Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3587/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçıların vəkili X12 və cavabdehin vəkili X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8515/2019 saylı qətnaməsi ilə il k və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), G.Tağızadə və L.Məmmədova, 2(105)609/2020 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8515/2019 saylı qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və X2 Həqiqət Hüseynağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü Həsənli Həqiqət X2 qızının Sumqayıt şəhəri 13-cü mikrorayon, 5 saylı evin 68 saylı mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmiş lər. Cavabdeh Hüseynağa qızı da İddiaçı1 və X7 qarşı qarşılıqlı iddia verərək, İddiaçı1 və X1 verilmədən azyaşlı uşaqları ilə birlikdə ona məxsus Sumqayıt şəhəri X saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir., Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, X xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Hüseynağa qızına məxsusdur. Cavabdeh Hüseynağa qızı mənim (İddiaçı1) keçmiş q ayınanam, mənim isə (X6) nənəmdir. Belə ki, mən (İddiaçı1) Cavabdeh Hüseynağa qızının oğlu X10 ilə xx.xx.1999-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşam. Birgə nikahımızdan xx.xx.2001-ci il təvəllüdlü X11, xx.xx.2002-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü XXX qızı adlı övladlarımız dünyaya gəlmişdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-978/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə mənimlə (İddiaçı1) X10 arasında olan xx.xx.1999-cu il tarixli rəsmi nikah pozulmuş, birgə nikahımızdan olan xx.xx.2001-ci il təvəllüdlü X11, xx.xx.2002-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü XX XXXı1) yanımda qalması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay hər birinə 200 manat olmaqla ümumilikdə 600 manat sabit pul məbləğində aliment t utulub mənə (İddiaçı1) verilməsi qət edilmişdir. Hazırda mən bir uşağa görə aliment alıram. Digər uşaqlar yetkinlik yaşma çatdıqlarından alimentin verilməsi dayandırılmışdır. Qeyd edim ki, mən (İddiaçı1) ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdüm və cehiz əmlaklarımı da həmin mənzilə yerləşdirmişdim. xx.xx.1999-cu ildən 2003-cü ilin iyun-iyul aylarına kimi mən ailəmlə birlikdə ünvan 1 ünvanında yaşadım. 2003-cü ilin iyun-iyul aylarında həmin mənzil satıldı və həmin mənzilin pulu ilə hazırkı mübahisəli mənzil yəni Sumqayıt şəhəri, X alındı və biz həmin mənzilə köçdük. Həmin mənzildə 1 il yaşadıqdan sonra müəyyən səbəblərə görə kirayədə yaşamağa məcbur olduq. Daha sonra isə yoldaşımın işləri ilə əlaqədar olaraq müvəqqəti yaşamaq üçün Şabraıı rayonuna köçdük və orada müvəqqə ti yaşamağa başladıq. Həmin vaxt keçmiş həyat yoldaşım X2 Şabran rayonunda torpaq sahəsi aldı və biz orada ev tikdik və orada yaşamağa başladıq. 2014-cü ildə keçmiş həyat yoldaşım X2 “xxxx”dan kredit götürüb, Şabran şəhərindəki evi girov qoymuşdur. Krediti ödəyə bilmədiyindən bank X2a qarşı iddia qaldırmış, bankın iddiası təmin edilmiş və borc evə yönəlmişdir. Sonradan da bank evi mülkiyyətinə keçirmişdir. Ona görə də biz 2014-cü ildə yenidən mübahisəli mənzilə qayıtdıq və orada yaşadıq. Bir müddət həmin mənzildə yaşadıqdan sonra cavabdeh bizi evdən qovdu. Hazırda bizim həmin evdə pasport qeydiyyatımız və yaşayış hüququmuz var. Lakin bizim həmin evdə yaşamağımıza imkan verilmir. Ona görə də biz məcbur olub kirayədə yaşayırıq. Aylıq 250 manat kirayə