Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3588/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlük əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4697/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı əmək haqqı fərqinin, iş vaxtından artıq işlərə görə əlavə əmək haqqının ödənilməsi və s. tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-898/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia rədd olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4697/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhramzadə) apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işin birinci instansiya məkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Lakin, hazırki şikayət MPM-nin normalarının tələblərinə cavab vermir.
6. Azərbaycan Respublikası MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
7. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər də aydın şəkildə izah edilməli və hər bir dəlil əsaslandırılmalıdır.
8. Lakin, apellyator tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmişdir.
9. Həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər sıralanmamaqla, onların aydın şəkildə izahları verilməmişdir.
10. Belə olduğu təqdirdə isə, apellyasiya şikayəti mülki prosessual məcəllənin normalarının tələblərinə cavab vermədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir və o, qəbul olunmamış hesab edilir.
11. Məhkəmə kollegiyası öz mövqeyini, MPM-in 361.1 və 363.1.1-1,366.1 və 366.2-ci maddələrin ə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin mövqeyi ilə razı deyil. İddiaçı apellyasiya şikayətində maddi hüquq normalarının pozuntusu kimi Əmək Məcəlləsinin 46.6, 59 və 83-cü maddələrinin pozuntusunu və prosessual hüquq normalarının pozuntusu kimi MPM-nin 14.2, 77.1, 88, 217.1, 217.4, 218.1, 218.2, 220.5-ci maddələrinin pozuntusunu göstərib. Nərimanov rayon məhkəməsində şahid qismində X2 ifadə verib. Onun ifadəsi iddiaçının iddia əri zəsində göstərilən halları təsdiq edib. Bundan əlavə, iddiaçı məhkəməyə müəyyən səs yazılarını təqdim edib. Lakin birinci instansiya məhkəməsi səs yazıları və şahid ifadəsini mötəbət sübut kimi nəzərə almayıb.
14. Məhkəmə qeyd edib ki, həmin sübutlar iddiaçının istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz (qəbul edilsə belə həmin səs yazıları iddia tələbinin əsaslılığının sübuta yetirilməsi üçün kifayət etmir). Nərimanov rayon Məhkəməsi bunu onunla izah edib ki, başqa əmək funksiyasının yerinə yetirilməsinə əmək haqqı fərqinin ödənilməsi, eləcə də iş vaxtından artıq işlərə cəlb edildiyinə görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırki işdə isə iddiaçının tr ələb etdiyi halları təsdiq edən etibarlı sübutlar mövcud deyil. İddiaçıda öz apellyasiya şikayətində şahid ifadəsinə hüquqi qiymət verilmədiyini qeyd edib və MPM-nin 218-ci maddəsinə istinad edib. Bundan əlavə iddiaçı başqa işə keçirilməsi barədə özünün hər hansı razılığının olmaması əsası ilə Əmək Məcəlləsinin 46, 59 və 83-cü maddələrinin pozuntusunun baş verdiyini qeyd edib. Göründüyükimi, iddiaçı apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusunu qeyd edib və bununla öz arqumentlərini irəli sürüb. Lakin Bakı Apellyasiya məhkəməsi hər hansı əsas olmadan belə hesab edib ki, iddiaçının apellyasiya şikayəti MPM-nin normalarının tələblərinə cavab vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəfindən etiraz verilmiş və etirazın məzmunu aşağıd akı kimi olmuşdur:” Hörmətli Hakim.İcraatınızda olan mülki işlə bağlı etirazımızı bildirərək qeyd edirik ki,vətəndaş İddiaçı tərəfindən verilən kassasiya şikayəti əsassızdır.Belə ki,vətəndaş X3nə və digər dövlət orqanlarına etdiyi şikayətlər üzrə sübutlar təqdim etmədiyi üçün araşdırmanın nəticəsi olaraq ona müvafiq qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunub.Vətəndaş tərəfindən 1-ci instansiya məhkəməsinə iddiasını sübut edəcək mötəbər sənəd təqdim etməyib.2-ci instansiya məhkəməsinin gəldiyi qənaət tam əsaslıdır. Vətəndaş İddiaçı əsassız varlanmaq niyyətindədir və iddiası normativ-hüquqi aktların tələblərinə ziddir. Məhkəmədən xahiş edirik ki, Bakı Apellyasiya məhkəməsinin hökmünü qüvvədə saxlayasınız.” Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Ma ddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət v erən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.
17. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə.
18. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
19. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayəti qeyri-mümkün hesab edilərkən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətini qeyri-mü mkün edən hallar düzgün araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə, o cümlədən, apellyasiya şikayətinin MPM-in 2 saylı Əlavəsində göstərilən formanın tələblərinə cavab vermədiyi ilə razılaşır.
26. Kassator apellyasiya şikayətində maddi hüquq normalarının pozuntusu kimi Əmək Məcəlləsinin 46.6, 59 və 83-cü maddələrinin pozuntusunu və prosessual hüquq normalarının pozuntusu kimi MPM-nin 14.2, 77.1, 88, 217.1, 217.4, 218.1, 218.2, 220.5-ci maddələrinin pozuntusunu göstərdiyini qeyd etsə də, bu, iş materialları ilə təsdiqlənmir.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tər əfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
28. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli 2(103)4697/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.