Məhkəmə qərarları › İş №2(102)-3586/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3586/2024

13.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3586/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri; mənzilə köçürülmə, mənzildən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2(104)-1290/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kirovabad şəhəri Xalq deputatları Sovetinin İcrayə Komitəsi tərəfindən verilmiş 15 aprel 1980-ci il tarixli, 127 nömrəli orderin surətinə əsasən Cavabdeh istifadəsinə ünvan 1 ünvanı verilmişdir. Ailə üzvləri 5 nəfərdən ibarətdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli 05 avqust 2010-cu il tarixli, **********96-05101-093014 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 1 ünvanı tam pay olmaqla, Cavabdeh mülkiyyətindədir.

3. X5 10 mart 2006-cı il tarixdə doğ ulmuşdur. Atası: X6, anası: İddiaçıdır. 4. 3 iyul 2023-cü il tarixli qonşu 4-cü mikrorayon, bina 17, mənzil 41 ünvanında yaşayan X13, qonşu 4-cü mikrorayon, bina 17, mənzil 52 ünvanında yaşayan X10 və qonşu 4-cü mikrorayon, bina 17, mənzil 60 ünvanında yaşayan X14 tərəfindən imzalanaraq tərtib edilmiş aktın surətinə əsasən 4-cü mikrorayon, bina 17, mənzil 48 ünvanında qonşuları olan Cavabdeh gəlini olmuş İddiaçı 2006-cı ildə anadan olmuş oğlu X4 da 2020-ci ilin dekabr ayından götürüb çıxıb getmişdir. Həmin vaxtdan bu günə qədər İzafət və oğlu X21 adına olan 4-cü mikrorayon, bina 17, mənzil 48 ünvanında yaşamırlar.

5. Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(125)-414/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə X6 arasında xx.xx.2002-ci il tarixd ə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 462 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması və X1 xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli, e-2-1(114)-3430/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı İddiaçı, X2 ünvan 1 üvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmə sində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanına istifadə hüququnun tanınması və xx.xx.2006-cı il təvəllüdlü övladı X5 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun və oğlunun pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması haqqında iddia irəli sürmüşdür. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)3430/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Hazırda iş, Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Apellyasiya Məhkəməsindəki icraat zamanı istifadə hüququnun olduğu məlum olmuşdur. Odur ki, Gəncə Şəhər Məhkəməsinə müraciə t etmiş və qeyd etmişdir ki, bu mübahisə mənzil mübahisəsidir. Cavabdeh onun keçmiş qaynanasıdır. Belə ki, həyat yoldaşı X6 ilə 2002-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin vaxt ünvan 1 ünvanındakı mənzilə gəlin köçmüşdür. Bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X5 adlı iki övladı vardır. 01 dekabr 2020-ci il tarixdə nikahları pozulmuş və onu zorla gecə vaxtı iki uşaqla evdən çıxartmışlar. Xüsusi olaraq qeyd edir ki, o bu evə gəlin köçəndə mübahisəli mənzil özəlləşməmişdir. Mənzil 2010-cu ildə özəlləşmişdir. Ayrılandan sonra, yəni 2020-ci ilin dekabr ayından etibarən uşaqlarla birlikdə kirayə mənzilə yerləşmişdir. 2021-ci ilin fevral ayında yoldaşı Heydər gəlib onunla barışmış və onlar birlikdə kirayə mənzildə yaşamağa başlamışlar. 2021-ci i lin sentyabr ayında isə yoldaşı yenə ondan ayrılmışdır. Həmçinin, böyük oğlu Anar da mübahisəli mənzilə getmiş və orada yaşamağa başlamışdır. Beləliklə, kiçik oğlu ilə birlikdə hazırda ikisi hələ də kirayə mənzildə yaşayırlar. Halbuki, mübahisəli mənzilin saxlanmasında, təmirində və ev əşyalarının alınmasında onun əməyi olmuş və bu işlərə real maddi vəsait xərcləmişdir. Həmçinin, mənzildən onu zorla, onun iradəsinə zidd olaraq çıxartmışlar.

9. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Onun mülkiyyət hüquqları 2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı cavabdehin keçmiş gəlini olm uşdur. Belə ki, cavabdehin oğlu ilə İddiaçı 2002-ci ildə ailə qurmuşlar. Cavabdehin oğlu ilə iddiaçının birgə nikahlarından 16 oktyabr 2003-cü il təvəllüdlü X7 və 10 mart 2006-cı il təvəllüdlü X5 adında 2 övladları doğulmuşdur. Lakin, sonradan onların şəxsi münasibətlərinin qırılması səbəbindən nikahları 2022-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Hələ məhkəməyə müraciət etməzdən təxminən 2 il öncə İddiaçı kiçik oğlu Nadir Allahverdiyevi də özü ilə apararaq, Cavabdeh məxsus evi tərk etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının cavabdehə məxsus evdə yaşamaq kimi niyyəti olmamışdır. Həmçinin, iddiaçı məhkəmədə iddia qaldıraraq cehiz əşyalarının çıxarılmasını tələb etmiş, lakin həmin iş məhkəmənin icraatında bu işə baxılana kimi dayandırılmışdır. O cümlədən Cavabdeh məxsus mənzil 201 0-cu ildə onun adına qeydiyyata alınmışdır və belə olan halda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, artıq iddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verilmişdir və o, 3 ildir ki, cavabdehə məxsus evdə yaşamır.

10. Gəncə Şəhər Məhkəməsinin (hakim Zaman İmanov) 2 aprel 2024-cü il tarixli, 2(125)-752/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X2 ünvan 1 ünvanına istifadə hüquqları tanınmaqla, onların həmin mənzilə köçürülməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

11. Məhkəmə bildirmişdir ki, iddiaçı mübahisəli mənzilə 2002-ci ildən köçdüyündən onunla cavabdeh arasında mülki hüquq münasibətləri həmin vaxtdan əmələ gəlmişdir. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur.

12. Məhkəmə iddiaçının mübahisəli mənzilə gəlin köçməsini, uzun müddət orada yaşamasını və hazırda mübahisəli mənzildə pasport qeydiyyatında olmasını, habelə iddiaçının həmin mənzili özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirmiş və nəzərə almışdır. Cavabdeh tərəf həmçinin məhkəmə iclasında iddiaçının başqa yaşayış yeri olmasına, iddiaçının mübahisəli mənzilə olan ehtiyacının aradan qalxmasına dair heç bir sübut təqdim edə bilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında mənzildən çıxması, onun müvəqqəti olaraq kirayədə yaşaması mübahisəli mənzilə olan hüququnun itirilməsi üçün əsas ola bilməz.

14. Məhkəmə h əmçinin iddianın iddiaçı ilə cavabdehin oğlu X3 birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 mübahisəli mənzilə köçürülməsinə dair hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia həmin hissədə də əsaslıdır.

15. Məhkəmə qeyd etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-414/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X5 İddiaçı yanında saxlanılmışdır. Məhkəmədə iddia qaldırılan zaman Nadir Allahverdiyev yetkinlik yaşına çatmamış, yalnız mülki iş üzrə məhkəmə hazırlıq iclası 21 fevral 2024-cü il tarixdə keçirilərək 2 aprel 2024-cü il tarixə saat 09:40-a məhkəmə baxışına təyin edilmişdir. İşə məhkəmə baxışında baxılan zaman isə Nadir Allahverdiyev yetkinlik yaşına çatmışdır. Nadir Allahverdiyev doğulduğu andan cavabdehin mülkiyyətində olan mübahisəli mənzildə yaşamış, hal-hazırda da anası ilə birlikdə yaşamağa başqa yeri olmadığından və cavabdehin yaxın qohumu olmaqla doğulduğu andan mübahisəli ünvana istifadə hüququ əldə etdiyindən iddia həmin hissədə də təmin edilməlidir.

16. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur.

17. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X2 ünvan 1 ünvanına istifadə hüquqları tanınmaqla, onlar həmin mənzilə köçürülməlidir