haqqı ödəyirik. Maddi vəziyyətimiz ağır o lduğundan biz kirayə haqqını ödəməkdə çətinlik çəkirik. Ona görə də hesab edirik ki, bizim qeydiyyatda olduğumuz və yaşayış hüququmuz olan evə köçürülməyimiz barədə qətnamə qəbul olunmalıdır. Lakin apelyasiya məhkəməsində işə baxılarkən məhkəmə qanunsuz və əsassız olaraq iddia tələbimizi rədd etmişdir. Biz məhkəmənin gəldiyi nəticə ilə razılaşmırıq. Hesab edirik ki, bizim həmin mənzildə pasport qeydiyyatımız olduğundan və biz həmin mənzildə yaşadığımızdan bizim həmin mənzildə istifadə hüququmuz var. Cavabdeh tərəfindən məhkəməyə verilən qarşılıqlı iddia ərizəsi ilə də bizim həmin mənzildə istifadə hüququmuzun olması etiraf olunur. Ona görə də cavabdehin bizə qarşı iddia tələbi mənzilə istifadə hüququna xitam verilməsidir. Əgər bizim həmin mənzildə istifadə hüququmuz yoxdursa, niyə cavabdeh ə bizə qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir? Göründüyü kimi bizim mübahisəli mənzildə istifadə hüququmuz var. Lakin məhkəmə qanunverciliyin normasını düzgün tətbiq etməməklə bizi həmin hüquqdan məhrum etmişdir. Qarşılıqlı iddia tələbinin rədd olunmasına gəlincə isə bildirim ki, məhkəmə qarşılıqlı iddia tələbini rədd etsə də, analoji işlərdə hazırkı iş üzrə qətnamə müvafiq orqana təqdim olunur, həmin qətnamələr icra olunur və şəxsin mənzildə olan istifadə hüquqlarına xitam verilir. Bizim həmin mənzildə istifadə hüququmuz yoxdursa, o zaman şəxs Sumqayıt İnzibati-iqtisadi məhkəməsinə müraciət etməli idi. Qarşılıqlı iddia tələbi təmin olunmasa belə, bu cavabdeh-iddiaçı Cavabdeh xeyrinədir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili X12 kassasiy a şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X8 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 15 saylı MKS-nin verdiyi 109 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı1, X11, X13 və Həsənli Həqiqət X2 qızı Sumqayıt şəhəri 13-cü mikrorayon, 15 saylı evin, 68 saylı mənzilində pasport qeydiyyatdadırlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 ilə İddiaçı1 birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü X11, xx.xx.2002-ci il təvəllüdlü X13 vəxx.xx.2010-cu il tə vəllüdlü Həsənli Həqiqət X2 qızı adlı övladları var. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-978/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 ilə X10 arasında olan nikahın pozulması, xx.xx.2001-ci il təvəllüdlü X11, xx.xx.2002-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü Həsənli Həqiqət X2 qızının İddiaçı1 himayəsinə verilməsi, onların saxlanması üçün 600 manat alimentin X4 tutularaq İddiaçı1 verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən İddiaçı1 Qüdrətqulu qızının 1999-cu ildə mübahisəli mənzilə deyil, keçmiş qaynanası Cavabdeh Hüseynağa qızına məxsus olmuş ünvan 2 ünvanına gəlin köçməsini, mənzil hüququ münasibətlərinin 1999-cu ildə yaranmasını, İddiaçı1 Cavabdeh ilə birlikdə sonuncuya məxsus olan Sumqay ıt şəhəri 13-cü mikrorayon, 15 saylı evin, 68 saylı mənzildə birgə təsərrüfat aparmasının öz təstiqini tapmamasını, hətta İddiaçı1 Sumqayıt şəhəri 13-cü mikrorayon, 15 saylı evin, 68 saylı mənzilində istifadə hüququ yaranmış olsa idi belə, onun istifadə hüquqları daimi əsaslarla Şabran rayonuna köçdüyü gündən itirilmiş hesab edilməli olmasını müəyyən edərək, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 1982-ci il Mənzil Məcəlləsinin 53, 54, 60 və 87-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında”xx xxxx 1999-cu il tarixli qərarına əsasən ilk iddia tələbini rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni mahiyyətcə qanuni və əsa slı hesab etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı1 cavabdehin oğlu X2 Həsənovla xx xxxxxx 1999-cu ildə nikaha girmiş və həmin vaxt da ilkin olaraq cavabdehin mülkiyyətində olmuş Həqiqət Hüseynağa qızına məxsus olmuş Sumqayıt şəhəri, X ünvanına gəlin gəlmişdir. İddiaçı birinci dəfə köçdüyü mənzilin satışından əldə edilmiş vəsait hesabına alınan Sumqayıt şəhəri X saylı mənzilinə 2003-cü ildə köçməsini, 2003-cü ildən 2004-cü ilədək müddətdə Sumqayıt şəhəri X saylı mənzilində yaşamasını bildirsə də, bu xüsusatı, yəni, 2003-cü ildən 2004-cü ilədək müddətdə mübahisəli mənzildə yaşamasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında olan MA Seiyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, iddiaçının əri olmuş X5 ünvan 4 ünvanında 0,0311 ha torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. Nəzərə alınsa ki, Ailə Məcəlləsinin 34, Mülki Məcəllənin 225-ci maddələrinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır, belə olan halda ünvan 4 ünvanında 0,0311 ha torpaq sahəsi və fərdi yaşayış evi həm də iddiaçı M.Qasımovanın mülkiyyətində olmuşdur. İddiaçı M.Qasımovanın özünün bildirdiyinə görə 2004-cü ildən əri X10 ilə birgə mülkiyyətdə olan ünvan 4 ünvanında yerləşən evdə yaşaması işin mübahisə edilməyən halıdır. Bununla da müəyyən edilmişdir ki, iddiaçı M.Qasımovanın 14 il müddətində özünün və ərinin birgə mülkiyyətində olan ünvan 4 ünvanında fərdi evdə yaşamaqla, cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri X saylı mənzilə hər hansı hüquqi bağlılığı qalmamışdır. Həmçinin digər iddiaçı Mi ranə Həsənovanın da valideynlərini mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evdə yaşaması da eyni hüquqi nəticəni doğurur. İddiaçıların mənzildə qeydiyyatda olmasına gəldikdə, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması onun həmin yaşayış yeri üzrə istifadə hüququnun əmələ gəlməsinə əsas vermir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarını n və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası vəs.)üçün zəruri şərait yaratmaqdır. Qanunvericiliyin tələbindən də görünür ki, qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin öz vəzifələrinin icra edilməsi və hüquqlarının həyata keçirilməsinə şərait yaratmaqdır. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçılar mənzilə köçürülmə tələbini ünvan 4 ünvanında yerləşən evə tutma yönəldilməsi, həmin evin “xxxx” ASC-nin mülkiyyətinə keçməsi ilə əsaslandırmışlar. İşin bu halı da iddia tələbinin əsassızlığını bir daha təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2014-cü ilədək Şabran şəhrində yaşaması, bank kreditinə görə həmin evə tutma yönəldikdən sonra 2014-cü ildən yenidən cavabd ehin mülkiyyətində olan mənzildə yaşaması barədə dəlillərini iş materialları ilə təkzib edildiyindən əsassız hesab etmişdir. Belə ki, iş materialalrında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarından görünür ki, iddiaçının əri ilə birgə müliyyətində olan evə tutma 2017-ci ilin mart ayından sonra yönəlmiş və həmin ev bankın mülkiyyətinə xx xxxxxx 2017-ci ildə keçmişdir. (i.v.41,44) Qeyd olunanlara əsasən düzgün olaraq apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və qanunvericiliyə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3587/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3587/2020
28.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver