Məhkəmə qərarları › İş №2(102)-359/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-359/2020

28.01.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-359/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh Ağsu X3 İdarəsinin vəkili Əbilov Elməddin Nazim oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Ağsu X3 İdarəsinə qarşı müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2504/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tаrixli, 2(016)-350/2019 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı Cavabdeh Ağsu X3 İdarəsinə qarşı müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh Ağsu X3 İdarəsi ilə İddiaçı arasında bağlanmış 325 saylı, 20 fevral 2015-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq xitam verilməsinə dair Cavabdeh Ağsu X3 İdarəsinin 26 fevral 2019-cu il tarixli, 17/k saylı əmrinin ləğv edilməsi və İddiaçı Cavabdeh Ağsu X5 İdarəsinin İsmayıllı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə, iş inə bərpa olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2504/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən), M.A.Əsədli (məruzəçi) və İ.F.Quliyev), Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Ağsu Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tаrixli, 2(016)-350/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh Ağsu X3 İdarəsinə qarşı müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ağsu X5 İdarəsinin 26 fevral 2019-cu il tarixli, 17/k saylı əmrinin ləğv edilməsi, onunla cavabdeh təşkilat arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla işinə bərpa olunmağı və əmək münasibət lərinin davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Ağsu X3 İdarəsi və vəkili Əbilov Elməddin Nazim oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Ağsu X3 İdarəsinin vəkili Əbilov Elməddin Nazim oğlu kassasiya şikayətini müdafiə edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Əbilov Elməddin Nazim oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan m übahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh Ağsu X3 İdarəsi arasında 20 fevral 2015-ci il tarixdə, 325 nömrəli əmək müqaviləsi üzrə bir il müddətinə əmək müqaviləsi bağlanmış, ötən müddət ərzində tərəflər etiraz etmədiyi üçün hər növbəti müddətin sonunda müqavilə qanunun tələbinə görə eyni müddətə uzanmış olmuşdur. Cavabdeh Ağsu RQİİ 26.02.2019-cu il tarixli, 17/K saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə Ağsu X3 İdarəsinin İsmayıllı rayonu üz rə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam vermişdir. Tərəflər аrаsındа bаğlаnmış müqаvilənin müddəti 20 fevral 2019-cu ildə bаşа çаtmışdır. İşəgötürən tərəf isə müqaviləyə 26 fevral 2019-cu ildə xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. -3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi- işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. -11-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. -42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs müqaviləsi bağlamağa məcbur edilə bilməz. -43-cü maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin razılığı ilə müəyyən edilir. -43-cü maddənin 2-ci hissəsinin «d» yarımbəndinə əsasən əmək müqaviləsində mütləq göstərməli əsas şərtlərdən və məlumatlardan biri əmək müqaviləsinin müddətidir. -45-ci mаddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. (1-ci hissə). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. (2-ci hissə). Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. (3-cü hissə) Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halla r istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. (4-cü hissə). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. (5-ci hissə). -68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -68-ci maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. -73-cü maddəsinə ə sasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, İddiaçı 09 aprel 2007-ci il tarixli, 23/k saylı əmrlə Cavabdeh QSC-nin X4 MMCnin 1 saylı sahəyə 5-ci dərəcə ilə çilingər nəzarətçi peşəsinə qəbul edilmiş, həmin vaxtdan fasiləsiz olaraq həmin sektorda işləmiş, sonuncu dəfə 20.02.2015-ci il tarixli, 325/k saylı əmrlə Cavabdeh Ağsu X5 İdarəsinin İsmayıllı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri qüsursuz yerinə yetirmiş və rəhbərlik tərəfindən hər hansı bir tənbeh almamışdır. Bundan əlavə müddətli əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq əmək münasibətləri davam etdirildikdə həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu müddətin uzadılması üçün hər hansı yeni müqavilənin və ya digər yazılı razılaşmanın tərtib olunması tələb olunmur. Tərəflər etiraz etmədiyi halda hər növbəti müddətin sonunda müqavilə qanunun tələbinə görə eyni müddətə uzanmış olur. Yalnız bu hal eyni işəgötürənlə fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi halda əmək müqa viləsi müddətsiz bağlanmış hesab edilir (Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, qanunverici əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda müddətli əmək müqaviləsinin bağlanmasını qadağan etmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, Cavabdeh QSC-nin X4 MMC-nin 1 saylı sahəsind ə 5-ci dərəcə ilə çilingər nəzarətçi peşəsi isə daimi xarakterə malik olduğundan, qeyd edilən müqavilənin müddətli bağlanması yolverilməz olmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2504/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar