Məhkəmə qərarları › İş №2(102)-3589/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3589/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3589/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyul 2023-cü il tarixli, 2(103)-4383/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh 896,12 (səkkiz yüz doxsan altı manat, on iki qəpik) manat əsas, 159,31 (bir yüz əlli doqquz manat, otuz bir qəpik) manat faiz, 103,69 (bir yüz üç manat, altmış doqquz qəpik) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1189,12 (bir min yüz səksən doqquz manat, on iki qəpik) manatın alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3105/2021 saylı iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən, X1 və X3 5355,58 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir.

3. Hər iki məhkəmə qətnaməsi qanuni qüvvəsin i alaraq icraya yönəldilmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasını təmin etmək üçün Cavabdeh əmək haqqına tutma yönəldilmiş və 16125 nömrəli xx.xx.2021-ci il tarixli yönəltmə qərarı icra olunması üçün borclunun iş yeri olan "xxxx" ASC-yə göndərilmişdir. 5. "xxxx" ASC-dən qeyd olunan icra sənədinin icrası ilə bağlı İddiaçı ASC-nə heç bir vəsait daxil olmamış, borclunun əmək haqqından yalnız 7% icra ödənişi tutularaq icra şöbəsinin depozit hesabına köçürülmüşdür.

6. Nəsimi rayon İcra şöbəsinin icraatında olan İddiaçı ASC-nin tələbkar olduğu digər icra sənədi olan Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3105/2021 saylı iş üzrə xx.xx.2021ci il tarixli qətnamə üzrə borclu X2 da əmək haqqına tutma yönəldilmiş və yönəlt mə qərarı borclunun işlədiyi Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir.

7. Həmin yönəltmə qərarı Baş Polis İdarəsinə ünvanlanan zaman məktuba qoşma olaraq səhvən Cavabdeh bank hesab rekvizitləri əlavə edilmiş və Habil Hüseynovun əmək haqqından aparılan tutulmalar Cavabdeh hesabına köçürülərək onun borcundan silinmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsinin icrasına Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022ci il tarixli qərarı ilə xitam verilmişdir.

9. Həmin qərardadan İddiaçı ASC-nin nümayəndəsinin verdiyi şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv olunmuş, 2(006)1920/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnamə üzrə icra hərəkətlərinin davam e tdirilməsinə göstəriş verilmişdir.

10. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqda 1227,12 manatın 5 gün müddətində banka qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh “qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 1227,12 manat məbləğində pul vəsaitinin və 32,27 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı 26 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 896,12 (səkkiz yüz doxsan altı manat, on iki qəpik) manat əsas, 159,31 (bir yüz əlli doqquz manat, otuz bir qəpik) manat faiz borcu, 103,69 (bir yüz üç manat, altmış doqquz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 1189,12 (bir min yüz səksən doqquz manat, on iki qəpik) manat məbləğində pulun alınaraq banka ödənilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3105/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən X1 və X3 5355,58 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hər iki məhkəmə qətnaməsi icraya yönəldilmiş, tutma borcluların əmək haqqına yönəldilmişdir. Texniki səhv səbəbdən X2 əmək haqqınd an tutulmuş 1465,67 manat məbləğində vəsait Cavabdeh kredit borcuna silinmişdir. Həmin vəsaitdən xx.xx.2022-ci il tarixdə 366,42 manat, xx.xx.2022-ci il tarixdə 388,97 manat, xx.xx.2022-ci il tarixdə 386,63 manat və komissiya olaraq 2,32 manat, xx.xx.2022-ci il tarixdə 10 manat və 70 manat, xx.xx.2022-ci il tarixdə isə 2,78 manat olmaqla ümumilikdə cəmi 1227,12 manat məbləğində vəsait əsassız olaraq Cavabdeh tərəfindən hesabdan məxaric olunmuşdur. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)1920/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün Cavabdeh əmək haqqına yönəldilmiş və 16125 nömrəli xx.xx.2021-ci il tarixli yönəltmə qərarı icra olunması üçün borclunun iş yeri olan "xxxx" ASC-yə göndərilmişdir. Lakin "xxxx" ASC-dən qeyd olunan icra sənədinin icrası ilə b ağlı Banka heç bir vəsait daxil olmamışdır. Borclunun əmək haqqından yalnız 7% icra ödənişi tutulmuş və icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Nəsimi rayon İcra şöbəsinin icraatında olan İddiaçı ASC-nin tələbkar olduğu digər icra sənədi olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3105/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X2 da əmək haqqına yönəldilmiş və yönəltmə qərarı borclunun işlədiyi Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Yönəltmə məktubu Baş Polis İdarəsinə ünvanlanan zaman məktuba qoşma olaraq səhvən Cavabdeh bank hesab rekvizitləri əlavə edilmişdir. Beləliklə, Hüseynov Habilin əmək haqqından tutma aparılaraq Cavabdeh hesabına köçürülmüş və borcundan silinmişdir. Hətta Cavabdeh Hüseynov Habilin əmək haqqından gələn vəsait hesabına borcunun bağlandığı nı, cari hesabda əlavə vəsaitin qalmasını və bu vəsaitin ona aid olmadığını biləbilə 1227,12 manat məbləğində vəsaiti öz hesabından məxaric edərək mənimsəmişdir. Xəbərdarlıqedilməsinə baxmayaraq Cavabdeh hesabdan məxaric etdiyi məbləği ödəməkdən boyun qaçırır.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-1702/2023 nömrəli iş üzrə 25 may 2023-cü il tarixli qərardadı ilə (hakim Ə. Heydərova) iş üzrə icraata xitam verilmişdir.