18. Məhkəmə gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “X9rşı” xx.xx.1986-cı il tarixli qərarında ifadə edilmiş h üquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüquqları 2010-cu ildə daşınmaz əml akın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı onun keçmiş gəlini olmuşdur. İddiaçı onun oğlu X6 ilə 2002-ci ildə ailə qurmuşdur. Onların birgə nikahlarından 16 oktyabr 2003-cü il tarixdə X8, 10 mart 2006-cı il tarixində isə X5 adlı uşaqları dünyaya gəlmişdir. Lakin, sonradan onlar ayrılmışlar və 2022-ci ildə məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hələ məhkəməyə müraciət etməzdən təxminən iki il öncə İddiaçı kiçik oğlu X4 da özü ilə götürüb ona məxsus evi tərk etmişdir. Daha sonra isə məhkəmədə ona qarşı iddia qaldıraraq cehiz əşyalarının evdən çıxarılmasını tələb etmişdir. Lakin, artıq üç ildir ki, iddiaçı və övladı ona məxsus mənzildə yaşamamaqlarına baxmayaraq, bu günə kimi pasport qeydiyyatından çıxmamışlar. Bu isə əlavə kommunal xərclər yaradır. Həmçinin, iddiaçının ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyəti üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən İddiaçı və sonuncunun oğlu X2 evdən pasport qeydiyyatından çıxarılmaları üçün məhkəməyə müraciət etmişdir. Yalnız bundan sonra İddiaçı məhkəmədə hazırkı iddianı qaldıraraq həm özünün, həm də oğlu X2 istifadə hüququnun tanınması və evə köçürülməsini xahiş etmişdir. Lakin nə qədər absurd olmasına baxmayaraq, məhkəmə hər hansı bir araşdırma aparmadan, işin faktiki hallarını nəzərə almadan və təqdim edilmiş sübutlara qiymət vermədən iddianın təmin edilməsi barədə qətnamə çıxartmaqla maddi və prosessual hüquq normalarını, eləcə də onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Ona məxsus mənzil 2010-cu ildə adına qeydiyyata alınmışdır və belə olan halda mübahisəyə xx.xx. 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməli idi. Bundan başqa, İddiaçı özünün və yetkinlik yaşına çatmış oğlu X2 yaşamağa başqa yeri olmadığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) 25 iyun 2024-cü il tarixli, 2(104)-1290/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 2(125)-752/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2002-ci ildən mübahisəli mənzilə gəlin köçməsini, həmin vaxtdan cavabdehin oğlu ilə ailə münasibə tləri pozulanadək (2020ci ilədək) orada yaşamasını və iddiaçının mübahisəli mənzilə köçən zaman evin dövlət mülkiyyətində olmasını, başqa sözlə cavabdehin mülkiyyətində olmamasını nəzərə alaraq hesab etmişdir ki, bu halda iddia tələbi 8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mübahisəli mənzildən icarədarın razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmışlar. Bununla da, iddiaçıların həmin mənzildən istifadə hüquqları yaranmışdır. İddiaçıların mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının yarandığı təsdiq olunduğuna görə, sonuncuların istifadə hüquqlarının itiri lib-itirilməməsi məsələsi də araşdırılmalıdır.

24. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının 2020-ci ilin sonlarında mübahisəsi gedən evdən çıxarıldığı işin mübahisə olunmayan halıdır. İddiaçı bu halı həyat qaynanası tərəfindən mənzildən qovulması ilə əlaqələndirmiş, mənzildən daimi getmək niyyətinin olmadığını, hazırkı dövrədək cehiz əşyalarının orada olmasının da buna dəlalət etdiyini vurğulamışdır. Kollegiya, uşaqları olan və başqa yaşayış sahəsinin olduğu müəyyən edilməyən iddiaçının yaşadığı mənzildən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını da nəzərə almaqla onun arqumentini inandırıcı hesab etmişdir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 okty abr 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab etmişdir ki, İddiaçı mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının başqa yaşayış yeri olması və ya mübahisəli mənzilə olan ehtiyacının aradan qalxması kimi hallar müəyyən edilmir ki, bu da “İddiaçı 2020-ci ildən mənzili tərk etmiş və nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır” barədə cavabdeh tərəfin dəlillərinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Çünki, şəxsin başqa yaşayış yeri olmadığı halda 18 il fasiləsiz olaraq yaşadığı mənzili könüllü tərk edərək kirayədə yaşaması ağlabatan və inandırıcı deyil.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmış və itirilməmişdir. Həmçinin onun mübahisəli mənzildən istifadə hüquqlarının olması yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir.

27. Məhkəmə gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123, 53, 54, 60, 87, 123-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarı eynilə cavabdeh tərəfin vəziyyətini əks etdirir. Belə ki, cavabdehə məxsus olan mənzil də yalnız 2010-cu ildə adına qeydiyyata alınmışdır və belə olan halda Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməli idi. Lakin məhkəmə kollegiyası belə bir qərarın mövcudluğuna hər hansı bir əhəmiyyət verməyib Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sərgilədiyi hüquqi mövqeyə zidd olaraq iddianın təmin edilməli olduğu barədə qanunsuz və əsassız bir qətnamə çıxarmışdır. İddiaçının oğlu olan X5 qətnamə çıxarılma zdan əvvəl yetkinlik yaşına çatmağına baxmayaraq, məhkəmə kollegiyası onun hər hansı iddiası olmadan, yalnız İddiaçı iddiası əsasında X5 evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarmışdır ki, bu da çox ciddi prosessual pozuntudur. İşə baxan məhkəmə kollegiyası qətnamədə əvvəlcə İddiaçı mübahisəli mənzildə yalnız 2011-ci ildən pasport qeydiyyatında olduğunu, daha sonra isə mənzil cavabdehin adına özəlləşən zaman iddiaçının buna rəsmi razılıq verməsini qeyd etmişdir. (7-ci səhifə, 4-cü abzas) Əslində isə sözügedən mənzil 2010-cu ildə Cavabdeh adına özəlləşdirilmiş və məhkəmə kollegiyasının özünün qeyd etməsinə görə bu zaman iddiaçı evdə qeydiyyatda olmamışdır. Təbiidir ki, belə olan halda iddiaçı evin cavabdehin adına özlləşməsinə razılıq verə bilməzdi. Çünk i, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Elə əvvəllər Gəncə İnzibati Məhkəməsində işə baxılan zaman məhkəmənin sorğusuna əsasən qeydiyyat orqanının məhkəməyə təqdim etdiyi sənədlərdən də açıq-aydın görünür ki, mənzil cavabdehin adına özəlləşən zaman iddiaçı hər hansı bir razılıq ərizəsi verməmişdir. Lakin işə baxan məhkəmə kollegiyası məhz iddiaçının mənzil özəlləşən zaman raz ılıq ərizəsi verməsini əsas götürərək sözügedən qətnaməni çıxarsa da, öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir.

30. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, İddiaçı özünün və yetkinlik yaşına çatmış oğlu X2 yaşamağa başqa yeri olmadığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, buna baxmayaraq məhkəmələr hər hansı bir sübuta əsaslanmadan sözügedən qanunsuz qətnaməni çıxarmışdır. Məhkəmə kollegiyası ümumiyyətlə qətnamədə hər hansı bir əsaslandırma aparmadan iddianın təmin edilməli olduğu gənaətinə gəlmişdir ki, bu da çox ciddi prosessual pozuntudur. İşə baxan birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, işin faktiki halları nı nəzərə almadan və təqdim edilmiş sübutlara qiymət vermədən iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində bu qanunsuz qətnaməni qüvvədə saxlamaqla maddi və prosessual hüquq normalarını, eləcə də cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi

32. Maddə

123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilə n şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

33. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

34. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin ya şayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

35. Maddə

60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

36. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

37. Maddə

123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Re spublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı 38. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.

51. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2002-ci ildən mübahisəli mənzilə gəlin köçməsini, həmin vaxtdan cavabdehin oğlu ilə ailə münasibətləri pozulanadək (2020ci ilədək) orada yaşamasını və iddiaçının mübahisəli mənzilə köçən zaman evin dövlət mülkiyyətində olmasını, başqa sözlə cavabdehin mülkiyyətində olmamasını nəzərə alaraq hesab etmişdir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcə lləsinin müddəalarına əsasən həll olunmalıdır. İddiaçılar mübahisəli mənzildən icarədarın razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmışlar. Bununla da, iddiaçıların həmin mənzildən istifadə hüquqları yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin bu hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, lakin hazırkı vəziyyətdə araşdırılmalı olan məsələ cavabdehin mübahisəli mənzilə münasibətdə əldə etmiş olduğu istifadə hüququnu saxlayıb-saxlamamasının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, yaşayış sahəsindən istifadə etmək hüququ yaranmış olsa belə, həmin hüququn sonradan qanuni əsaslarla aradan qalxması istisna deyil. Bu q ayda 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri əsasında yaranmış istifadə hüququna da şamil edilirdi. Həmin Məcəllənin 60 və 87-ci maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

53. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köç dükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərind ə mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür

55. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2020-ci ilin sonlarında mübahisəsi gedən evdən çıxdığı işin mübahisə olunmayan halıdır. Məhkəməyə müraciət etməzdən təxminən iki il öncə İddiaçı kiçik oğlu X4 da özü ilə götürüb ona məxsus evi tərk etmişdir. Daha sonra isə məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cehiz əşyalarının ona qaytarılmasını tələb etmişdir. Artıq üç ildir ki, iddiaçı və övladı cavabdehə məxsus mənzildə yaşamır.

56. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilə yaranmış istifadə hüququnun itirilib-itirilməməsi məsələsinə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından yenidən qiymət v erilməli, iddiaçının bu müddət ərzində yaşayış sahəsinə ehtiyacının aradan qalxması, cavabdehə məxsus evdə yaşamaq kimi niyyətinin olmaması barədə cavabdehin etirazının dəlilləri üzrə ətraflı araşdırma aparılmalıdır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün işin hallarını lazımi həddə araşdırmamış, işin faktiki hallarına, tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

58. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti ü zrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli 2(104)-1290/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar