiaçı tərəf almışdır. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə 2 ay əvvəl rəsmi xəbərdarlıq olunmuş, bu barədə bildirişlər də var və iddiaçı sentyabr ayından həftədə 2 dəfə iş axtarmağa da getmişdir. Bununla bağlı onun ərizəsi olmuşdur.
10. İş materiallarına məhkəmə tərəfindən araşdırılması üçün müvafiq sənədlər (Ali təhsil haqqında 048160 nömrəli diplomun ksero surəti, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş ksero surəti, “müraciətə baxılmasının nəticəsi haqqında” iddiaçı tərəfin təqdim etdiyi 6 yanvar 2023-cü il tarixli 14-2-14/2-Ə-1/24/2022-1 nömrəli və xx/xx/2023-1825-49 nömrəli cavab məktubları, 12 mart 2018-ci il tarixli istehsalat xasiyyətnaməsi, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin ksero surəti, Həmkarlar İttifaqı Komitəsinin İclasının qərarına dair 26 noyabr 2014-cü il tarixli 1-34 nömrəli protokolun və 24 noyabr 2014-cü il tarixli aktın ksero surəti, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ştatın ixtisar edilməsi haqqında 1 avqust 2014-cü il tarixli X.V./03-22 saylı məktubun ksero surəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin iddiaçının müraciətinə dair 20 fevral 2023-cü il tarixli 317-5/2-Ə-5147/2/2023 nömrəli cavab məktubu, bank hesabından çıxarışlar, iddiaçının iş axtarması üçün cavabdehə təqdim etdiyi 11 sentyabr 2014-cü il tarixli ərizəsinin ksero surəti) əlavə olunmuşdur.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməs i) 2(011)-3769/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilməmişdir.
12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddianın təmin edilməsini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bunlardan birincisi, tərəflərin əmək münasibətlərində olması, ikincisi iddiaçının iddia etdiyi kimi həqiqətən xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin qanunsuz olaraq qəbul edilməsidir. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh qurumda müxtəlif vəzifələrdə, son olaraq isə Energetik şöbəsinin mühəndis vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə - xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. İddiaçının iddia tələbinin təmin edilməsi üçün araşdırılar aq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə həqiqətən də mübahisələndirilən əmrin etibarsız hesab edilməsi üçün əsasların olub-olmaması ilə bağlıdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə iş materiallarında olan cavabdehin xx.xx.2014cü il tarixli, 790/K saylı əmrindən görünür ki, sözügedən əmr ƏM-nin 84-cü maddəsinin 1ci maddəsində əmrin məzmununa dair tələblərə uyğun tərtib edilmiş, məzmununa dair bütün göstərişlər əmrdə qeyd edilmişdir. Odur ki, xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı əmrin etibarsız hesab edilməsini tələb etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbinin hüquqi əsası kimi əmrin ləğv edilməsinə əsas olan mad di hüquq normalarına istinad etmişdir. Lakin məhkəmə hesab etmişdir ki, növbəti addım kimi qeyd edilən məsələni araşdırmağa ehtiyac qalmır, çünki cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixli, 790/K saylı əmri hazırkı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, xx.xx.2014-cü il tarixində iddiaçıya ştatların ixtisar edilməsi barədə xəbərdarlıq edilmiş, iddiaçı xx.xx.2014-cü il tarixində ərizə ilə Energetika şöbəsinin müdirinə müraciət edərək, ixtisar ilə əlaqədar təqdim edilmiş bildirişə əsasən iş axtarmağa icazə verilməsini xahiş etmiş dir. Həmin ilin noyabr ayında ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə funksiyasının icrası üçün tələb olunan peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanması məqsədilə test imtahanları təşkil edilmiş, iddiaçı test imtahanında keçid balından aşağı nəticə göstərmiş və xx.xx.2014-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı isə işdən azad edilməsindən xx.xx.2014-cü il tarixdə məlumatlı olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə gec müraciət etməsini cavabdeh tərəfindən bir sıra sənədlərin ona 8 il 1 aydan sonra təqdim edilməsi və bu müddət ərzində həmin sənədlərin ondan gizlədilməsi ilə əlaqələndirsə də, məhkəmə onun bu dəlilləri ilə razılaşmır. Çünki, qanunvericilik fərdi əmək mübahisələrinin həlli üçün konkret id dia müddəti müəyyən etmişdir. Qanunun tələbinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində mübahisə barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. ƏM-də iddia müddətinin axımının başlandığı işçinin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilir. Əmək Məcəlləsində işçinin öz hüququnun pozulmasının aşkar edildiyi gün isə, işçiyə 3 sənədin - əmək müqaviləsinin ləğvi barədə əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulması ilə müəyyənləşdirilir. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsini işdən çıxan vaxt almış, ona ödənilməli olan son haqq-hesab 2014 və 2015-ci ilin əvvəllərində bank hesabına köçürülmüş, hətta əmrin ləğvi barədə əmrdən məlumatlı olmuşdur (hətta, əmrin tarixi, nömrəsi və əmək müqaviləsinin ləğvi əsasları əmək kitabçasında da göstərilmişdir). Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, qanunun tələbinə görə əmək mübahisələrindən irəli gələn pul tələbi ilə bağlı iddia müddəti 1 il müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi maddi və mənəvi zərərin tələb edilməsi hissəsində də əsassızdır. İddiaçı ona maddi zərər dəydiyini, cavabdeh tərəfindən qanunsuz olaraq işdən çıxarıldıqdan sonra banklara borcunu ödəyə bilməməsi ilə əsaslandırsa da, işin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçının cavabdeh tərəfindən qanunsuz olaraq işdən azad edilməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, eləcə də, iddiaçının əsas tələbi olan xx.xx.2014-cü il tarixli əmrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bu səbəbdən onun işdən çıxarılmasına görə cavabdehdən ona dəymiş maddi zərər tələb etməsi əsassızdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375.2, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair xx.xx.2001-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikay əti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, 4 saylı TQİ-nin işçisi olduğu halda barəsindəki akt 3 saylı TQİ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş, əmək müqaviləsinə xitam verilməsi barədə 790/k saylı xx.xx.2014-cü il tarixli əmr işəgötürən tərəfindən deyil, 4 saylı TQİ-nin baş mühəndisi tərəfindən imzalanmışdır. Məhkəmə nəzərə almamışdır ki, əmək müqaviləsinə xx.xx.2014cü il tarixli əmrlə xitam verilsə də, işəgötürənin razılığı faktiki olaraq işini davam etdirdiyindən (faktiki işə başladığından) həmin andan əmək müqaviləsi bağlanmış hesab olunmuş və cavabdeh ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib etməli olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, barəsində ayrı-seçkiliyə yol verilmiş, onunla imtahan verən və 13 bal toplayan şəxs işlə təmin olunsa da, o, daha artıq bal topladığı halda işdə saxlanılmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun qətnamə qət etməmiş, iş üzrə hallara düzgün hüquqi qiymət verilmədən, işi ətraflı araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə 4 saylı TQİ-nin işçisi olduğu halda barəsindəki aktın 3 saylı TQİ-nin rəhbərliyi tərəfindən tərtib olunması, əmək müqaviləsinə xitam verilməsi barədə 790/k saylı, xx.xx.2014-cü il tarixli əmrin işəgötürən tərəfindən deyil, 4 saylı TQİnin baş mühəndisi tərəfindən imzalanmasına əsas olmuş halı aydınlaşdırmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində əmrin məzmununa dair tələblərə uyğun tərtib edilməsi sübut edilməmişdir. İşəgötürən tərəfindən deyil, 4 saylı TQİ-nin baş müh əndisi tərəfindən imzalandığından əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin qanunun tələblərinə uyğun tərtib edilməsi barədə məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş və məhkəmə səhv olaraq iddianın təmin edilməməli olduğu nəticəsinə gəlmişdir.
16. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazını məhkəmə kollegiyasına təqdim edərək, iddiaya qarşı verdiyi etiraza əlavə olaraq bildirmişdir ki, iddiaçı qanunsuz işdən çıxarılması səbəbindən bank borclarını ödəyə bilməməsini nəinki məhkəmədə sübut etməmiş, sübut etmiş olsaydı belə bu mənəvi zərər kimi qiymətləndirilə bilməzdi. Həmçinin iddiaçı özünə mənəvi zərər vurulduğunu bildirsə də, ümumiyyətlə həmin zərərin nədən ibarət olduğu barədə heç bir əsas gətirməmişdir.
17. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərmiş, əlavə olaraq bildirmişdir ki, 8 il cavabdehə müraciət etmiş, lakin cavab ala bilməmişdir. Belə ki, test və attestasiya fərqli anlayışlar olmaqla onu aldadıb işdən çıxarıblar. Hüquqlarını bilmədiyindən hüquqlarının pozulmasını 06 yanvar 2023-cü il tarixdə bilmişdir. Çünki həmin tarixdə işəgötürəndən müvafiq sənədləri almışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-931/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayə ti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiya iş materiallarında cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğunu və həmin ərizənin də apellyasiya şikayətində mübahisələndirildiyini nəzərə alaraq, ilk növbədə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilib-edilməməsi aspektindən qiymət verilməli olduğunu zəruri hesab etmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, iddiaçı xx.xx.2014-cü il tarixdə işdən azad edilmiş, lakin buna baxmayaraq 8 il 3 ay (xx.xx.2023-cü il) sonra hazırkı iddia tələbinin predmetini təşkil edən məsələ ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir.
21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin istina d olunan müddəalarına əsaslanaraq (əmək mübahisələri üzrə şəxsin hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı ərizndə, pul münasibətləri ilə bağlı isə 1 il müddətində iddia qaldırıla bilər. Şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir.) qanunvericiliyin şəxsin öz hüqunun pozulmasını bildiyi gün kimi 3 sənədin (əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin) iddiaçı tərəfindən alındığı tarixi əsas götürür.
22. Apellyasiya şikayətinin cavabdeh tərəfindən bir sıra sənədlərin ona 8 il 1 aydan sonra təqdim edilməsi nəticəsində iddianın gec verilməsi ilə bağlı dəlilinə münasibətdə m əhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bu hala istinad etsə belə, həmin halın həqiqətən də, mövcudluğu ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, bu hal reallıqda da qeyd edilən formada olsa belə, iddiaçı özü də etiraf edir ki, həmin sənədlər akt və həmkarlar ittifaqının protokoludur. Bu sənədlərin əldə olunmasının hansı tarixə təsadüf etməsi də qanunvericilik nöqteyi-nəzərindən iddia müddətinin hesablanması üçün əhəmiyyət kəsb etmir. Nəzərə alınmalıdır ki, iddiaçı özü də həmin vaxt müəssisədaxili testdən topladığı bal, habelə ondan aşağı bal toplayan şəxslərin işdən azad edilməməsi barədə məlumatlar verir. Bu hallar da onun mövqeyinin əksini təsdiq edir.
23. Məhkəmə kollegiyası iş materiallarına iddiaçının özü tərəfindən təqdim edilmiş əmək kitabçasına is tinadən qeyd etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə istismar xidmətləri üzrə böyük texnik işinə qəbul edilmişdir. Bu barədə onun əmək kitabçasında həmin tarixdə müvafiq qeyd aparılmışdır. Bu halın mövcudluğu artıq həmin vaxt əmək kitabçasının onda olmasını və onun cavabdeh təşkilat tərəfindən barəsində qəbul edilmiş əmrlə razılaşmasını təsdiq edir. Həmin əmək kitabçasında bundan əvvəl, yəni xx.xx.2014-cü il tarixdə aparılmış qeyddə onun cavabdeh təşkilatla arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsası, o cümlədən Əmək Məcəlləsinin konkret maddəsi, bu barədə əmrin tarixi və nömrəsi dəqiq göstərilmiş, nəticədə bu məlumatlar imza və möhürlə təsdiq edilmişdir. Digər tərəfdən ona verilmiş xx.xx.2018-ci il tarixli istehsalat xəsiyyətnaməsində də xx.xx.2014-cü il tarixli əmrə istinadən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsası konkret göstərilmişdir. Bununla belə, müddət etibarı ilə ən pis halda iddiaçı 2018-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi əsasını bilmişdir.
24. Bundan başqa iş materiallarında iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə iş yeri üzrə rəhbərə yazdığı “yeni iş yerinin axtarılması ilə bağlı” müraciətinin, habelə əmrin və əmək kitabçasının xx.xx.2014-cü il tarixdə imza edib qəbul etdiyi kitabdan çıxarışın surəti mövcuddur. İddiaçı bu sənədlərdə olan imzanın ona aid olmasını bildirir. Lakin hər bir halda, 2015-ci ilin əvvəllərindən hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını iddiaçı görür, bilir və dərk edir.