14. Birinci instansiya məhkəməsi “İcra haqqında” Qanunun 29.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.1, 262.1 və 262.3-cü maddələrinə istinadla gəldiyi qənaəti belə əsaslandırmışdır ki, tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş 2(006)-1920/2021 saylı, 26 fevral 2 021-ci il tarixli qətnaməsi mövcuddur. İrəli sürülən məsələ məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələlərdir. Belə olan halda, iddiaçının sözügedən məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ vardır.

15. Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi icra mərhələsində həll olunmalı məsələ olduğundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya izah edilməlidir ki, o, hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququna malikdir.

16. İddiaçı şikayət verərək birinci instansiya məhkəməsinin 2(006)-1702/2023 nömrəli iş üzrə 25 may 2023-cü il tarixli qərardadının ləğv olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.

17. İd diaçı şikayətini belə əsaslandırmışdır ki, bir şəxslə bağlı kredit borcu üzrə icra vərəqəsi verilmiş və icra edilmişdir. Hazırki iş isə kredit borcu üzrə başqa bir borclunun əmək haqqına yönəldilmiş məbləğin Cavabdeh hesabına köçürülməsindən ibarətdir. Halhazırda icra mərhələsi üzrə icra qurumuna müraciət etmək üçün heç bir əsas yoxdur, buna səbəb isə bir kredit borcu üzrə icra vərəqəsinin artıq verilməsidir. Məhkəmə tərəfindən qərardadda sadəcə bir cümlə ilə “iş məhkəmədə baxılmalı deyilsə iş üzrə icraata xitam verilməlidir” qeydi aparılaraq icraata xitam verilməsi qanunsuz və əsassız olmuşdur.

18. Birinci instansiya məhkəməsinin 7 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət rədd edilmiş və şikayətin mülki işlə birlikdə bxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara al ınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və S.Bəhrəmzadə) 2(103)-4383/2023 nömrəli iş üzrə 3 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının müvafiq tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi olduğundan, həmin qətnamənin icra edilməməsi ilə bağlı məsələyə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.

21. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı ş əhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1920/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsinin icrasına icra məmuru tərəfindən xitam verilsə də, iddiaçı bankın həmin qərardan verdiyi və hazırda qiymət verilən iddia tələbi ilə eyni qaydada əsaslandırılan şikayət məhkəmənin qərarı ilə təmin olunmuş, həmin qətnamə üzrə icra hərəkətlərinin davam etdirilməsinə göstəriş verilmişdir.

22. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbində göstərdiyi məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququna malikdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4383/2023 saylı, 3 iyul 2023-cü il tarixli qərardadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə çbaxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Şikayət belə əsaslandırılmışdır ki, İş üzrə Cavabdeh tərəfindən dirgər şəxsin əmək haqqına yönəldilmiş məbləğin səhvən hesabına köçürülməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin məbləğ mütəmadi olaraq hesabından məxaric edilmiş, Banka bu barədə geri məlumat verilməməklə bərabər cavabdeh tərəfindən də həmin məbləğ Banka geri ödənilməmişdir

25. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, iş materiallarına əlavə olunmuş hesabda n çıxarışdan, yönəltmə məktubu və bank rekvizitlərindən görünür ki, başqa bir müştərinin əmək haqqından tutulmuş məbləğ Cavabdeh hesabına köçürülmüşdür.

