Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3587/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Saatlı bələdiyyəsi - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr, özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Saatlı bələdiyyəsi - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı tikilinin sökülməsi, giriş-çıxış yolunun açılması və maneələrə son qoyulma sı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-948/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 5 saylı qərarına əsasən Saatlı rayonu Saatlı şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər X1 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 ma y 1998-ci il tarixli 5 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolu üzərində cavabdeh tərəfindən özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, giriş-çıxış yolunun tam açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh və ailə üzvləri tərəfindən onun həyətyanı torpaq sahəsinə gedən giriş-çıxış yolundan istifadəyə maneələr yaradıldığından həmin maneələrə son qoyulması tələbi ilə bağlı iddia qaldırmışdır. Keçirilmiş ekspertizalar nəticəsində cavabdeh və ailə üzvləri tərəfindən tikilmiş özbaşına t ikilinin ona aid 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolu üzərində deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi üzərində inşa edildiyi müəyyən edilsə də, hesab etmişdir ki, mübahisə predmeti olan tikili cavabdehin öz torpağında deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində tikildiyindən və müvafiq sənədləri olmadığından qanunsuz tikili hesab olunur. Bundan başqa, torpaq sahəsinin və üzərindəki tikilinin cavabdehin istifadəsində olması ona öz həyətyanı torpaq sahəsindən istədiyi kimi istifadə etməyə imkan vermir. Ona görə də hesab etmişdir ki, həmin tikili sökülməlidir. Çünki bir daha bildimişdir ki, sözügedən tikili onun giriş çıxış yolunu zəbt etmiş və həyətyanı sahəsindən istifadə etməyə maneə törədir.
4. Cavabdeh X2 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən ona qarşı iddiaya dair işə Saatlı Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərardadı ilə xitam verilmişdir.
5. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək izahatında qeyd etmişdir ki, Saatlı bələdiyyəsinin mülkiyyətində olan 0.02 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd olmaqla boş və zibillik sahə olmuşdur. Həmin ərazini təmizləyib abadlaşdırıb təxminən 1980-ci illərdən, yəni 40 ilə yaxındır ki, istifadə edirlər. Həmin torpaq sahəsi ekspert rəyindən göründüyü kimi bələdiyyə mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində onun üçün yarımçıq tikili tikilmişdir və sözügedən tikilinin sənədləşdirilməsi üçün ilk dəfə xx.xx.2018-ci il tarixdə Saatlı bələdiyyəsinə müraciət etmişdir. Lakin iddiaçının nara zılıqları ucbatından sənədləşdirmə işləri aparılması mümkün olmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki tikili iddiaçının həyətyanı torpaq sahəsindən istifadəyə hər hansı formada maneə törətmir. Bu hal aparılmış ekspertizalar nəticəsində bir daha sübut olunmuşdur. Digər tərəfdən, tikilinin tikildiyi torpaq sahəsi iddiaçının deyil, Saatlı bələdiyyəsinin mülkiyyətindədir. Ona görə də tikilinin sökülməsini iddiaçı deyil, Saatlı bələdiyyəsi tələb edə bilər. Saatlı bələdiyyəsinin isə onun və ailə üzvlərinin torpaq sahəsi və üzərindəki tikilidən istifadə etmələrinə etirazı yoxdur. Sonda iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı bələdiyyəsinin nümayəndəsi X5 iz ahatında göstərmişdir ki, ekspert rəylərində mübahisə predmeti olan tikilinin yerləşdiyi 0.02 ha torpaq sahəsinin Saatlı bələdiyyəsinin mülkiyyəti kimi qeydə alındığı göstərilsə də, hal-hazıradək sözügedən torpaq sahəsinə dair Saatlı bələdiyyəsinin adına çıxarış əldə edilməmişdir. Hazırda Saatlı bələdiyyəsi cavabdehin bələdiyyə mülkiyyətində tikili tikməsinə və həmin tikilidən istifadə etməsinə etiraz etmir. Odur ki, göstərdiklərinin nəzərə alaraq iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/2433 saylı rəyinə əsasən, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 5 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mül kiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin şəhadətnamə üzrə müəyyən edilmiş giriş-çıxış yolu üzərində cavabdehlər X2 və Cavabdeh tərəfindən heç bir tikili tikilməmişdir. Cavabdehlər tərəfindən tikilən yarımçıq tikili özlərinin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0.02 ha torpaq sahəsində tikilmişdir və iddiaçıya heç bir maneə yaratmır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7 yanvar 2024-cü il tarixli, 10/9375 saylı rəyinə əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 5 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin şəhadətnamə üzrə müəyyən edilmiş giriş -çıxış yolunun üzərində cavabdehlər X2 və Cavabdeh tərəfindən heç bir tikilinin tikilmədiyi müəyyən edilmişdir. Cavabdehlər tərəfindən tikilən yarımçıq tikilinin özlərinin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0.02 ha torpaq sahəsində tikilməsi müəyyən edilmişdir. Cavabdehlər X2 və Cavabdeh istifadəsində olan 0.02 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Həmçinin Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 5 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. İddiaçının giriş-çıxış yolunun sərbəst olması müəyyən edi lmişdir.
9. Saatlı Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(055)-01/2024 nömrəli qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) iddia tələbi ərizəsi təmin edilməmişdir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan tikili bələdiyyə mülkiyyətinə aid olan 0.02 ha torpaq sahəsində tikilməklə Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolunun üzərində yerləşmir və həmin giriş-çıxış yolundan istifadəyə hər hansı maneə yaratmır. İddiaçının giriş-çıxış yolu sərbəstdir. Bundan başqa, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı bələdiyyəsinin nümayəndəsi X5 da məhkəmə baxışı zamanı verdiyi izahatında Saatlı bələdiyyəsinin cavabdehin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində tikili tikməsinə, həmin tikilidən istifadə etməsinə etiraz etmədiyini bildirərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizaların və bilə-bilə yalan rəy verməyə görə CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilmiş ekspertlərin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, A zərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/2433 saylı və 07 yanvar 2024-cü il tarixli, 10/9375 saylı rəyləri iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, Mülki Məcəllənin 152.1, 157.2-ci, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsa slandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, qətnamə əsassız və qanunsuzdır. Onunla cavabdehin yaşayış ünvanları fərqlidir. Onun ünvanı Saatlı şəhəri ünvan 1çəsi ev 4-dür. İddia ərizəsində mübahisə olunan torpaq sahəsi onun ünvanında yerləşir. Bu fakta məhkəmə hüquqi qiymət verməmişdir. Digər bir fakt ondan ibarətdir ki, cavabdeh qanunsuz olaraq onun yaşadığı ünvandakı giriş-çıxış yolunu qanunsuz əsaslarla zəbt etmiş və torpaq üzərində qanunsuz tikinti aparmışdır. Məhkəmə qətnaməsindən açıqaşkar görünür ki, cavabdeh tərəfindən qanunsuz əsaslarla zəbt olunmuş torpaq sahəsi üzərində qanunsuz tikiliyə və torpaq sahəsinə dair nə cavabdeh nə də məhkəmə prosesində formal mənada cəlb edilmiş Saatlı rayon bələdiyyəsi hüquqmüəyyənedici sənədlər və ya mül kiyyət hüququnu təsdiq edən sənədləri təqdim edə bilməmişlər. İş üzrə ekspert rəyləri ziddiyyətlidir. Belə ki, xx.xx.2023-cü il tarixli 10/2023 saylı ekspertizə rəyində cavabdeh tərəfindən qanunsuz tikilinin inşa olunmadığı göstərilsə də, xx.xx.2024cü il tarixli 10/9375 saylı ekspertiza rəyində tikilinin olması müəyyən edilmişdir.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(106)-948/2024 nömrəli qətnaməsi ilə (hakimlər: İlham Əsədov (sədrlik edən və məruzəçi), Yaşar Həşimov və Fikrət Hüseynov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi ekspert rəylərini sübut olaraq qəbul etmiş və hesab etmişdir ki, təqdim edilmiş sübutlar iddianın təmin edilm əsinə əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qanun pozuntusuna yol verməsi cavabdehin mübahisəli torpaq sahəsində qanunsuz tikili inşa etməklə həmin sahə ilə həmsərhəd olan mülkiyyətimdə olan torpaq sahəsinə ziyan vurulması və bununla da mülkiyyət hüququmun pozulmasının nəzərə almamasında ifadə olunur ki, buda, nəticədə iddiaçının mülkiyyətində və qanuni istifadəsində olan əmlak üzərində mülkiyyət və istifadə hüququmun pozulmasına səbəb olmuşdur.
19. Məhkəmənin iş üzrə qəbul etmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qətnamə qəbul edilmiş, bununla da pozuntuya yol verilmişdir.
20. Kassasiya şikayəti Mülki Məcəllənin 152.1, 152.3, 154.2, 157.2-ci maddələrinə, Məhkəmə iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xa hiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 407.
2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı k assasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş material ları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələ blərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli 2(106)948/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.