25. Qeyd olunan halların davamı olaraq, məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçı əmrin mübahisələndirilməsi üçün (hüquqi nəticə etibarı ilə əmrin ləğv edilməsini tələb edir) əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq, maddi zərərin ödənilməməsi ilə bağlı isə 1 illik müddəti ötürmüşdür. Bu səbəbdən, məhkəmə kollegiyası həm əmrin etibarsız hesab edilməsinə, həm də ləğv edilməsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur.
26. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin nədə ifadə olunması və ona hansı hərəkətlər nəticəsində baş verməsi iddia ərizəsində əsaslandı rılmamışdır. Digər tərəfdən hazırkı iş üzrə “zərərin tutulması” tələbi törəmə tələb olmaqla bilavasitə əsas tələbin təmin edilib-edilməməsindən asılıdır. Bu baxımdan məhkəmə kollegiyası da əsas tələbin təmin edilməməsi və iddianın bu hissədə də əsassız olması səbəbindən rədd edilməsinin şərtləndirilməsi qənaətinə gəlmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödə nilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 84.1, 84.2, 296.2, 296.3, 296.4-cü maddələrinə, Mülki Məcəlləsinin 21.1, 21.2, 375.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
29. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayət verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmi şdir ki, apellyasiya instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, yəni maddi hüquq normaları düzgün tətbiq etməmişdir. O səbəbdən gəldiyi nəticə səhvdir. Belə ki, iddiaçı 4 saylı TQİ-nin işçisi olduğu halda barəsindəki akt 3 saylı TQİ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş, əmək müqaviləsinə xitam verilməsi barədə 790/k saylı xx.xx.2014-cü il tarixli əmr işəgötürən tərəfindən deyil, 4 saylı TQİ-nin baş mühəndisi tərəfindən imzalanmışdır. Məhkəmə isə bu xüsusatı, yəni onun 4 saylı TQİ-nin işçisi olduğu halda barəsindəki aktın 3 saylı TQİ-nin rəhbərliyi tərəfindən tərtib olunması, əmək müqaviləsinə xitam verilməsi barədə 790/k saylı, xx.xx.2014-cü il tarixli əmrin işəgötürən tərəfindən deyil, 4 saylı TQİ-nin baş mühəndisi tərəfindən imzalanmasına əsas olmuş halı aydınlaşd ırmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya cavabdeh tərəfindən işdən azad olunması ilə bağlı sənədlərin ona 8 il 1 aydan sonra təqdim edilmiş, nəticədə iddia gec verilmişdir. Belə ki, Dövlət Neft Şirkətinin Cavabdeh iddiaçıya ünvanlamış xx.xx.2023-cü il tarixli müraciətinə cavabından görünür ki, ona işdən azad olunması barədə müvafiq sənədlər (əmr, protokol, akt və s.) həmin tarixdə SOCAR-ın rəhbərliyi dəyişiləndən sonra təqdim olunmuşdur. Bundan əlavə iddiaçıya haqq-hesab sənədləri, daha konkret işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı iddiaçıya işdən çıxarma müavinəti ala bilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, işdənçıxarma müavinəti hesaba daxil edilsə də kart cavabdeh təşkilat tərəfindən bloklayaraq 2313 manat pul vəsaiti 2015-ci ilin birinci üç ay ına keçirilərək iddiaçının xəbəri olmadan həmin təşkilatın rəhbər işçiləri tərəfindən qeyri-qanuni mənimsənilmişdir. (bankın çıxarışı əlavə olunur). Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz göndərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
32. Maddə 2 (hissə 3). Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
33. Maddə 14 (1-ci hissə). Əmək münas ibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
34. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasib ətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
35. Maddə
59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
36. Maddə 69 (4-cü hissə). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı ( kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
37. Maddə
82. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.
38. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
39. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfi ndən etibarsız hesab edilə bilər.
40. Maddə 84 (3-cü hissə). Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
41. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
42. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçası nın, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
43. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin q ətnaməsi tam mübahisələndirildiyindən, akt bütovlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəli lləri əsassızdır.
40. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
41. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia m üddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
42. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
43. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqal l Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
44. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
45. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
46. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
51. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasə n və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-931/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.