26. Göründüyü kimi, məhkəmənin qərardadı qeyri-qanuni və əsassızdır. Belə ki, məhkəmə tərəflər arasında eyni mübahisə üzrə və eyni əsaslarla qanuni qüvvəyə minmiş qətnamənin olduğunu əsas gətirərək iş üzrə icraata xitam verməkdə haqlı olmamış və qərardadda səhv nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 402-ci, 403.1-ci, 405.0.2-ci, 417.1.4-cü maddələrinə əsasən maddi və prosessual hüquq normaları pozulduğu və düzgün tətbiq olunmadığı və nəticə etibarilə qanunsuz və əsassız olduğu üçün BakıApellyasiya Məhkəməsinin 2(103)–4383/2023 saylı, 03 iyul 2023-cü il tarixli qərardadının ləğv edilməsi və mülki işə mahi yyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilməlidir

27. Beləliklə, məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsinə dair qəbul etdiyi qərardad qanunsuz və əsassızdır. Odur ki, Cavabdeh iş materiallarına əlavəedilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,e-2(006)-1920/2021 saylı qətnaməsi üzrə Banka borcu vardır. Buna baxmayaraq başqa borclu X2 borcu üzrə əmək haqqına yönəldilmiş məbləğin səhvən Cavabdeh hesabına köçürülməsi sübuta yetirilmiş, hesabına səhvən köçürülən məbləğin isə Cavabdeh tərəfindən iddia ərizəsində qeyd edilən vaxtlarda məxaricedilməsi də özəksini tapmışdır.

28. Lakin məhkəmə tərəfindən müvafiq icra qurumuna müraciət edilməli olduğu bildirilərək mülki işin icraatına xitam verilməsi yolverilməzdir. Buna səbəb ondan ibarətdir k i, bir şəxslə bağlı kredit borcu üzrə icra vərəqəsi verilmiş və icra edilmişdir. Hazırki iş isə, kredit borcu üzrə başqa bir borclunun əmək haqqına yönəldilmiş məbləğin Cavabdeh hesabına köçürülməsindən və Cavabdeh həmin məbləğdən istifadə olunmasından ibarətdir. Hal-hazırda icra mərhələsi üzrə icra qurumuna müraciət etmək üçün heç bir əsas yoxdur, buna səbəb isə yuxarıda da qeyd etdiyimiz kimi, bir kredit borcu üzrə icra vərəqəsinin artıq verilməsidir. Digər bir hal isə Cavabdeh hesabına səhvən köçürülmüş vəsaiti məxaric edərək ondan istifadə etməsi və bankın haqlı olaraq həmin vəsaitin geri qaytarılmasını tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən könüllü olaraq geri qaytarılmamadığından istifadə olununan vəsaitə görə yaranmış borcun məcburi olaraq tutulması tələbindən ibarət olmasına baxmayaraq, məhkəmə tərəfindən qərardadda sadəcə bir cümlə ilə “iş məhkəmədə baxılmalı deyilsəiş üzrə icraata xitam verilməlidir” qeyd ilə icraata xitam verilməsi qanunsuz və əsassızdır. Odur ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)–4383/2023 saylı, 03 iyul2023-cü il tarixli qərardadı ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilməsi barədə qərar qəbuledilməlidir.

29. Kasssasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 442, 448.1, 1091.1, 1092.2, MPM-in 88,385.1.1,385.1.2, 385.1.4, 390cı maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qa nunu

31. Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda.

32. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.

33. Maddə 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.

34. Maddə 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.

35. Maddə 20.5. Tər əflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.

36. Maddə 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.

37. Maddə 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaql a) geri qaytarılır.

38. Maddə 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

40. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyə n edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsinin əsasları düzgün müəyyən edilmiş və Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsinə əsasən, yəni işin məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanması barədə gəldiyi nəticəni əsaslandırmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı ”Yelo Bank” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 iyul 2023-cü il tarixli 2(103)4383/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar